Məhkəmə qərarları › İş №2-1(102)-821/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-821/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-821/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1989, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Rusiya Federasiyası X2 Universiteti tərəfindən 06 iyul 2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diploma əsasən, Dövlət İmtahan Komissiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə “iqtisadiyyat” peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır.

2. Rusiya Federasiyası X2 Universiteti tərəfindən 06 iyul 2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı Rusiya Federasiyası X2 Universitetində oxuduğu müddət ərzində “iqtisadiyyat” ixtisası üzrə 53 fəndən kafi, yaxşı və məqbul qiymətləri almışdır.

3. İddiaçı sözügedən diplomunun tanınması və bununla bağlı şəhadətnamənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq onun nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, müra ciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyası X2 Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomun tanınması və bununla bağlı şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyası X2 Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diploma əsasən, Dövlət İmtahan Komissiyasının 19 iyun 2018-ci il tarixli qərarı ilə ona “iqtisadiyyat” peşə istiqaməti üzrə bakalavr ali-peş ə ixtisas dərəcəsi verilmişdir. Əldə etdiyi diplomun Azərbaycan Respublikasında tanınması üçün (nostrifikasiya olunması) xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli A78C2318E349629 nömrəli müraciətinə cavab olaraq göstərilmişdir ki, cavabdehin nəzdində olan Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Ona görə də diplomunun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Ona görə də, diplomun tanınması və şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, o, rus dilini qənaətbəxş dərəcədə bilir, bu əsasla imtina verilməsi həm əsassızdır, həm də qanunsuzdur. Tədris dövründə dərslərdə və imtahanlarda iştirak etmiş, imtaha nları verərək təhsilini başa vurub dövlət imtahanında iştirak etmiş və diplomu müdafiə edərək bakalavr dərəcəsi almışdır. Təhsil aldığı müddətdə davamiyyəti əla olmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 04 mart 2020-ci il tarixli qərardadları ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında “Təhsil haqqında” Qanuna, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın bir sıra müddəalarına istinad edilərək, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi, iddiaçının tədris dilini tam səviyyədə bilməməsinin onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına aldığı, bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmadığı, Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş o lmadığının müəyyən edildiyi qeyd olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1731/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi “Təhsil haqqında” Qanuna, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın bir sıra müddəalarına istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin möv cudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət edilmiş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-715/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.İ.Bəktaşi) iddiaçının “diplom üzrə ixtisasının tanınması”na dair ərizəsinə cavabdeh tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmiş, cavabdeh tərəfindən həmin müddət ərzində müraciətə baxılmasının nəticəsi barəsində məhkəməyə məlumat verilməsi qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-65/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla, iddia təmin edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, cavabde hin imtinasını əsaslandırdığı iddiaçının ixtisasın mənimsənilməsi üçün tədris dilini (rus dili) bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, cavabdehin deyil, onun təhsil aldığı müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin vaxt başa vurduğundan, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Beləliklə, qeyd edilən səbəblər qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olmayaraq imtina cavabı verilmişdir. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikd ə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı 2-1(103)-715/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadla iddiaçının “diplom üzrə ixtisasının tanınması”na dair ərizəsinə cavabdeh tərəfindən yenidən baxılması üçün 1 (bi r) ay müddət təyin edilmiş, cavabdeh inzibati orqan tərəfindən qərardad icra edilərək, aparılmış ekspertizanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli məktub və disk təqdim edilmişdir. Məktubda qeyd olunmuşdur ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından, bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Aparılan ekspertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasına dair cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdən artıq 3 ildən artıq müddət keçmişdir. Təqdim olunan disk isə ilkin inzibati icraat zamanı aparılmış ekspertizanın nəticələri ilə bağ lı olmamışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Qanunvericiliyin tələbinə əsasən, iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqanın səlahiyyətində olan məsələdir və odur ki, iş üçün əhəmiyyət kəsb edən hal mütəxəssis rəyi deyil, cavabdeh tərəfindən yaradılan ekspert qrupunun rəyidir.

17. Həmçinin, məhkəmə qərarında Azərbaycan Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya istinad edərək, diploma vurulan apostil möhürünün diplomun qanuniliyini təsdiq etdiyi qeyd olunmuş dur.

18. Diploma vurulan apostil möhürü diplomdakı imzaların, habelə sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və ya onun vəzifəsinin həqiqiliyini müəyyən edir və həmin diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasının məcburiliyinə dair heç bir nəticə doğurmur.

19. Qeyd edilənlər onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

27. Təhsil haqqında dövlət sənədi... 27.4. Xarici dövlətlərin ali təhsilə ai d kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

22. Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları.

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

28. Hazırkı iş üzrə iddiaçının tələbi Rusiya Federasiyası X2 Universiteti tərəfindən 06 iyul 2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qey diyyat nömrəsi 7789) diplomun tanınması və bununla bağlı şəhadətnamənin verilməsidir.

29. Cavabdeh inzibati orqanın imtinasının əsasını isə iddiaçının təhsil aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması təşkil edir. Cavabdeh tərəfindən həm birinci, həm də apellyasiya instansiya məhkəməsinə təqdim edilən, iddiaçının müraciəti əsasında aparılan qeydiyyat vərəqəsindən də görünür ki, iddiaçının müraciəti üzrə təhsil aldığı universitetin akkreditasiyasının olması, diplomun və diploma əlavənin apostil ilə təsdiq edilməsi, təhsil aldığı ölkədə olma müddətləri, təhsil aldığı ixtisasın Azərbaycan Respublikasında mövcud ixtisasa uyğunluğu qəbul edilmiş (qrafa müsbət işarəsi ilə işarələnmiş), müsahibə mərhələsi isə qəbul edilməmişdir (qrafa mənfi işarəsi i lə işarələnmişdir).

30. Yəni, iddiaçının tələbi üzrə cavabdehin imtinasının yeganə əsasını iddiaçının tədris dili biliklərinin qənaətbəxş olmaması təşkil edir. Hazırkı işə apellyasiya instansiya məhkəməsində baxılan zaman məhkəmə kollegiyasının 18 sentyabr 2021-ci il tarixli, 21(103)-715/2021 nömrəli qərardadı ilə iddiaçının “diplom üzrə ixtisasının tanınması”na dair ərizəsinə cavabdeh tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmişdir.

31. Həmin qərardada əsasən, cavabdeh iddiaçının tədris dili biliklərini yoxlamaq üçün müsahibə keçirmiş və həmin müsahibənin videogörüntüsü olan diski məhkəməyə təqdim etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin diski sübut kimi qəbul etməmiş və iddianın təmin olunması barədə qərar qəbul etmişdir.

32. Apellyasiya instansiya məhkə məsi qərarını onunla əsaslandırmışdır ki, aparılan ekspertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı cavabdeh inzibati orqan yekun nəticəyə gəlsə də, iddiaçının təhsil aldığı dövrdən 3 ildən artıq müddət keçmişdir.

33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin dil (xüsusən də, xarici dil) biliklərinin yoxlanılması xüsusi bilik tələb edir və bu xüsusatın müəyyən edilməsi ekspertiza təyin edilməklə mümkündür. Hazırkı halda isə apellyasiya instansiyası məhkəməsi cavabdehin növbəti imtinasını araşdırarkən, cavabdehin ekspert qrupu tərəfindən verilən mənfi rəyi mötəbər hesab etməməsi ilə bağlı prosessual qanunvericiliyə uyğun araşdırma aparmamış, həmin rəyin mötəbərliyini şübhə altına alan müvafiq sübutları araşdırmamış, həmin rəyin nəti cəsi ilə bağlı müstəqil (cavabdehə aid olmayan ekspertlər tərəfindən) ekspertiza keçirilməsini təmin etməmişdir. Apellyasiya məhkəməsi sadəcə, iddiaçının təhsil aldığı dövrdən üç ildən artıq vaxt keçdiyini qeyd etməklə, faktiki olaraq xüsusi bilik tələb olunan sahə üzrə özü yekun nəticəyə gəlmişdir.

34. Bundan başqa, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilən diski də sübut kimi qəbul etməyərək, təqdim olunan diskin ilkin inzibati icraat zamanı aparılmış ekspertizanın nəticələri ilə bağlı olmadığını vurğulamışdır. Halbuki, təqdim edilən diskdəki videogörüntülər məhz məhkəmənin 18 sentyabr 2021-ci il tarixli qərardadının icrası qaydasında, yəni cavabdehə həvalə edilmiş məsələ üzrə - müraciətə yenidən baxılması nəticəsində əldə edilmişdir.

35. Apellyasiya instansiya m əhkəməsi ilkin inzibati icraat zamanı müsahibənin videogörüntülərinin olmadığına əsaslanaraq cavabdehə yenidən araşdırma aparılmasını həvalə etsə də, həmin araşdırma nəticəsində cavabdehin məhkəməyə təqdim etdiyi sübutu - videogörüntülər olan diski sübut kimi qəbul etməməsini prosessual qanunvericiliyin tələbinə uyğun əsaslandırmamışdır.

36. İşə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə mübahisəli məsələ (iddiaçının tədris dili biliklərinin qənaətbəxş olub-olmaması, dil biliyinin tədris olunan ixtisasın mənimsənilməsi üçün təhsilin məzmununa uyğun olub-olmaması) xüsusi bilik tələb etdiyi halda, həmin məsələyə özü qiymət vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə təqdim olunan sübutların tam, hərtərəfli və obyektiv araşdırılm ası təmin edilməmiş, məhkəmənin gəlmiş olduğu nəticə iş üzrə əldə edilən mötəbər sübutlarla əsaslandırılmamışdır.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82, 96.11-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Hazırkı kassasiya icraatı zamanı iddianı mahiyyəti üzrə həll etmək üçün kifayət qədər əsaslar olmadığından, iddianın təmin edilməməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-65/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar