Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-651/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, XN ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi X8, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyini n cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2771/20N9 saylı, 5 dekabr 20N9-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin NN.N2.2018-ci il tarixli arayışına əsasən iddiaçı Sumqayıt ŞHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətli ilə birlikdə N saylı hərbi hissə komandirinin N8.NN.1993-cü il tarixli N saylı əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N saylı hərbi hissə komandirinin 20.12.1993-cü il tarixli 242 saylı əmrilə 26-cı MAT-un N3-cü bölük komandiri vəzifəsinə təyin edilmiş, hərbi hissə komandirinin 19.03.N-cü il tarixli 49 saylı əmrilə tutduğu vəzifədən azad edilərək tabor komandirinin sərəncamında saxlanılmış, hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin N6.03.N-cü il tarixli 75 saylı əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-6606 nömrəli, 20.05.20N9-cu il tarixli arxiv arayışına əsasən iddiaçı N №-li hərbi hissə komandirinin N iyul N-cü il tarixli N28 №-li əmrilə (əsas: § 4, səh. N43, sıra 3, qeyd: əmrdə soyadı Heydarov yazılmışdır) 4-cü MAT-da 3 MAB-ün tağım komandiri vəzifəsinə təyin edilməklə bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr N-cü il tarixli N95 №-li əmrilə (əsas: § 2, səh. 258, sıra 2N) leytenant i ddiaçı fərari əsgərləri hərbi hissəyə qaytarmaq üçün rayonlara ezam olunmuşdur. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin 12 mart 2019-cu il tarixli məktubu ilə tələbin təmin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N3.02.20N9-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin NN.N2.20N8-ci il tarixli 9/2-203N3 nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatları gedən zamanı fərarilik etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 N°-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İddiaçı 23 aprel 20N9-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N993-cü il tarixdə Sumqayıt şəhərində yaradılmış könüllü dəstələrə qoşularaq cəbhəyə yollanmışdır. N993-cü ilin noyabr ayından N-cü ilin mart ayının sonlarınadək N saylı hərbi hissədə, N-cü ilin iyul ayından həmin ilin oktyabr ayınadək N saylı hərbi hissədə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı qeyd edilən vaxtlarda müharibə də iştirak etməsinə baxmayaraq həmin dövr qarışıqlıq dövrü olduğuna və vahid komandanlıq olmadığına görə onun müharibədə iştirakı nə hərbi biletinə, nə də şəxsi işinə qeyd edilməmişdir. O, dəfələrlə bu faktların rəsmi sənədlərdə qeyd edilməsinə cəhd etsə də, buna nail ola bilməmişdir. Lakin iddiaçının N993-N-cü illərdə N və N saylı hərbi hissələrdə xidmət etməsi və döyüş əməliyyatlarında iştirak etməsi bir çox sübutla öz təsdiqini tapır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş arayışa əsasən iddiaçı 26.N0.N993-cü ildən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərin iştirakçısıdır. Bundan başqa N saylı hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş NN.0N.N-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən də həmin hərbi hissənin 3-cü motoatıcı taborunda xidmət etmişdir. N saylı hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş N5.07.N-cü il tarixli arayışa görə həqiqətən həmin hərbi hissədə xidmət etmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, nazirlik tərəfindən ona imtina cavabı verilərək bildirilmişdir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin NN.N2.20N8-ci il tarixli, 9/2-20N saylı arayışına əsasən İddiaçı döyüş əməliyyatları zamanı fərarilik etdiyinə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Adı çəkilən arayışdan görünür ki, iddiaçı Sumqayıt ŞHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətli ilə birlikdə N saylı hərbi hissə komandirinin N8.NN.N993-cü il tarixli, 3N3 nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, leytenant İddiaçı oğlu N saylı hərbi hissə komandirinin 20.N2.N993-cü il tarixli, 242 nömrəli əmrilə 26-cı MAT-un - “3-cü bölük komandiri” vəzifəsinə təyin edilmiş, hərbi hissə komandirinin 09.03.N-cü il tarixli, 49 nömrəli əmrilə tutduğu vəzifəsindən azad edilərək tabor komandirinin sərəncamında saxlanılmış, hərbi hissəni özbaşına tərk etdiyinə görə iddiaçı hərbi hissə komandirinin N6.03.N-cü il tarixli, 75 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilmişdir. Fərarilik Azərbaycan Respublikası cinayət qanunvericiliyində şəxsin məsuliyyət daşımasına səbəb olan ağır cinayət əməlidir, həm də bu əməl müharibə vaxtı törədildikdə bu əməli törədən şəxs daha ağır cəzaya məru z qalır. Lakin iddiaçının barəsində bu günə qədər fərariliklə bağlı hər hansı cinayət işi və ya təqsirləndirici material olmamış, o bu cinayət əməlinə görə məhkum edilməmişdir. Bu faktın araşdırılması üçün N6.04.20N9-cu il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət edilmiş, müraciətinə Hərbi Prokurorluq tərəfindən N7.04.20N9-cu il tarixli, HP0N/295 saylı cavabda qeyd edilmişdir ki, iddiaçının barəsində Hərbi Prokurorluq orqanlarında hər hansı cinayət işi və yaxud təqsirləndirici material olmamışdır. Bu faktlar Müdafiə Nazirliyinin iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinin qanunsuz və əsassız olmasını təsdiq edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-N(82)-2668/20N9 saylı iş) 24 sentyabr 20N9-cu il tarixli qərar ı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xidmət etdiyi hərbi hissələr tərəfindən verilmiş arayışlara, həmçinin arxiv arayışına əsasən onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakının öz təsdiqini tapdığına, fərarilik etməsi ilə əlaqədar hər hansı bir cinayət işi və yaxud təqsirləndirici materialin olmamasına istinad edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X9, 2-N(N03)-227N/20N9 saylı iş) 5 dekabr 20N9-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)2668/20N9 say lı, 24.09.20N9-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə münasibətdə müharibə veteranı adı vermək öhdəliyi o zaman yaranır ki, həmin hərbi qulluqçular hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada tərxis edilmiş olsunlar. İddiaçının hərbi biletində onun döyüşlərdə iştirakı, hərbi xidmətdən N-cü ildə tərxis edilməsi barədə qeydiyyat aparılmamış, Sumqayıt şəhər Hərbi Komissarı tərəfindən verilmiş arayışda onun 26.N0.N993-cü ildən Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi qeyd ed ilsə də, qanuni əsaslarla xidmətdən ehtiyata buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı 9 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Bakı Apelyasiya Məhkəməsi qərarında qanunsuz olaraq iddiaçının hərbi biletində döyüşlərdə iştirakı və tərxis olunması barədə qeydin aparılmamasına əsaslanmışdır. Belə ki, iddiaçı istər məhkəməyə verdiyi iddia ərizəsində, istərsə də məhkəmə prosesində bildirmişdir ki, həmin dövrdəki taborun komandiri ona azad olduğunu və evə yollanmaq hüququ olduğunu bildirmiş, evə yollanmamışdan əvvəl iddiaçı hərbi biletini almış və orada apardığı hərbi xidmət barədə heç bir məlumat olmadığını görmüşdür. O zaman həm in komandirdən apardığı hərbi xidmətin hərbi bilet və şəxsi işində əks olunacağı barədə sorğu almış və sonuncu onu məlumatın yazılacağına əmin etmişdir. Bundan sonra iddiaçı hərbi xidməti başa vurmuş və peşə məktəbindəki iş yerinə qayıtmışdır. İddiaçı qeyd edilən vaxtlarda müharibədə iştirak etməsinə baxmayaraq həmin dövr qarışıqlıq dövrü olduğuna və vahid komandanlıq olmadığına görə müharibədə iştirakı nə hərbi biletinə, nə də şəxsi işinə qeyd edilməməsi onun müharibədə iştirakı və qanuni əsaslarla tərxis edilməsi həqiqətini dəyişdirə bilməz,çünki bunların qeyd edilməməsinə görə məsuliyyəti daşımır. Həmçinin apelyasiya məhkəməsi iddiaçının hərbi hissəni özbaşına tərk etməsinə dair işdə sənədlər olmasını vurğulamışdır ki, bu tamamilə səhvdir, çünki iş materiallarında bununla bağlı yalnız c avabdehin hazırda mübahisələndirilən arxiv arayışından başqa sənəd mövcud deyildir. İnzibati Prosessual Məcəllənin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunun mənasından da göründüyü kimi cavabdeh iddiaçının fərarilik etməsini sübut etməyə borclu olduğu halda aylardır davam edən məhkəmə proseslərində bununla bağlı hər hansı mötəbər sübutu məhkəmədə təqdim edə bilməmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiad ır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı N993-cü ilin noyabr ayından N-cü ilin mart ayının sonunadək N saylı hərbi hissədə, N-cü ilin iyul ayından həmin ilin oktyabr ayınadək N saylı hərbi hissədə xidmət zamanı döyüş əməliyyatlar ında iştirak etdiyini bildirib bu barədə ona müharibə veteranı adı və vəsiqəsi verilməsini arzu edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı N saylı hərbi hissə komandirinin N8 noyabr N993-cü il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, N9 mart N-cü il tarixli əmrilə tutduğu vəzifədən azad edilərək tabor komandirinin sərəncamında saxlanılmış, hərbi hissəni özbaşına tərk etdiyinə hərbi hissə komandirinin N6 mart N-cü il tarixli əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilmişdir. İddiaçının işdə olan hərbi biletinin surətində də onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hər hansı məlumat mövcud olmamışdır. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılması sübuta yetməmişdir. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarı lması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsə rhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birg ə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd:Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və iddiaçının ehtiyata buraxılması barədə arayış və əmr olmad ığından apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-N(N02)-33N/2020 saylı 4 fevral 2020-ci il tarixli və 2-N(N02)-555/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kasasiya şikayətləri təmin edilməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-N(N03)-277N/20N9 saylı, 5 dekabr 20N9-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-651/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-651/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver