Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-683/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaqların dövlət ehtiyacları üçün alınması; kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1, Cavabdeh3 oğlunun, Cavabdehin vəkili Vəkil Əfrayıl oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 01 sentyabr tarixli, 2-1(103)-878/2020 nömrəli qərarından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2018-ci il 23 noyabr tarixli akta əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Cavabdeh1 və X2 yaşayış sahəsinə görə 97860 manat kompensasiya təklif edilmiş, lakin cavabdehlər könüllü razılaşmadan imtina etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2018-ci il 12 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97860 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 2018-ci il 16 fevral tarixli qərarı ilə torpağın alınmasını zərur i edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edir və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə mülkiyyətçinin ailə üzvləridir, qeydiyyatda olmaqla orada yaşayırlar. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 2018-ci il 16 fevral tarixli qərarın təsir dairəsinə düşür. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onların yaşadıqları daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 689 nömrəl i Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə mülkiyyətçi Cavabdeh1 97860 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirilmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Cavabdehin etirazları:
4. Cavabdehlər iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişlər. Etirazda göstərilmişdir ki, iddiaçı cavabdehlərə qarşı irəli sürülmüş iddianın faktiki əsası kimi öz iddia ərizəsində əslində baş verməmiş halları göstərir. Onların daşınmaz əmlakına (x) dair mülkiyyət hüququnu onlardan almaq üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1 maddəsi qaydasında məhkəməyə müraciət etmə zəruriliyini əsaslandıraraq iddiaçı qeyd etmişdir ki, guya o onların daşınmaz əmlaklarının danışıqlar yolu ilə pulla alınması haqqında bildiriş göndərmişdir, Lakin onlardan imtina cavabı almışdır. Əslində isə onlar hər hansı bildiriş almamışlar və özlərinin daşınmaz əmlak hüquqlarının könüllü satılmasından hər hansı yazılı yaxud şifahi imtinanı kiməsə verməmişlər. Əgər belə bir imtinanın həqiqətən olmasını fərz etsələr, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl göstərilən Qanunun 46-cı maddəsinin tələb etdiyi kimi sahib olma haqqında bildirişi onlara göndərməli idi, lakin bu cür bildirişi almamışlar. İddiaçı onların daşınmaz əmlaka sahiblik hüququnun alınması ilə bağlı onlara 97860 manat həcmində ədalətsiz pul kompensasiyası təklif edir. Bundan başqa Qanunun 56-cı maddəsi müəyyən edir ki, əsas kompensasiyanın məbləğinin hesablanması zamanı mövcud inflyasiya, həmçinin digər amillər nəzərə alınmalıdır. Bununla yanaşı Qanunun 66-cı maddəsinə uyğun olaraq alınmış yaşayış evində 10 ildən çox yaşamış şəxslər kimi onların hər birinə əsas kompensasiyanın ümumi məbləğinin 10% həcmində çətinliyə görə əlavə kompensasiya verilməlidir. Beləliklə, əgər onların daşınmaz əmlaklarına sahiblik hüququnun verilməsi üçün onlara ödənilməli olan kompensasiya qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablansaydı, o zaman onun həcmi iddiaçının təklif etdiyi məbləğdən ən azı beş dəfə çox olmalı idi. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş bütün zəruri proseduraları iddiaçının yerinə yetirməməsi və onların daşınmaz əmlaklarına sahiblik hüququnun verilməsi ilə bağlı onun təklif etdiyi ko mpensasiyanın qüvvədə olan qanunvericiliyin normaları əsasında hesablanmaması və həmin kompensasiya məbləğinin açıq-aşkar ədalətsiz bir məbləğ təşkil etməsini nəzərə alaraq iddiaçının onlara qarşı irəli sürdüyü kompensasiya verilməsi şərtilə daşınmaz əmlakın boşaldılmasına dair iddiasının təmin edilməsindən tamamilə imtina edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 dekabr tarixli, 21(81)-699/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan cavabdeh tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi y aşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97860 (doxsan yeddi min səkkiz yüz altmış) manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılmasına qərar verilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma proseduralarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası nın Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
7. Cavabdehlər həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 01 sentyabr tarixli, 2-1(103)-878/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdehlər həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehə ünvan 3 ünvanında yerləşən, məxsus olan daşınmaz əmlaka dair sahiblik hüququnu əldə edilməsini iddiaçı tərəfindən guya "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həyata keçirdiyinin məhkəmə təsdiqi barədə birinci İnstansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İddiaçı sahibliyin əldə edilməsinin məhkəmə tərəfindən təsdiqi üçün müraciətdən əvvəl yerinə yetirilməli olan Qanunla nəzərdə tutulm uş zəruri və mühüm olan proseduraları yerinə yetirməmişdir. Belə ki, İddiaçı məhkəmə prosedurasını müraciət etməzdən əvvəl göstərilən Qanunun 46-cı maddəsinin tələb etdiyi kimi mühüm sənədi - sahibliklə bağlı bildirişi cavabdehlərə göndərməli idi. Göstərilən bildirişin alınmasını Qanunun 47-ci maddəsi alınma prosedurasına məruz qalan şəxslərdə müəyyən hüquqların yaranması ilə əlaqələndirir. Məhkəmənin 2020-ci il 18 avqust tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi etiraf etmişdir ki, sahibliklə bağlı bildiriş həqiqətən cavabdehə göndərilməyib və ona görə də iş materiallarında bu sənəd yoxdur. 12. "Müstəqil qiymətləndirici" tərəfindən tərtib edilmiş 2018-ci il 23 noyabr tarixli qiymətləndirmə haqqında hesabatdan aşkar görünmüşdür ki, cavabdehlərin daşınmaz əmlaka dair bazar qiyməti "T orpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR Qanunu 58-ci maddəsində aydın şərh edilmiş metodika əsasında deyil, hansısa digər üsulla müəyyən etmişdir. Həmçinin bu qiymət bu əmlakın bütün hissələri üçün eyni deyil. Bundan başqa, "müstəqil qiymətləndirici" unutmuşdur ki, bu Qanunun 66-cı maddəsinə müvafiq olaraq alınan yaşayış evində 10 ildən çox yaşamış şəxslər kimi cavabdehlərin hər birinə kompensasiyanın ümumi məbləğinin 10% həcmində narahatlığa görə əlavə kompensasiya hesablanmalıdır, həmçinin həmin Qanunun 56cı maddəsinə uyğun olaraq kompensasiyanın həcminin hesablanması zamanı mövcud inflyasiya, həmçinin digər amillər nəzərə alınmalıdır.
13. Qanunun 56-cı maddəsi müəyyən etmişdir ki, kompensasiyanın məbləğinin hesablanması zamanı mövcud inflyasiya, həmçinin digər amillər n əzərə alınmalıdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablama aparılsa idi, cavabdehlərin daşınmaz əmlakımıza sahiblik hüququnun verilməsi üçün cavabdehə ödənilməli olan kompensasiyanın ümumi məbləği ən azı, təxminən 750.000 (yeddi yüz əlli min ) manat təşkil etməlidir. Məhkəmə tərəfindən mövcud olan maddi və prosessual normalar tətbiq edilsə idi, yuxarıda göstərilən məbləğ tam əksini tapmış olardı. Lakin məhkəmə bunları heç müzakirə də etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh3 və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
15. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 13
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il aprel tarixli 2-1(102)-683/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-878/2020 nömrəli, 2020-ci il 01 sentyabr tarixli qərarından cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
18. Cavabdeh3 tərəfindən kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Məhkəmə kollegiyası İPM-in 87.8-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin normanın tələbi təmin olunmamış, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinin alan orqan tərəfindən təmin edilmədiyinə dair apellyasiya şik ayətinin dəlillərinə münasibət bildirilməmişdir.
23. Bundan başqa, iddiaçının əsaslandığı “xxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə əlavə olunsa da, apellyasiya instansiyası məhkəməsinin qərarında ona istinad edilməsinə baxmayaraq, hesabat apellyasiya şikayətinin dəlillərinə əsasən araşdırılmayıb və qiymətləndirilməyib.
24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddia olunan daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə cavabdehlərin vəsatətinə əsasən məhkəmə tərəfindən tələb edilmiş və notariat ofisləri tərəfindən təqdim edilmiş “daşınmaz əmlakın alğı-satqısına dair” müqavilələr üzrə notariat işlərinin surətlərinin işə əlavə edilməsinə baxmayaraq, həmin materiallar məhkəmə araşdırmasının predmeti olmayıb, onlara münasibət bildirilməyib.
25. Beləliklə, İPM-in 12.1, 57.8, 82 və 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8, 82 və 87.8ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
28. Yuxarıd a göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 01 sentyabr tarixli, 2-1(103)-878/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.