Məhkəmə qərarları › İş №2-1(102)-648/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-648/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-648/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki planın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2849/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən verilmiş 32456 saylı, xx.xx.2004-cü il tarixli müqaviləyə görə, X2 və İstismarı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 54 saylı Sərəncamı əsasında Əzizbəyov rayonunun Şüvəlan ərazisində 0,09 hektar torpaq sahəsi olan 1082L №-li bağın İddiaçı Mahmud qızının istifadəsinə verilməsinə dair müqavilə bağlanmışdır.

2. İddiaçı qeyd edilən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq ç ıxarışın verilməsinə dair 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət edilmişdir. 3. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********14 nömrəli Bildiriş ilə qeydiyyata alınmadan imtina edilmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən “1082L” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.09 ha qeyd edilsə də, faktiki ölçüsü 0,0825 ha təşkil edir. Məhkəmə sorğularına cavab: 5. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tari xli məktubunda qeyd edilmişdir ki, qeyd olunan bağ sahəsi sxematik xəritədə göstərilməyib. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 32456 nömrəli müqavilənin sadəcə surəti arxiv qovluğunda aşkar edilmişdir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti və İddiaçı adına tərtib edilmiş xx.xx.2004-cü il tarixli 32456 nömrəli müqavilənin surəti təqdim edilmişdir;

6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında 54 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışın təsdiq olunmuş surəti ndən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 №-li sərəncamına əsasən İddiaçı Şüvəlan ərazisində 1082L bağ sahəsi ayrılmışdır; 7. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1082L saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin arxiv nüsxəsi arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Sorğu ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1082L saylı bağ sahəsinə dair müvafiq sənədlərin və müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; 8. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1082L saylı bağ sahəsinin X3 adına qeydiyyata alınmasına əsas olmuş 43 nömrəli orderin və həmçinin həmin bağ sahəsinin X7 adına qeydiyyata alınmasına əsas olmuş alqı-satqı müqaviləsinin, habelə torpaq sahəsinin faktiki ölçüsünü əks etdirən torpaq sahəsinin planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; 9. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş Mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 825,0 kv.m təşkil edir. Torpaq sahəsi qonşu sahələrlə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir. Sahədə tikinti işləri aparılır. Sözügedən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Göstərilən torpaq sahəsi Xəzər dənizindən təqribən 220 metr məsafədə yerləşir. 10. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir. Ara sərhədlər şərtidir. Bundan əlavə, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından sözügedən sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1082L saylı torpaq sahəsinin elektron kadastr baza çıxarışı (ortofoto) məhkəməyə təqdim edilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L” saylı torpaq sahəsi üzərində, faktiki ölçüsü 0,0825 ha olan sahə üzərində hüquqların, nömrə təkrarlılığı aradan qaldırılmaqla dövlət reyestrind ə qeydiyyata alınmasının, çıxarışın və sahənin texniki planının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L" saylı torpaq sahəsinin (bağın) istifadəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2004-cü il tarixli, 32456 saylı Müqavilə bağlanmış və Müqavilə əsasında qeyd edilən əmlak (bağ sahəsi) iddiaçının istifadəsinə və mülkiyyətinə verilmişdir.

14. Qeyd edilən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə dair 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********14 nömrəli Bildiriş ilə qeydiyyata alınmadan imtina edilmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia tələbinə dair yazılı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən “1082L” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir.

16. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.09 ha qeyd edilsə də, faktiki ölçüsü 0.0825 ha təşkil edir. Bu səbəblərdən əriz ənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********14 nömrəli cavab məktubu ünvanlanmışdır. 17. ünvan şəhəri icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/490 saylı qərarı əsasında verilmiş 43 nömrəli orderinə uyğun olaraq **********74 reyestr nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.

18. Bundan başqa, iddiaçının ata adı “Maxmud” olmasına baxmayaraq, X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqaviləsində ata adı “Mahmud” olaraq göstərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1045/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhə ri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, ölçüsü 0,0825 ha olan “1082L” saylı bağ sahəsinə (nömrə təkrarlılığı aradan qaldırılaraq) xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

21. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.

22. İddiaçının istinad etdiyi 32456 nömrəli, xx.xx.2004-cü il tarixli icarə müqaviləsidir.

23. Cavabdehin imtinasının (etirazının) əsasını bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, müqavilənin arxiv nüsxəsinin arxiv qo vluğunda aşkar edilməməsi, həmin bağ nömrəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bağ sahəsinin faktiki ölçüsünün az (0,09 ha əvəzinə 0,0825 ha) olması və müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi təşkil edir.

24. Cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi çıxış edə bilməz.

25. Belə ki, cavabdeh müqavilənin arxiv nüsxəsinin arxiv qovluğunda aşkar edilməməsi bildirsə də, məhkəmə araşdırması zamanı bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində mövcud olan, iddiaçıya mübahisə predmeti bağın icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin cavabdeh tərəfindən təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş və cavabdehin xx.xx.2 022-ci il tarixli, **********96 nömrəli məktubunda da həmin müqavilənin surətinin arxiv qovluğunda aşkar edilməsi göstərilmişdir.

26. Bundan əlavə, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə vurğulayır ki, X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin 54 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışda iddiaçının atasının adının doğru olaraq “Maxmud” kimi qeyd edilməsi nəzərə alındıqda, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi göstərilməsi texniki səhv kimi qiymətləndirilməlidir.

27. Həmin bağ nömrəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına gəldikdə isə bu hal iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, bağ sahəsinin ayrılması haqqında müqavilə mövcuddur və qanunun müddəasına görə həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Cavabdehin qeyd etdiyi eyni nömrəli bağ sahəsi isə digər hüquqmüəyyənedici sənədlər əsasında qeydə alınmışdır və mübahisə predmeti bağ sahəsi ilə eynilik təşkil etmir (üst-üstə düşmür).

28. Torpaq sahəsinin ölçüsü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq faktiki ölçüsünə uyğun olaraq bağ sahəsinin hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

29. Cavabdehin mübahisə predmeti bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi barədə dəlillərinə münasi bətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.

30. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsini bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.

31. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

32. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir.

33. Belə olan halda, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

34. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2849/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tari xli, 21(112)-1045/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

37. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri

38. İddiaçı tərəfindən təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, iddiaçının ata adı “Maxmud” olmasına baxmayaraq, X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqaviləsində ata adı “Mahmud” ola raq göstərilmişdir.

39. Elektron kadastr məlumatlarına əsasən “1082L” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.09 ha qeyd edilsə də, faktiki ölçüsü 0.0825 ha təşkil edir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (y üklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli h esab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

49. Müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi göstərilməsi özü-özlüyündə iddianın rədd edilməsinin əsası kimi qiymətləndirilməli deyil. Belə ki, X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin 54 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışda iddiaçının atasının adı düzgün olaraq “Maxmud” kimi qeyd edilmişdir. 50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddəsinin tələbinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

51. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

52. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2849/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar