Məhkəmə qərarları › İş №2-1(102)-649/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-649/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-649/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; mənfəət vergisinin məqsədləri baxımından xərcin nəzərə alınması; işin hallarının hərtərəfli araşdırılmaması; qeyri-rezident ƏDVnin və müvəqqəti idxal rejimində yerləşdirilən mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2-1(103)-1843/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2019 tarixli **********184464 saylı qərarı ilə iddiaçı müəssisədə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icba ri ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır.

2. Yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********185720 saylı “Səyyar vergi yoxlaması Aktı” tərtib edilmiş və həmin akt əsasında xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.

3. Həmin qərarla 2017-2018-ci illərin mənfəət vergisi üzrə 1.312.670,59 manat, 20172019-cu illərin ƏDV üzrə 1.811.379,51 manat, 2018-ci ilin ÖMV üzrə 15.816,22 manat əlavə vergi borcu hesablanmış (o cümlədən 748.638,38 manat ƏDV-nin artıq hesablandığı müəyyən olunmuş) və ümumilikdə, 1.787.731,59 manat maliyyə san ksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh əsassız olaraq iddiaçının xərclərini mənfəət vergisinin hesablanması zamanı nəzərə almamışdır. Bundan əlavə, cavabdeh Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələblərinə zidd olaraq əvəzləşdirilmiş ƏDV məbləğlərini ləğv etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. 6.1. Etirazda qeyd edilmişdir ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən “SOCAR Kom pleks Qazma işləri” Tresti ilə iddiaçı arasında qazma quyularının maili qazılması və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. “SOCAR Kompleks Qazma işləri” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə iddiaçı ilə X1 Krallığının Aberdin şəhərində yerləşən “X2 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Daha sonra qeyd edilən xx.xx.2016-cı il tarixli müqaviləyə yeni maddələr əlavə edilməklə xx.xx.2017-ci il tarixdə “Razılaşmaya Əlavə” bağlanmışdır. “Razılaşmaya əlavələr” böl məsinin “müqavilə izahatlar/əlavələri” sətrinin “g” hisəsində qeyd olunan şərtə əsasən, il üzrə xərclərin ümumi məbləği 3000000,0 ABŞ dollarından az olarsa, qarşı tərəfin (yəni, “X2 Limited” şirkəti) istismar qiymətlərin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququna malik olması təsbit edilmişdir. 6.2. “X2 Limited” şirkəti tərəfindən iddiaçıya 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2734830,00 ABŞ dolları miqdarında, yəni müqavilə şərtində göstərilən 3000000,00 ABŞ dollarından az olduğu üçün 2176417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2099816,00 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3000000,00 A BŞ dollarından az olduğundan 3491938,00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün iddiaçıya 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 5668355,80 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017-ci və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. 6.3. Cavabdeh 3.000.000,00 ABŞ dollarından artıq hissənin ödənilməsi barədə müqavilə şərtləri ilə razılaşmamış, bunun xərclərin süni surətdə artırılması məqsədilə edildiyi qənaətinə gəlmiş, beləliklə yoxlama zamanı müvafiq hesablamalar aparılmaqla mənfəət vergisinin 2017-ci il üzrə 517306,55 manat ((4521489,85 ABŞ dolları – 3.000.000,00 ABŞ dolları) x 1,7 x 20%), 2018 -ci il üzrə isə 795364,04 manat ((5339306,00 ABŞ dolları 3000000,00 ABŞ dolları) x 1,7 x 20%), ümumilikdə 1312670,59 manat (517306,55 manat + 795364,04 manat) azaldıldığı müəyyən edilmişdir. 6.4. Digər tərəfdən, yoxlanılan dövr üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 30958502,17 manat vergiyə cəlb edilən ümumi dövriyyədən (o cümlədən 74120,00 manat 0 dərəcə ilə olan dövriyyə) büdcəyə ödənilməli ƏDV məbləği 4041572,06 manat göstərilmişdir. Yoxlama zamanı yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində müəssisəyə təqdim edilmiş VHF-na əsasən, 2018-ci ilin dekabr ayında 7,16 manat, 2019-cu ilin fevral ayında 406,46 manat, aprel ayında isə 2776,74 manat olmaqla, cəmi 3190,36 manat ƏDV-nin artıq əvəzləşdirilməsi (təkrar ə vəzləşdirilmiş), eyni zamanda 62075,60 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb 2017-ci ilin dekabr ayında müəssisəyə avans şəklində verilmiş 365500,25 manat məbləğin 2018-ci ilin yanvar ayında təkrarən ƏDV bəyannaməsində əks etdirilməsi olmuşdur. Vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilmə vəziyyətinin araşdırılması zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl olunmadığı, müəyyən edilmişdir. Nəticədə vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilməməsinə görə 2017- ci il üzrə 350509,20 manat, 2018-ci il üzrə 23810,00 manat, ümumilikdə 374319,20 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. 6.5. Bundan əlavə, iddiaçının qeyri-rezident şəxslərə gördüyü iş və göstərdiyi xidmətlərə görə hesablanmış haq lar üzrə ƏDV-nin hesablanması, büdcəyə ödənilməsi və həmin ödənişlərə görə əvəzləşdirilən ƏDV məbləğlərinin araşdırılması zamanı Vergi Məcəlləsinin 169.4-cü və 175-ci maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmiş, yoxlama ilə əhatə olunan dövr üzrə 1870264,77 manat ƏDV-nin artıq əvəzləşdirilməsi müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (.....), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Həmin Məcəllənin 169.2-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiy yata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır.Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən, ƏDV-nin əvəzləşdirilməsinin tələblərindən biri yerinə yetirilən əməliyyatın dəyərinin bank hesabına ödənilməsindən ibarətdir. Lakin yoxlama zamanı vergi ödəyicisi tərəfindən əməliyyatın dəyərinin bank hesabına ödənilmədən ƏDV-nin ödənilərək əvəzləşdirildiyi aşkar edilmiş və müvafiq əvəzləşdirmə ləğv edilərək ƏDV üzrə hesablama həyata keçirilmişdir. 6.6. İddiaçı qeyd edilən hala münasibətdə vergi qanunvericiliyinin ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı şərtlərinin hər birinin qeyri-rezident tərəfindən həyata keçirilməsinin faktiki baxımdan mümkün olmadığına istinad edərək, qeyri-rezidentə ödənilən məbləğlərlə bağlı ƏDV-nin əvəzləşdirilməsinə həmin şərtlərin şamil edilməməli olduğunu bildirmişdir. Halbuki, vergi qanunvericiliyi ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı şərtlərin dairəsini konkret müəyyən etmiş və qeyri-rezidentə münasibətdə həmin şərtlərə əməl edilməsini istisna edən norma müəyyən etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 169.2-ci maddəsinin tələbindən də göründüyü kimi, qeyri-rezident tərəfindən iş görülməsi və xidmət göstərilməsi halında ƏDVnin bəyan edilib, ödənilməsi öhdəliyi vergi agentinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 169.4-cü maddəsinə müvafiq olaraq vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Başqa sözlə, qeyri-rezidentə münasibətdə vergi agenti tərəfindən ƏDVnin bəyan edilərək, dövlət büdcəsinə ödənilməsi Vergi Məc əlləsinin 175-ci maddəsinə müvafiq olaraq əvəzləşdirmənin əsas şərtlərindən biri olan ƏDV-nin depozit hesabına ödənilməsi ilə bağlı tələbi əvəz etmiş sayılır. Vergi Məcəlləsinin 169.4-cü maddəsinin ikinci cümləsinə əsasən, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququ verən elektron qaimə-fakturadır. Qeyd edilən maddənin tələbindən də aydın olduğu kimi, vergi agenti tərəfindən ƏDV-nin ödənildiyini təsdiq edən sənəd ƏDV-nin əvəzləşdirilməsi hüququnu verən elektron qaimə-fakturaya bərabər tutulur. Başqa sözlə, qeyri-rezident tərəfindən görülən işlər, göstərilən xidmətlərə görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi üçün qeyri-rezident tərəfindən elektron qaimə-faktura veril məsi tələb edilmir, vergi agenti tərəfindən verginin ödənildiyini təsdiq edən sənəd əvəzləşdirməyə əsas verən sənəd qismində çıxış edir. 6.7. İdxala münasibətdə ƏDV-nin əvəzləşdirilməsinin qəbul edilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı ilə “X2 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi məqsədilə idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu Məcəllənin Xİ fəslinə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı “Ekspert rəyi”nə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ÖMV-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim F.Mədətli) 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar iddiaçıya 2017-ci il üzrə 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissələri istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.

9. Birinci i nstansiya məhkəməsinin əsaslandırması: 9.1. Tərəflər arasında bağlanmış müqavilənin olmasına və tərəflərin həmin müqavilənin tələblərinə uyğun fəaliyyət göstərməsinə baxmayaraq, yoxlama nəticəsində xərclərin 3.000.000,00 ABŞ dollarından artıq olan hissəsinin xərc olaraq qəbul edilməməsinin səbəbləri və əsasları yoxlama və iş materiallarında mövcud deyil. İş materiallarında olan səyyar vergi yoxlaması aktına əsasən, iddiaçı gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparıldığından, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 134-cü və 136-cı maddələrinin müddəalarına əsasən, müqavilə şərtləri xərcin tanınması üçün əsasdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gə lirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır (maddə 134). Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: - vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; - maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; - əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. Vergi Məcəlləsinin 136.2-ci maddəsinə əsasən, maliyyə öhdəliyi əqdə və ya müqavilədə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Qeyd edilənlərə əsasən, iddiaçı ilə “X2 Limited” şirkəti arasında bağlanmış müqavilə şərtlərini əsas götürərək boşdayanmaya görə hesablanmış vəsait iddiaçının 2017 və 2018-ci illərdə gəlirin əldə edilməsi ilə bağlı xərcidir və yoxlama materiallarına əsasən boşdayanmalara görə 3.000.000,00 ABŞ dollarından artıq olan vəsaitin xərc kimi tanınmaması nəticəsində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiqi əsassızdır və iddia həmin hissədə təmin edilməlidir; 9.2. İddiaçı tərəfindən 2017-ci il üzrə gəlirdən çıxılmalı olan əmlak vergisinin məbl əği 275,55 manat əsassız olaraq artırılmış və cavabdeh vergi orqanı bu səbəbdən 55,11 manat mənfəət vergisi hesablamışdır ki, həmin hesablamanın əsassız olduğunu sübut edən hər hansı sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir; 9.3. İş materiallarına əlavə edilmiş və idxal zamanı büdcəyə ödənilən ƏDV-nin ödənişini təsdiq edən sənədlər, həmçinin əməliyyatların rəsmiləşdirilməsinin sübutu olan gömrük bəyannamələrinə əsasən, idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin əvəzləşdirməsinin ləğvi əsassızdır; 9.4. Vergi ödəyicisi qeyri-rezidentdən aldığı iş və xidmətin haqqını həmin qeyrirezidentə ödəməsə də, ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən dövlət büdcəsinə ödəmiş və ödənilən ƏDV məbləğini təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirmişdir. Səyyar vergi yoxlaması za manı bu məbləğlər üzrə əvəzləşdirmə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinadən ləğv edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, əvəzləşdirilən ƏDV, ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Lakin qeyri-rezidentin ƏDV depozit hesabı olmadığından, iddiaçı tərəfindən qeyri-rezident şəxsdən aldığı iş və xidmətin dəyərinin 18 faizini büdcəyə ödəyərək əvəzləşdirdiyi ƏDV məbləği ləğv edilən zaman cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinad edə bilməzdi. 9.5. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytının sual - cavab bölməsindən çap edilmiş sənədlər mövcuddur ki, həmin sənəddə qeyri-rezident tərəfindən görülmüş işin və göstərilmiş xidmətin dəyəri ödənilmədən büdcəyə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyinə zidd olmadığı qeyd olunur. 9.6. Bundan başqa, məhkəmə iddianın rədd edilmiş hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. 9.7. İş materiallarında olan səyyar vergi yoxlaması aktına əsasən, qeyri-rezidentlərə 158.162,22 manat iş və ya xidmətin dəyəri ödənildiyindən, həmin qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəliri formalaşdığından Vergi Məcəlləsinin 125-ci maddəsi əsas götürülərək cavabdeh tərəfindən iddiaçıya 15.816,22 manat ödəmə mənbəyində vergi hesablanmış və maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı həmin vergi (ÖMV) məbləğinin hesablanmasının əsassız olması iş materialları ilə müəyyən edilmədiyindən, ödəmə mənbəyində verginin hesablanması qanuni olmuşdur. 9.8. Həmçin in, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı ekspert rəyində yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ÖMV-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanmasının müəyyən edildiyi qeyd olunmuşdur. 9.9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il qərarından cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, M.Tağızadə və X.Cəmilova) 17 noyabr 2022-ci il tarixli 2-1(103)1843/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 21(103)-1843/2021 nömrəli qərarından cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində iddia tələbi nə qarşı verdiyi yazılı etirazdakı dəlilləri təkrarlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış və işdəki sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə xərclərin nəzərə alınmaması halları üzrə müstəqil şəkildə heç bir araşdırma aparmamış, boşdayanma günləri barədə məlumatları dəqiqləşdirməmişdir. Qeyd edilməlidir ki, həmin xərclər ödənilmədiyi üçün nəzərə alınmamışdır, baxmayaraq ki, həmin xərclərin ödənilməsi üçün ağlabatan müddət artıq keçmişdir. Həmçinin, həmin xərclər bugünkü tarixə də ödənilməmiş, qarşı tərəf isə onu tələb etməmişdir. ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı işin hallarına (müvəqqəti idxal və qeyrirezidentin göstərdiyi xidmətlərə görə ödənilən ƏDV) isə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, Vergi Məcəlləsinin 159.3, 169 və 175.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi Maddə 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDVnin məqsədləri üçün idxal malları hesab edilmir. Maddə 169.4. Vergi agenti ƏDV-nin məqsədləri ü çün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab fakturadır Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDVnin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

16. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izaha tları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassas iya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçıya mənfəət, ƏDV və ÖMV hesablanmış, aşağı instansiya məhkəmələri tərəfindən iddia qismən təmin edilərək, 2017-ci il üzrə 55,11 mana t məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsi istisna olmaqla, cavabdehin qərarı qalan hissədə ləğv edildiyindən, kassasiya icraatında məhkəmə araşdırmasının predmetini iddia tələbinin təmin edilmiş hissəsi (mənfəət vergisi və ƏDV-nin hesablanması) təşkil edir. Mübahisələndirilən qərarla hesablanmış mənfəət vergisinin qanuniliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinin pozulması

21. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı və “SOCAR Kompleks Qazma işləri” Tresti arasında xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda, bu müqavilənin icrası məqsədi ilə i ddiaçı və “X2 Limited” şirkəti arasında xx.xx.2016-cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Daha sonra qeyd edilən xx.xx.2016-cı il tarixli müqaviləyə yeni maddələr əlavə edilməklə, xx.xx.2017-ci il tarixdə “Razılaşmaya Əlavə” bağlanmışdır. Əlavənin 1.12-ci yarımbəndinin “g” hissəsinə əsasən, iddiaçı il ərzində ümumi əməliyyat xərclərinin dəyəri 3.000.000,0 ABŞ dolları məbləğindən az olduqda, icarəyə götürülən avadanlıqların boşdayanma günlərinin sayı nəzərə alınmaqla, icarə avadanlıqlarının günlük tarif məbləğinin 65%-i miqdarında ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Buna uyğun olaraq, “X2 Limited” şirkəti tərəfindən iddiaçıya 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2.734.830,0 ABŞ dolları m əbləğində, yəni müqavilə şərtində göstərilən 3.000.000,0 ABŞ dollarından az olduğu üçün 2.176.417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2.099.816,0 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3.000.000,0 ABŞ dollarından az olduğundan 3.491.938,0 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün iddiaçıya 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə boşdayanmaya görə ümumilikdə 5.668.355,8 ABŞ dolları məbləğində ödəniş hesablanaraq, 2017 və 2018-ci illərin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir.

22. Gö ründüyü kimi, istinad olunan müqaviləyə Əlavədə il üzrə xərclərin ümumi məbləği 3000000,0 ABŞ dollarından az olarsa, qarşı tərəfin (yəni, “X2 Limited” şirkəti) boşdayanmaya görə istismar qiymətlərinin 65%-i məbləğində ödəniş təyin etmək hüququna malik olması təsbit edilmişdir.

23. Tərəflər arasında mübahisənin predmetini (mənfəət vergisi ilə bağlı) 2017-ci və 2018-ci illər üzrə boşdayanmaya görə bəyannamədə əks etdirilmiş 3.000.000,0 ABŞ dollarından artıq məbləğin xərc kimi qəbul edilib-edilməməsi təşkil edir.

24. İşə baxan apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ondan ibarətdir ki, müqavilə şərtlərinə əsasən boşdayanmalara görə 3.000.000,0 ABŞ dollarından artıq olan vəsait iddiaçının xərci kimi nəzərə alınmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəm əsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

26. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə boşdayanmaya görə hesablanmış xərcin süni surətdə artırıldığı qənaətinə gəlmiş, boşdayanmaya görə hesablanmış məbləğlər müvafiq olaraq 2017-ci və 2018-ci illər üzrə xərcə daxil edildiyi halda, ödəniş həyata keçirilmədiyinə istinad edərək, 3.000.000,0 ABŞ dollarından artıq hissəni xərc kimi qəbul etməyərək, mənfəət vergisinin iddiaçı tərəfindən azaldıldığını bildirmişdir.

27. Göründüyü kimi, cavabdeh inzibati orqanın mənfəət vergisi ilə bağlı əsas dəlili onunla bağlıdır ki, 2017-2018-ci illər üzrə bəyan edilmiş xərcin bir hissəsi (boşdayanmaya görə ödəniş) iqtisadi cəhətdən səmərəsiz olmuşdur ki, bu da xərclərin süni surətdə artırıldığı qənaətinə gəlməyə əsas verir. Bu mülahizənin əsası kim i cavabdeh orqan həm də iddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə boşdayanmaya görə hesablanmış məbləğ müvafiq olaraq 2017-ci və 2018-ci illər üzrə xərclərə daxil edilsə də, bu məbləğlər üzrə bugünədək heç bir ödəniş həyata keçirilmədiyinə istinad edir.

28. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə hərtərəfli qiymət verməmiş, yalnız müqavilə öhdəliyinə istinadən xərcin əsaslılığı nəticəsinə gəlmişdir.

29. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə müqavilə üzrə boşdayanmaya görə hesablanmış məbləğlərin həqiqətən ödənilib-ödənilməməsi məsələsini araşdırmalı (bununla bağlı mötəbər sübutlar tələb etməli), bundan asılı olaraq cavabdehin dəlillərini qiymətləndirməlidir. ƏDV-nin hesablanması ilə bağlı m əhkəmənin mövqeyi

30. Mübahisələndirilən qərarla ƏDV-nin azaldılmasının əsasında iddiaçı tərəfindən ƏDV əvəzləşdirilməsinin (qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən ƏDV-nin, o cümlədən müvəqqəti idxal rejimində ölkəyə gətirilən avadanlıqlara görə ödənilən ƏDV-nin) əvəzləşdirilməsinin düzgün aparılmaması dayanır. qeyri-rezidentin göstərdiyi xidmətlərə görə vergi agenti kimi ödənilən ƏDV-nin əvəzləşdirilməsi:

31. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı qeyrirezidentin göstərdiyi xidmətlərə görə vergi agenti kimi Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələbinə uyğun olaraq vergini hesablamış, əməliyyatın aparıldığı ay üçün ƏDV bəyannaməsi verilərkən ödəmişdir.

32. İddiaçı hesab edir ki, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sən ədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi-hesab faktura olduğundan (əməliyyatın aparıldığı tarixdə qüvvədə olan redaksiyaya uyğun olaraq), həmin ödəmə sənədi əsasında qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödədiyi ƏDV-ni əvəzləşdirə bilər. Başqa sözlə, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə verilməli olan xidmət haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin xidmətlərə görə ödənilməli olan ƏDV-nin bəyan edilməsi və büdcəyə ödənilməsi, ƏDV-nin əvəzləşdirilməsi üçün yetərlidir.

33. Cavabdeh isə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 175.1 və 169.4-cü maddələri birgə tətbiq edilməli, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə verilməli olan xidmət haqqının nağdsız qay dada ödənildiyi və eyni zamanda, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi mövcud olduğu halda, iddiaçının ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranır.

34. Məhkəmə kollegiyası ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyrirezidentin Azərbaycan Respublikasının ərazisində göstərdiyi xidmətlərə, gördüyü işlərə görə vergi agenti tərəfindən ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

35. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin mübahisənin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. 36. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarında, Konstitusiya Məhkəməsinin Plenumu belə bir nəticəyə gəlmişdir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin mənasına görə, təqdim edilmiş malların, görülmüş işlərin və ya gö stərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV-nin məbləği sayılır.

37. Qeyd edilənlərə əsasən, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi baxımından, ƏDV-nin əvəzləşdirilməsi üçün həm də təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri (nağdsız qaydada) ödənilməlidir.

38. Hazırkı halda, iddiaçı təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı şərtin ona aid olmadığına istinad etsə də, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsi ƏDVnin əvəzləşdirilməsinin fərqli qaydasını nəzərdə tutmur. Məhz həmin maddə, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədinin Vergi Məcəlləsinin 175-ci maddəsindəki elektron vergi hesab-fakturanı əvəzləyən sənəd olmasını təsbit etmişdir. Əks tənzimləmə, vergi orqanının ƏDV-ni əvəzləşdirmək prosedurunu tənzimləyərkən rəhbər tutduğu siyasətə də zidd olardı.

39. Aşağı instansiya məhkəmələri qərarlarında iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytının sual - cavab bölməsindən çap edilmiş sənədə istinad etsələr də (həmin sənəddə qeyri-rezident tərəfindən görülmüş işin və göstərilmiş xidmətin dəyəri ödənilmədən büdcəyə ödənilm iş ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyinə zidd olmadığı qeyd edilir) qeyd edilməlidir ki, bu sual-cavab bölməsindəki məlumat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarından əvvəlki tarixə aiddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi:

40. İddiaçı ilə “X2 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi məqsədilə idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür.

41. İddiaçı müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə ödənilən ƏDV-nin əvə zləşdirilməsinin yolverilənliyinə istinad etmiş, cavabdeh isə Vergi Məcəlləsinin 159.3-cü maddəsinə istinadən əvəzləşdirilmənin yol verilmədiyini bildirmişdir.

42. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən, mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçini n, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilir.

43. Gömrük Məcəlləsinin 193-cü maddəsinə əsasən isə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

44. Bundan əlavə, Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödən ilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

45. Qeyd edilənlərdən göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar həmin rejim altında müəyyən müddət ərzində qala bilər və eyni zamanda bu müddət ərzində gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilir. Müvəqqəti idxal rejimi zamanı Azərbaycan Respublikası ərazisinə buraxılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edildikdə, mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği sərbəst dövriyyəyə buraxılış üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

46. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazis inə buraxılan mallara görə alınan ödənişlər gömrük məqsədləri üçün tətbiq olunur və Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı vergi tutulan idxal sayılsa da, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

47. Bununla belə, müvəqqəti idxal rejiminin müddətinin bitməsindən sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən vergi tutulan idxal sayılır və əvəzləşdirilə bilər.

48. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdir ilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDV-yə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir. Digər əsaslar

49. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə qarşı verilmiş etirazda cavabdeh ƏDV-nin azaldılması ilə bağlı mövqeyində onu da bildirmişdir ki, yoxlanılan dövr üzrə iddiaçı təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 30958502,17 manat vergiyə cəlb edilən ümumi dövriyyədən (o cümlədən 74120,0 manat 0 dərəcə ilə olan dövriyyə) büdcəyə ödənilməli ƏDV 4041572,06 manat göstərilmişdir. Yoxlama zamanı yoxl anılan dövr üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində müəssisəyə təqdim edilmiş VHF-lara əsasən, 2018-ci ilin dekabr ayında 7,16 manat, 2019-cu ilin fevral ayında 406,46 manat, aprel ayında isə 2776,74 manat olmaqla, cəmi 3190,36 manat ƏDV-nin artıq əvəzləşdirilməsi (təkrar əvəzləşdirilmiş), eyni zamanda 62075,60 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb 2017-ci ilin dekabr ayında müəssisəyə avans şəklində verilmiş 365500,25 manat məbləğin 2018-ci ilin yanvar ayında təkrarən ƏDV bəyannaməsində əks etdirilməsi olmuşdur. Vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilmə vəziyyətinin araşdırılması zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticədə, vergi tutulan əm əliyyatların vaxtının düzgün təyin edilməməsinə görə 2017-il üzrə 350509,20 manat, 2018-ci il üzrə 23810,0 manat, ümumilikdə 374319,2 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Lakin bu dəlillər aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 21(103)-1843/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar