Məhkəmə qərarları › İş №2-1(102)-817/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-817/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-817/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, iş stajının əmək kitabçası və arxiv arayışı ilə təsdiq edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 52 yaşının tamam olduğu 25.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)747/2020 saylı, 8 sentyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xx-cü il tarixdə doğulmuş, ünvanqeydiyyatdadır.

2. İddiaçı əmək kitabçasına əsasən 1982-ci ildən 24.12.1997-ci ilə qədər Şəki rayonu Qoxmuq kəndi “1 May” kolxoz unda tütünçü vəzifəsində işləmiş, eyni zamanda 12.04.1994-cü ildən 10.08.1994-cü ilə qədər “xxxx” şirkətində baramaaçan şagirdi, 10.08.1994-cü ildən 28.03.2004-cü ilə qədər baramaaçan vəzifəsində işləmişdir.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X21 Filialının 16.10.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı Şəki rayonu Qoxmuq kənd “1 May” Kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə göy tütün, 1983-cü ildə göy tütün, soğan, pomidor becərilməsində, 1984-cü il üzrə 28.03.1984-cü ildən 18.01.1985-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olmuş, 1985-ci il üzrə göy tütün, soğan, 1986-cı il üzrə göy tütün, soğan, çuğundur, 1987-ci il üzrə göy tütün, soğan, 1988-ci il üzrə göy tütün, soğan, 1989-cu il üzrə göy tütün, soğan, pomidor, 1990- cı il üzrə göy tütü n, soğan, tərəvəz, 1991-ci il üzrə göy tütün, parnik, soğan, 1992-ci il üzrə göy tütün, soğan, tərəvəz, 1993-cü il üzrə göy tütün, quru tütün, parnik tərəvəzi, 1994-cü il üzrə kartof, 1995-ci il üzrə göy tütün, quru tütün, 1996-cı il üzrə parnik göy tütün, quru tütün, 1997-ci il üzrə isə göy tütün, quru tütün becərilməsində iştirak etmişdir. 4. 17.08.2019-cu il tarixli aktla Şəki rayon Qoxmuq kənd sakinləri - X7, qonşu X11, qonşu X1 sakini İddiaçı həqiqətən şəhid anası olan qaynanası 1933-cü il təvəllüdlü X5 1 iyul 2003-cü il tarixdən bu günə kimi evində qulluq etdiyini və qayğısına qaldığını öz imzaları ilə təsdiq etmişlər.

5. İddiaçı ərizə ilə 19.09.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24.09.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli stajı 10 ildən az təşkil edir, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 12 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “Z” bəndinə əsasən 52 yaşının tamam olduğu 25.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İddiaçı əmək kitabçasına, arxiv və əmək haqqı arayışlarına əsasən 15 il tütünçü kimi (1982-1993, 1995-1997-ci illər) və 4 ay 22 gün (10.08.1994-31.12.1994) baramaaçan kimi güzəştli sosial sığorta stajı olmaqla, cəmi 15 il 4 ay 22 gün güzəştli iş stajı vardır. 01.07.2003-cü il tarixdən hal-hazıradək 1933-cü il təvəllüdlü 70 yaşdan yuxarı qoca olan qayınanası X6 bir mənzildə yaşayaraq qulluq etdiyi müddət də nəzərə alınmaqla 20 ildən artıq ümumi sosial sığorta stajı yaranır ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 yarımbəndində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutular a düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir. Tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyi ndən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İddia əsaslandırılarkən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci (1 iyul 2017-ci il tarixədək qüvvədə olan) və 21.2.4 maddələrinə istinad edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X17, 2-1(81)-4836/2019 saylı iş) 13 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “Z” bəndinə əsasən 52 yaşının tamam olduğu 25.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş kolxozçunun əmək kitab çasına əsasən iddiaçının 01.01.2006-cı ilə qədər 15 il (analıq məzuniyyətində olduğu dövr də daxil olmaqla) kolxozda bilavasitə tütün becərilməsi ilə əlaqədar iş stajı və 9 il 11 ay 14 gün əlavə iş stajı mövcud olduğundan iddiası təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X13məruzəçi, X8 və X12, 2-1(103)-747/2020 saylı iş) 8 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi, iddiaçı 12.04.1994-cü il – 24.12.1997-ci il zaman dövründə həm Şəki rayonu Qoxmuq kəndi “1 May” kolxozunda, həm də “xxxx” şirkətində çalışmışdır. İddiaçının eyni vaxtda 2 müəssisədə işləməsi inandırıcı deyil. “xxxx” ASC tərəfindən verilmiş 18.10.2019-cu il tarixli arayışdan göründüyü kimi, iddiaçı yalnız 1994 və 1995-ci illər üzrə əmək haqqı almışdır. İddiaçıya məxsus əmək kitabçasında 24.12.1997-ci il tarixli, 4 №-li əmr ilə kolxozun ləğvi ilə əlaqədar işdən azad edildiyi qeyd edilsə də, kooperativin möhürü vurulmuşdur. (möhürün əksi tam oxunmur) Eyni zamanda əmək kitabçası 02.06.1984-cü ildə açılsa da, iddiaçı əmək fəaliyyətinə 1982-ci il tarixdə başlamışdır. Həmçinin, qanunvericiliyin müvafiq müddəasına əsasən kolxozlarda, sovxozlarda və digər dövlət aqrar sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınların 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X19 Filialının arayışına əsasən, iddiaçı 1994-cü ildə gün normasını (170 gün) tamamlamayaraq, 106 gün çalışmış və kartof yığımında iştirak etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qeyd etmişdir ki, iddiaçının 9 il 11 ay 14 gün əlavə iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Lakin iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını da təqdim etməmişdir.

14. İddiaçı 3 fevral 2021-ci il tarixdə qərarın surətini almış, 1 mart 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Məhkəmə iş üzrə tam araşdırma aparmadan tələbə hüquqi qiymət vermişdir.

16. Apellyasiya şikayətinin təmin olunmasının səbəbi iddiaçının 15 il güzəştli və 20 il ümumi sığorta stajına malik olmamasıdır.

17. İddiaçının əmək kitabçasında və arxiv arayışında tütünçü işləməyi qeyd olunmuşdur. Tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəal iyyət növlərini əhatə etdiyindən, iddiaçının tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. İddiaçının işlədiyi peşə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində təsbit olunmuşdur. Bu məsələ barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin sosialyönümlü hüquqi mövqeyi vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 5 dekabr 2018-ci il tarixli, 2- 1{102)-2629/2018 nömrəli, 24 oktyabr 2018-ci il tarixli, 2-1 (102)-1854/2018 nömrəli və 26 fevral 2019-cu il tarixli, 2-1(102)-686/2019 nömrəli qərarlarında eyni xarakterli işlərdə bu məsələyə aydınlıq gətirilmişdir: 01.01,2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “Z” bəndinə istinadən tütünün becərilməsi, y ığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda bu bənd çıxarılmışdır. İddianın təmin edilməməsinin səbəbi olan bu dəlil əsassızdır. 18. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1- ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

19. İddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməzdir. Çünki, şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi olmaqda davam edir. İddiaçının həmin zərərli işdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “Z” bəndində nəzərdə tutulan 15 ildən az işlədiyinə gəldikdə isə burada yeni qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 9.1ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara müna sibətdə 10 il həddində müəyyən etmişdir (Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi).

20. X25 filialı tərəfindən verilmiş16.10.2019-cu il tarixli 1247 saylı arayışa əsasən iddiaçının 1982-1993, 1995-1997-ci illər üzrə 15 il güzəştli sosial sığorta stajı vardır. İddiaçının 17.01,1984-cü il tarixdə uşağı anadan olduğu üçün 1984-cü ildə sosial məzuniyyətdə olmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-499/2020 nömrəli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətlər sosial məzuniyyət hesab olunur. Həmin Məcəllənin 111 -ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

22. Qanunvericilikdən və məhkəmə təcrübəsindən irəli gələrək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 8 noyabr 2007-ci il tarixli təlimat məktubunda qeyd olunur ki, Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların sosial məzuniyyətdə olduqları müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir.

23. İddiaçının işlədiyi kolxoz 1997-ci ildə ləğv olunmuş və sənədləri arxivə təhvil verilmişdir. Arxivin isə belə bir arayışı vermək səlahiyyəti y oxdur.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-1(102)-686/2019 nömrəli qərarında 70 yaşına çatmış qocalara qulluq edilməsi müddətinin sosial sığorta stajına daxil edilməsini qanunvericiliyə uyğun olaraq əsaslandırılmışdır. Bu qərarın əsaslandırma hissəsində qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi qanunda 70 yaşına çatmış ahıllara qulluq edilməsi müddətinin yalnız onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunmuş qəyyumların sığorta stajına daxil ediləcəyi barədə müddəa mövcud deyildir. Qanuna görə belə qulluğu göstərdiyi təsdiq olunan hər bir şəxs həmin qulluq edilməsi müddətinin özünün sığorta stajına daxil edilməsini tələb edə bilər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərd arlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ (-). 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığo rta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən q adınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducu ları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesab lanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

31. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdi r ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək y aranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

33. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlən dirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

34. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

35. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə əsasən 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə q ərarları qəbul edilmişdir. 38. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə görə kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında qadınlar 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

39. İddiaçı hesab edir ki, 20 il ümumi stajı, bu müddətin azı 15 ilini tütünçü işlədiyinə görə 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır.

40. İddiaçının ümumi iş stajının 20 ildən çox olması əmək kitabçası və dövlət arxivinin sənədləri ilə təsdiq olunur. Həmin sənədlərə görə iddiaçı Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə göy tütün, 1983-cü ildə göy tütün, soğan, pomidor becərilməsində, 1984-cü il üzrə 28.03.1984-cü ildən 18.01.1985-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olmuş, 1985-ci il üzrə göy tütün, soğan, 1986-cı il üzrə göy tütün, soğan, çuğundur, 1987-ci il üzrə göy tütün, soğan, 1988-ci il üzrə göy tütün, soğan, 1989-cu il üzrə göy tütün, soğan, pomidor, 1990- cı il üzrə göy tütün, soğan, tərəvəz, 1991-ci il üzrə göy tütün, parnik, soğan, 1992-ci il üzrə göy tütün, soğan, tərəvəz, 1993-cü il üzrə göy tütün, quru tütün, parnik tərəvəzi, 1994-cü il üzrə kartof, 1995ci il üzrə göy tütün, quru tütün, 1996-cı il üzrə parnik göy tütün, quru tütün, 1997-ci il üzrə isə göy tütün, quru tütün becərilməsində iştirak etmişdir.

41. Arayışdan görünür ki, iddiaçı 1994-cü ildə kartofçuluqla məşğul olmuş və həmin il əmək günü 106, minimum norma isə 17 0 həddində olmuşdur. Belə olan halda 1994-cü il bütövlükdə 1 il kimi iş stajı qəbul edilə bilməz.

42. Arayışda qeyd edilən digər illər üzrə iddiaçı həm tütünçülüklə məşğul olmuş, həm də tütünçülüklə məşğul olduğu illərdə əmək günü minimum normadan artıq olmuşdur. Arayışa əsasən 1994-cü il istisna olmaqla iddiaçının kolxozda işlədiyi tütünçülüklə məşğul olduğu dövr tam 14 il təşkil edir.

43. Dövlət arxivinin arayışına görə iddiaçı 28 mart 1984-cü ildən 18 yanvar 1985ci ilə qədər analıq məzuniyyətində olmuşdur.

44. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli 04/05-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir.

45. Odur ki, 1984-cü il də daxil olmaqla iddiaçının tütünçülüklə məşğul olduğu 15 il “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndində nəzərdə tutulan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən minimum stajın mövcudluğuna dəlalət edir.

46. Məhkəmə kollegiyası tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Ali Məhkəmə bir sıra qərarlarında (həmin qərarlar yuxarıda qeyd edilmişdir) vurğulamışdır ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.

47. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.

48. Digər tərəfdən isə nəzərə alınmalıdır ki 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin İnzibatiiqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25- ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xid mət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

50. İddiaçının ümumi stajı ilə bağlı qeyd edilməlidir ki, əmək kitabçasına əsasən 1 yanvar 1998-ci il tarixdən 28 mart 2004-cü il tarixə qədər “xxxx” şirkətində işlədiyi 6 il 3 ay müddət, həmçinin 15 il tütünçü işlədiyi dövr, bundan başqa, kolxozda işlədiyi 1994-cü il qismən nəzərə alınarsa, ümumi iş stajı 1 yanvar 2006-cı ilədək 20 ildən çox olacaqdır.

51. İddiaçının 1994 və 1995-ci illərdə “xxxx” ASC-də işlədiyi dövrlə kolxozda işlədiyi dövr üst-üstə düşdüyündən həmin dövr təkrar olaraq iş stajı kimi nəzərə alına bilməz.

52. İddiaçının 1982-ci ildən əmək fəaliyyətinə b aşlamasına baxmayaraq əmək kitabçasının 1984-cü ildə tərtib edilməsi, 1997-ci ildə işdən azad olunması barədə əmrin əmək kitabçasında möhürlə təsdiq olunmaması barədə apelyasiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası qeyd edir ki, ən azından 1982-1997-ci illərdə iddiaçının “1 May” kolxozunda işləməsi dövlət arxivinin arayışı ilə təsdiq olunduğundan həmin dövrün onun sığorta stajına daxil edilməməsi hər hansı şübhə doğura bilməz.

53. İddiaçının yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməməsi barədə apelyasiya məhkəməsinin dəlilini əsaslı saymayan məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə iddiaçının işlədiyi peşə güzəştli şərtlə pensiya hüququ verən vəzifə sayıldığından və iddiaçının iş yeri olmuş “1 May” kolxozu mövcud olmadığından hazırkı vəziyyətdə belə arayışın tələb olunmasına zərurət yaranmamışdır.

54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 il ümumi iş stajı olduğundan və bu müddətin azı 15 ilini kolxozda tütünçülükdə çalışdığından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur.

55. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia əsaslı olduğundan, bu hissədə təmin olunmalıdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiya ları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə belə nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

57. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi 8 oktyabr 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi e yni xarakterli hazırkı məsələyə baxarkən, 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

58. İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etməmişsə əvvəlki illərin pensiya məbləği iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.

59. İşin 13-cü səhifəsində olan cavabdehin 24 sentyabr 2019-cu il tarixli məktubuna görə iddiaçı pensiya təyin edilməsi üçün sentyabr 2019-cu ildə cavabdehə müraciət etmişdir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər.

60. İddiaçı tələbində pensiyanın 52 yaşdan, yəni 25 oktyabr 2015-ci il tarix dən təyin olunmasını və müraciətdən əvvəlki 3 il üçün, yəni sentyabr 2016-cı il tarixdən hesablanmasını xahiş etmişdir. 61. 25 oktyabr 2015-ci ildə iddiaçının pensiya hüququ yaranmasına baxmayaraq 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin olunması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin pensiyası iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, pensiyanın hesablanmasının əvvəli 1 oktyabr 2016-cı ildən sayılmalı, bu hissədə iddia qismən təmin olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

62. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyas ının 2-1(103)-747/2020 saylı, 8 sentyabr 2020-ci tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 25 oktyabr 2015-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Pensiyanın ödənilməsinin əvvəli 1 oktyabr 2016-cı il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar