Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-709/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(104)-521/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X10 Mərkəzində, xx.xx.1996-cı il tarixdən köçürmə yolu ilə Gəncə X2 xx.xx.2015-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də işləyir. 2. "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, 37 nömrəli arayışına əsasən iddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1993-cü il tarixlərində, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərində, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərində, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərində, xx.xx.2003-x x.xx.2007-ci il tarixlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən 2 saylı pensiya siyahısı üzrə, xx.xx.2007xx.xx.2013-cü il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir.
3. DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 146 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********7 imtina məktubu ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2013- cü il tarixli arayışına əsasən "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsində xx.xx.1981xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə qazanxana sexinin növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəz ərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Gəncə Gil-torpaq İstehsalat sahəsində xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə qazanxana sexinin növbə rəisi vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi stajı və 12 il 6 aydan az olmayan güzəştli stajı mövcuddur. Eləcə də onun işlədiyi peşələrin Azərbayc an Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarını ilə təsdiq edilmiş 2 saylı siyahıya uyğun olması "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, 37 nömrəli arayışı ilə də öz təsdiqini tapır.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(114)-762/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilərək, iddiaçıya hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1981-xx.xx.1993-cü il tarixdə işlədiyi qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsi, xx.xx.1993-xx.xx.1999-cu il tarixlər işlədiyi qazanxana avadanlığının böyük maşinisti vəzifəsi, xx.xx.1999-xx.xx.2002- ci il tarixlərdə işlədiyi qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə işlədiyi qazanxana sexinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölmə 13a və 13 b yarımbölmələrində (2140000a-13929 qazanxana avadanlığı üzrə nəzarətçi maşinistləri; 2140000a-18826 qazanxana avadanlığının böyük maşnisitləri; 2140000b-2404 3 qazanxana sexinin növbə rəisləri) nəzərdə tutulmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(104)-521/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov -sədrlik edən və məruzəçi, A.Bayramov və A.isgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial ının məhkəmə təqdim etmiş X9 və X4 pensiya işinə əlavə edilmiş Azərenerji Səhmdar Cəmiyyətinin xx.xx.1997-ci il tarixli, 35 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 122C saylı qərarına əsasən Azərenerji Səhmdar Cəmiyyətinin X14 Mərkəzinin Gəncə X3 tərkibinə köçürülməsi ilə əlaqədar olaraq AR Əmək Məcəlləsinin 38 maddəsinin, 1 bəndinə əsasən əmrdə adları qeyd olunan işçilərin tutduqları vəzifələrdən azad olunmuşdurlar. X1 pensiya uçot vəqəqindən və pensiya işindən müəyyən olunur ki, o İddiaçı ilə birilikdə müvafiq illərdə X14 Mərkəzində və Gəncə X2 eyni vəzifələrdə işləmişlər və hazırda B.Məmmədova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmişdir. “İnzibati icraat haqqında” qanuna əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasında inzibati icraat, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. (maddə 10.1, 10.2, 10.3 və 12.1)
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏ TİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti imtina məktubu və iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat ha qqında” Qanun: Maddə
10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.... 17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixəd ək olan redaksiya): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqın da” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000a a) fəhlələr... 2140000a—13929 qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər... 2140000a—18826 qazanxana avadanlığının böyük maşinistləri;... 2140100b b) rəhbərlər və mütəxəssislər... 2140100b—24043 qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şər tlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. A vropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesa b olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
28. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindi yi 2006-cı il yanvarın 1-dək qazanılması.
29. İddiaçının müvafiq yaş həddinə çatması və xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
30. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının xx.xx.1981xx.xx.1993-cü il tarixdə işlədiyi qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsi, xx.xx.1993-xx.xx.1999-cu il tarixdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti vəzifəsi, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdə işlədiyi qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə işlədiyi qazanxana sexinin rəisi vəzifələrinin ona güzəştli şərtlərlə əmək pensiyas ı hüququ verən peşələrə aid olub olmaması ilə bağlıdır.
31. Qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının işlədiyi peşələr hazırkı qərarın 18-ci bəndində göstərilən siyahıda öz təsdiqi tapır.
32. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə birilikdə müvafiq illərdə X14 Mərkəzində və Gəncə X2 eyni vəzifələrdə işləmiş şəxs olan X6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmişdir.
33. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanuna əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəl xalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz.
34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ 57 yaşında yaransa da, lakin o, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almış və iddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etdiyindən ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
35. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin m övcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 16-20(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(104)-521/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəti