Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-777/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması, məlumat vərəqində olan məlumatların mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)3082/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2012-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/298-K nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qan ununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu iddiaçıya pensiya təyin olunması üçün cavabdehə 8 iyun 2021-ci ildə tərtib etdiyi məlumat vərəqi göndərmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək ona hərbi qulluqçu kimi pensiya təyin edilməsini və onun məlumat vərəqəsində digər növ əlavə kimi qeyd olunmuş 3644 manat müavinətin hərbi qulluqçu kimi pensiyasına aylara bölünmədən tam şəkildə hesablanmasını xahiş etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.
5. Cavabdeh imtinasında qeyd etmişdir ki, pensiya işinizə dair sənədlərdə X1 rayon şöbəsi tərəfindən iyun 2012-ci i l tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Hazırda əmək pensiyanızın məbləği 2686,42 manat təşkil edir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş Sizə dair 8 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçu kimi əmək pensiyası təyin olunacağı təqdirdə pensiya məbləğiniz 2686,42 manatdan 1773,65 manata azalacaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyası 20 il hərbi xidmə t üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ədliyyə polkovni k-leytenantı rütbəsində, ittiham şöbəsinin prokuroru vəzifəsində hərbi xidmət etmişdir, 31 may 2020-ci il tarixdə 60 yaşı tamam olduğundan hərbi prokurorluq orqanlarından ehtiyata tərxis olunmuş və prokurorluq orqanlarının işçisi kimi ona pensiya təyin olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən aylıq vəzifə maaşı əmək haqqının və digər ödənişlərin hesablanmasının və ödənilməsinin əsasını təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə əsasən təminat xərcliyi hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarətdir. Burada istisna kimi ancaq büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər göstərilmişdir. Azərbaycan Respubli kası Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş 15 sentyabr 2020-ci il tarixli HP-13/68 saylı arayışda göstərilmişdir ki, ona 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müavinət verilmiş və həmin müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Həmin müavinət hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda vəzifə maaşının əsasında dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq hesablanmış və ona ödənilmişdir. Onun topladığı sənədlər ona hərbi qulluqçu kimi yenidən pensiya təyin olunmasından ötrü 23 noyabr 2020-ci il tarixdə yazdığı ərizəsinə əlavə olunaraq cavabdehə göndərilmişdir. 08 dekabr 2020-ci il tarixdə onun ərizəsinə verilmiş cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən təminat xərcliyi barədə məlumatlar xidmət etdiyi müvafiq orqanın müvafiq qurumu tərəfindən tərtib olunub cavabdehə təqdim edildikdən sonra ona hərbi rütbəli şəxs kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla biəcəyi göstərilmişdir. 05 yanvar 2021-ci il tarixdə o, təkrar topladığı sənədləri ərizəsi ilə birlikdə cavabdehə göndərmişdir. 08 fevral 2021-ci il tarixdə verilmiş cavab məktubunda yenə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3 -cü bəndinə əsasən təminat xərcliyi barədə məlumatların xidmət etdiyi müvafiq orqanın müvafiq qurumu tərəfindən tərtib olunub Mərkəzi Filiala təqdim olunmasının vacibliyi göstərilmişdir. Ərizə ilə ona təminat xərcliyinin hesablanıb məlumat vərəqəsinin cavabdehə göndərilməsi üçün o, xidmət etdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinə müraciət etmişdir. 08 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən onun təminat xərcliyi barədə məlumat vərəqəsi tərtib olunaraq cavabdehə poçt vasitəsi ilə göndərilmişdir. Məlumat vərəqəsində təminat xərcliyi ehtiyata buraxıldığı günə aldığı miqdarda 1055 manat aylıq vəzifə maaşı, 134 manat rütbə maaşı, 535,05 manat xidmət illərinə görə əlavəsi, ərzaq payı əvəzinə 64 manat pul kompensasiyası, 158,25 manat məbləğində məharət dərəcəsi, 3644 manat məbləğində müavinət kimi ödənilmiş digər növ əlavə tam şəkildə göstərilməklə hesablanmışdır. 10 iyun 2021-ci il tarixdə təqdim olunmuş təminat xərcliyi barədə məlumat vərəqəsinə əsasən ona hərbi qulluqçu kimi pensiya təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 04 avqust 2021-ci il tarixdə ona verilmiş cavab məktubunda cavabdeh göstərmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən təq dim olunmuş 08 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsinə əsasən hərbi qulluqçu kimi ona hazırda aldığı 2686,42 manat pensiyadan az, yəni 1534,27 manat məbləğində pensiya təyin olunacaqdır, ona görə də hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya təyin olunması təxirə salınmışdır. Onun təminat xərcliyi hesablanarkən qanuni şəkildə xidmətinin son ayında əlavə kimi aldığı iki aylıq əmək haqqı məbləğində 3644 manat müavinət pulu əsassız olaraq hesablanmamış, məqsədli şəkildə həmin məbləğin üzərindən keçilmişdir. Həmin məbləğ tam qanuni şəkildə onun təminat xərcliyinə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən daxil edilmişdir. 04 avqust 2021-ci il tarixdə o, yenidən Mərkəzi Filiala təminat xərcliyi barədə məlumat vərəqəsində xidmətinin son ayında ona digər əlavə kimi verilmiş 3644 manat məbləğində müavinətin qanuni surətdə əlavə olunmasına baxmayaraq, hərbi qulluqçu kimi onun pensiyası hesablanarkən hesablanmamasının səbəbi barədə məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli məktubda yenidən göstərilmişdir ki, hərbi qulluqçu kimi ona pensiya təyin olunacağı təqdirdə pensiya məbləgi 1773,65 manata enəcək, ona görə də hərbi qulluqçu kimi ona pensiya təyin olunması təxirə salınmışdır. Lakin cavab məktubundan göründüyü kimi nəhayət cavabdeh tərəfindən hərbi qulluqçu olaraq onun əmək pensiyası hesablanarkən "Əmək pensiyaları hıqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azə rbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14 maddələrinin şərh edilməsinə dair" Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən təminat xərcliyinə digər növ əlavə kimi qanuni surətdə daxil edilmiş 3644 manat müavinət pulu onun təminat xərcliyinə hesablanmış, lakin onun göstərdiyi Qanun və Qərarların tələblərinə tam əks şəkildə həmin məbləğ heç bir əsas olmadan 12 aya bölünərək 303,67 manat məbləğində pensiyasına əlavə edilmişdir. Onun göstərdiyi Qanun və Qərarların heç birində şəxsin təminat xərcliyi barədə tərtib olunmuş məlumat vərəqəsində digər növ əlavə kimi göstərilmiş vəsaitin ilin 12 ayına bölünməsi yolu ilə hesablanması qaydası nəzərdə tutulmamışdır, təminat xərcliyinin vəzifə maaşı və digər bütün növ əlavələrdən ibarət olması göstərilmişdir. Həmin müavinət onun xidmətinin son ayında deyil, əvvəlki aylarında verilsəydi, onda ilin 12 ayına bölünüb onun təminat xərcliyinə əlavə olunmalı deyildi, ona görə də qanunun tələbinə əsasən son ayda verilmiş müavinət də aylara bölünmədən onun təminat xərcliyində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun göstərdiyi qaydada hesablanaraq ona pensiya təyin olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edrək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərə k, prokurorluq orqanlarının əməkdaşı kimi pensiya aldığını bildirmiş, lakin hərbi qulluqçu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda Fondun Nəsimi rayon şöbəsi tərəfindən 19 iyun 2012-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi ona xidmət illərinə görə əmək pensiyası təyin edildiyi, hazırda əmək pensiyasının məbləği 2686,42 manat təşkil etdiyi, eyni zamanda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş İddiaçı məxsus 08 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyqun olaraq ona hərbi qulluqçu kimi əmək pensiyası təyin olun acağı təqdirdə pensiya məbləğinin 2686,42 manatdan 1773,65 manata azalacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələbinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyası 20 il hərbi xidmət üçün müvafiq rəminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üçün isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 01 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il ta m olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçı xidmət etdiyini orqandan 31 may 2020-ci il tarixində tərxis olunması ilə əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsinə əsasən təqvimi xidmət illəri 24 il 5 ay 22 gün, ali təhsili 2 il 6 ay və güzəştli xidmət illəri 2 il 4 ay 6 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 29 il 3 ay 28 gün, vəzifə maaşı 1055,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 535,05 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 158,25 manat, digər növ əlavə 303,67 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 man at olmağla təminat xərcliyi 2249,97 manat təşkil etmişdir. Əmək pensiyanın ümumi məbləği tərxis olunduğun günə müəyyən olunmuş təminat xərcliyinin (2249,97 manat) 78,83 (55+18+4+1,83) faizi 1773,65 manat məbləğində hesablanacaqdır. İddiaçı təminat xərcliyində göstərilən 3644,00 manat digər növ əlavənin aylara bölünmədən tam şəkildə pensiyasına əlavə olunmalı olduğunu iddia etmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 03 fevral 2022-ci il tarixli məktubuna əsasən İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğu müəyyən edilir. Belə ki, əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Yəni pensiya müəyyən qrup insanların tələbatlarının təmin olunmasına, onların itirdikləri əmək haqqı və digər gəlirlərin kompensasiya olunmasına yönəlmişdir. İddiaçı ildə bir dəfə iki aylıq əmək haqqı məbləği həcmində müavinətin onun əmək pensiyasına əlavə edilməsi pensiya hüququnun ümumi prinsiplərinə uyğun hesab edilmir. Göstərilənlərə əsasən id dianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Həmin vəsait hərbi xidmətdən buraxıldığı gün iddiaçıya ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən DSMF-yə məlumat vərəqi də təqdim edilmişdir. Qeyd olunan müavinət həmin məlumat vərəqində pul təminatı bölməsində öz əksini tapmışdır. İddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməli və məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müa vinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləği aylara bölünmədən, tam şəkildə hesablanmalıdır.
11. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məlumat vərəqi xx.xx.2021-ci il tarixdə verilsə də, iddiaçı ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi (əmək pensiyasının bir növündən başqa növünə keçmə) barədə cavabdehə ilkin olaraq xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi xx.xx.2020-ci il tarixədək olan bütün məlumatlar (o cümlədən təminat xərcliyi) isə məlumat vərəqində əks olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixdən təyin edilməli və təyin edilmiş pensiya məbləği xx.xx.2020-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməlidir.
12. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3082/2022 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə-sədrlik edən və məruzəçi, A.P.Oruczadə və X.A.Cəmilova) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və idd ianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “Prokurorluq orqanlarında orqanlannda qulluq keçmə haqqında" Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq isçilərinin müalicə olunmalari ilə alaqədar ona ildə bir (1) dəfə verilən iki (2) aylıq əmək haqqı məbləği həcmində müavinət olduğundan və həmin pul vəsaitinin hərbi xidmətdən buraxıldıgı gün ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Sözügedən əlavə sonuncu təminat xərcliyinin tərkib hissəsi deyil, il üzrə bir dəfə verilən müavinət məbləğidir ki, sadəcə xidmətdən buraxıldığı gün ödənilmişdir. Həmin məbləğ 12 hissəyə bölünərək təminat xərcliyinin hesablanmasinda nəzə rə alınmışdır. Belə ki, qeyd olunan qurumdan tərxis olunan, lakin sözügedən əlavəni tərxis olunduğu tarixdə deyil, daha əvvəlki aylarda almış şəxslərin məlumat vərəqələri də tərtib olnarkən qurum tərəfindən müavinət məbləğinin 12-də 1 (1/12) hissəsi təminat xərcliyini tərkibinə daxil edilir.
17. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 20.14.1və “Prokurorluq orqanlarında qullluq keçmə haqqında” Qanunun 20.9-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.Prokurorluq işçilərinin sosial müdafiəsi 20.8. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9. Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 21.Prokurorluq işçilərinin maddi təminatı 21.1. Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.4. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları mi qdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçula rın və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə i lə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə ape lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya pensiya təyin edilməsinə dair məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nət icələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə ona xx.xx.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsinə yönəlmişdir.
32. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhk əməyə ünvanladığı 08 aprel 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətidir və həmin pul vəsaiti hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinətin məbləğinin aylara bölünməsi nəzərdə tutulmamışdır. Təminat vərəqəsinin tərtibi forması Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na Əlavədə göstərilmişdir. Həmin Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinətin məbləği aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanmışdır. 33. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndinə görə bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
35. Qaydaların 5-ci bəndinə görə məlumat vərəqindək i məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. 36. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.9-cu maddəsinə əsasən iddiaçıya müalicə olunması ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti hesablanmış, həmin müavinət hərbi xidmətdən buraxıldığı gün ona ödənilmişdir.
37. Respublika Hərbi Prokurorluğu iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətinin iddiaçının hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyini bildirib onun təminat xərcliyinə daxil edildiyini və bu səbəbdə n pensiya təyini zamanı hesablanmalı olduğunu bildirmişdir.
38. Yuxarıda sadalanan hüquq normalarının tələbinə görə təminat xərcliyinə (pul təminatına) hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı məbləğlər, o cümlədən vəzifə maaşına hesablanan digər əlavələr aiddir, cavabdeh hərbi qulluqçulara pensiya təyinatını hərbi qulluqçu barəsində ona daxil olan təminat xərcliyi (pul təminatı) əsasında aparır.
39. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh, hərbi qulluqçunun pensiya təyinatını ona daxil olan təminat xərcliyi (pul təminatı) əsasında aparmalı olduğundan, pensiya təyinatı apararkən təminat xərcliyində (pul təminatında) göstərilən məlumatlara bağlı olduğundan, təminat xərcliyində qeyd edilmiş vəzifə maaşından hesablanmış iki aylıq əmək haqqı məbləğində müavinətin xüsusi qaydada (12 aya bölməklə) hesablamaq yolu ilə pensiya təyinatının aparılması pensiya qanunvericiliyində nəzərdə tutulmadığından 3644 manatı 12 hissəyə bölərək təminat xərcliyini hesablamaqda haqlı olmamışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, təminat xərcliyində (pul təminatında) hansı məlumatların daxil edilməli olması, hansı məlumatların daxil edilməli olmaması barədə cavabdehlə məlumat vərəqini təqdim etmiş inzibati orqan arasında mübahisə inzibati məhkəmə icraatının predmeti ola bilməz. Cavabdeh təminat xərcliyində (pul təminatında) olan məlumatların hər hansı biri ilə razılaşmadıqda “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə uyğun davranmaq hüququna malikdir.
41. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, inzibati orqanlar arasında aidiyyət və y a səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
42. Bəhs olunanlara əsasən, işin hazırkı vəziyyətində cavabdeh ona daxil olmuş təminat xərcliyi (pul təminatı) əsasında pensiya təyinatı aparmaq vəzifəsini daşıdığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
43. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 21(103)-3082/2022 nömrəli qərarı dəyişdir