Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-820/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə kassasiyanın mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair inzibati mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2458/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbini dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-766/2024 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası təmin edilməmişdir.
3. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və “Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Naxçıvan MR Ali Məclisinin sədr müavini işlədiyi əsas götürülməklə yenidən hesablanması üçün məcburetmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2458/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-766/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, onun pensiyasının “Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun un 5-ci maddəsinə uyğun olaraq Naxçıvan MR-in sabiq deputatı Milli Məclisin sədr müavini olduğu dövrün əsas götürülməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barə də əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ
8. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya məhkəmə qərarına qoşma şəklində 4 vərəqdə kassasiya şikayəti verilməsi qaydasında dair izah və məlumat göndərilmişdir. Həmin qərar izahla birlikdə xx.xx.2024-cü il tarixində iddiaçıya təqdim edilmişdir. Bu hal iş materiallarında olan (İ cild - i/v 107) xəbərnamədən aydın görünür.
10. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə özü kassasiya şikayətini tərtib edərək və imzalayaraq apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir.
11. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin vəkilsiz tərtib edilməsini nöqsan hesab etmiş və bu nöqsanın aradan qaldırılması üçün iddiaçıya xx.xx.2024-cü il tarixli bildiriş göndərmişdir. 12.Buna baxmayaraq iddiaçı tərəfindən nöqsan aradan qaldırılmamışdır.
13. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır; kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
14. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və şikayətə vəkilin orderi əl avə olunmamışdır.
12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2458/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Qərardad qətidir.