Məhkəmə qərarları › İş №2-1(102)-725/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-725/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-725/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintiyə icazə sənədinin ləğv ediməsi; subyektiv hüquq; işin hallarının lazımi qaydada araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura K omitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)500/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarına əsasən 1.200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2016-cı il tarixli “İcarə müqaviləsi”nə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1. 200 kv.m torpaq sahəsini 10 il müddətinə "xxxx" MMC-yə icarəyə vermişdir.

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2015-ci il tarixli 5 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair M emarlıq və Şəhərsalma Baş İdarəsinin 30 yanvar 2017-ci il tarixli 18/03-8/220 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və "xxxx" MMC-nin 30 yanvar 2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icazə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının (başçının müavininin səlahiyyətlərini müvəqqəti icra edən, aparatın rəhbəri) 11 iyun 2018-ci il tarixli 363 nömrəli sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış tikinti obyektlərinə, o cümlədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib edilmiş şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir.

5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının (başçının müavininin səlahiyyətlərini müvəqqəti icra edən, aparatın rə hbəri) 11 iyun 2018-ci il tarixli 363 nömrəli sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 yanvar 2019-cu il tarixli 02 nömrəli sərəncamı ilə ləğv edilmişdir.

6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01 noyabr 2019-cu il tarixli 358 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icazə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 yanvar 2020-ci il tarixli 1 nömrəli sərəncamı i lə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, müvafiq tikinti obyektlərinə, o cümlədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən 1 ədəd bir girişli 11 mərtəbəli yaşayış binasına (Sifarişçi "xxxx" MMC, Layihəçi “Azərdövlətla yihə” DBLİ) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-22912/2023 saylı mütəxəssis rəyindən görünür ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfinin ölçüsü göstərilib (54 metr-28,5 metr). Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədində qeyd edilmiş koordi natlarla olan sahənin hüdudları daxilində yerləşir. 9. ünvan xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iş üzrə ekspertiza keçirilərkən İddiaçı tərəfindən ekspertə və mütəxəssisə faktiki hansı sahənin göstərildiyi bələdiyyəyə məlum olmadığından sorğunun mülahizəsinə uyğun cavablandırılması məqsədəmüvafiq sayıla bilməz. Lakin həmin sorğu ilə bağlı qeyd olunmuşdur ki, həqiqətən də M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 08/03 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində vətəndaş İddiaçı uzun müddət istifadəsində olmuş 1200 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə satılmışdır (hər kv.m. üçün 16 manat 64 qəpik ödəmək şərti ilə). İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş ərazi planından göründüyü kimi, qərarla rəsmiləşdirilmiş sahə əvvəllər “Nərmin şadlıq evi” adı altında fəaliyyət göstərmiş, hazırda isə ərazidə olan ictimai-iaşə təyinatlı həmin qeyriyaşayış obyektinin arxa tərəfində yerləşir. Ayrılmış torpaq sahəsinin tərəflərinin və ümumi sahəsinin ölçüləri ərazi planında göstərildiyi kimidir. Sorğunun 2-ci sualı 1-ci sualı ilə əlaqəli olduğundan və iddiaçı tərəfindən ekspertə və mütəxəssisə faktiki hansı sahənin göstərildiyi barədə məlumatı olmadığından cavablandırılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 38 nömrəli “tikintiyə icazə” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı satılmışdır. Həmin tarixdən bu günədək sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsini o, 10 iyun 2016-cı il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçisi X1 ilə bağlanmış icarə müqaviləsi əsasında 10 il müddətinə "xxxx" MMC-nin istifadəsinə vermişdir. "xxxx" MMC- nin müraciəti əsasında 10 fevral 2017-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 53 saylı sərəncam qəbul edilmişdir (həmin sərəncamın ləğv edilməsi üçün artıq müraciət edilmişdir). Lakin sonradan "xxxx" MMC onlar arasında bağlanmış müqavilənin şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş və bu vəziyyət 3 aydan çox davam etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsini (bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç ayd an çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər) rəhbət tutaraq, icarə müqaviləsini birtərəfli qaydada 24 iyul 2018-ci il tarixdən ləğv etmiş və bu barədə "xxxx" MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin "xxxx" MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymadan torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunaraq, "xxxx" MMC ilə bağl anmış icarə müqaviləsinə xitam verildiyi və "xxxx" MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığı bildirilsə də, İdarə buna heç bir əhəmiyyət vermədən qanunsuz olaraq 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə İcazə” sənədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi üzərində "xxxx" MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. "xxxx" MMC ilə iddiaçı arasında bağlanan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin icarə predmeti olduğu icarə müqaviləsi ləğv edildiyindən və nəticədə "xxxx" MMC-nin sözügedən torpaq sahəsi üzərində hər hansı əmlak hüququ olmadığından, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin həmin torpaq sahəsi üzərində "xxxx" MMC-yə tikinti üçün icazə vermək səlahiyyəti yoxdur. Lakin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətlərini aşaraq iddiaçının mülkiyyət toxunulmazlığını pozmuş və başqaları tərəfindən də pozulması üçün qanunsuz inzibati akt qəbul etmişdir. "xxxx" MMC Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qəbul edilmiş 7 may 2020-ci il tarixli “Tikintiyə İcazə” sənədinin etibarsız olduğuna baxmayaraq, həmin icazə əsasında hal-hazırda iddiaçının mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır.

12. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllə, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinin onun mülkiyyətində olduğunu qeyd etmişdir. Lakin mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması barədə müvafiq hüquq müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, həmin mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il tarixli 18/49 nömrəli “ayrıc aktı”na əsasən yaşayış binasının tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərs alma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, (75.3.2) tikinti layihəsi, (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti, (75.3.4) “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununu n əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

13. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 27 may 2022-ci il tarixli, 21(112)-255/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsinin mümkün olmaması səbəbindən ekspert qarşısında qoyulmuş müvafiq suallar nəticəsiz qaldığından, mübahisəli predmeti olan “Tikintiyə icazə”də nəzərdə tutulan tikintinin aparılacağı torpaq sahəsinin məhz İddiaçı məxsus sahə ilə üst-üstə düşübdüşməməsi müəyyən edilmir. Hətta yuxarıda qeyd olunan üst-üstə düşmə halı müəyyən edilsə belə, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2016-cı il tarixli “İcarə müqaviləsi” ləğvi ilə bağlı tərəflərin razılaşması olmadığından, eləcə də müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu müəyyən edilmədiyindən, müqavilə ləğv edilmiş kimi qiymətləndirilə bilməz. 7 may 2020-ci il tarixli “Tikintiyə icazə”ni verməkdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətli olduğundan və üzərində tikiliyə icazə verilmiş müvafiq torpaq sahəsi inzibati icraatda tikinti aparmağa icazə verilmiş üçüncü şəxs "xxxx" MMC-nin qanunsuz istifadəsində olmadığından, inzibati icraatda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.2 və 75-ci maddələrinin tələbləri gözlənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura K omitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”si qanunsuz inzibati akt kimi qiymətləndirilməməlidir.

15. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi üçüncü şəxs qismində adi cəlbetmə qaydasında icraata cəlb edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-500/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-255/2022 saylı 27 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qeyri-mümkün sayılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarına əsasən 1.200 kv.m torpaq sahəsi verilsə də, iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını yuxarıda göstərilən qanunvericilik normalarına uyğun şəkildə hal-hazıradək rəsmiləşdirməmiş, sözügedən torpaq üzərində hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərənca mın etibarsız hesab olunması” barədə iddiası Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, məhkəmənin 2-1(112)-1032/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin olunaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 53 nömrəli sərəncamının etibarsız hesab olunması qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-332/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı ilə ləğv edilərək, iddia rədd olunmuşdur. Həmin qərardan İddiaçı verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2068/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı i lə kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-332/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddiaçının iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2068/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, mübahisələndirilən sərəncam nə tikiliyə icazə barədə məsələni, nə də onun geriyə dönüş qaydasında leqallaşdırılması ilə bağlı məsələni həll etməmişdir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. Odur ki, iddiaçının iddiası qeyrimümkün sayılmışdır. Beləliklə, bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb iddia tələbinin mümkünlük şərtlərinə cavab ve rib-vermədiyi məsələsi tam yoxlanılmalı idi. Lakin iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük məsələsini yoxlamamış və nəticədə işə mahiyyəti üzrə baxaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki vəziyyətdə mülkiyyətçi olmadığı üçün onun verdiyi “Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür.

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 0,12 ha torpaq sahəsi 2007-ci ilin mart ayının əvvəlinə qədər iddiaçının faktiki istifadəsində olub. Daha sonra onun müraciəti əsasında M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı ilə sözügedən torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ona satılıb. M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı əsasında iddiaçı ilə sözügedən bələdiyyə arasında Torpaqların alqı-satqısına dair Akt imzalanıb. İddiaçı həmin Akta əsasən 0,12 ha torpaq sahəsinin dəyəri üçün bələdiyyənin bank hesabına 13 mart 2007-ci il ta rixli, 031339 saylı qəbzlə 19968,00 (on doqquz min doqquz yüz səkkiz) manat rüsum ödəyib. M.Ə.Rəsulzadə Bələdiyyəsinin rəsmiləri tərəfindən iddiaçıya satılan torpağa dair 12 mart 2007-ci il tarixli, 0022 saylı Ərazinin Planı tərtib edilib. M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı sonradan ləğv edilməyib və hazırda da qüvvədədir. M.Ə.Rəsulzadə Bələdiyyəsinin 27 may 2019-cu il tarixli RB- A/88 saylı Arayışına əsasən iddiaçıya verilmiş xx.xx.2007-ci il tarixli, 03/03 saylı qərar və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxiv İdarəsinin Bakı filalında mövcuddur və qərar hazırda da qüvvədədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialının iddiaçıya ünvanladığı 21 may 2019-cu il tarixli məktubda deyilir ki, “1 saylı “Asan Xidmət ” Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli müraciətinizə əsasən bildiririk ki, İddiaçı barəsində Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 08/03 saylı qərarı və ona əlavə olunmuş digər sənədlər Dövlət Arxvinin Bakı filialında mövcuddur”. İddiaçının Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin mənasına əsasaən sözügedən torpaq sahəsi üzərində mülkiyyətə sahib olması mübahisəsizdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixili sərəncamı ilə iddiaçıya məxsus olan torpaq sahəsində "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilib və şəhərsalma əsaslandırılması təsdiq edilib. Həmin sərəncam əsasında isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi "xxxx" MMC-yə tikintiyə icazə sənədi ilə sözügedən torpaq sahəsi üzərində yaşayış binasının tikilməsinə dair 7 may 2020-ci il tarixli 38 nömrəli İcazə sənədi verib. İddiaçının iddia tələbi istinad edilən maddi hüquq normalarının tələbindən irəli gəlib. Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən 22 noyabr 2023cü il tarixli qərardadı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaması ilə əsaslandırılıb. Məhkəmənin mövqeyinə görə, “iddiaçı hazırkı vəziyyətdə mülkiyyətçi olmadığı üçün onun verdiyi “Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür”. Halbuki, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı il ə iddiaçıya satılmış torpaq sahəsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında onun mülkiyyət hüququnu təşkil edib. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədi iddiaçının mülkiyyət hüququna müdaxilə təşkil edib və onu mülkiyyətindən məhrum edib. İddiaçının belə bir tələblə məhkəməyə müraciətinin “mülkiyyətçi” olmadığı əsası ilə qeyri-mümkün hesab edilməsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin, X3 Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı geniş presedent hüququnun və yerli qanunvericiliyin istinad edilən normalarının tələblərinə ziddir, Başqa sözlə, iddiaçının hüququna müdaxilə aşkar şəkildə baş verib və birmənalı nəzərə çarpır. İddiaçının apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə araşdırması nə az, n ə çox, düz 1 il 6 ay davam edib. Bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmaması faktı işin ən sadə və üzdə olan tərəfi olub və bu əsasa istinad edib, 1 il 6 aydan sonra iddianı qeyri-mümkün hesab etmək absurddur. Çünki məhkəmə kollegiyası araşdırmanın lap əvvəlində də bu əsasa istinad edib, iddianı qeyri-mümkün saya, 1 il 6 ay müddətin əbəs yerə itirilməsinə imkan verməyə bilərdi. Mübahisləndirilən qərardadda sübutlara məhkəmə kollegiyası təhrif edilmiş şəkildə istinad edib. Belə ki, iş üzrə alınmış mütəxəssis rəyi, məhkəmə mühəndis-texniki ekspertizasının rəyi və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin məhkəmə sorğusuna cavabı kontekstdən çıxarılıb, kollegiyanın istəyinə uyğun formada təqdim edilib. Halbuki, həm mütəxxəsi s rəyində, həm ekspertiza rəyində, həm də bələdiyyənin cavab məktubunda iddiaçıya satılmış torpaq sahəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 saylı Obyektin tikintisinə icazə sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşdiyi qeyd edilib. Başqa sözlə, tikintiyə icazə sənədi iddiaçıya məxsus torpaq sahəsində həyata keçirilib və beləcə onu mülkiyyətindən məhrum edib. Ancaq, məhkəmə kollegiyası bu sübutları öz istəyinə uyğunlaşdırıb, qəbul etdiyi qanunsuz və əsassız qərardadın əsaslandırılmasında istifadə edib. Mübahisələndirilən qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2068/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarına istinad a gəlincə, kassator hesab edir ki, məhkəmə kollegiyası bu məsələdə də təhrifə yol verib. Məhz həmin qərarda qeyd edilir ki, BŞİH-in xx.xx.2017-ci il tarixli, 53 saylı sərəncamı ərazinin tikinti üçün ayrılması və yaxud tikintiyə icazə verilməsi haqqında deyil, yalnız sözügedən ünvanda yerləşən 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə İcazə verilməsi haqqındadır. Başqa sözlə, sözügedən sərəncam həmin ərazinin yaşayış binasının tikilməsi üçün ayrılması və yaxud tikilməsinə icazə verilməsini nəzərdə tutan inzibati akt deyil, sadəcə əsası digər inzibati aktlardan irəli gələn sərəncamdır ki, onun ləğvi belə ilkin inzibati aktların hüquqi statusuna heç bir təsiri yoxdur. Başqa sözlə, Ali Məhkəmənin həmin qərarı iddiaçının tikintiyə icazə verilməsi sənədini mü bahisələndirməsini və belədə həmin iddianın mümkün ola biləcəyini nəzərdə tutur. Ərizəçi hesab edir ki, cavabdeh inzibati orqanın verdiyi tikintiyə icazə sənədinin yaratdığı müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin mənasında əmlakdan-torpaqdan məhrumetmədir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşı sının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Maddə 5.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 74.1. Bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edil ir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; (75.3.2) tikinti layihəsi; (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət re yestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; (75.3.4) «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyətinin yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məl umat verməlidir. 23. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı Bənd 4.3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 24. “İnzibati icraat haqqında” Qanun Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmi n etməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati akt ın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, e kspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya inst ansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 58ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

29. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 38 nömrəli “tikintiyə icazə” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilm əsini xahiş etmiş, apellyasiya məhkəməsi iddiaçının hazırki vəziyyətdə mülkiyyətçi olmadığı üçün onun verdiyi “Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu bildirib iddianı mümkün saymamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarına əsasən 1.200 kv.m torpaq sahəsi verilsə də, iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını qanunvericilik normalarına uyğun şəkildə hal-hazıradək rəsmiləşdirməmiş, sözügedən torpaq üzərində hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda iddiaçı h azırki vəziyyətdə mülkiyyətçi olmadığı üçün onun verdiyi “Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyrimümkündür.

31. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaması əsası ilə iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlməsi düzgün olmamışdır. Belə ki, iddiaçının torpaq sahəsi üzərində hüququ M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpağın ayrılması barədə qərarı əsasında yarandığı üçün, dövlət tərəfindən aparılmış qeydiyyat həmin hüququn dövlət tərəfindən tanınması kimi qiymətləndirilməlidir.

32. Məhkəmə kollegiyası apellyasiya mə hkəməsinin qərardadın ləğvi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırda iddiaçının hüquqi marağı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsidir.

34. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

35. Bu baxımdan, həm də nəzərə a lmaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

36. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırm aq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 37. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olm aması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 39. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

40. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması ilə bağlı məsələ ətraflı araşdırılmamışdır.

41. Belə ki, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 0,12 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir.

42. M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarının sonradan ləğv edilməsi və ya etibarsız hesab edilməsi işin hazırkı halları ilə müəyyən edilmir. Həmin bələdiyyə qərarı hazırda qüvvədədir.

43. Sözügedən torpaq sahəsi 10 iyun 2016-cı il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçisi X1 ilə bağlanmış icarə müqaviləsi əsasında 10 il müddətinə "xxxx" MMC-nin istifadəsinə vermişdir.

44. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin 30 yanvar 2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icazə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir.

45. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi "xxxx" MMC-yə sözügedən torpaq sahəsi üzərində yaşayış binasının tikilməsinə dair 7 may 2020-ci il tarixli 38 nömrəli obyektin tikintisinə icazə sənədi vermişdir.

46. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-22912/2023 saylı mütəxəssis rəyində göstərilmişdi ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfinin ölçüsü göstərilib (54 metr- 28,5 metr). Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədində qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşir. Beləliklə, mütəxəssis rəyinə əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən oluna bilmədiyi və faktiki göstərilən sahənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən eyni məzmunlu ekspert r əyi də məhkəməyə təqdim olunmuşdur.

47. Apellyasiya instansiya məhkəməsi tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə “iş üzrə ekspertiza keçirilərkən iddiaçının ekspertə və mütəxəssisə faktiki göstərdiyi torpaq sahəsinin bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsi olub-olmaması müəyyən edilməsi və iddiaçının ekspertə və mütəxəssisə faktiki göstərdiyi torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi deyildirsə, həmin faktiki göstərdiyi torpaq sahəsi ona bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsindən təxminən hansı məsafədə yerləşir” məzmununda sorğu ünvanlanmış, cavab olaraq ünvan xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iş üzrə ekspertiza keçirilərkən İddiaçı tərəfindən ekspe rtə və mütəxəssisə faktiki hansı sahənin göstərildiyi bələdiyyəyə məlum olmadığından sorğunun mülahizəsinə uyğun cavablandırılması məqsədəmüvafiq sayıla bilməz. Lakin həmin sorğu ilə bağlı qeyd olunmuşdur ki, həqiqətən də M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 08/03 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində vətəndaş İddiaçı uzun müddət istifadəsində olmuş 1200 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə satılmışdır (hər kv.m. üçün 16 manat 64 qəpik ödəmək şərti ilə). İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş ərazi planından göründüyü kimi, qərarla rəsmiləşdirilmiş sahə əvvəllər “Nərmin şadlıq evi” adı altında fəaliyyət göstərmiş, hazırda isə ərazidə olan ic timai-iaşə təyinatlı həmin qeyri-yaşayış obyektinin arxa tərəfində yerləşir. Ayrılmış torpaq sahəsinin tərəflərinin və ümumi sahəsinin ölçüləri ərazi planında göstərildiyi kimidir. Sorğunun 2-ci sualı 1-ci sualı ilə əlaqəli olduğundan və iddiaçı tərəfindən ekspertə və mütəxəssisə faktiki hansı sahənin göstərildiyi barədə məlumatı olmadığından cavablandırılması mümkün deyildir.

48. Bundan başqa, cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il tarixli 18/49 nömrəli “ayrıc aktı”na əsasən yaşayış binasının tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

49. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01 noyabr 2019-cu il tarixli 358 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci da ğlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icazə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

50. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tikinti məqsədi üçün "xxxx" MMC-yə verilmiş torpaq sahəsinin, bələdiyyə qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsi olub-olmaması tam araşdırılmamışdır.

51. İddiaçının hüququnun pozulub-pozulmamasının müəyyən olunması üçün bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinin, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahə si ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməlidir.

52. Eyni zamanda, obyektiv araşdırma prinsipinin tələbi baxımından hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin məhz Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış ərazinin hüdudları daxilində və ya dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olubolmaması da aydınlaşdırılmalıdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əs aslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir.

54. Beləliklə, kassasiya şikayəti qismən əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

55. İddiaçı kassasiya şikayətində iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etməsinə rəğmən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, bu hissədə şikayət təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-500/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar