Məhkəmə qərarları › İş №2-1(102)-755/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-755/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-755/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1 Başçısına, Cavabdeh1 Pirhəsənli kənd icra nümayəndəliyinə, Cavabdeh1 Pirhəsənli kənd bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü, tələblər aydın deyil, iddia düzgün cavabdehə yönəlməyib). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 Başçısına, Cavabdeh1 Pirhəsənli kənd icra nümayəndəliyinə, Cavabdeh1 Pirhəsənli kənd bələdiyyəsinə qarşı “22 ildir istifadəsində olan kənd məscidinin aşağısındakı torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, indiyədək verilməyən toplam 3 pay torpaq sahəsinin verilməsi, maddi ziyan olaraq 200000 manat, mənəvi ziyan olaraq 30000 manatın cavabdehlərdən tutulub ödənilməsi, qazıntı işlərinin dayandırılması və bələdiyyə mülkiyyətində olan torpaqda qanunsuz tikinti işlərinin aparılmasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardadla prokurora xəbər verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-683/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binası nda, 17 mart 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 Başçısına, Cavabdeh1 Pirhəsənli kənd icra nümayəndəliyinə, Cavabdeh1 Pirhəsənli kənd bələdiyyəsinə qarşı “22 ildir istifadəsində olan kənd məscidinin aşağısındakı torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, indiyədək verilməyən toplam 3 pay torpaq sahəsinin verilməsi, maddi ziyan olaraq 200000 manat, mənəvi ziyan olaraq 30000 manatın cavabdehlərdən tutulub ödənilməsi, qazıntı işlərinin dayandırılması və bələdiyyə mülkiyyətində olan torpaqda qanunsuz tikinti işlərinin aparılmasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardadla prokurora xəbər verilməsi” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(84)-1520/2019 saylı qərardadı ilə (hakim R.A.Məcidov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia, bütövlükdə mümkün iddia olmadığından və iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından mümkünsüz sayılmalıdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-683/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadı (sədrlik edən: V.İ.Məlikov, hakimlər: E.Ş.Hüseynov və A.A.Mahmudov) ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(84)-1520/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya inst ansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-683/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir, məhkəmə işə baxıb qərardadı ləğv etmək əvəzinə formal mülahizələrlə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi barədə qərardad qəbul etməklə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 no yabr 2019-cu il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası işin hallarına lazımi hüquqi qiymət verməyərək, qərardadını əsaslandırmadan əsassız və ədalətsiz qərardad qəbul etmişdir. İddiaçı tərəfindən iddia tələbini əsaslandırdığı zəruri sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir, işin hallarını birtərəfli araşdırmış və düzgün olmayan nəticəyə gəlmişdir. Daha sonra qeyd edilir ki, sözügedən qərardadda iddia ərizəsinin İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilmədiyi, iddia tələbinin dəqiq və aydın ifadə edilmədiyi qeyd edilmişdir. Lakin iddia tələbi kifayət qədər aydın və anlaşıqlı olmuş, cavabdehlər barədə məlumat müfəssəl olaraq iddia ərizəsində qeyd edi lmişdir. Əgər ərizənin tərtibatında nöqsanlar mövcud idisə, o zaman məhkəmə proses iştirakçısına yardım etməli idi. Lakin məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmaqla qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olmasına baxmayaraq bunu etməmişdir. Daha sonra şikayətdə qeyd edilir ki, “İnzibati orqanların Təsnifatı”na əsasən inzibati orqanların təsnifatına Cavabdeh1, Pirhəsənli kənd İcra Nümayəndəliyi, Ağsu rayonunun Pirhəsənli kənd bələdiyyəsi də daxildir, yəni həmin orqanlar da inzibati orqanlar hesab olunurlar. Məhkəmə isə əsassız olaraq Cavabdeh1 inzibati orqan saymamaqda haqlı olmamış, əsassız olaraq tələbin fiziki şəxsə yönəldiyini qeyd etmişdir. Bundan əlavə, iddia mümkünsüz sayılarkən məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, məhkəmə tərkibinə verdiyi etiraz prosessual qanunvericiliyə uyğun icra edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-683/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Göründüyü kimi, məhkəmə müdafiəsi hüququ əsas insan və vət əndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olma dan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir. Bu baxımdan inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara v ə məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünl üyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 Başçısına, Cavabdeh1 Pirhəsənli kənd icra nümayəndəliyinə, Cavabdeh1 Pirhəsənli kənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “22 ildir istifadəsində olan kənd məscidinin aşağısındakı torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, indiyədək verilməyən toplam 3 pay torpaq sahəsinin verilməsi, maddi ziyan olaraq 200000 manat, mənəvi ziyan olaraq 30000 manatın cavabdehlərdən tutulub ödənilməsi, qazıntı işlərinin dayandırılması və bələdiyyə mülkiyyətində olan torpaqda qanunsuz tikinti işlərinin aparılmasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardadla prokurora xəbər verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məlum qərardadı ilə iddia bütövlükdə mümkün iddia olmadığından və prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirmiş, lakin apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı mümkün saymayan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndi rmişdir ki, ərizənin tərtibatında nöqsanlar mövcud olduğu təqdirdə məhkəmə, proses iştirakçısına yardım etməli idi. Lakin məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmaqla iddiaçıya yardım etməmişdir. İddiaçının kassasiya şikayətinin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra birinci instansiya məhkəməsi tərəfindən 07.10.2019-cu il tarixdə iddiaçıya yazılı şəkildə, geniş məzmunda təfsilatı ilə izah edilmiş hüquqi yardım edilmiş, iddia ərizəsini dəqiqləşdirmək təklif olunmuş və göstərilən nöqsanların aradan qaldırılması üçün 5 gün müddət təyin edilmişdir. (iş materiallarının 10-13-cü vərəqləri) Bundan sonra iddiaçı müxtəlif qurumlara şikayət ərizəsi ilə müraciət edərək sözügedən yardım məktubu ilə məhkəmənin onunla qərəzli davrandığını, məhkəmə təminatı hüququna qadağa qoyduğunu bildirmişdir. Bununla da iddiaçı məhkəmənin 07.10.2019-cu il tarixli yardım məktubunda qeyd olunanlarla razılaşmadığını və həmin nöqsanları aradan qaldırmaq niyyətində olmadığını bəyan etmişdir. Beləliklə də iddia, mümkün iddia olmadığından və iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından mümkün sayılmamışdır. Bu səbəbdən də kollegiya iddiaçının ərizəsində olan nöqsanlarla bağlı məhkəmənin ona yardım etməməsi barədə dəlilini əsassız sayır və qeyd edir ki, bu hal iş materialları ilə təkzib olunur. İddiaçının məhkəmə tərkibinə verdiyi etirazın prosessual qanunvericiliyin tələblərinə uyğun təmin olunmaması barədə dəlilinə münasibətdə kollegi ya qeyd edir ki, işdən görünür ki, apellyasiya mərhələsində iddiaçı hakimlər Gündüz Abbasovun və Rövşən Rəfiyevin məhkəmə tərkibində işə baxılmasına etiraz etmişdir. Məlumdur ki, apellyasiya instansiya məhkəməsində işlərə kollegial formada üç hakimdən ibarət tərkibdə baxılır ki, hazırda iddiaçı məhkəmə tərkibinin iki hakiminə etiraz etmişdir. İnzibati Prosessual Məcəllədə etiraz etməklə bağlı müddəlar öz əksini tapsa da, edilmiş etirazın həll edilməsi qaydası nəzərdə tutulmamışdır. İPM-in 1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 22.3-cü maddəsinə əsasən, apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən, kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəməyə, başqa tərkibə verilir. Təhlil olunan normalardan göründüyü kimi, apellyasiya qaydasında bir neçə hakimə etiraz məhkəmə sədrləri tərəfindən həll edilir və təmin olunduğu təqdirdə etiraz edilmiş hakimlər işə baxılmasından kənarlaşdırılır və iş həmin məhkəmədə başqa tərkibə verilir. MPM-in 22.6-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-öz ünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Hazırki işin hallarından da görünür ki, iddiaçının Şəki Apellyasiya Məhkəməsinin məhkəmə tərkibinin iki hakiminə qarşı verdiyi etiraz Şəki Apellyasiya Məhkəməsinin sədri tərəfindən qərardad qəbul edilərək həll edilmiş, etiraz təmin edilmiş və etiraz edilmiş hakimlər işə baxılmasından kənarlaşdırılmış, həmin məhkəmənin digər iki hakimi işə baxılmasına cəlb olunmuşdur. Bununla da iddiaçının etirazı həll edilərkən məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya verildiyi müəyyən edilmir. İddia mümkünsüz sayılarkən məhkəmə tərəfindən heç bir araşdırma aparılmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 06 yanvar 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qəra r çıxarmaq üçün şərtin mövcud olub olmadığını müəyyən etməlidir. Göründüyü kimi, iddiaçı məhkəmənin işi araşdırmadan iddianı mümkünsüz saymasını mübahisələndirsə də, Konstitusiya Məhkəməsinin istinad olunan Plenum qərarında əks olunan mövqeyinə görə, məhkəmələr tərəfindən iddianın mümkünlüyünün yoxlanılması zamanı mübahisə predmetinə aid olan məsələlərə toxunulmamalı, işdə olan sübutlara qiymət verilməməlidir. Hazırki halda isə iddiası ilə bağlı iddiaçı tərəfindən işə hər hansı sübut əlavə olunmamış, eləcə də məhkəmə tərəfindən hər hansı qiymətləndirmə aparılmamışdır. İddiaçı kassasiya şikayətində “İnzibati orqanların Təsnifatı”na əsasən inzibati orqanların təsnifatına Cavabdeh1, Pirhəsənli kənd İcra Nümayəndəliyi, Ağsu rayonunun Pirhəsənli kənd bələdiyyəsinin də daxil olduğunu, yəni həmin orqanların da inzibati orqanlar hesab olunduğunu, məhkəmənin isə əsassız olaraq Cavabdeh1 inzibati orqan saymamaqda haqlı olmadığını, əsassız olaraq tələbin fiziki şəxsə yönəldiyini qeyd etdiyini mübahisələndirmişdir. İddiaçının bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh1 inzibati orqan olması mübahisə olunmur, apellyasiya məhkəməsi də qərarında bunun əksini qeyd etməmişdir. Məsələ burasındadır ki, iddia ərizəsinin başlıq hissəsindən görünür ki, iddiaçı tələbini digər cavabdehlərlə yanaşı, eyni zamanda Cavabdeh1 başçısına qarşı qaldırmışdır. Məlumdur ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın vəzifəli şəxslərinin inzibati orqanın adından etdiyi hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehli yi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bu səbəbdən də apelyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının tələbi fiziki şəxsə qarşı yönəlmişdir ki, bu tələbə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının mövqeyinə görə isə İcra Hakimiyyətinin başçısı fiziki şəxs olsa da, o, inzibati akt qəbul etmək səlahiyyətinə malik fiziki şəxsdir. Bu səbəbdən də ona qarşı qaldırılmış iddiaya inzibati məhkəmə icraatında baxılması istisna olunmur. İddiaçının bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, doğrudur, qanunverici inzibati orqana təkcə dövlət orqanlarını və digər qurumları deyil, eyni zamanda fiziki şəxsləri də aid etmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, Təsnifatın “V” bəndində inzibati orqanlara həmçinin “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” də aid edilmişdir. Eləcə də “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsində də qanunverici inzibati orqana yalnız Azərba ycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələri deyil, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləri də aid etmişdir. Lakin “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.2-ci bəndində deyildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Eyni zamanda həmin Əsasnamədə icra hakimiyyəti başçısının bir, yerli icra hakimiyyətinin isə digər vəzifələri nəzərdə tutulmamışdır. Göründüyü kimi, İcra Hakimiyyətinin başçısı qanunda qeyd edildiyi kimi hər hansı fiziki şəxs deyildir. İcra hakimiyyəti başçısı icra hakimiyyətini həyata keçirm ək vəzifəsi həvalə olunmuş, onu təmsil edən və onun adından çıxış edən vəzifəli şəxsdir. Aparılan qiymətləndirmə isə onunla bağlıdır ki, yuxarıda sadalanan normalara hərfi yanaşılmamalı, qanun, onu güddüyü məqsədə uyğun, hərtərəfli, tam, ətraflı araşdırılmaqla tətbiq edilməlidir. Bəhs olunanlara əsasən kollegiya qeyd edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir. Eləcə də məhkəmələr tərəfindən əsaslı olaraq müəyyən edilmişdir ki, iddia tələbi aydın və dəqiq deyil. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərardadın ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakıla ra əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-683/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar