Məhkəmə qərarları › İş №2-1(102)-824/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-824/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-824/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-824/2020) Açar sözlər: qərarın ləğvi, ekspert rəyinin qiymətləndirilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il 31.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi X4, vəkili Mustafayev Ruslan Həsən oğlunun, cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil iştirakı ilə, İddia çı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı «qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Cavabdehin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2012-ci il tarixli **********604587 nömrəli qərarı ilə "İddiaçı" MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.2-ci ma ddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2013-cü il tarixədək davam etmişdir. Yoxlama zamanı «Azərekspertiza» birliyinin ekspert rəyi əsas götürülməklə cəmiyyətin həmin dövrdə idxal etdiyi malların mövcud bazar qiymətlərinin 30 faizdən artıq olduğu müəyyən edilmiş, Vergi Məcələlləsinin 14.3-cü maddəsinin müddəalarına istinadən, iddiaçıya 2010-2011-ci illər üzrə mənfəət vergisinin 8004,79 manat və 2012-ci ilin mart, may və iyun ayları üzrə əlavə dəyər vergisinin ümumilkdə 15.341,17 manat azaldıldığı müəyyən edilmiş, yoxlamanın nəticəsi xx.xx.2013-cü il tarixli **********611048 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktı əsasında vergi orqanı tərəfindən İddiaçı MMC-nin barəsində "Vergi ödəyici sinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2013-cü il tarixli **********669931 nömrəli qərar qəbul edilmiş, həmin qərarla 2010-cu il üzrə 98.79 manat mənfəət vergisi, 2011-ci il üzrə 7906 manat mənfəət vergisi, 2012-ci il üçün 15341.17 manat əlavə dəyər vergisi hesablanmış, habelə müvafiq olaraq 2010-cu il üzrə azaldılmış mənfəət vergisinə görə 49,40 manat, 2011-ci il üzrə azaldılmış mənfəət vergisinə görə 3953 manat və 2012-ci il üzrə azaldılmış ƏDV-yə görə 7670,59 manat məbləğdə maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi cavabdeh Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı (hazırkı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) iddia ərizəsi və iddianın dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********669931 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yoxlama zamanı vergi orqanı tərəfindən “Azərekspertiza” Birliyinin xx.xx.2012-ci il tarixli ekspert rəyinə əsasən idxal edilmiş malların orta topdan satış bazar qiymətinin (ƏDV daxil) 110 manat (ƏDV-siz 93,22 manat) olduğu əsas götürülmüşdür. Vergi Məcəlləsinin qeyd olunan 14.3-cü maddəsinin normalarında təsbit olunan 5 haldan hər hansı biri cəmiyyətdə mövcud olmamış, idxal edilən mallara bazar qiymətlərinin tətbiq edilməsi qeyri-qanuni olmuşdur. Vergi orqanına təqdim etdiyi h esabatlar Vergi Məcəlləsinin 14.6.4-cü maddəsinin tələbinə müvafiq qaydada faktiki satış qiymətinə uyğun verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq ixtisaslaşıdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuş, mənfəət vergisinin və əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. İddiaçı 2012-ci ilin mart, may və iyun aylarında Çin istehsalı olan qapılar idxal etmiş və təqdim etmişdir. İddiaçı tərəfindən yoxlamanın keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim olunmadığına görə qapıların topdansatış bazar qiymətinin müəyyən edilməsi məqsədilə vergi orqanının xx.xx.2012-ci il tarixli qərarı ilə ekspertiza təyin edilmiş, “Azərekspertiza” Birliyinin xx.xx.2012-ci il tarixli rəyinə əsasən qapıların bir ədədi nin topdansatış bazar qiyməti 110,0 manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi qapıların sayına ekspert rəyi ilə müəyyən edilmiş bazar qiyməti tətbiq edilməklə iddiaçının həmin dövr üzrə qapıların təqdim edilməsindən ƏDV-yə cəlb olunan real dövriyyəsi (ƏDV-siz) 235.033,9 manat ((110 manat x 2.532 ədəd)x100/118) müəyyən edilmiş, həmin əməliyyatlar üzrə iddiaçı tərəfindən bəyan edilmiş məbləğ nəzərə alınmaqla iddiaçıya cəmi 15.341,17 manat ƏDV (İİİ, V-Vİ/2012) hesablanmışdır. Bundan başqa, xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən iddiaçının ümumi gəlirinə şərti rentabellik tətbiq edilməklə əlavə olaraq 8.004,79 manat (312.000,0/61.464,0)x20%-2.102,41) mənfəət vergisi (2010-2011) hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-1(81)11/2016 nömrəli qərarı ilə (hakim M.Bayramov) iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh vergi ödəyicisindən sənədlərin götürülməsində maraqlı olmamış, vergi orqanı müəssisə tərəfindən ona təqdim olunması üçün hazırlanmış sənədləri qəbul etmiş olsaydı, bazar qiymətlərini ekspertiza qaydasında müəyyən edilməsinə ehtiyac qalmazdı. Məhkəmə baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyinə əsasən isə, iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində büdcəyə ödənilməli olan vergilərin ƏDV və mənfəət vergiləri üzrə azaldılmadığı müəyyən edilmişdir. Ekspert rəyi ilə həmçinin, xx xxx 2013-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində 3.841,08 manat artıq ödəmənin olma sı müəyyən olunmuşdur. Cavabdeh qərardan apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-320/2017 saylı qərarı ilə (sədrlik edən hakim E.Nağıyeva, hakimlər H.Həmidov və E.Vəliyeva) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Cavabdeh qərardan kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər S.Hüseynova, İ.Dadaşov və K.B ədəlov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv olunmuş, iş yenidən baxılması üşün göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, apelyasiya məhkəməsi qanunvericiliyin müddəalarını tam təhlil etmədən əsassız olaraq belə nəticəyə gəlmişdir ki, müvafiq sənədlər vergi ödəyisi tərəfindən təqdim edilmədikdə yalnız onların götürülməsi qaydasındə əlavə vergilər hesablana bilərdi. Mənfəət vergisinin hesablanmasına əsas cavabdehin bildirdiyi kimi, iddiaçı tərəfindən xərc sənədlərinin təqdim edilməməsi olmuşdursa, bu halda həmin məsələ üzrə ekspert rəyində verilmiş təhlil araşdırılmalı, aydın olmayan məsələlər isə ya əlavə ekspertizanın keçirilməsi yolu ilə, yaxud ekspertin məsələyə dair izahın verilməsi yolu ilə həll edilməli id i. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1127/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-1(81)-11/2016 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)1738/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin həmin qərarı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılan səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri ndə qeydiyyata alınsa da, onun müddətinin uzadılması və dayandırılması barədə məlumatlar reyestrə daxil edilməmiş, bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı bəndinin tələbləri pozulmuşdur. Halbuki, reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Səyyar vergi yoxlaması xx.xx.2012-ci il tarixdə başlanmış, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmiş, xx.xx.2012, xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə yoxlamanın müddəti 30 gün artırılmış, xx.xx.2012, xx.xx.2013cü il tarixdə, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013-cü il tarixlərdə müvəqqəti olaraq dayandırılmışdır. Lakin vahid məlumat reyestrində bununla bağlı müvafiq məlumatların daxil edilib-edilməməsi məsələsi i ş materiallarından aydın olmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-160/2019 saylı qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər M.Tağızadə və İ.Əhmədov) cavabdeh Departamentin apelyasiya şikayətinin təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixlii qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, bu iş üzrə təyin edilmiş ekspertiza zamanı ekspert tərəfindən iddiaçı MMC-nin 2010-2011-ci illər üzrə mənfəəti xərc sənədləri əsasında deyil, mənfəət vergisi bəyannaməsi əsasında hesablandığından, rəydə ekspertin gəldiyi nəticə kifayət qədər əsaslandırılmadığından, o cümlədən rəyi hər iki tərəf əsassız hesab etdiyindən bu rəy işin hər hansı halını müəyyən edən sübut kimi qəbul olunmur. İddiaçının həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1721/2019 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apaelyasiya instansiyası işə baxarkən kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə tam riayət etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2774/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə əhatə olunan dövrdə iddiaçının idxal sənədlərində, o cümlədən onun bağladığı satış müqavilələrində təsbit edilən qiymətlərdən fərqli olan bazar qiymətlərinin mövcudlğu sübuta yetirilmir. Belə olan halda onun iddiaçı tərəfindən hesabatlarında ƏDV və mənfəət vergisini azaldıldığını mübahisələndirən dəlilləri əsassızdır. Bu isə onu deməyə əsas verir ki, onun tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********669931 saylı qərarın qəbulunu zəruri edən faktiki şərtlər mövcud olmamışdır. Məhkəmənin qeyd o lunan qərarı cavabdehə xx.xx.2020-ci il tarixdə çatdırılmış və cavabdeh xx.xx.2020-ci ildə bu qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Vergi ödəyicilərinin ekspertiza tədqiqatının aparılmasında iştirakının təmin edilməsinin vergi orqanlarının vəzifəsi olduğu vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2012-ci il tarixli **********628675 nömrəli qərar xx.xx.2012-ci il tarixdə “xxxx” MMC-nin direktoru X6 alınmasını təsdiq edən üsulla təqdim edilmiş və iddiaçı ekspertizanı n təyin edilməsi barədə tam məlumatlı olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən heç bir sənəd ekspertiza tədqiqatına təqdim edilməmiş, cəmiyyətin direktoru və ya səlahiyyətli nümayəndəsi ekspertiza təqdiqatında iştirak etməmişdir. Səyyar vergi yoxlaması ilə bağlı bütün sənədlərin iddiaçı tərəfindən vergi orqanına təqdim edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır və işdə olan hansı sənədlərlə sübut olunduğu məhkəmə qərarında əsaslandırılmamışdır. “Azərekspertiza” Birliyinin xx.xx.2012-ci il tarixli rəyinin 5-ci bəndində ekspertizaya xx.xx.2012-ci il tarixli **********628675 saylı qərarın və 4 ədəd qaimə-fakturasının (AİU № 426603; AİU № 426204; AİU № 426205; AİU № 426207) təqdim olunduğu qeyd olunmuşdur. Göründüyü kimi yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin mühasibat sənəd ləri vergi orqanına təqdim edilmədiyindən həmin sənədlərin ekspertizaya təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə gəlincə, ekspert tərəfindən iddiaçının 2010-2011-ci illər üzrə mənfəəti xərc sənədləri əsasında deyil, mənfəət vergisi bəyannaməsi məlumatları əsasında hesablandığı və ekspertlərin gəldiyi nəticənin kifayət qədər əsaslandırılmadığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli 25060 nömrəli rəyi ilə, vergi orqanı tərəfindən hesablama üçün əsas götürülmüş “Azərekspertiza” Birliyinin xx.xx.2012-ci il tarixli ekspert rəyi ziddiyyət təşkil edir. Bundan başqa, ekspert malların ölkəyə gətirilməsi, ölkə daxilində daşınma xərclərini, malların saxlanma xərclərini, ofis və əmək haqqı xərclərini nəzərə almamı şdır. Ekspert verginin məbləğini ilkin uçot sənədi hesab olunmayan, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunaraq vergi orqanına təqdim olunmuş bəyannamə və onun əlavəsi əsasında müəyyən etmişdir. Digər tərəfdən xx.xx.2016-cı il tarixli ekspert rəyində iddiaçının artıq ödəməsinin olmasının qeyd edilməsinin hesablamaya, işin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli 25060 nömrəli ekspert rəyi ilə bağlı Ali Məhkəmə xx.xx.2018-ci il tarixli qərarda bildirmişdir ki, ekspert rəyini mübahisənin həlli məqsədilə tam əsaslı hesab etmir. Mənfəət vergisinin hesablanmasına əsas cavabdehin bildirildiyi kimi, iddiaçı tərəfindən xərc sənədlərinin təqdim edilməməsi olmuşdursa, bu halda həmin məsələ üzrə ekspert rəyində verilmiş təhlil araşdırılm alı, aydın olmayan məsələlər isə ya əlavə ekspertizanın keçirilməsi yolu ilə yaxud ekspertin məsələyə dair izahın verilməsi yolu ilə həll edilməli idi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi X8 və vəkili Mustafayev Ruslan Həsən oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olun maqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisəni vergi münasibətləri üzrə yaranmış mübahisə kimi müəyyən edərək, mübahisənin həllinə Vergi Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Apelyasiya instansiyası iş üzrə nəticəyə gələrkən cavabdehin səyyar vergi yoxlaması zamanı iddiaçıya əlavə vergilərin hesablanmasında istifadə etdiyi «Azərekspertiza» Birliyinin xx.xx.2012-ci il tarixli ekspertiza rəyini tədqiq edərək mötəbər sübut kimi qəbul etməmişdir. Apelyasiya instansiyası g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertin rəyində «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun adı çəkilsə də, rəy ümumi söz yığımından ibarətdir. Qimətələndirmə zamanı konkret hansı forma və metodlardan istifadə olunduğu qeyri-müəyyəndir. Rəydə «H.Əliyev küçəsi 8-ci km bazarının ətrafında Babək prospektində Avropa qapıları adı altında fəaliyyət göstərən ticarət məntəqəsində sorğular apardığı» qeyd edilərkən, həmin ticarət məntəqəsinin «topdan satış» yoxsa, «pərakəndə satış» məntəqəsi olduğu göstərilməmişdir. Belə olan halda bir ədəd qapının ƏDV daxil 110 manat bazar qiymətinin topdan satış və ya pərakəndə satış qiyməti olduğu qeyri-müəyyən qalır. Həmçinin ekspert malların idxalı zamanı çəkilmiş xərcləri ümumi sözlərlə, konkret hesablamaları göstərmədən, təxminən malların alına biləcək daxili topdan satış qiymətini nəzərə almaqla qeyd etmişdir. Vergi orqanı tərəfindən ekspertin əsaslandırılmamış, birbaşa öz mülahizəsinə əsasən güman etdiyi bazar qiyməti (ƏDV daxil 110 manat (ƏDVsiz 93,22 manat) əsas götürülməklə, iddiaçıya əlavə vergilər hesablanmışdır. Həm də vergi orqanı vergi ödəyicisinin ekspert tədqiqatının aparılmasınıda iştirakını da təmin etməmiş, ekspertiza birtərəfli qaydada keçirilib rəy alınmışdır. Halbuki, Vergi Məcəlləsinin 44.7.4-cü maddəsinin tələbinə görə ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, yoxlanılan şəxsin hüququ kimi təsbit olunmuşdur. Digər tərəfdən, həmin Məcəllənin 44.8-ci maddəsinin 2-ci cümləsində təsbit olunan müddəadan görünür ki, ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Tədqiq olunan rəyin qeyd olunan məzmunundan isə açıq-aşkar görünür ki, onda göstərilən tədqiqat epizodları üzrə hər hansı bir konkret araşdırmasını əks etdirən tədqiqat mövcud deyil, ekspert 4-5 sətirdən ibarət olan iki abzası təşkil edən ümumi sözləri ilə iddiaçının idxal etdiyi Çin istehsalı olan qapıların bazar qiyimətini dəyərləndirmişdir. Apelyasiya məhkəməsi eyni zamanda iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 25060 №-li xx xxxx 2016-cı il tarixli ekspert rəyini tədqiq edərək həmin rəyi sübut kimi qəbul etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rəydə ekspert əmtəəşünasın, ona təqdim olunan sənədlər üzrə tədqiqatı ilə əhatə olunan, müvafiq ardıcıllığa və hərtərəfli təhlilə söykənən əsaslandırılmış şəkildə gəldiyi bir nəticə mövcuddur. Bu baxımdan, məhkəmə kollegiyası ekspert əmtəəşünasın həmin rəyini Vergi Məcəlləsinin 44.8-ci maddəsinə uyğun qaydada əsaslanıdırılmış rəy kimi qiymətləndirir. Həmçinin, ekspert rəyinin 2-ci, yəni məhkəmə mühasibatlıq tədqiqatı hissəsindən də görünür ki, ekspert mühasib tərəfindən mübahisəlndirilən dövrü üzrə idxal olunmuş mallara dair qaimə və elektron - vergi hesab fakturalar, qeyd olunan satış müqavilələri hərtərəfli tədqiq olunaraq, ayrı-ayrılıqda (tarixləri göstərilməklə) onlarda təsbit olunan qiymətlər hərtərəfli tədqiq olunmuş və vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla səyyar vergi yoxlamasını n əhatə etdiyi avqust 2009-cu il tarixdən iyul 2012-ci il tarixədək olan dövrdə büdcəyə ödəniləcək vergi borcunun olmadığı barədə nəticəyə gəlmişdir. Məhkəmənin ekspert rəyinin tədqiqi qaydaları aşadakı prosessual normalarla tənzimlənir. Azərbaycan Respublikası İPM: Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.... 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin ha disəyə aidiyyəti hissəsində məcburidir. Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi.... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM: Maddə

101. Ekspertin rəyi 101.1. Ekspert yazılı formada rəy verir. 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qo yulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bu normaların baxılan işə tətbiqi o nəticəyə gəlməyə əsas verir ki, apelyasiya məhkəməsi iş materiallarında olan ekspert rəylərini qiymətləndirərkən İPM-nin 58.1- ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət etmiş, ekspert rəylərini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq etmişdir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəylərinin qiymətləndirilməsi zamanı kifayət qədər aydın və ya tam olmayan, əsassız və bir-birinə zidd ekspert rəyləri ilə qarşılaşan məhkəmənin üzərinə mütləq şəkildə müvafiq olaraq əlavə və ya təkrar ekspertiza təyin olunması vəzifəsini qoyan norma yoxdur. Ə lavə və ya təkrar ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə ekspert rəyini (rəylərini) tədqiq edərək, özünün mülahizəsinə əsasən əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Əks yanaşma məhkəmənin müstəqilliyi prinsipinə zidd olardı. İş üzrə Ali Məhkəmə xx.xx.2018-ci il tarixli qərarında da apelyasiya instansiyası məhkəməsinin diqqətini ekspert rəyinin tam əsaslılığının araşdırılmasına cəlb etmiş, mənfəət vergisinin hesablanmasına əsas iddiaçı tərəfindən xərc sənədlərinin təqdim edilməməsi olmuşdursa, bu halda həmin məsələ üzrə ekspert rəyində verilmiş təhlilin araşdırılmalı, aydın olmayan məsələlər isə ya əlavə ekspertizanın keçirilməsi yolu ilə yaxud ekspertin məsələyə dair izahın verilməsi yolu ilə həll edilməli olduğunu bildirmişdir. Məhkəmə yenidən işə baxarkən ekspert rəyini tədqiq etmiş və aydın olmayan, habelə qiymşt verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən əlavə və yz təkrar ekspertiza təyin ertməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassatorun ekspertiza rəyi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Apelyasiya instansiyası məhkəməsi daha sonra bildirmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə iddiaçının idxal etdiyi malların bazar qiymətinin, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində təsbit olunduğu kim i, 30 gün ərzində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndiyi öz təsdiqini tapmır. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə iddiaçının idxal etdiyi və müqavələlər əsasında satışını həyata keçirdiyi qiymətlərin onun tərəfindən təqdim edilən qaimələrdə (və bəyannamələrdə) və satış müqaviələlrində təşəkkül tapan qiymətlərin, bazar qiymətlərindən fərqli olduğu sübuta yetirilmir. Vergi Məcəlləsinin 14.1-ci maddəsinin tələbində də qeyd olunur ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsində bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbi t etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə idxal olunmuş və təqdim edilmiş mallara dair bütün səndələr yoxlamanı aparan vergi orqanına təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında və apelyasiya şikayətində belə sənədlərin təqdim edilmədiyini mübahisələndirsə də, ən azından, yoxlama ilə bağlı «ekspertizanın təyin edilməsi haqqında» 29.211.2012-ci il tarixli **********628675 saylı qərarının 4-cü bəndində onun özü tərəfindən «ekspertin sərəncamına idxalla bağlı bütün ilkin sənədlərin və digər sənədlərin verildiyi» qeyd edilmişdir. Bundan başqa, işdən görünür ki, səyyar vergi yoxlaması xx.xx.2012-ci il tarixli qərara əsasən xx.xx.2012-ci ildə başlanmış, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmiş, Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixdə 30 gün, xx.xx.2012-ci ildə 20 gün uzadılmış, xx.xx.2012-ci ildə 20 gün dayandırılmlş, xx.xx.2013-cü il tarixdə 10 gün uzadılmış, xx.xx.2013-cü ildə 9 gün, xx.xx.2013-cü il tarixdə 9 gün, xx.xx.2013-cü il tarixdə 8 gün və xx.xx.2013-cü il tarixdə 8 gün dayandırılmışdır. Səyyar vergi yoxlaması ilə yoxlama müddəti 30 iş günü müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq vergi yoxlamasının keçirilməsi müddətu 90 günə qədər artırıla bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən yoxlamaya xx.xx.2012 -ci ildə başlanmış, xx.xx.2012-ci il tarixdə, yəni 30 günlük müddət bitəndən 7 gün sonra müddət 30 gün artırılmışdır. Həmçinin xx.xx.2012-ci ildə müddət 20 gün uzadılanda yoxlama müddəti 16 gün, xx.xx.2012-ci ildə 20 gün dayandırılanda yoxlama müddəti 4 gün, xx.xx.2013-cü il tarixdə müddət uzadılanda yoxlama müddəti 12 gün, xx.xx.2013-cü ildə dayandırılanda yoxlama müddəti 4 gün ötürülmüşdü. Vergi Məcəlıləsinin 24-cü maddəsinin tələbinə görə vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq əməl etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanini mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. İPM-in 70.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəməm kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar