Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-835/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-835/2023) (Açar sözlər: kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının təsnifatı üzrə fərdi şəxsi hesabına işlənməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun So sial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “2002-2012-ci illərdə ödənilmiş vəsaitin təsnifatı üzrə fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)-320/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2012-ci il tarixli qəbzə əsasən, iddiaçı tərəfindən ******* saylı sığortaedənin uçot nömrəsi ilə, torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 250 manat pul məbləği DSMF-nin Şəki şəhər şöbəsinin hesabına ödənilmişdir. 2. xx.xx.2012-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı (torpaq mülkiyyətçisi) tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 50 manat pul məbləği DSMF-nin Şəki şəhər şöbəsinə ödənilmişdir.
3. İddiaçıya onun adına olan “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə müvafiq arayış verilmişdir.
4. İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən 2012-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqında məlumata” (Forma B3) əsasən onun adı sığortaolunan kimi qeyd olunmadı ğından məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı məhkəməyə müraciət edərək 2002-2012–ci illərdə DSMF-yə ödənilmiş vəsaitin təsnifatı üzrə fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2019-cu ildə 64 yaşında əmək pensiyasına çıxmışdır. O və ailə üzvləri 2002-2012-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə etdiyinə görə məcburi dövlət sosial sığorta haq ları ödəmişdir. Buna baxmayaraq, yaşa görə əmək pensiyasına çıxarkən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmamışdır. Kod ******* JN-236 saylı ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsindən istifadəyə görə ******* saylı sığortaedənin uçot nömrəsi verilmişdir. 2002-2012-ci illərdə ödənilmiş məbləğlər ******* saylı uçot nömrəsinə ödənilməmişdir. DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən ona **********50 saylı Dövlət Sosial Sığorta şəhadətnaməsi verilmişdir. Lakin, ödənilmiş vəsaitlər hesabına işlənməmişdir. O, həmin vəsaitlərin fərdi hesabında işlənilməməsi ilə bağlı DSMF-nin 15 saylı Regional Ərazi filialına müraciət etmiş, ona hesabat təqdim edilmədiyindən ödənilmiş vəsaitlərin fərdi şəxsi hesabda işlənilmədiyi bildirilmişdir. Buna baxmayaraq, həmin vəsaitlərin ödənilməsinə başladığı xx.xx.2003-cü il tarixdən indiyədək ona hesabatın təqdim edilməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmiş, hesabat təqdim edilmədiyinə görə maliyyə sanksiyası tətbiq edilməmişdir. Nəticədə onun konstitusion hüquqları pozulmuşdur. Ödədiyi qəbzlərin üzərində “bu qəbz əsasında ödənilən məbləğ vətəndaşa pensiya təminatı hüququ verir. Ödəniş dövrü əmək stajına daxil edilir” qeydi göstərilməsinə baxmayaraq, DSMF tərəfindən ödəniş dövrü sosial sığorta stajına daxil edilmir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə dair münasibətində və yazılı etirazında bildirmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (hesabat) altsisteminin “Sığortaedən lərin reyestri” bölməsində iddiaçı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs” kimi Fondun 15 saylı regional Ərazi Filialı (Şəki şəhəri) üzrə uçota alınmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə olan ödənişlərin Filial tərəfindən fərdi şəxsi hesaba daxil edilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyildir. Həmçinin xx.xx.2006-cı ilədək olan müddətin sığorta stajına daxil edilməsi Filialın səlahiyyətlərinə aid deyildir. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə münasibətdə isə bildirilir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə 2 -ci qrup əlillik təyin edilmiş, xx.xx.2019-cu il tarixində əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2012-ci il tarixli mədaxil qəbzində 250 manat, xx.xx.2012-ci il tarixli mədaxil qəbzində (aid edildiyi ödəniş dövrü 2011-ci il) 50 manat, cəmi 300 manat kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş edildiyi qeyd edilmişdir. İddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etdiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə əlilliyi olan şəxs idi və əlilliyi olan şəxslərin “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrini istifadə edən fiziki şəxs kimi”, məcburi dövlət sosial sığorta haqqı ödəməsi istisna edilir. Bu səbəbdən ödənilmiş məbləğin iddiaçının fərdi şəxsi hesabına daxil edilməsi qanunvericiliklə mümkün deyildir.
8. Sığortaedən iddiaçı tərəfindən yalnız 2012-ci il üzrə hesabat təqdim edilmiş, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (FormaB3) əsasən iddiaçının adı sığortaolunan kimi qeyd olunmamış, övladlarının adları (sığorta olunan kimi adı qeyd edilən şəxslər: X2, X3) sığortaolunan kimi qeyd edilmişdir. İddiaçının adının hesabatda qeyd edilməməsi onun həmin dövrdə əlillik statusu ilə bağlı olmuş, adının qeyd edilməməsi səbəbindən ödənilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar fərdi şəxsi hesabda əks olunmamışdır. İddiaçı mədaxil qəbzini daxil etdiy i dövrdə (2012-ci il) Şəki şəhər Təhsil şöbəsində (VÖEN:**********, SUN:**********0) əmək fəaliyyəti ilə məşğul olub xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə görə həmin dövr iddiaçıya staj olaraq nəzərə alınır və həmin dövrdə digər fəaliyyətlə məşğul olsa da, ona həmin müddətdən yalnız biri hesablanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-395/2022 nömrəli, 5 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.Musayev) iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli qəbzə əsasən 250 manat və xx.xx.2012-ci il tarixli mədaxil qəbzinə əsasən 50 manat ödənilmiş vəsaitin, təsnifat üzrə iddiaçının fərdi hesabına işlənməsi öhdəliyi qoyulmuşdur. İddia tələbinin “xx.xx.2003-cü il tarixli 004368 №-li mədaxil qəbzinə əsasən 13000 manat və xx.xx.2004-cü il tarixli aid 099944 №-li mədaxil qəbzinə əsasən 16100 manat vəsaitin təsnifat üzrə iddiaçının fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının, cavabdehə qarşı tələbinin, təsnifat üzrə fərdi şəxsi hesabına işlənməsini tələb etdiyi vəsaitin bir hissəsi xx.xx.2003 və xx.xx.2004-cü illərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarıdır. Lakin, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotu aparıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsind ə həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, xx.xx.2003 və xx.xx.2004-cü il tarixlərdə ödənilmiş vəsaitin fərdi hesabda əks olunması yolverilməzdir. Yəni, həmin tarixlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları fərdi hesabda qeydə alınmalı olan vəsait olaraq yox, nəzərə alınmalı olan iş stajı kimi qəbul edilə bilər ki, işin hallarından göründüyü kimi iddiaçı həmin məbləğlərin fərdi hesabında qeydə alınmasında maraqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2003-cü il tarixli 004368 №-li mədaxil qəbzi X1 tərəfindən ödənilmiş vəsaitlə bağlıdır və iddiaçıya heç bir aidiyyəti yoxdur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi xx.xx.20 12 və xx.xx.2012-ci illərdə bu cür ödənişlərin tutulmasını qadağan edən hüquq norması yox idi. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı, xx.xx.2012 və xx.xx.2012-ci illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək 2002-2004-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının iş stajı kimi qeydiyyata alınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 21(107)-32 0/2022 nömrəli qərardadı ilə (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) apellyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun tərtib edilmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələblərinə riayət edilməməsini bildirmişdir. b. Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
18. İddiaçı şikayətə qarşı etiraz ərizəsi verərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şi kayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Cavabdeh qeyd edir ki: 1) iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etdiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə əlilliyi olan şəxs idi və əlilliyi olan şəxslərin “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrini istifadə edən fiziki şəxs kimi”, məcburi dövlət sosial sığorta haqqı ödəməsi istisna edilir. Bu səbəbdən ödənilmiş məbləğin iddiaçının fərdi şəxsi hesabına daxil edilməsi qanunvericiliklə mümkün deyildir; 2) sığortaedən iddiaçı tərəfindən yalnız 2012-ci il üzrə hesabat təqdim edilmiş, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (FormaB3) əsasən iddiaçının adı sığortaolunan kimi qeyd olunmamış, övladlarının adları sığortaolunan kimi qeyd edilmişdir. İddiaçının adının hesabatda qeyd edilməməsi onun həmin dövrdə əlillik statusu ilə bağlı olmuş, adının qeyd edilməməsi səbəbindən ödənilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də iddiaçının xeyrinə h esablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar fərdi şəxsi hesabda əks olunmamışdır. İddiaçı mədaxil qəbzini daxil etdiyi dövrdə (2012-ci il) Şəki şəhər Təhsil şöbəsində əmək fəaliyyəti ilə məşğul olub xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə görə həmin dövr iddiaçıya staj olaraq nəzərə alınır və həmin dövrdə digər fəaliyyətlə məşğul olsa da, ona həmin müddətdən yalnız biri hesablanır.
25. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin əsaslandığı məhdudiyyət - “Sosial sığorta haqqında” Qanunun 14.5.6-cı maddəsinin istisna hissəsi (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla) “Sosial sığorta haqqında” Qa nunda dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 205-VQD nömrəli Qanunla 14-cü maddəyə qeyd hissə kimi əlavə edilmişdir. Başqa sözlə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi xx.xx.2012 və xx.xx.2012-ci illərdə bu cür ödənişlərin tutulmasını qadağan edən hüquq norması yox idi.
26. Şikayətin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 2012-ci ilin ödəniş sənədlərində cavabdehin qeyd etdiyi şəxslərin (iddiaçının övladları) deyil, iddiaçının özü qeyd olunmuşdur. Şəki şəhər Təhsil şöbəsində əmək fəaliyyəti ilə məşğul olub xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə görə həmin dövrün iddiaçıya staj olaraq nəzərə alındığına dair dəlilə gəldikdə, məhkəmə kollegiyası q eyd edir ki, bu faktın mövcudluğu iddiaçı tərəfindən ödənilmiş və cavabdeh tərəfindən qəbul edilmiş vəsaiti uçota almaq vəzifəsindən azad etmir.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 21(107)-320/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.