Məhkəmə qərarları › İş №2-1(102)-671/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-671/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-671/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: Təhsil hüququ ilə bağlı mübahisələr, ali təhsil haqqında bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi Rasim Hüseynovun və vəkili Haqqı Cəlilovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İ İK-nın xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2300/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iddiaçıya A.N.Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universiteti tərəfindən verilmiş B17 №-li 252632 nömrəli diplomunun tanınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2013-2017-ci il tarixlərdə A.N.Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universitetində “Sənaye və Mülki tikinti” ixtisası üzrə ali təh sil almış, təhsil aldığı illərdə Ukranya ərazisində tam təhsil proqramını mənimsəmiş və tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. İddiaçı diplomunu əldə etdikdən sonra diplomunun tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi müraciət etmiş, Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. Bu səbəbdən də onun müraciəti imtina edilmiş və diplomumun tanınması mümkün hesab edilməmişdir. Belə ki, ümumvətəndaş pasportuna da nəzər yetirilərsə təhsil illərində universitetdə olmuş və dərslərdə iştirak etmişdir. Həmçinin Təhsil Nazirliyi onun müraciətinə imtinasına əsas kimi göstərilmiş dil biliyinin aşağı olması səbəbinə isə ona tədris edilən ixtisasını öyrənməyi çətin olmamışdır. Yəni danışıqda hər hansı bir çətinlik yaşamağı onun təhsilini mənimsəməyinə mane olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 42-ci maddəsinin İ hissəsinə, 60-cı maddəsinə İİ hissəsinə, “İznibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə, Azərbaycan Respublikası İPMin 2.2.2-ci, 73.2-ci və 87.6-cı maddələrinə istinad edərək A.N.Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universiteti tərəfindən ona verilmiş B17 seriyalı 252632 nömrəli bakalavrdiplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəb ul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək A.N.Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universiteti tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli B17 seriyalı 252632 nömrəli ali təhsil haqqında bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-1813/2019 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, O.M.Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universiteti tərəfindən İddiaçı veri lmiş xx.xx.2017-ci il tarixli B17 seriyalı 252632 nömrəli ali təhsil haqqında bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınmasıhaqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2300/2019 nömrəli (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instan siya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1813/2019 saylı qərarının ləğv olunması, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Xarkov Dövlət Şəhər Təsərrüfatı Universitetinin «Sənaye və mülki tikinti» ali peşə istiqaməti üzrə ixtisas proqramını mənimsəmiş, dövlət yekun attestasiyasını uğurla keçmiş, Dövlət İmtahan komissiyasının qərarı ilə ona müvafıq ixtisas verilmiş, yekunda isə həmin Universitet tərəfındən iddiaçının adına diplom verilmişdir. Bundan başqa, iddiaçı həmin ali təhsil müəssisəsində təhsil aldığı zaman müvafıq fənlərdən yaxşı qiymətlər almış, tədris təcrübəsi keçmiş, ixtisası üzrə dövlət imtahanlarını uğurla vermişdir. Qeyd olunan faktlar Universitet tərəfındən verilmiş diploma əlavədə öz əksini tapmışdır. Həmin diplomun və əlavənin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İddiaçı diplomunu aldıqdan sonra ixtisası üzrə işləmək və ailəsini dolandırmaq məqsədilə ona verilən diplomun ölkə ərazisində tanınması barədə cavabdeh Təhsil Nazirliyinə elektron qaydada müraciət etmiş, Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin yenə elektron qaydada subyektiv və ötəri cavabı ilə ona bildirilmişdir ki, «Tədris dilini bilmə səviyyəniz qənaətbəxş olmadığı üçün ixtisasınızın ölkə ərazisində tanınması mümkün deyildir». Təhsil Nazirliyinin bu cavabı Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təsbit olunmuş vətəndaşın təhsil almaq hüququnu po zmaqla yanaşı digər normativ hüquqi aktların müddəalarını da pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş bağlanmış və həmin Saziş xx xxxx 2000-ci il tarixli, 919-İQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında» xx xxx 2003-cü il tarixli, 64 saylı Qərarının l.6-cı bəndinin üçüncü abzasında qeyd edildiyi kimi «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekv ivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.» Göründüyü kimi cavabdeh həm beynəlxalq, həm də daxili qanunvericiliyə əməl etməklə İddiaçı müraciətinə baxarkən onu müsahibəyə dəvət etməməli və onun diplomunu tanımaqla vətəndaş üçün müvafiq şərait yaratmalı idi. Amma əksinə Təhsil Nazirliyi qanuna zidd olaraq əvvəlcə vətəndaşı müsahibəyə dəvət edir, ekspertiza keçirir və sonra onun dil biliklərini bilmə səviyyəsini bəhanə edərək onun diplom üzrə aldığı ixtisasını tanımaqdan imtina edir. Daha sonra, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqa llaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfındən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Bütün yu xarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2300/2019·saylı qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsi barədə ədalətli və obyektiv qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş ü zrə yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsi barədə ədalətli və obyektiv qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsi barədə ədalətli və obyektiv qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Haqqı Cəlilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıd ır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov da vəkil Haqqı Cəlilovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanun vericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir hald a kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2300/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018ci il tarixli, 2-1(82)-1813/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdehə qarşı iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 148, 151-ci maddələrinə, Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarına», «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyaya, İnzibati Prosessual Məcəllənin 14.3, 73, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri bir sıra ümumi xarakter daşıyan hüquqi normalara istinad etməklə, işin konkret halları ilə əlaqələndirilməməklə və apelyasiya instansiyası məhkəməsinin bu iş üzrə hüquqi mövqeyini təkzib etməməklə yanaşı deklarativ mahiyyətli qənaətlərdən ibarətdir, buna görə də əsassızdır. Belə ki, iddiaçı kasasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə, yəni, vətəndaşın təhsil almaq hüququnun olmasına, Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişə, Nazirlər Kabinetinin «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında» xx xxx 2003-cü il tarixli, 64 saylı Qərarının 1.6-cı bəndinə, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın 1-ci və 2-ci maddələrinə əsaslanır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkə mü bahisə üzrə hüquqi mövqeyi iddiaçının qeyd etdiyi sözügedən hüquq normalarına zidd deyil, əksinə uyğundur. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsində qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. İddiaçının tədris dilinin tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsin i şübhə altına alır. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. Həmçinin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları», «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın İİİ.1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfındən qəbul edilmiş «Xarici ixtisas ların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr»in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (ərizəçinin) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edilmişdir ki, iddiaçının tədris dilini bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Belə ki, yuxarıda qeyd edilən konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanın ma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, «təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, «xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, «ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır». d) yarımbəndində qeyd edilir ki, «səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirm ənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır». Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, «İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, laboratoriya işləri və s.) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.5-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvi valentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir». Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır». Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin mü vafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Bu Qaydaların 1.1-ci, 2.2-ci və 3.6-cı bəndlərindən görünür ki, ixtisasların tanınması zamanı bilavasitə bu sahəni əhatə edən və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tətbiqi nəzərdə tutulmuşdur. Digər tərəfdən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyaya uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, «Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlə tlərarası müqavilələrin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən edilir». Konstitusiyanın 151-ci maddəsinə əsasən, «Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir». Belə ki, Konvensiyanın 6-cı maddəsində qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarını n qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. İPM-in 73.1-ci maddəsinin tələbinə görə məhkəmə inzibati orqanın üzərinə o zaman məcburetmə öhdəliyi qoya bilərdi ki, inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul olunmaması qanuna z idd və onun hüquqlarını pozmuş olsun. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, hazırkı halda isə iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Yəni, iddiaçı tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olduğunu sübuta yetirə bilməmişdir. Buna görə də onun ixtisasının ölkə ərazisində tanınması mümkün deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansi yası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69. 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2300/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar