Məhkəmə qərarları › İş №2-1(102)-767/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-767/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-767/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü; şikayət vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil növbəsinə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-3521/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 1 dekabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1991-ci ildə alındığı mənzil növbəsi siyahısından çıxarılmağı ilə əlaqədar (mənzil növbə siyahısından adının silinməsi ilə əlaqədar) mənzil üçün nəzərdə tutulmuş növbə siyahısına salınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-4190/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Həmçinin vəsatət təqdim edər ək apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-3521/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qərardad iddiaçı tərəfindən 2 avqust 2022-ci il tarixdə qəbzə imza edilməklə alınmışdır. Apellyasiya şikayəti isə 14 oktyabr 2022-ci il tarixdə, yəni məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə rabitə orqanına təqdim olun muşdur.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Buna səbəb apellyasiya şikayətini yazıb məhkəməyə göndərsə də, şikayət məhkəməyə çatmamışdır.

9. Şikayətin digər dəlilləri iddianın mahiyyəti üzrədir. b. kassasiya şikayətinə etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadını n isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməl i və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

15. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya 02 avqust 2022-ci il tarixdə təqdim olunmuşdur. Həmin qərardaddan apellyasiya şikayəti 14 oktyabr 2022-ci il tarixdə, yəni məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə rabitə orqanına təqdim olunmuşdur.

16. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur.

17. İddiaçı prosessual müddətin bərpasına dair vəsatət təqdim edərək bildirmişdir ki, qərardaddan apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Buna səbəb apellyasiya şikayətini vaxtında yazıb məhkəməyə göndərsə də şikayəti məhkəməyə çatmamışdır.

18. Məhkəmə kollegiyası iddiaçının şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının vəsatətində göstərilənlər prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bil məz.

19. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-3521/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar