Məhkəmə qərarları › İş №2-1(102)-647/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-647/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-647/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması, tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-807/2019 saylı, 30 okt yabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən iddiaçıya B17 seriyaİı 030930 saylı yanğın təhlükəsizliyi üzrə bakalavr diplomu verilmişdir. Sözügedən diplom 10.07.2017-ci il tarixdə apostil edilmişdir. Diploma əlavədə iddiaçının oxuduğu və mənimsədiyi fənlər üzrə aldığı qiymətlər qeyd edilmişdir. İddiaçı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən verilmiş 02.05.2018-ci il tarixdə imtina məktubu ilə diplomun ölkə ərazisində tanınmasından im tina olunmuş, imtinanın əsası kimi bildirilmişdir ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinə daxil olmuş 04.10.2017-ci il tarixli elektron müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin hissəsini (Qiymətləndirmə Meyarları) və izahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukr ayna Milli Mülki Müdafiə Universiteti tərəfindən iddiaçının adına verilmiş B17 030930 nömrəli, 03.06.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçı 4 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Milli Mülki Müdafiə Universitetinin iddiaçıya verilmiş 03.06.2017-ci il tarixli, B17 seriyalı, 030930 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-cı ildə Ukrayna Milli Mülki Müdafiə Universiteti yanğın təhlükəsizliyi ixtisası üzrə bakalavr dərəcəsində əyanı təhsil alaraq həm in universiteti bitirmiş. Bununla əlaqədar Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş B17 seriyalı 030930 saylı apostil edilmiş bakalavr diplomu verilmişdir. Ali təhsil aldığı müddətdə müvafiq fənn proqramlarını mənimsəmiş, bütün imtahanlarda uğurla iştirak etmiş və təhsil aldığı müddətdə davamiyyəti yaxşı olmuşdur. Tədris olunan fənlərin hamısından məqbul qiymətlər alması diploma əlavədən də görmək mümkündür. Ali təhsilini başa vurduqdan sonra diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün cavabdehə müraciət etmiş. Cavabdehin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən 2 may 2018-cİ il tarixli məktubla diplomunun ölkə ərazisində tanınmasından imtina olunmuşdur. Səbəb kimi isə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Hal buki, keçirilən söhbət zamanı ixtisasına dair ona verilən sualları tədris dilində cavablandırmış və hesab edir ki, cavabdehin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı barədə mülahizəsi əsassızdır. Buna görə də cavabdeh tərəfindən diplomumun tanınmasından imtina edilməsi qanunsuzdur. Cavabdehin iddiaya dair etirazında qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, nazirlikdə iddiaçının sənədləri araşdırılarkən, təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupun un rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyinə görə, təhsilin dövlət standartları əsasında aparılan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2,2-1(82)-3952/2018 saylı iş) 6 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərəkUkrayna Milli Mülki Müdafiə Universitetinin iddiaçının adına verilmiş 03.06.2017-ci il tarixli, B17 seriyalı, 030930 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh imtinasında istinad etmiş olduğu dəlillərin əsaslılığı barədə məhkəməyə hər hansı sənəd-sübut təqdim edə bilməmiş, formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X7 və X5, 2-1(103)-807/2019 saylı iş) 30 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ekspert rəyinə istinadən iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili v ə beynəlxalq qanunvericiliyə uyğun olmuş və bu cür imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı 24 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş“Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının 1.2, 1.3, 1.6, 2.3, 3.2-ci bəndinə istinad edilərək, qeyd edilir ki, Qaydalar tanınma və ekvivalentliyin müəyyən olunmasını ayrı-ayrı prosedurlar şəklində ayırmış və hər biri üçün ayrı qaydalar müəyyə n etmişdir. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1-ci maddəsində göstərilir ki, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və magistr ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsil davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. 6-cı maddəyə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş bütün ali təhsil müəssisələrini əhatə edir. Apelyasiya instansiyası işi araşdıran zaman Qaydaların 1.6~cı bəndinə (hansı ki, beynəlxalq müqavilələrdə ekvivalentlik müəyyən edildiyi halda ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilməsini təsbit etmişdir) və Sazişin 5-ci maddəsini işin hallarına tətbiq etməmişdir. Digər bir məqam isə ondan ibarətdir ki, apellyasiya instansiyası iddiaçının təhsil aldığı müddətdə davamiyyətinin yaxşı olması və təhsilini məqbul qiymətlərlə başa vurması halını nəzərə almamış və iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin imtahan komissiyasının səlahiyyətlərinə aiddir və onlar tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsində göstərilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Burada Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasi nəzərə almalı idi k i, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olan, həmçinin iki dövlət arasında münasibətləri tərəflərin müəyyən etdiyi xüsusi normalar vasitəsi ilə tənzimləyən Sazişin müddəalarını hazırkı mübahisəyə tətbiq etməməkdə, işin hallarını həmin Sazişin müddəalarının tələbləri baxımından yoxlamamaqda iddiaçının hüquqlarını pozmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəməyə müraciət ünvanlayaraq koronavirusla bağlı karantin tədbirləri görülməklə şəhərlərarası marşrut işləmədiyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, karantin rejimi dövründə Ali Məhkəmədə işlərə baxıldığından, iddiaçının məhkəmə iclasında iştirakını istisna edən əsas olmadığından və iddiaçının vəkili məhkəmə iclasında iştirak etdiyindən vəsatət təmin edilmir. Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımda n lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşdə olan sənədlərə görə iddiaçı 2017-ci ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini yanğın təhlükəsizliyi ixtisası üzrə bitirmişdir. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdehin ekspert rəyinə əsasən iddiaçının tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Diploma əlavədə tədris dili kimi Ukrayna dili yazılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsd iq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövləti n vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xari ci ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnam ə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6 -cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edil məsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aş ağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmiş, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, habelə məhkəmə icraatı zamanı tədris dili ilə bağlı mübahisə açmamışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. İddiaçının kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikasının 18 iyu l 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasında n bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-99/2020 saylı 7 yanvar 2020-ci il tarixli qərarında da iddiaçının təhsil dövrü müddətində tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından diplomun tanınmasından imtina edilmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiya sı şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-807/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar