Məhkəmə qərarları › İş №2-1(102)-708/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-708/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-708/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin tələb olunan informasiyaya malik olmasının sübut olunmaması, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1968-ci il, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “sənədlərin surətinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2022-ci il 23 noyabr tarixli, 2-1(103)-3383/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 15 mart 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək mərhum atası X1 Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpağının və evinin sənədlərinin itdiyini, buna görə də, həmin torpağın və evin arxiv sənədlərinin təqdim edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, həmin sənədlər əslində mövcud olmuşdur, lakin hazırda onların olmaması vərəsəlik hüquqlarının həyata keçirilməsini mümkünsüz edir.

2. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı 30 mart 2022-ci il tarixli məktubla bildirmişdir ki, Dövlət Arxivinin Bakı Filialında s ənədlər müvafiq İcra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, adlara və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqandan sənədlərin surətlərinin məhkəmə yolu ilə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına dair məlumatın və sənədlərin surətinin alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin İdarədən sözügedən sənədlərin və həmin ünvana dair texniki pasportun mövcud olmadığı bildirilmişdir. Halbuki, bu sənədlər mövcud olmuşdu r, çünki iddiaçı hazırda həmin ünvanda qeydiyyatdadır. Bundan sonra o, xx.xx.2022-ci il tarixində Milli Arxiv İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq ünvanlara, adlara və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənədi əldə etməyin mümkün olmadığı bildirilmişdir. Bu sənədlərin verilməməsi iddiaçının vərəsəlik hüququnun bərpa olunmasını mümkünsüz edir.

5. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-8053/2022 nömrəli qərardadı ilə (hakim - S.İ.Salahova) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnız belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən s onra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırki halda isə iddiaçı məhz hansı adda sənədi tələb etdiyini, həmin sənədin özünün və cavabdehdə mövcudluğunu sübuta yetirə bilməmiş, bununla da, cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilməmişdir. Buna görə də, hazırkı iddia mümkün sayıla bilməz.

7. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-3383/2022 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-8053/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

11. İddiaçın kassasiya şikayətində bildirmişdir ki, qeyd olunan daşınmaz əmlakla bağlı kifayət qədər məlumat sorğuda onun tərəfindən qeyd edilmişdir. Sorğuda zəruri rekvizitlərin, məlumatların guya qeyd edilməməsi bəhanəsilə iddianı mümkünsüz hesab edən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini, yəni məhkəmənin yardım etmək vəzifəsini əsas götürməklə sübutları əldə edib işə baxa bilərdi. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

15. İnformasiyanın əldə edilməsi haqqında sorğu 15.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir:... 15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri; 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir:... 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin info rmasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu h allarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud in zibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsi nin araşdırmaları yetərli hesab olunur.

20. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Qanunvericiliyə əsasən informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə, eləcə də sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda sorğunun icrasından imtina edir.

23. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş məlumatlardan görünür ki, o, iddiaçının tələb etdiyi info rmasiyaya malik olmadığını bildirmişdir. İddiaçı da cavabdehin sözügedən sənədlərə malik olduğunu hər hansı qaydada sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafelərinin pozulması əsaslandırılmış sayıla bilməz. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır.

24. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 21(103)-3383/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar