Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-738/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (TSEK-nın qərarının qəbul edildiyi tarixdən əlilliyin hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət T ibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlillik dərəcəsinin 2005-ci ildən hesablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-76/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Eşitmənin, səsin və nitqin patologiyası Mərkəzi tərəfindən iddiaçıya 01.10.2018-ci il tarixdə «iki tərəfli koxlearın nevriti, neyrosensor, ağıreşitmə, 4-cü dərəcəli nitqin pozulması» diaqnozu qoylmuşdur.
3. Həmin diaqnoz əsasında iddiaçının xəstəliyinin ağırlığı nəzərə alınaraq əlillik dərəcəsinin təyin ed ilməsi məqsədilə Bakı Eşitmənin, nitqin, səsin patologiyası Mərkəzi tərəfindən 088 №-li forma yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. İlkin olaraq Tibbi Sosial Ekspert Komissiyasının 31.05.2019-cu il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
4. Sonradan iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 02.07.2019-cu il tarixli 2750003AAD38 saylı göndərişi əsasında 17.07.2019-cu il tarixdə qiymətləndirilmiş və ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
5. İddiaçı cavabdeh orqana müraciət edərək, əlillik dərəcəsinin 2005-ci ildən müəyyən olunmasını xahiş etmiş, cavabdeh 03.09.2019-cu il tarixli, **********8 saylı məktubla onun müraciətini təmin etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması vəzifəsi qoyularaq əlillik dərəcəsinin 2005-ci ildən hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 10 yaşından iki tərəfli koxlearın nevritindən (neyrosensor) və nitq pozulmasından əziyyət çəkir. Bu xəstəlik müalicəyə tabe olmayan və yaşlandıqca ağırlaşan xəstəlikdir. Sumqayıt şəhər xəstəxanasında ağırlaşmaması üçün illərcə müalicə almasına baxmayaraq, müalicələr nəticəsiz qalmışdır. Hazırda dördüncü dərəcəli ağıreşitmə, ikitərəfli koxlearın nevriti, neyrosensor və nitq pozğunluğundan əziyy ət çəkir. 2005-ci ildə əlində olan bütün zəruri olan tibbi sənədlərlə əlillik dərəcəsi almaq üçün yaşadığı ərazi üzrə poliklinikaya müraciət etmişdir. Lakin poliklinika rəhbərliyi müraciətinə məsuliyyətsiz yanaşmışdır. Bakı şəhər Səhiyyə İdarəsinə müraciət etdikdən sonra müraciəti ilə bağlı uzun müddət heç bir tədbir görülməmişdir. 2007-ci ildə yenidən müraciət etdikdən sonra nəhayət onu qeydiyyata almışlar. Həmin ildə qeydiyyatda olduğu 3 saylı Bakı şəhər poliklinikasının rəhbərliyi əlillik dərəcəsinin təyin olunması üçün tibbi sənədlərini Yasamal rayon Tibbi Ekspertiza Xidmətinə göndərmişlər. Lakin, uzun müddət ərzində bu xidmətdən ona müsbət, yaxud mənfi cavab verilməmişdir. Maraqlandıqda bildirmişlər ki, komissiya təşkil ediləndə özləri çağıracaqlar və bunu işlərinin çoxluğu ilə izah e tmişlər. 2008-ci ildə yenidən poliklinikada arayış tərtib edib Xidmətə göndərmişlər. Dəfələrlə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. 31.05.2019-cu il tarixdə xidmət rəisi 88 saylı formanın surətini çıxarıb səhv doldurulmasını bildirmiş və həmin formada yazılmalı olan sözləri öz xətti ilə yazıb ona vermişdir. O, da düzəliş edilmiş əlyazmanın surətini çıxarıb yenidən poliklinikaya rəsmi qaydada müraciət etmişdir. Bundan sonra xidmət rəhbərliyi üçüncü dərəcəli müddətsiz əlillik təyin etməyə məcbur olmuşdur. Hansı ki, ona ikinci dərəcə təyin edilməli idi. Belə ki, ağır eşitməkdən başqa onda nitq pozulması da vardır və bu xəstəliklər bir qayda olaraq müalicəsizdir.
8. Cavabdeh iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının əlilik vəziyyəti səhiyyə m üəssisəsinin 02.07.2019-cu il tarixli, 2750003AAD38 saylı göndərişi əsasında 17.07.2019-cu il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə uyğun olaraq əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2-1(81)4149/2019 saylı qərarı ilə (hakim: T.Ə.Əsədova) qərarı ilə iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
11. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-76/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2-1(81)-4149/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xəstəliyinin 2005-ci il tarixdən başalamasına baxmayaraq məhkəmələr iş materiallarındakı sənədlərə düzgün qiymət verməmiş, heç bir əsaslı səbəb göstərmədən cavabdehin imtinası ilə razılaşmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının i ştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxs in əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 19. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı: Bənd 1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin və reabilitasiya i mkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Bənd 4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məq sədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.9-2. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; Bənd 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normala rının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
25. Bu mənada, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 02.07.2019-cu il tarixli 2750003AAD38 saylı göndərişi əsasında 17.07.2019-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan inzibati orqanın imtinası, eləcə də məhkəmələrin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
26. İddiaçı iddia ərizəsində də olduğu kimi kassasiya şikayətində də xəstəliyinin 2005-ci il tarixdən başlamasını qeyd etsə də məhkəmə kollegiyası bildirir ki, bu halın özü də həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan Tibbi Sosial Ekspertiza və X1 formada iddiaçının xəstəliyinin 2011-ci il tarixdən başlanılma sı qeyd edilmişdir. (səh 6) İddiaçı kassasiya şikayətində də bu sənədə istinad etmişdir.
27. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-76/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.