Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-694/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sosial sığorta haqqlarının silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “sosial sığorta haqqının silinməsi” tələbinə dair inzib ati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2-1(107)-70/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X3 xx.xx.2011-ci il tarixli 09 nömrəli əmrinə əsasən ünvan kin müdiri vəzifəsinə təyin olunmuşdur.
2. Cavabdeh inzibati orqanın Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı iddiaçının mübahisələndirdiyi və hal-hazırda onun şəxsi hesab vərəqəsində mövcud olan 3809,31 manat borc məbləğinin əvvəlki dövr üzrə “SALDO” şəklində (yəni 1 yanvar 2019-cu il tarixdən əvvəlki dövr üzrə) əks etdirilən borc olduğ u müəyyən edilməsi qeyd edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə 30 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yəyındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir və qeyd edilən funksiyanın icrası 2019-cu il yanvar ayının 1-dən Vergilər Nazirliyinə (Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Göstərilənləri nəzərə alaraq, qeyd olunan borc məbləğinə da ir hesablamanın əsası göstərilməklə (ətraflı şəkildə əsaslandırılmaqla), hesablamaya dair müvafiq təsdiqedici sənədləri 13 saylı Ərazi Vergilər idarəsinə təqdim edilməsi xahiş olunmuşdur.
3. Dövlət Sosial Müdafiə Fondunun cavabdehə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin 2015-ci ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 717 manat 40 qəpik borcu 2018-ci ilin avqust tarixinə silinmişdir.
4. Cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı xx.x x.2023-cü il tarixli məktubundan görünür ki, X1 rayonu 619 saylı Aptek Dərman və X4-Ticarət Birliyinin xx.xx.1994-cü il tarixli qərarı ilə yaradılmış və xx.xx.1994-cü il Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2015-ci ilədək fəaliyyəti aktiv olmuşdur. Vergi Xidmətinin AVİS məlumat bazasında Aptekin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2023-cü ildən xx.xx.2099-cu ilədək dayandırılması barədə məlumat vardır.
5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinə hesablanmış 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəl məlumatlarında 2006-cı il tarixdən xx.xx.2015-ci ilədək olan dövr üzrə 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablanması iş materiallarında mövcud deyil. Təqdim edilmiş iş materiallarında olan vergi orqanının sorğusu nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən vergi ödəyicisinə aid “Borclar və ödənişlər barədə məlumat” cədvəl məlumatlarında qeyd edilənlər əsas götürüldüyü halda ekspert qarşısında qoyulmuş sual üzrə ünvan kin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2015-ci ilədək olan borcunun 3741,65 manat (o cümlədən əsas borc 3287,22 manat, penya üzrə 1171,83 - 717,40 silinmiş penya) olduğu müəyyən edilir.
6. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunmuş borcun yaranması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən sorğu ilə əlaqədar hər hansı digər mühasibat sənədləri təqdim edilmədiyindən həmin sənədlərin vergi orqanında mövcud olmaması bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan kə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar q əbul edilməsini xahiş etmişdir.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan ki vaxtı ilə iddiaçı işlətmişdir. Lakin 2015-ci ildə bütün respublika ərazisi üzrə apteklərin fəaliyyəti dayandırılmış və ona görə də o da həmin aptekin fəaliyyətini dayandırmışdır. Bir müddət sonra bütün həmin apteklər Zeytun firmasının istifadəsinə verilmişdir. Lakin iddiaçı apteklər fəaliyyətini dayandırdıqdan sonra əczaçılıq fəaliyyəti ilə məşğul olmamış, həmin aptekdə digər şəxs əczaçılıq lisenziyası əldə edərək fəaliyyət göstərmişdir. Bir müddət sonra iddiaçı işsiz qaldığına görə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bu yaxınlarda Azərbaycana qayıtdıqda ona İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsindən xəbərdarlıq gəlmiş və həmin xəbərdarlıqda göstərilmişdir ki, ünv an kin xx.xx.2022-ci il tarixə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq fonda ümumilikdə 3809,31 manat borcu vardır.
9. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, araşdırma zamanı iddiaçının mübahisələndirdiyi və hal-hazırda onun şəxsi hesab vərəqəsində mövcud olan 3809,31 manat borc məbləğinin əvvəlki dövr üzrə “SALDO” şəklində (yəni 1 yanvar 2019-cu il tarixdən əvvəlki dövr üzrə) əks etdirilən borc olduğu müəyyən edilmişdir. İddiaçı bugünkü günə, onun şəxsi hesab vərəqəsi üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş qalan 3809,31 manat sosial sığorta haqları üzrə borcu vardır.
10. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1794/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.R.Rəfiyev (sədrlik edən), V.İ.Məlikov və G.İ.Cavadova) 18 oktyabr 2023-cü il tarixli, 2-1(107)-70/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(116)-1794/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdehin üzərinə ünvan kə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyi qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ünvan kə hesablanmış məcburi dövlət sosial sığorta haqqının mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübut edilməmiş, eyni zamanda həmin məbləğ ekspert tərəfindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış məbləğdən az hesablanmış və bu da qeyd edilən borcun həqiqətən mövcud olmasını və olsa belə düzgün hesablanmasını şübhə altına almışdır.
14. İddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan i ddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti yazılı etiraza uyğun əsaslanmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sorğusu ilə əldə edilmiş cavab məktubu və həmin məktuba əlavə olunmuş cədvəldən (illər üzrə) göründüyü kimi hüquqi şəxsin bugünkü günə, onun şəxsi hesab vərəqəsi üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş qalan 3.809,31 manat sosial sığorta haqları üzrə borcu vardır. Lakin borc məbləğinin mövcudluğuna dair müvafiq təsdiqedici sənədlər cavabdeh vergi orqanı tərəfindən Şəki Apellyasiya Məhkəməsinə təqdim olunmasına və ətraflı şəkildə izah verilməsinə baxmayaraq, məhkəmə orqanı lüzumsuz olaraq və vergi orqanına məlumat verilmədən (iş üzrə materialların ekspertizaya göndərilməsi və ekspert qarşısında suallar qoyulması barədə cavabdeh vergi orqanının fikri dinlənilmədən, münasibət bildirilmədən) iş üzrə materialları ekspertizaya göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6306 saylı ekspert rəyində müvafiq təsdiqedici sənədlərə əsasən sonda vergi ödəyicisinin xx.xx.2015-ci il tarixə (ekspert qarşısında qoyulmuş suala uyğun olaraq) 3741,65 (əsas borc üzrə 3.287,22 manat, penya üzrə 1.171,83-717,40 silinmiş penya) manat borcunun olduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayəti nə qarşı etiraz təqdim edərək məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. apellyasiya TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunm uş qaydada həyata keçirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə 30 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir və qeyd edilən funksiyanın icrası 2019-cu il yanvar ayının 1-dən Vergilər Nazirliyinə (hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə
1. Azərbay can Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə
16. Vergi ödəyicisinin vəzifələri. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məc əllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Maddə
72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqs ədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.
20. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şik ayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, h azırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Apellyasiya instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyindən görünür ki, iş materiallarında vergi ödəyicisinə hesablanmış 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təs diq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəlində 2006-cı il tarixdən xx.xx.2015-ci ilədək olan dövr üzrə 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablanması iş materiallarında mövcud deyil.
28. Bundan başqa, iddiaçıya hesablanmış borc məbləği ilə bağlı cavabdeh inzibati orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu edilmiş və buna dair sənədlərin mövcud olmamasına dair Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavab verilmişdir. Cavabdeh də məhkəməyə ünvanlandığı məktubunda həmin sənədlərin vergi orqanında mövcud olmamasını bildirmişdir.
29. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, ünvan kin fəaliyyəti xx.xx.2015-ci ilədək aktiv olmuşdur. Vergi Xidmətinin AVİS məlumat bazasında Aptekin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2023-cü ildən xx.xx.2099-cu ilədək fəaliyyətinin dayandırılması barədə məlumat olduğu bildirilmişdir.
30. Beləliklə, apellyasiya icraatı zamanı əldə edilmiş sübutlardan da müəyyən edildiyi kimi, ünvan kə hesablanmış məcburi dövlət sosial sığorta haqqının mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübut edilməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normal ara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 21(107)-70/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.