Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-673/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi və pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1937-ci il, FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət S osial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2771/2022 nömrəli iş üzrə 1 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı 1999-2006-cı illərdə Azərbaycan X1 mülki-hüquqi müqavilə əsasında işləmişdir.
3. İddiaçı 1999-2006-cı illərdə Azərbaycan X1 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya 15 iyul 2021-ci il tarixli imtina məktubu verilərək, iddiaçının işlədiyi 1999-2006-cı illərdəki əmək fəaliyyəti dövrü təqdim edilən xx.xx.1959-cu il tarixində tərtib olunmuş əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1997-ci ildən əmək təqaüdçüsü, VÖEN-i, sığortaçı orqanda, həmçinin vergi orqanında qeydiyyatı olmayan fərdi fiziki şəxs qismində Azərbaycan X2 ilə 1999-2006-cı illər ərzində mülkihüquqi müqavilə əsasında icra etdiyi işin müqabilində ona ödənilən əmək haqqından 25% məcburi dövlət sığorta haqqı və 14% gəlir vergisi ödədiyi faktına istinad etməklə həmin illərdəki əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi və bunun əsasında pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı hesab edir ki, cavabdeh ərizəsini cavablandırarkən icra etdiyi mülki-hüquqi müqavilənin intellektual səviyyəsini, ölkə üçün texniki-iqtisadi əhəmiyyətini, həmçinin sifarişçi ilə onun arasındakı qarşılıqlı öhdəliklərin şərhini verdiyi özəlliklərini ifadə edən hüquqi əhəmiyyətli faktiki hallarını Mülki Məcəllənin 752-ci maddə sində təsbit olunmuş podrat müqaviləsindən fərqləndirən hüquqi əhəmiyyətli faktiki halları araşdırmadan ərizəsini təmin etməmiş, həmçinin Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin müddəalarını nəzərə almadan, araşdırmadan ərizəsinə rədd cavabı vermişdir. Belə ki, o, 1971 -1992-ci illər ərzində fərdi əmək müqaviləsi əsasında AZETETİ-də elektrik mühərrikləri üzrə elmitədqiqat, layihə konstruktor laboratoriyasının müdiri vəzifəsində çalışmış, 1997-ci ildən pensiyaya çıxmışdır. 1999-cu ildə AZETETİ rəhbərliyinin dəvəti ilə yenidən oraya qayıtmış, neft və qaz sənayesində işlədilən, lakin respublikada layihə və istehsal praktikası olmadığından xarici ölkələrdən baha qiymətə satın alınan, partlayışdan mühafizəli PÜA315S4Y3 tipli elektrik mühərrikinin və onun sınaq stendinin layihələndirməsi və s ənaye istehsalına nail olunması işinin icrasına dair mülki-hüquqi müqaviləni imzalamışdır. Müqavilənin şərtlərinə əsasən AZETETİ öz inzibati binasında Əmək Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun iş yeri və bu Məcəllənin 11-ci maddəsinin tələblərinə uyğun əmək şəraiti olan bir iş otağı ilə onu təmin etməyi, iş otağının bütün kommunal xərclərini, o cümlədən telefon haqlarının ödənilməsini, işin icra müddətini qısaltmaq üçün onun rəhbərliyi altında onunla eyni otaqda işləyən 3 konstruktorun ona təhkim olunmasını, təhkim olunmuş konstruktorların əmək haqqının institutun əmək fondu hesabına ödənilməsini, mərhələlərlə icra edib təhvil verdiyi işin haqqının ödəniş cədvəli üzrə vaxtıvaxtında ödəməyi, onu zəruri normativ-texniki sənədlərlə (standartlarla) təmin etməyi öz öhdəsinə götürmüş v ə maddi çətinliklərə baxmayaraq, götürdüyü öhdəlikləri yerinə yetirmişdir. AZETETİ ilə imzaladığı mülki-hüquqi müqavilə iki dövlət müəssisəsi tərəfindən AZETETİ (icraçı), digər tərəfdən AZETETİ ilə birlikdə “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərmiş Bakı Elektromaşın zavodu (baş sifarişçi) arasında imzalanmış, baş sifarişçinin təşəbbüsü ilə sonralar bir neçə dəfə dürüstləşdirilmiş 03-99 saylı, xx.xx.1999-cu il tarixli mülki-hüquqi müqavilə əsasında tərtib edilmişdir. Bu dürüstləşdirmələrə paralel olaraq, AZETETİ ilə mülki-hüquqi müqaviləsi də dürüstləşdirilmişdir. Təqvim planına uyğun olaraq elektrik mühərrikinin və sınaq stendinin konstruktor-texnoloji çertyojlarının işlənib hazırlanması mərhələsini AZETETİ-nin inzibati binasında icra edib çertyojların əsli nin dəstəni AZETETİ- nin arxivinə təhvil vermişdir. Çertyojların surətini isə avadanlıqların hazırlanması üçün Bakı Elektromaşın zavoduna təhvil vermişdir. Bakı Elektromaşın zavodu mühərrikin iki ədəd təcrübi nümunələri və sınaq stendinin hazırlanması üçün lazım olan bütün xammal, enerji, yanacaq, nəqliyyat texnoloji avadanlıqlar, işçi heyəti və onların əmək haqqının ödənilməsi, həmçinin onun əmək şəraiti ilə təmin edilmiş iş otağı, bu otağın kommunal xərclərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Elektrik mühərriklərinin iki ədəd təcrübi nümunəsi onun nəzarəti və iştirakı ilə hazırlanmış, “Azərelektromaş” EİB-nin sınaq stendində QOST 183-74-ün tələblərinə uyğun olaraq uğurla sınaqdan keçirilmişdir. Sınağın nəticələri protokollarla sənədləşdirilmiş və təsdiq edilmişdir. Mühərriklərin pa rtlayış keçirməməyə sınağı stendin hazırlanmasında onun iştirakı ilə həyata keçirilmiş və 30 may 2002-ci il tarixli aktla Bakı Elektromaşın zavoduna təhvil verilmişdir. Maliyyə çətinlikləri ilə üzləşən AZETETİ özünün inzibati binasını Vergilər Nazirliyinin Vergilər Departamentinin Qaraçuxur qəsəbəsindəki təmirə ehtiyacı olan binası ilə əvəzləməli olmuş, bütün arxiv materialları siyahılaşdırılaraq ayrı-ayrı kisələrə doldurulmuş, elmi-texniki kitabxanası, təsərrüfat avadanlıqları və mexaniki emalatxanası ilə birlikdə Qaraçuxur qəsəbəsindəki binaya daşınmışdır. Lakin avadanlıqları yerbəyer etməyə macal tapmamış AZETETİ rəhbərliyini və digər əməkdaşlarını Vergilər Departamentinin həmin binanı qoruyan keşikçiləri binaya buraxmamış, özlərinə iş yeri axtarmaları olduqlarını bildirmişlər. Aidiyyət i vəzifəli şəxslərə və təşkilatlara müraciət istənilən nəticəni verməmişdir. Sonradan AZETETİ rəhbərliyinə həmin binaya öz əmlaklarını yoxlamaq üçün daxil olmağa icazə verilmişdir. Yoxlama nəticəsində arxiv sənədləri yığılmış kisələrin öz yerlərində olmadığı məlum olmuşdur. Aparılan sorğu-sual nəticəsində arxiv sənədlərinin taleyi haqqında hər hansı məlumat olmamış, lakin binanın zirzəmisində natəmiz şəraitdə bəzi arxiv sənədlərinin vərəqələrinin pərakəndə şəkildə səpələndiyi aşkar edilmişdir. AZETETİ 2007-ci ildən öz fəaliyyətini dayandırmağa məcbur olmuş, bir qədər sonra isə ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən vətəndaşın pensiya hüququnu müəyyən edən onun əmək fəaliyyətinin o illəri nəzərə alınır ki, vətəndaş həmin illə rdə aldığı əmək (xidmət) haqqından sığortaçı orqana Azərbaycan Respublikası ƏƏSMN-nə məcburi dövlət sığorta haqqı ödəmiş olsun. VÖEN-i, sığortaçı və vergi orqanlarında uçotu olmayan fərdi fiziki şəxs olaraq dövlət müəssisəsi AZETETİ ilə mülki-hüquqi müqavilə əsasında mərhələlərlə iş icra edib sifarişçiyə təhvil vermişdir. Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan VÖEN təqdim etməyən fiziki şəxslərə şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə haqqı ödəyən hüquqi şəxslər və ya fərdi sahibkar vergi tutmağa borcludurlar. Müddəaya uyğun olaraq AZETETİ icra edib ona təhvil verdiyi xidmətin müqabilində ona ödədiyi xidmət haqqından 14% gəlir vergisi tutur. Eyni qayda ilə AZETETİ mərhələlərlə ona ödədiyi xidmət haqqından 25 % məcburi dövlət sosial sığorta haqqı tutur. Azərbaycan Respublikası ƏƏSMN yanında Bakı şəhəri üzrə X5 İdarəsi hesabına 2006-cı ildən əvvəlki dövrdə qüvvədə olan qaydalara əsasən işçilərinin siyahısını təqdim etmədən ümumi məbləğ şəklində ödəmişdir. Məbləğin qalan hissəsi mərhələlərlə ödəniş cədvəli əsasında nağd şəkildə ona xidmət haqqı olaraq ödənilmişdir. AZETETİ öz əməkdaşlarına, o cümlədən ona kömək olaraq təhkim etdiyi konstruktorlara ödədiyi əmək haqqından 3% məcburi dövlət sosial sığorta haqqı tutmuş, Bakı şəhəri üzrə X5 İdarəsi hesabına köçürülmüşdür. 2019-ci ilin əvvəllərində Bakı şəhəri üzrə X5 İdarəsi ləğv olunduğundan onun arxiv materialları Dövlət Sosial Müdafiə Fonduna təhvil verilmişdir. “Azərelektromaş” EİB-nin tabeliyində olan AZETETİ, həmçinin Bakı Elektromaşın zavodu öl kə üçün əhəmiyyətli olan elektrik mühərriklərin tədqiqatı, layihələndirilməsi və sənaye istehsalı üzrə ixtisaslaşmış peşəkar müəssisələr olmuşlar. O, ali məktəbi 1959-cu ildə mühəndis elektromexanik ixtisası ilə bitirdikdən sonra 1959-2006-cı illər ərzində əmək kitabçasında qeyd edilən yalnız öz ixtisası üzrə əmək fəaliyyətində olmuş, ixtiraçı mühəndis konstruktor səviyyəsinə yüksəlmişdir. İcra etdiyi müqavilə mülki-hüquqi (podrat) adlandırılsa da, məzmun etibarı ilə daha çox əmək müqaviləsinin məzmunu ilə üst-üstə düşür. Belə ki, Mülki Məcəllənin 752-ci maddəsində təsbit edilən podrat müqavilənin məzmununda tərəflərdən icraçı öz öhdəsinə götürdüyü işi sifarişi icra edib təhvil verməyi, sifarişçi isə icraçıya xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bundan fərqli olaraq icra etdiyi mülkihü quqi müqavilələrdə isə sifarişçi AZETETİ öz inzibati binasından onun iş otağı və əmək şəraiti ilə təmin edilməsini, ona kömək olaraq 3 nəfər konstruktorun təhkim edilməsini, onu zəruri normativ texniki sənədlərlə texniki şəkillər, standartlar, konstruktor işlərinin icrası üçün avadanlıqlar, ləvazimatlar və materiallarla təchiz etməyi, iş yerinin kommunal xərclərinin, həmçinin köməkçi konstruktorların, əmək haqlarının ödənilməsini öz öhdəliyinə götürmüşdür. Bakı Elektromaşın zavodu öz inzibati binasında ona fərdi iş yerinin verilməsi və kommunal xərclərin ödənilməsini, mühərrikin təcrübi nümunələrinin və sınaq stendinin hazırlanmasında istifadə olunan xammal, enerji yarımfabrikat, texnoloji avadanlıqların istismarı üçün xərcləri, işçilərin əmək haqqının ödənilməsini “Azərelektromaş” EİB-nin sınaq sahəsinin işçi qrupunu cəlb etməklə mühərrikin təcrübi nümunələrinin QOST 18374-ün tələblərinə uyğun olaraq sınanması xərclərinin ödənilməsini öz öhdənisə götürmüşdür. Bu sadalananlarla yanaşı sifarişçinin ona ödədiyi xidmət haqqından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqını ödədiyi, həmçinin icra etdiyi işin elmitexniki və yaradıcı mahiyyətinin ənənəvi podrat müqaviləsində icra edilən işlərin əsasən təmir-tikinti köhnə asfalt qatının, sukanal xətlərinin, binaların qapı-pəncərəsinin, fasad və dam örtüyünün yenilənməsi, işlərindən kəskin fərqləndiyi nəzərə alınsa, iddianın təmin edilməsinə dair hər hansı maneənin olmadığı görünür.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə AZETETİ arasında podrat müqaviləsi imzalanmışdır. İddiaçı xx.xx.1 999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək podrat müqaviləsinə əsasən işləmişdir. Əmək Məcəlləsinin 6-cı maddəsində bu Məcəllənin şamil edilmədiyi şəxslər dairəsi qeyd olunmuşdur: hərbi qulluqçulara; məhkəmə hakimlərinə; Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mülki-hüquqi müqavilələrdə sosial sığorta ödənişləri yalnız sığortaedən qismində çıxış edən şəxslərdən tutulur. Bu səbəbdən iddiaçı podrat müqaviləsinə əsasən (mülki hüquqi müqavilə) işlədiyi üçün, həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı AZETETİ-nin mərhələlərlə ona ödədiyi xidmət haqqından 25% məcburi dövlət sosial sığorta haqqı tutduğunu, Bakı şəhəri üzrə X5 idarəsi hesabına, ümumi məbləğ şəklində ödənildiyini, 2019-cu il tarixdən sonra AZETETİ-nin arxiv materiallarının Dövlət Sosial Müdafiə Fonduna təhvil verildiyini iddia edir. Bu səbəbdən tə rəflərindən Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialına sorğu ünvanlanmışdır. Müvafiq filialdan daxil olmuş cavab məktubunda 1998-1999-cu il tarixlər üzrə hesabat məlumatları aşkarlansa da, 2000-2006-cı il tarixləri üzrə hesabat aşkarlanmamışdır. Bundan əlavə, mübahisələndirilən dövrlər üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Müvafiq iş üzrə məhkəmə hesab etmişdir ki, ərizəçi sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı sayıla bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləs inə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmətə haqq ödəyir. Buna görə də həmin müddət əmək stajı hesab edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər, yəni şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlarla bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
8. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-1877/2022 nömrəli (hakim P.A.Hüseynov) qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 1999-2006-cı illərdə Azərbaycan X1 mülki-hüquqi müqavilə əsasında işlədiyi dövrün sosial sığorta sta jına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin qeyd olunan iş stajı iddiaçının əmək kitabçasında qeyd olunmamışdır. Həmçinin həmin iş stajını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)9276/2018 saylı qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan iş stajı faktının müəyyən edilməsi barədə ərizəsinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı xx.xx.1999-xx.xx.2006-cı illər ərzindəki əmək fəaliyyəti faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən xx.xx.1999-cu ildən xx.xx.2006- cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı saylı bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləsinə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmət haqqı ödəyir. Buna görə də həmin müddət əmək stajı hesab edilə bilməz. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Bu səbəbdən də iddia əsassız hesab edilm əli və təmin edilməməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2022 il tarixli, 21(103)-2771/2022 nömrəli (hakimlər R.Ə.Qurbanov /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və V.Ə.Baxışova) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər olan dövrdə əmək hüquq münasibətlərində deyil, mülki hüquq münasibətlərində olmuşdur. Əmək hüquq münasibətlərində olmadığı təqdirdə isə iddiaçıya həmin illərdəki fəaliyyətinin sığorta stajına əlavə edilməsi və bunun əsasında pensiyasının yenidən hesablanması mümkün deyildir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia rədd edilməlidir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan X2 ilə iddiaçı arasında bağlanmış 99-ə saylı, xx.xx.2000-ci il tarixli podrat müqaviləsi 2000-ci il tarixli Dürüstləşdirilmədə iddiaçının müqaviləsi “Əmək müqaviləsi-99Ə” adlandırılmışdı r.
15. Mülki Məcəllənin 752-ci maddəsi müqavilə tərəflərinin hüquqi öhdəliklərini təsbit etsə də, icra olunan işin xarakteri və icraçının bu işi təkbaşına icra edə bilməsinin mümkünlüyü haqqında heç nə bildirilmir.
16. Podrat müqavilənin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu halda sifarişçi tərəf icraçı tərəfi ödənişsiz iş yeri, texnoloji avadanlıq, xammal, satınalma, hazır məhsullar, işçi qüvvəsi və s-lə təmin etməyi öhdəsinə götürmür. Sifarişçi icraçıya ödədiyi xidmət haqqından gəlir vergisi və məcburi dövlət sığorta haqqı tutmayır, müqavilədə nəzərdə tutulan xidmət haqqını tam həcmdə icraçıya ödəyir.
17. İddiaçı ilə AzETETİ arasında imzalanmış müqavilələrdə tərəflərin öhdəliklərindən isə görünür ki, sifarişçi (AzETETİ VƏ Baki “Elektronmaşın” zavodu) nəinki icraçının icra haqqın ı ödəməyi, həmçinin onunla birlikdə müqavilənin icrasında iştirak etməyi öz öhdəsinə götürür. AzETETİ iddiaçıya ödədiyi xidmət haqqından 14 % gəlir vergisi və 25% məcburi dövlət sosial sığorta haqqını tutub müvafiq dövlət orqanlarının hesabına köçürmüşdür.
18. İddiaçının icra etdiyi müqavilə Mülki Məcəllənin 752-ci maddəsinin təsbit etdiyi Podrat anlayışından ciddi şəkildə fərqlənir və sığorta stajını təmin edən amillər baxımından əmək müqaviləsindən fərqlənmir.
19. Bakı İnzibati Məhkəməsi iddia barədə qərar qəbul edərkən istinad etdiyi özündən əvvəlki məhkəmələrin yol verdiyi səhvləri təkrarlamış, yanlış nəticəyə səbəb olan Qərar qəbul etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaya eyni yanaşmış, iş materiallarını hər tərəfli və obyektiv təhlil etmədən müqaviləni n mahiyyəti və ona verilən adın uzlaşdırılmadığı faktına əhəmiyyət verməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 1992-ci tarixli, 638 saylı Qərarına əsasən qəbul edilən “Pensiya təminatı üçün əmək stajının təsdiq olunması qaydaları barədə” əsasnamənin İİİ bölməsinin 17-ci maddəsində təsbit olunan “İş stajının şahid ifadələrinə əsasən təsdiq olunması müddəasına əsasən iddiaçının iş materiallarına əlavə etdiyi, onun 1999-2006-illərdə AzETETİ ilə müqavilə əsasında icra etdiyi işin müqabilində aldığı xidmət haqqından 14% gəlir vergisi və 25% məcburi dövlət sosial sığorta haqqını ödəməsi barədə, notarial qaydada təsdiq olunmuş şahid ifadəsinə də əhəmiyyət verməmiş, nəticədə yanlış qərar qəbul etmişdir.
21. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəll əsinin 752-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 25. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaları nın təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-)
27. Azərbay can Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək ha qqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
28. Əmək Məcəlləsi Maddə
6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir:..... d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 29. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi
31. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkə mə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirməd ən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Apelyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının 1999-2006-cı illərdə Azərbaycan X1 mülki-hüquqi müqavilə əsasında işlədiyi dövr iş stajı olaraq onun əmək kitabçasında qeyd olunmamışdır. Həmçinin iddiaçı həmin tarixlərə aid iş stajını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı xx.xx.1999- cu ildən xx.xx.2006-cı ilə qədər olan dövrdə əmək hüquq münasibətlərində deyil, mülki hüquq münasibətlərində olmuşdur. Əmək hüquq münasibətlərində olmadığı təqdirdə isə iddiaçıya həmin illərdəki fəaliyyətinin sığorta stajına əlavə edilməsi və bunun əsasında pensiyasının yenidən hesablanması mümkün deyildir.
38. Yuxarıda istinad olunan normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. 3
9. Cavabdehin mübahisələndirdiyi illərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında qeyd olunmamışdır. İddiaçının iddia etdiyi dövrdə onun iş fəaliyyətinin olmasına dair mötəbər dəlili olmamışdır.
40. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə əmək kitabçası iş stajını təsdiq edən sənəddir.
41. Bundan əlavə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-9276/2018 saylı qətnaməsi ilə iddiaçının xx.xx.1999-xx.xx.2006-cı illər ərzindəki əmək fəaliyyəti faktının müə yyən olunmasına dair ərizəsi rədd edilmişdir.
42. Həmin Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı saylı bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləsinə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmət haqqı ödəyir. Buna görə də həmin müddət əmək stajı hesab edilə bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər olan dövrdə əmək müqaviləsi əsasında deyi l, podrat müqaviləsi əsasında işlədiyindən, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 23-29-cu və 31(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməli olması qənaətinə gəlmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2022 il tarixli, 2-1(103)-2771/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2022 il tarixli, 2-1(103)2771 /2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.