Məhkəmə qərarları › İş №2-1(102)-769/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-769/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-769/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cü il təvəllüdlü; FİN: 5R8TN6M) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu) “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(103)-3151/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 17 may 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunması ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kim əmək pensiyası yenidən hesablanmış, hesablama zamanı qulluğun son 24 ayı - xx.xx.2019 - xx.xx.2021-c i il ərzindəki əmək haqqının orta aylıq məbləği nəzərə alınmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, pensiyanın yenidən hesablanmasını və hesablama zamanı ona ödənilmiş 12999,6 manat istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın nəzərə alınmasını xahiş etmişdir.

3. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 3.1-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya mə hkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (15843,60 manat (2844,00+12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən kompensasiya məbləğindən məcburi dövlət sosial sığorta haqqı tutulduğundan həmin məbləğ pensiyanın hesablanması zamanı nəzərə alınmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

7. Azərbaycan Respublikası Baş Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmiş dir ki, iddiaçıya 1999-2004 və 2013-2014cü illərdə istifadə etmədiyi cəmi 141 gün məzuniyyət gününə görə ödənilmiş 12999,60 manat kompensasiyadan 3,5% məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş 2844,00 manat məzuniyyət pulu nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması” hissəsində, sözügedən məbləğin pensiya hesablanması zamanı nəzərə alındığı əsası ilə mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: X4) 28 iyun 2022-ci il tarixli, 2-1(112)1593/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidə n hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı prokurorluq işçisi kimi pensiyaya çıxdığından və iddiaçıya 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində sosial sığorta haqqı hesablanmayan gəl ir növləri konkret sadalanmışdır və həmin növlərin siyahısında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq norması ilə ziddiyyət təşkil etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı rəhbər tutularaq iddiaçıya imtina verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmama sını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və X6) 15 noyabr 2022-ci il tarixli, 2-1(103)-3151/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri sadalanmış, əla və olaraq qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi hesablanarkən ona son iki ildə ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilmiş bütün ödənişlər, o cümlədən 12999,80 manat istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya da nəzərə alınmışdır. Halbuki, sözügedən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 9-cu bəndində qeyd olunmuşdur ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Lakin qeyd edilməlidir ki, əmək pensiyala rının məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla, Qanunun müvafiq olaraq 10-cu (yaşa görə), 13-cü (əlilliyə görə) və 18-ci (ailə başçısını itirməyə görə) maddələrinə uyğun olaraq hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından formalaşan pensiya kapitalının məbləğindən asılı olaraq müəyyən edilir. Buna görə də məcburi dövlət sosial sığorta haqlarına cəlb edilən bütün növ gəlirlər, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya əmək pensiyalarının hesablanmasında hər bir halda nəzərə alınır. Qanunvericiliyin bu tələbi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan bütün növ əmək pensiyaları təyinatı zamanı tətbiq olunur. Qanunun 20-ci maddəsindən göründüyü kimi, həmin maddədə nəzə rdə tutulan şəxslərə pensiyaçı kimi ödənilən aylıq vəsait iki hissədən ibarət olur. Birincisi, əmək pensiyası (və ya onun sığorta hissəsi) və əmək pensiyasına qulluq stajına görə əlavədir. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrində müəyyən edilən hesablama üsullarından da göründüyü kimi, bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi zamanı əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyaya münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları hər bir pensiyaçının (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Göründüyü kimi, iddiaçıya ödənilmiş istifadə olunmamış məzuniyyətə görə kompensasiya cavabdeh tərəfindən orta a ylıq əməkhaqqının, dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınmır.

16. Eyni zamanda, məhkəmə qərarında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara istinadla bağlı bildirilməlidir ki, həmin Qaydalar dövlət qulluqçularının pensiya təyinatı zamanı dövlət məvacibinin hesablanması məsələlərini tənzimləyir. İddiaçı isə prokurorluq orqanlarının sabiq əməkdaşıdır. Məlum olduğu kimi, prokurorluqda xidmət dövlət qulluğunun xüsusi növünə aiddir və onların pensiya təminatı bilavasitə “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Sözügedən Qanunun preambulasında da qeyd edildiyi kimi, həmin Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata ke çirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmçinin, Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının qeyd hissəsində nəzərdə tutulmuşdur ki, həmin Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi pul təminatının (12999,60 manat) əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Əlavə olar aq qeyd edilmişdir ki, kassasiya şikayətində qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsinə görə pensiyaçıya ödənilən aylıq məvacib əmək pensiyasından və qulluq stajına görə əlavədən ibarət olur. Nəticə çıxarılır ki, "iddiaçıya ödənilmiş istifadə olunmamış məzuniyyətə görə kompensasiya cavabdeh tərəfindən orta aylıq əmək haqqının», dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınmır". Mülahizənin konkret iddia tələbi ilə məntiqi bağlılığı (təkzib məqsədi ilə) yoxdur. İddia tələbi "Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinin normasına əsaslanır. 18. “Əmək pensiyaları haqqında" Qanunun 20.8-ci maddəsində qeyd olunmuş əmək haqqının orta aylıq məbləği sözügedən əlavənin məbləğini müəyyənləşdirən faktorlardan biridir, orta aylıq əmək haqqı çox ol sa, pensiya məbləği də çox olacaq, və əskinə. Konkret iddia tezisini təkzib etmək əvəzinə, şikayətdə "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsinin məzmunu sərbəst şəkildə interpretasiya edilir. O cümlədən, "əmək haqqı" anlayışının məzmunu "Prokurorluq orqanlarında quluq keçmə haqqında" Qanunun 21-ci maddəsində dəqiqləşdirilmişdir ki, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Əmək Məcəlləsinin 140cı maddəsinin 1-ci hissəsində göstərilir ki, "1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir". Bu Məcəllənin 154-cü maddə sinin 1-ci hissəsində müəyyən edilmişdir ki, "Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur". Qeyd edilən normalarda "digər ödənc" anlayışının həcminə həm də istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin daxil olmaması şikayətdə nəinki təkzib edilməmiş, ümumiyyətlə, yada salınmamışdır.

19. Əmək Məcəlləsinin normaları "kompensasiya" və "əmək haqqına əlavələr"i bir sinfə aid anlayışlar kimi təqdim edir. Məcəllənin 38-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndində (Maddə

38. Kollektiv sazişin məzmunu) göstəri lir ki, "ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi" kollektiv sazişə daxil edilir. Öz növbəsində, məzuniyyət pulu əmək haqqı anlayışına daxil olan ödənclərin məbləğlərindən asılıdır. Eyni zamanda, Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsində (Maddə

135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi) bildirilir ki, "İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir". Norma "kompensasiya" və "əmək haqqı" anlayışları arasında bağlılığı bir daha təsbit edir.

20. Bundan başqa, Nazirlər Kabinetinin 126 nömrəli qərarı ilə təsdiq edilm iş siyahının onuncu abzası barədə. Bununla bağlı şikayətdə göstərilir ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı"nın onuncu abzasına əsasən, istifadə edilməmiş məzuniyyətlərinə görə kompensasiya “orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir". Cavabdehin arqumenti hüquq baxımından düzgün deyil. Belə ki, 126 nömrəli qərarla təsdiq edilmiş siyahının 31-cı abzası qərarın mətnində onun qəbul edildiyi xx.xx.2000-ci il tarixdən abzasın bu siyahıya əlavə edildiyi tarixə - xx.xx.2008-ci ilə kimi olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli, 218 nömrəli Qərarı ilə əlavə edilmişdir. Əlavənin məzmunu belədir: “Mə zuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”na 1 nömrəli əlavəyə yeni məzmunda otuz birinci abzas əlavə edilsin". Bu abzasa əsasən, istifadə edilməmiş məzuniyyətə görə "kompensasiya" orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmır. Deməli, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya həmin dövrdə (8 ildən də çox müddət ərzində) pensiya təyinatı zamanı orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmışdır. Bunun başqa izahı ola bilməz. Çünki, onda 31-ci abzasın siyahıya daxil edilməsinin səbəbi, motivi olmur. Hüquq yaratmanın əsas prinsiplərindən biri isə rasionalizmdir. Əgər 31-ci abzas siyahıya daxil edilibsə, deməli, bunun müvafiq ictimai münasibətlərə təsir etmək, onun istiqamətini dəyişmək təyinatı olmuşdur. İddiaçının istifadə edilməmiş məzuniyyəti 2000-2005-ci illərə, yəni 31-ci abzasın hələ 126 nömrəli qərarın təsdiq etdiyi siyahıda olmadığı dövrə təsadüf edir. Subyektiv hüququn (istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiya məbləğinin pensiya məbləğinin müəyyənləşdirilməsi zamanı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınması hüququ) yaranması zamanı bu dövr hesab edilir. Hüququn mənbəyi qanun normalarıdır. Belə ki, Əmək Məcəlləsinin 135-ci maddəsində (Maddə

135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi) vurğulanıb: "1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmi ş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. "İlləri" sözünün "cəm" forması qanunvericinin iradəsinin əvvəlki illəri də əhatə etməsinə işarə edir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Əmək Məcəlləsi: Maddə 154. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

177. Orta əmək haqqı və onun hesablanması qaydası

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hes aba alınır.

5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən a rdıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahı”sı

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.

7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu q ayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

28. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi məbləğ, ona istifadə edilməmiş məzuniyyətlərə görə (1999-200 4 və 2013-2014-cü illər üzrə) ödənilmiş kompensasiyadır.

29. İddia tələbini təmin edən aşağı instansiya məhkəmələrinin mövqeyinə görə, iddiaçıya ödənilmiş məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı tutulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsaslıdır.

30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqe ilə razılaşmayaraq bildirir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərarı əsassız olmuş, maddi hüquq normaları işin hallarına düzgün tətb iq edilməmişdir.

31. Belə ki, hazırkı iş üzrə iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçısıdır.

32. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.51-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir.

33. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2021-cil tarixli 20/450 nömrəli arayışında qeyd olunan məlumatlarla təsdiqlənir ki, iddiaçıya ödənilən kompensasiya onun prokurorluq orqanlarında qulluğun son 24 ayına görə d eyil, daha əvvəlki illərə görə ödənilmişdir (bax: hazırkı qərarın 7-ci bəndi).

34. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2014-cü ilədək olan dövrə aiddir və qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur.

35. Bu səbəbdən də, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından, son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz.

36. Sözügedən məbləği iddiaçının hansı ildə al ması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2019-2021-ci illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır.

37. Cavabdehin imtinası əsaslı olsa da, inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na istinad etməkdə haqlı olmamışdır.

38. Belə ki, Əmə k Məcəlləsinin 177-ci maddəsində orta əmək haqqına anlayış verilmiş, pensiya qanunvericiliyində pensiyanın orta əmək haqqına əsasən hesablanması isə nəzərdə tutulmamışdır. Digər tərəfdən, Əmək Məcəlləsinin 177-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin hazırkı işdə Əmək Məcəlləsinin sadalanan maddələrində nəzərdə tutulmuş hallar mövcud olmamışdır.

39. Qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbi təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə koll egiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(103)-3151/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar