Məhkəmə qərarları › İş №2-1(102)-66/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-66/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-66/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəqliyyat vasitələrinin geri qaytarılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfər bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “nəqliyyat vasitələrinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(103)-1692/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən təqdim edilən hərbi nəqliyyat vasitələrinin siyahısından görünür ki, buraxılış ili 2010cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsi tərəfindən N nöm rəli hərbi hissəyə verilmişdir.

2. İddiaçı MMC-nin müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin 6-cı Ordu Korpusuna təhvil verilmiş nəqliyyat vasitələri təhvil-təslim zamanı Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyası tərəfindən təhvil alınmış və bunlardan bir qisminin Dövlət Sərhəd Xidmətində saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Dövlət Sərhəd Xidmətində saxlanılması planlaşdırılan nəqliyyat vasitələrindən 1 ədəd DAF markalı 99-JK 927 dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı və 1 ədəd **-ZX-*** dövlət qeydiyyat nömrə nişanlı qoşqunun İddiaçı MMC-yə məxsus olmasının nəzərə alınması xahiş edilmişdir.

3. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “DAF FTCF 85.410 YÜK” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən və “KRONE SDP27 yarımqoşqu” markalı **ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır.

4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və yarımqoşqunun Dövlət Sərhəd Xidmətində sərhəd bölmələri tərəfindən dövlət sərhədinin fasiləsiz mühafizəsi və müdafiəsi məqsədilə saxlanılır və həmin avtomobil texnikalarının qaytarılması xidməti-döyüş fəaliyyətinin təşkilini mümkünsüz edə cəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun saz vəziyyətdə geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar başlanandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müraciəti əsasında İddiaçı MMC-yə məxsus 10 ədəd yük avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına verilmişdir. Sonradan buraxılış ili 2010cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, Müdafiə Nazirliyinin 286 saylı Hərbi Hissəsinə, daha sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) sərəncamına verilmişdir. Hazırda İddiaçı MMC-yə məxsus qeyd olunan dartıcı və yarımqoşqu 44 günlük Vətən müharibəsinin bitməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Fərman ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Buna görə də Vətən müharibəsi dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilmiş dartıcı və yarımqoşqu İddi açı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təşkilatlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. AR DSX tərəfindən xx.xx.2021-ci il tarixli, 9/845 nömrəli məktubla bildirilmişdir ki, təhvil alınmış nəqliyyat vasitələrinin bir qisminin DSX-da saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. AR qanunverciliyində təşkilatlara və ya vətəndaşlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. Nəqliyyat vasitələrinin onların iradəsinə zidd dövlətin xeyrinə saxlanılması Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara ziddir.

7. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 2-1(112)-3443/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı mərkəzi icra hakimiyyəti orqanı, eləcə də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bilavasitə olaraq hazırkı iddiaya cavab verməli olan orqan deyildir. Başqa sözlə, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmadığından iddia mümkün sayılmamalıdır.

10. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi (sədrlik edən və məruzəçi), A.S.Hüseynov və A.Ə.Hüseyn) 25 noyabr 2022-ci il tarixli, 2-1(103)2772/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 44 günlük vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatması ilə əlaqədar Prezidentin xx.xx.2020-ci il tarixli Fərmanı ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Həmçinin məhkəmə kollegiy ası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təşkilatlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli, 9/842 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin 6-cı Ordu Korpusuna təhvil verilmiş nəqliyyat vasitələri təhvil-təslim zamanı Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyası tərəfindən təhvil alınmış və bunlardan bir qisminin Dövlət Sərhəd Xidmətində saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Əlavə olaraq, Dövlət Sərhəd Xidmətində saxlanılması planlaşdırılan nəqliyyat va sitələrindən 1 ədəd DAF markalı **JK-*** dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı və 1 ədəd **-ZX-*** dövlət qeydiyyat nömrə nişanlı qoşqunun İddiaçı MMC-yə məxsus aid olmasının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarından da göründüyü kimi iddiaçıya məxsus DAF (yəhərli dartıcı) ** JK *** və Krone (yarımqoşqu) markalı **-ZX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələri 44 günlük vətən müharibəsinin bitməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. İddia tələbindən də göründüyü kimi iddiaçı qeyd olunan nəqliyyat vasitələrinin iddiaçıya saz vəziyyətdə geri təhvil verilməsini tələb edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmadan cavabdehin iddiaçının hazırkı iddiaya cavab verməli olan orqan olmadığı əsas gətirilər ək iddia mümkün sayılmamışdır. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat 13.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 14.Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirilmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericil iklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətənda şların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmüş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 275 nömrəli 9 avqust 2005-ci il Fərmanının 1.7-ci bəndində həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olar nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qayda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü əyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydasının 1-ci hissəsinə əsasən, bu Qayda “Azərbaycan Respublikasında səfərbərik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır. Həmin Qa ydanın 2-ci hissəsinə əsasən, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər. Həmin Qaydanın 3-cü hissəsinə əsasən, öİkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. Həmin Qaydanın 5-ci hissəsinə əsasən, mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır. Adıçəkilən normaların tələblərindən göründüyü kimi ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir. Hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır ki, mübahisəli nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuş, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbi konkretdir və hazırkı işin faktiki hallarına münasibətdə konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödənişlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Göründüyü kimi zərərin məbləğinin hesablanması və s. ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komissiyanın tərkibinə hazırkı iş üzrə cavabdeh səlahiyyətli şəxsin iştirakı həmin cavabdehin özünün öhdəlik daşıması anlamına gəlmədiyindən həmin cavabdeh hazırkı iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitəsinin geri qaytarmasını istisna edir.

15. Bakı İ nzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, 2 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim T.R.Məlikov) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir ki, hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır. Mübahisəli nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Lakin işin məhkəmə tərəfindən həmin müəyyən edilmiş halı cavabdehi avtonəqliyyat vasitəsinin qaytarılmasında və ya pulun un ödənilməsində səlahiyyətli inzibati orqan kimi müəyyən etmir, o cümlədən həmin nəqliyyat vasitəsinin iddiaçıdan təhvil alınıb Dövlət Sərhəd Xidmətinin balansına verilməsi həmin cavabdeh üzərində hər hansı öhdəlik müəyyən etmir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbi konkretdir və hazırkı işin faktiki hallarına münasibətdə konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödənişlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Göründüyü kimi zərərin məbləğinin hesablanması və s ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komissiyanın tərkibinə hazırkı iş üzrə cavabdeh və üçüncü şəxsin səlahiyyətli şəxslərinin iştirakı onların özünün öhdəlik daşıması mənasını ehtiva etmədiyindən hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitələrinin geri qaytarmasını istisna edir. Odur ki, iddia tələbi əsa ssızdır və təmin edilməməlidir.

17. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və S.R.Səlimova) 6 iyun 2024-cü il tarixli, 2-1(103)1692/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1692/2024 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar başlanandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müraciəti əsasında İddiaçı MMC-yə məxsus 10 ədəd yük avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına verilmişdir. Sonradan buraxılış ili 2010cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, Müdafiə Naz irliyinin 286 saylı Hərbi Hissəsinə, daha sonra isə Dövlət Sərhəd Xidmətinin sərəncamına verilmişdir. Hazırda İddiaçı MMC-yə məxsus qeyd olunan dartıcı və yarımqoşqu 44 günlük Vətən müharibəsinin bitməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci iltarixli Fərmanı ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Buna görə də Vətən müharibəsi dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilmiş dartıcı və yarımqoşqu İddiaçı MMC-yə qaytarılmalıdır. Artıq müharibə başa çatdığına və hərbi vəziyyət ləğv edildiyinə görə İddiaçı MMC-yə məxsus ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun İddiaçı MMC-yə qaytarılmaması İddiaçı MMC-nin Ko nstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu pozur. Hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır ki, buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu İddiaçı MMC-nin mülkiyyətində olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Hazırda İddiaçı MMC-yə məxsus qeyd olunan dartıcı və yarımqoşqu 44 günlük Vətən müharibəsinin bitməsinə və ölkədə hərbi vəziyyətin ləğv edilməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. İddiaçı MMC qanunsuz və əsassız olaraq mülkiyyətindən məhrum edilmişdir və bu hal Konstitusiyaya ziddir. məhrum edilmişd ir və bu hal Konstitusiyaya ziddir. Dövlət Sərhəd Xidmətinin İddiaçı MMC-yə məxsus buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu hazırda öz balansında saxlaması İddiaçı MMC-nin öz mülkiyyətindən maneəsiz istifadəsinə imkan vermir və birbaşa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarını pozur. Hazırda İddiaçı MMC-nin ona məxsus99- JK-927 dövlət qeydiyyat nişanlı dartıcı və 10-ZX715 dövlət qeydiyyat nişanlı yarımqoşqunun saz vəziyyətdə geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının qanunsuz və əsassız olaraq təmin olunmaması Mülki Məcəllənin müddəalarına ziddir. Belə ki, həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə İddiaçı MMC-yə qaytarılmaması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Fərmanı ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. İddiaçı MMC-yə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu saz vəziyyətdə geri təhvil verilməlidir. Bir daha nəzərinizə çatdırırıq ki, həmin nəqliyyat vasitələrinin Dövlət Sərhəd Xidməti tərəfindən qaytarılmaması qanunsuz və əsassızdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunu: Maddə 11.1. Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi nəqliyyat vəzifəsi müəyyən edilir. Maddə 11.2. hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitəl ərinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. Maddə 11.3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası” 1-ci bənd. Bu Qayda “Azərbaycan Respublik asında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır. 2-ci bənd. Təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər. 3-cü bənd. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. 5-ci bənd. Mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır.

25. Azərbaycan Respublikasının İnz ibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inz ibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

30. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir. Bu qərarın tətbiq edilən hüquq bölməsində istinad edilən qanunvericiliyə görə Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədil ə hərbi nəqliyyat vəzifəsi müəyyən edilir. Hərbi-nəqliyyat vəzifəsi habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. Vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər.

31. İş materiallarından göründüyü ki, iddiaçının hüquqi marağı **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun saz vəziyyətdə geri təhvil verilməsindən ibarətdir.

32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “DAF FTCF 85.410 YÜK” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən və “KRONE SDP27 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-nin adında qeydiyyatdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən təqdim edilən hərbi nəqliyyat vasitələrinin siyahısından görünür ki, buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsi tərəfindən N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və yarımqoşqunun Dövlət Sərhəd Xidmətində sərhəd bölmələri tərəfindən dövlət sərhədinin fasiləsiz mü hafizəsi və müdafiəsi məqsədilə saxlanılır.

33. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən iş üçün əhəmiyyət kəsb edən geniş həcmdə sübutlar araşdırılmamış, mülkiyyətində olan mübahisəli nəqliyyat vasitələrini təhvil verən iddiaçıya xidməti vəzifəsindən irəli gələn müvafiq yardım göstərilməmişdir.

34. Bu obyektiv araşdırma prinsipi baxımından mühüm əhəmiyyət kəsb edir. Obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

35. Obyektiv araşdırma prinsipi nin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə yuxarıda istinad edilən normaların dispozisiya şərtlərinin mövcud olub-olmadığını müəyyən etməyə və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

36. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda məhkəmə tələb üzrə nəqliyyat vasitələrinin vəziyyəti (yararlı olması) üzrə araşdırma aparmalı, onların məhkəmə icraatı zamanı səfərbərlik və müharibə dövrü olmamasına baxmayaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb edilməsinin zəruri olub-olmamasını müəyyən etməlidir. İşin hallarından görünür ki, apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.

37. Tələb olunan nəqliyyat vasitələrinin qaytarılmasının mümkün olmaması nəticəsinə gəlindiyi halda nəqliyyat vasitələrinin dəyərinin ödənilməsi tələbinin irəli sürülməsi (iddianın dəqiqləşdirilməsi) məsələsi müzakirə edilməlidir.

38. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

39. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

40. Qeyd edi lənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələ lərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(103)1692/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar