Məhkəmə qərarları › İş №2-1(102)-639/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-639/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-639/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X4 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Vəkillər Kollegiyasının üzvlüyünə qəbuldan imtina) 26.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Vəkillər X2rşı “qərarın və şifahi imtahan nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3492/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində tələb olunan balı toplayaraq şifahi müsahibəyə buraxılmışdır. 2. 15.3.2022-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, şifahi müsahibənin nəticəsi üzrə iddiaçının verdiyi cavablar Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul hesab edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yenidən müsahibə mərhələsinə buraxılmasını xahiş etmişdi r.

4. Cavabdeh 7.4.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 27.4.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müraciət edərək onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X7nin 1.4.2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsini, 15.3.2022-ci il tarixində keçirilmiş şifahi imtahanın nəticələrinin ləğv edilməsini, icbari təlim mərhələsinə buraxılmasını xahiş etmişdir. İddianın əsaslandırılması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2.10.2021-ci il tarixində test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər 15.3.2 022-ci il tarixində ixtisas komissiyasında şifahi müsahibə mərhələsindən keçmişlər. O da həmin gün ixtisas komissiyasının şifahi müsahibə mərhələsində iştirak etmişdir. Sonradan 17.3.2022-ci il tarixində ona məlum olmuşdur ki, iddiaçı müvəffəqiyyət qazanmamışdır. İddiaçı 5.3.2021-ci il tarixdə vəkilliyə namizədlərin test imtahanında iştirak etmiş, 59 bal toplamışdır. X10 etdiyi müraciətə mənfi cavab verilmişdir. Bu səbəblərdən o, həm Vəkillər Kollegiyasına, X8rşı “test tapşırıqlarının qismən etibarsız sayılmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2021-ci ilin sentyabr ayının sonunda məhkəmənin hazırlıq icraatı iclasında müəyyən olunanda ki, test tapşırıqlarının bəzi cavabları düz deyildir, sonradan X3 balı topladığını etiraf etməklə rəsmi şəkildə Vəkillər Kollegiyasına məktub göndərmişdir. Həmin ərəfədə keçmiş hakimlərin Vəkillər Kollegiyasına üzv olması üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsi keçirilirdi. İddiaçı nə qədər Vəkillər Kollegiyasından xahiş etsə də ki, onun onlarla birlikdə şifahi müsahibədən keçməyinə imkan yaratsınlar, ona şifahi şəkildə rədd cavabı verilmişdi. Sonradan da test imtahanından müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin şifahi müsahibə mərhələsinə ilk qruplarda iştirak etməyi üçün dəfələrlə müraciətlər etsə də müsbət cavab verilməmişdir. 12 mart 2022-ci il tarixində axşam vaxtı ona zəng edilərək 15 mart 2022-ci il tarixində keçirilmiş olacaq şifahi müsahibəyə gəlməyini bildirmişdilər. O, həmin ərəfədə Bakı şəhərindən çox uzaq məsafədə tanışının yas mərasimində iştirak etmişdir. O, yalnız 13 mart 2022-ci il tarixində gecə vaxtı Bakıya qayıtmışdır. Cavabdeh Vəkillər Kollegiyasının ona qarşı qeyri-obyektiv davranışı, mənəvi təzyiqləri onda ruh düşkünlüyü yaratmışdı. 15 mart 2022-ci il tarixində keçirilmiş şifahi müsahibə mərhələsi zamanı ona yalnız hüquq sahəsinə aid verilən 6 (altı) sualdan birini əla, birinə ümumiyyətlə cavab verə bilməmiş, digər 4 sualın hamısını (o cümlədən maddələrini tam göstərmiş) qənaətə yaxın cavablandırmışdır.

7. Vəkillər X7nin 07 iyul 2008-ci il tarixdə çıxardıqları qərarla təsdiq edilən “Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü maddəsinin tələblərinə əsasən namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə əlaqədar suallar verilir. iddiaçı 17 mart 2022-ci il tarixdə cavabdeh Vəkillər Kollegiyasına ərizəni təqdim edərək təkrarən şifahi müsahibə mərhələsinə buraxılmağı üçün imkan yaradılması xahişi ilə müraciət etmişdir. Həmin ərizədə cavabdeh təşkilata xatırlatmışdır ki, Arzu Aliyeva adlı qadın da şifahi müsahibə mərhələsindən keçmədikdə o, təkrarən şifahi müsahibə mərhələsinə buraxılmışdır. Lakin cavabdeh Vəkillər Kollegiyasının iddiaçıya ünvanlamış olduğu 451-ci saylı 07 aprel 2022-ci il tarixində hazırlamış cavaba görə Vəkillər X7 tərəfindən 01 aprel 2022-ci il tarixində çıxarılmış qərara görə ərizəni təmin etməkdən imtina edilmişdir. Beləliklə, onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müra ciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X7nin 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsinə, onun vəkillərin ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağına dair qərar çıxarılmalıdır.

8. İddia ərizəsinə dəqiqləşdirməsində iddiaçı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışda ona hüquq sahəsi üzrə cəmi 5 sual verildiyi qeyd edilsə də iddiaçıya şifahi müsahibə zamanı 7 ədəd sual verilmiş, onların 6-sına məqbul cavab vermiş, birini isə cavablandıra bilməmişdir. Vəkillər Kollegiyasının sədri öz müsahibəsində şifahi müsahibə mərhələsində vəkilliyə namizədlərə hüquq sahəsinə aid sualların verilmədiyi, yalnız məntiqi nəticələr çıxarmaq qabiliyyəti ümumi d ünyagörüşü və bilik səviyyəsini müəyyən edən sualların verildiyini bildirdiyi halda ona digər sahələrə dair suallar verilməmiş, bu hərəkətləri ilə İxtisas Komissiyası İxtisas imtahanlarının keçirilməsi Qaydalarını kobud surətdə pozmuşdur. Şifahi müsahibə zamanı komissiya üzvlərinin kimlikləri barədə ona məlumat verilməmişdir. Təqdim olunmuş video-çəkilişə kollegiya tərəfindən qanunsuz müdaxilə edilərək ixtisas komissiyasının sədrinin ona qarşı qərəzli çıxışının montaj edilərək çıxarılmışdır. Videoçəkilişdən də aydın olur ki, o, müsahibə zamanı psixoloji gərginlik vəziyyətində idi. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda, “Vəkillər Kollegiyasının Əsasnaməsində Rəyasət Heyətinin təkrar şifahi müsahibə mərhələsinə buraxılmağa dair hər hansı bir namizəd tərəfindən verilən ərizəyə qi ymət verib-verməməsi, bu hala dair hər hansı növ qərar çıxarmış olması nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh Vəkillər X1 ərizəsi ilə əlaqədar 01 aprel 2022-ci il tarixində çıxarmış olduğu qərarı da qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.

10. Etirazda göstərilmişdir ki, iddiaçının Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyəti həyata keçirməməsi barədə mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması bizə Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir.

11. İddiaçının “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması” tələbi mümkün olmamaqla yanaşı “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də əsassızdır, hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi inzibati mühakimə icraatı qaydasında işə baxan m əhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa, ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulub-qoyulmaması məsələsini həll edə bilər.

12. İddiaçının şikayətinə Azərbaycan Respublikası Vəkillər X5 baxılmış, 01 aprel 2022-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının tələblərini nəzərə alaraq, iddiaçının şifahi müsahibənin nəticəsinə dair Vəkillərin İxtisas Komissiyasının qərarı ilə bağlı müraciəti hüquqi əsas olmadığından təmin edilməmişdir.

13. Göründüyü kimi, barəsində şikayət verilmiş Vəkillərin İxtisas Komissiyasının qərarı şikayət instansiyasının qərarı ilə dəyişdirilməmişdir. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdirlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv h esab edilə bilməz.

14. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz.

15. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Həm əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas komissiyasının yeni tərkibinin 01 mart 2018-ci il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı qaydada keçinəsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi.

16. Həmçinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” hələ test (yazılı) imtahandan öncə http://barassociation.az/ saytında rəsmi dərc edilmiş, bütün namizədlərin onunla tanış olmaq imkanı olmuş, 16 fevral 2018-ci il tarixində http://barassociation.az/news/25 səhifəsində yayımlanmış məlumatda şifahi müsahibə mərhələsin in keçirilməsi ilə əlaqədar bildirilmişdir ki. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarına əsasən, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin 29.7.2022-ci il tarixli, 2-1(112)-8282/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçının müsahibə gedişində ona yalnız hüquq sahəsinə aid sualların verilməsi, digər sahələrə (ümumi dünyagörüşü və s. ilə bağlı) sualların verilməməsi ilə bağlı dəli li keçirilmiş müsahibənin nəticəsinin ləğvi üçün əsas kimi qəbul edilə bilməz. İddiaçının peşə yararlılığının müəyyən edilməsi ilə bağlı imtahan nəticələrinin qiymətləndirilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aid olduğu kimi həmin imtahan gedişində sualların dairəsinin də müəyyən edilməsi onun qiymətləndirmə azadlığına xidmət edən diskresion səlahiyyətinə aiddir. Həmçinin vəkillərə namizədlərlə imtahanın keçirilmə qaydaları qeyd edildiyi kimi “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalardan kənar müsahibənin keçirilmə qaydası müəyyən edilməmiş, İxtisas Komissiyası üzvlərindən başqa namizədin peşə yararlılığını yoxlamağa və müvafiq rəy tərtib etməyə hər hansı qurum və ya şəxs səlahiyyətləndirilməmişdir. Bu baxımdan Rəyasət Heyətinin sədrinin iddiaçının iddia etdiyi məzmunda “çıxışı” iddiaçı üçün suallarının məzmununu müəyyən edən əsas hesab olunmur. - İddiaçı müsahibə zamanı ona 7 sual verildiyini qeyd etsə də bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən həmin günü verilmiş sualların sayının 5 sual olduğu halda, lakin ona əlavə 2 sualın verildiyi gümanı belə yenə də müsahibənin nəticələrinin əsassız olmasına rəvac vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi müsahibə mərhələsində Komissiya üçün sual sayı məhdudiyyəti qoyulmamışdır. Eyni zamanda, müsahibə zamanı həmin gün üçün müəyyən edilmiş 5 sualın hər biri üzrə bilik səviyyəsinin yoxlanılması zamanı daha dolğun və ya ətraflı cavab üçün həmin suallardan doğan əla və sualların verilməsi də mümkündür və bu hal hər hansı normativ əsasla məhdudlaşdırılmamışdır. - Məhkəməyə təqdim olunmuş video-görüntüdə Komissiya üzvlərindən iddiaçıya qarşı hər hansı təzyiq, qərəzli mövqenin göstərildiyi, eləcə də iddiaçının ona qarşı “təzyiq”dən dolayı psixoloji gərgin vəziyyətində olması müşahidə edilməmişdir. İddiaçı Komissiya sədrinin çıxışına sakit formada qulaq asdığı, komissiya üzvlərinə hər hansı formada etirazını bildirdiyi görünmür. Təqdim edilmiş 4 dəqiqəlik video-çəkilişdə hər hansı fasilə, qırılma olmaması, baş verən hadisələrin axıcılığı iddiaçının video-çəkilişin montaj edilməsi dəlilini təkzib edir.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiy ası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3492/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 29.7.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

24. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də a pellyasiya instansiyası məhkəməsində məhkəmənin diqqətlərinə çatdırsa da ki, şifahi müsahibə mərhələsi zamanı ona 7 sualın verilməsindən narazılığı yoxdur, sadəcə həmin 7 sualın verilməsinin komissiyanın gizlətmiş olması, 5 sual kimi qeyd etmiş olması, 7 sualdan 6-sına verdiyi normal, 1-ni isə cavablandıra bilməməsini bütövlükdə qeyri-məqbul kimi qeyd edilmiş olmasından narazılığını bildirmişdir. Həmin dəlil məhkəmə qərarlarında qeyd edilməmişdir.

25. Həmçinin cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində etiraf etmişdir ki, iddiaçı şifahi müsahibədə iştirak edərkən imtahan zalında imtahana qulaq asmış, Ramiz İbrahimovun komissiya üzvlərinə İddiaçı 2005-ci ildə ondan (yəni Ramiz İbrahimovdan) Respublika Prokurorluğuna şikayət etdiyinə, onun da (yəni Ramiz İbrahimovun) Respublika P rokurorluğunda xeyli müddət ərzində ətraflı izahatını aldıqlarına dair dediklərini eşitmiş, lakin Ramiz İbrahimovun həmin sözləri İddiaçı gözdən salmaq üçün demədiyi barədə fikirlərini birinci instansiya məhkəməsi qəsdən həmin deyilənləri protokolda qeyd etməmiş olduğundan İddiaçı məhkəmənin iclasları protokollarına dair verdiyi qeydlərində göstərilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qəsdən həmin vəsatəti təmin etməkdən, çıxarmış olduğu qərarında da bu hallara hüquqi qiymət verməkdən yayınmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddiaçının psixoloji gərginlik keçirməmiş olduğunu və video-çəkilişə müdaxilə olmadığı rəyini vermişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən verilən, ixtisas komissiyasının üzvlərinin şahid qismində çağı rılaraq dindirilmələrinə dair vəsatəti rədd etmişdir. Lakin qərarında bu barədə qeyd olmamış və həmin vəsatətə münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə qərarında cavabdeh Vəkillər Kollegiyasının diskresion hüquqlara malik olduqları üçün onların qəbul etdiyi qərarların ləğv edilməsinə əsasın olmadığı dəlili də əsassızdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə

1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.... Maddə

11. Vəkillər X7... İİİ. Vəkillər X7: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təş kil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının s trukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir.... Maddə

13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər X7, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X4 müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Vİİİ. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəff əqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz. İX. İxtisas imtahanının qaydaları Vəkillər X7 tərəfindən müəyyən edilir. X. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

29. Azərbaycan Respublikası Vəkillər X6 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”:

2. Vəkillərin İxtisas Komissiyası 2.1. İxtisas imtahanları Vəkillər X7 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvl əri Azərbaycan Respublikası Vəkillər X7, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası apar an katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır.

5. Şifahi müsahibənin keçirilməsi 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəs i ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 30. “İnzibati icraat haqqında” Qanun Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəld ilmiş qərarlar qəbul oluna bilməz. Maddə

22. İşə baxılmasında qərəzsizlik 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi Vəkillər Kollegiyasının üzvlüyünə qəbulundan imtina barədə qərarın və şifahi imtahan nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılmanın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 37. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiya sı tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir.

38. Məhkəmə kollegiyası razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. 39. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətl əndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi).

40. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır.

41. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması a iddir.

42. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır.

43. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir.

44. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3492/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar