Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-843/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X2, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (bundan sonra cavabdeh)qarşı “əmrin ləğv edilməsi, işə bərpa və işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 2354/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 19 noyabr 2002-ci il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və onun tutduğu sonuncu vəzifə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini vəzifəsi olmuşdur. İşdə olan əmək qabiliyyətinin olmaması barədə vərəqələrdən görünür ki, iddiaçının 05.10.2017-ci il tarixdən 07.10.2017-ci il tarixə dək, 08.10.2017-ci il tarixdən 10.10.2017-ci il tarixədək, 11.10.2017-ci il tarixdən 16.10.2017-ci il tarixədək, 20.10.2017-cil il tarixdən 22.10.2017-ci il tarixədək, 23.10.2017-ci il tarixdən, 25.10.2017-ci il tarixədək, 26.10.2017ci il tarixdən, 31.10.2017-ci il tarixədək, 01.11.2017-ci il tarixdən 06.11.2017-ci il tarixədək, 07.11.12017-ci il tarixdən 10.11.2017-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. 17.10.2017-ci il tarixli Bakı şəhəri 39 nömrəli şəhər poliklinikasının ambulator kartından çıxarışda qeyd olunur ki, verilir Yasamal rayonu, Y.Yasamal 2, Ə.Əhmədov küçəsi, 7/9, blok A, mənzil 147-də yaşayan 11.07.1990-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 17.10.2017-ci ildə səhər saat 9:00-da 39 nömrəli şəhər poliklinikasına güclü baş ağrıları, ürəkbulanma, qusma, qu laqlarda küy şikayətləri ilə müraciət etmişdir. Xəstə müayinə olunmuş, xəstəyə “Hipertomik kriz” diaqnozu qoyulmuşdur. Xəstəyə yardım göstərilmiş və müvafiq müalicə yazılmışdır. Xəstənin 17.10.2017-ci il tarixdən 19.10.2017ci il tarixədək yataq rejimində olması məsləhət görülmüşdür. Vergilər nazirinin 06.11.2017-ci il tarixli, **********535500 saylı əmri ilə vergi xidməti müşaviri Qurbanov X5 Nazirliyinin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini vəzifəsindən azad edilmiş, vergi orqanlarında xidmətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsa snamənin” 46cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Əmrə əsas kimi Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X4 təhlükəsizlik departamenti tərəfindən keçirilmiş “Müşahidə-baxışın nəticəsi haqqında” 20.10.2017-ci il tarixli **********706000 nömrəli xidməti məruzə göstərilmişdir. İddiaçı 22 dekabr 2017-ci il tarixdə cavabdehə qarşı ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Vergilər nazirinin 06.11.2017-ci il tarixli **********535500 nömrəli əmrinin onun xidmətinə xitam verilməsi barədə hissəsində ləğv edilməsi, işə bərpa, iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsasla ndırılmışdır ki, 06.11.2017-ci il tarixli əmrə əsasən iddiaçının əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilmişdir. Belə ki, səhhətilə əlaqədar olaraq Yasamal rayon 39 nömrəli şəhər poliklinikasına müraciət etmiş və ona 05.10.2017ci il tarixdən 17.10.2017-ci il tarixə qədər əmək qabiliyyətinin olmaması haqqında sənəd verilmişdir. Daha sonra isə o, 17.10.2017-ci il tarixdə kəskin baş ağrıları, ürək bulanma, qusma və qulaqlarda küy şikayəti ilə yenidən Yasamal rayon 39 nömrəli şəhər poliklinikasına müraciət etmiş və bununla bağlı 17-19 oktyabr tarixlərində əmək qabiliyyətsiz olmağı barədə arayış təqdim edilib. İddiaçıya arterial hipertoniya və hipertonik kriz diaqnozu qoyulmuş, ambulator kartdan çıxarış təqdim olunmuş və 20.10.2017-ci il tarixdən 07.11.2017-ci il tarixədək əmək qabiliyy ətinin olmaması haqqında vərəqə təqdim olunmuşdur. Xəstəliyi barədə 05.10.2017-ci il tarixdə Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Koordinasiya şöbəsinə məlumat vermiş, eyni zamanda işə davamiyyət kitabında xəstəlik barədə qeydlər aparılmışdır. İddianın maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 72, 74, 79, 292, 300-cü, “Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin” 76-cı maddəsinə istinad edilmişdir. 39 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 03.05.2018-ci il tarixli cavab məktubda bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan 1970-ci il təvəllüdlü İddiaçı 05.10.2017-ci il tarixdə evə həkim çağırışı etmiş, xəstə müayinə olunaraq ona “Kəskin respirator xəstəlik, bronxitlə ağırlaşma” diaqnozu qoyularaq, 05.10.201716.10.2017-ci i l tarixləri üçün SN 00005 x/v №717266 verilmişdir. Növbəti gün, 17.10.2017-ci il tarixdə İddiaçı işə gedərkən yolda vəziyyəti pisləşərək, “baş gicəllənmə, halsızlıq, ürək bulanma, arterial təzyiqin qalxması” şikayətləri ilə yenidən poliklinikaya müraciət etmişdir. Xəstə müayinə olunaraq “Hipertonik kriz, arterial hipertenziya İİ mərhələ” diaqnozu ilə ona ilkin yardım olunmuş və o, növbəti 2 gün ərzində 18.10.201719.10.2017-ci il tarixlərdə həkim nəzarəti altında müalicə prosedurlarını davam etdirmişdir. Bu səbəbdən İddiaçı 17.10.2017-19.10.2017-ci il tarixləri üçün ambulator kartdan çıxarış № 676 verilmişdir. 20.10.2017-ci il tarixdə xəstə yenidən həm poliklinikaya, həm də 4 saylı TTTYS-na çağırış etmiş, “Hipertonik kriz, arterial hipertenziya İİ mərhələ” diaqnozu ilə ona 20.10.2017-10.11. 2017-ci il tarixinədək SN 00005 x/v № 813956 verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-791/18 saylı iş) 5 iyun 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Vergilər nazirinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” **********535500 saylı, 6 noyabr 2017-ci il tarixli əmri iddiaçıya münasibətdə ləğv edilərək iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddiaçının vergi orqanlarında xidmətinə, onun əmək qabiliyyətinin olmadığı dövrdə xitam verilməsini əsas götürərək iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7 məruzəçi, X10 və X8, 2-1(103)-2354/2018 saylı iş) 14 noyabr 2018-ci il tarixli qərarı ilə, cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 5 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, üzrlü səbəblərdən biri kimi işçinin xəstə olmasıdır ki, buna dair iddiaçı tərəfindən əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri və 3 iş günü 17,18,19 oktyabr 2017-ci il tarixlərdəki yataq rejimli xəstəliyi barədə ambulator kartından çıxarış təqdim edilmişdir. Kollegiya qeyd olunan sənədlərə əsasən iddiaçının xəstəliyi səbəbindən işdə olmamasını üzrlü səbəb kimi qəbul etmir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsini təsdiq edən sə nəd kimi xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi verilir. İddiaçı 12 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 27 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı 20.10.2017-ci il tarixdə həm poliklinikaya, həm də 4 saylı TTTYS-na çağırış etmiş və ona “Hipertonik kriz, arterial hipertenziya İİ mərhələ” diaqnozu ilə 10.11.2017-ci il tarixinədək xəstəlik vərəqi verilmişdir. Səhiyyə Nazirliyi 39 nömrəli şəhər poliklinikasının məhkəməyə ünvanladığı 03.05.2018-ci tarixli 39 saylı məktubla da öz təsdiqini tapmışdır. Bundan başqa, “Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin” 76-cı maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə müvafiq icra h akimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “Vergi orqanlarında işçilərin işə davamiyyətinin qeydiyyatı kitabına müşahidə-baxış keçirilmiş və bunun nəticəsində iddiaçının 05.10.2017-ci il tarixdən 20.10.2017-ci il tarixədək işə gəlmədiyi, işə gəlməməyin səbəbləri barədə işlədiyi vergi orqanına məlumat və ya müvafiq sənədlər təqdim etmədiyi müəyyən edilmişdir. İddiaçı dəfələrlə bildirmişdir ki, xəstəliyi barədə cavabdehə müvafiq məlumat vermişdir. Bu kitaba məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, davamiyyət kitabının iddiaçıya aid qrafasında əmək qabiliyyətinin olmaması barədə müvafiq qeydlər edilmişdir. Cavabdeh mübahisələndirilən əmrin qəbulu üçün müşahidəbaxışın nəticələrini səbəb ki mi götürsə də, qeyd olunanlar birmənalı olaraq sübut edir ki, bu kitaba baxış keçilməmiş və bu barədə məhkəməyə bildirilən məlumatlar həqiqətə uyğun olmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh Əmək Məcəlləsinin 70, 71, 74 və 76-cı maddəsi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədiyinə görə ƏM-nin 300-cü maddəsinin təsiri altına düşmüşdür. Cavabdeh iddiaçının 05-17 və 20 oktyabr 2017-ci il tarixlərdə işə çıxmamasını qanunvericiliyə uyğun hesab etmişdir. Bununla da cavabdeh mübahisələndirilən əmrin 1-ci əsasını əsassız və bu əmrin ümumiyyətlə qanunvericiliyə zidd olduğunu da etiraf etmişdir. Bu “3 günə” gəldikdə isə Əmək Məcəlləsinin 72 (a)-ci maddəsinə əsasən, özünün xəstəliyi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Lakin iş materiallarına əlavə olunmuş arayışdan (Ambulator kartdan ç ıxarışdan) görünür ki,iddiaçı Hipertonik kriz, arterial hipertenziya İİ mərhələ diaqnozu ilə poliklinikaya müraciət etmiş və ona 17-19 oktyabr 2017-ci il tarixlərdə yataq rejimində olması məsləhət görülmüşdür. Xəstəlik səbəbindən iddiaçının sağlamlığı və hətta həyatı ciddi təhlükə altında olduğuna görə həkim bu 3 gün ərzində ona yataq rejimi təyin etmiş və buna dair müvafiq tibbi arayış da vermişdir. Bu isə öz növbəsində Əmək Məcəlləsinin 72 (a)-ci maddəsinin “özünün xəstəliyi” ifadəsinə tamlıqla cavab verir. Cavabdehin və məhkəmə kollegiyasının Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 saylı qərarına istinad edərək bu 3 günə dair xəstəlik vərəqəsinin olmamasını əsas tutması ilə bağlı qeyd edilməlidir ki, bu qərarın müddəaları şəxsin xəstə olub-olmamasını müəyyən etmək deyil, onun xəstə olduğu dövr üçün sığorta ödənişlərinin alınmasına əsas olan xəstəlik vərəqəsinin verilməsi qaydalarını müəyyən edir. Digər sözlə desək, xəstəlik vərəqəsinin olmaması tibbi müəssisə və ya həkim tərəfindən təsdiq edildiyi halda şəxsin xəstə olmaması anlamına gəlmir. Xəstəlik vərəqəsinin olması şəxsin xəstəlik nəticəsində əmək qabiliyyətini müvəqqəti olaraq itirməsini təsdiq edən sənəd olmaqla bu cür işçiyə sosial sığorta üzrə ödənişlərin verilməsi üçün əsasdır. Başqa bir halda məhkəmə kollegiyasının qanunlara yox, təlimata və qərara daha üstünlük verməsi qanunun aliliyi prinsipinə ziddir. Qanun şəxsin “xəstə” olmasını işə çıxmama zamanı üzrlü hesab edib. Qanunda yazılmayıb ki, xəstəlik vərəqəsi təqdim edən işçi xəstə sayıldığından işə çıxmadıqda üzrlü hal sayılmalıdır. Sadəcə məhkəmə kollegiyasının bilərəkdən bu pozuntulara yol verməsinin qərəzdən başqa bir əsası yoxdur. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM- in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı onun xidmətinə xitam verilməsi barədə cavabdehin 2017-ci ilin noyabrında qəbul etdiyi əmri mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı barəsində mübahisə olunan əmr verilərkən o, Vergilər Nazi rliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini vəzifəsində işləmişdir. Mübahisə olunan 6 noyabr 2017-ci il tarixli əmrdən görünür ki, iddiaçı 05.10.2017-ci il tarixdən 20.10.2017-ci il tarixədək işə çıxmadığına görə, onun tərəfindən işə gəlməməsi ilə bağlı hər-hansı üzrlü səbəb göstərilməmiş və ya sənəd təqdim edilməmişdir. İşçinin xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç” bəndinə əsasən işçinin əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas olduğundan iddiaçının işdəki fəaliyyətinə xitam verilmişdir. İddiaçının 05.10.2017-ci il tarixdən 07.10.2017-ci il tarixədək, 08.10.2017-ci il tarixdən 10.10.2017-ci il tarixədək, 11.10.2017-ci il tarixdən 16.10.2017-ci il tarixədək, 20.10.2017-cil il tarixdən 22.10.2017-ci il tarixədək, 23.10.2017-ci il tarixdən, 25.10.2017-ci il tarixədək, 26.10.2017-ci il tarixdən, 31.10.2017-ci il tarixədək, 01.11.2017-ci il tarixdən 06.11.2017-ci il tarixədək, 07.11.12017-ci il tarixdən 10.11.2017-ci il tarixədək əmək qabiliyyəti olmaması əmək qabiliyyətinin olmaması barədə vərəqələri (xəstəlik vərəqələri) ilə təsdiq edilir. İşin bu halı mübahisə doğurmur və qeyd edilən dövr iddiaçının işə çıxmaması üçün üzrlü sayılır. İddiaçının 17, 18 və 19 oktyabr 2017-ci il tarixlərə aid əmək qabiliyyətinin olmaması barədə vərəqələri (xəstəlik vərəqələri) olmamışdır. Bununla belə, 17.10.2017-ci il tarixli Bakı şəhəri 39 nömrəli şəhər poliklinikasının həkimi A.Paşayeva tərəfindən imzalanan və onun möhürü ilə təsdiq edilən ambulator kartdan çıxarışda qeyd edilir ki, iddiaçı həqiqətən 17.10.2017-ci ildə səhər saat 9:00-da 39 nömrəli şəhər poliklinikasına güclü baş ağrıları, ürəkbulanma, qusma, qulaqlarda küy şikayətləri ilə müraciət etmişdir. Xəstə müayinə olunmuş, xəstəyə “Hipertomik kriz” diaqnozu qoyulmuşdur. Xəstəyə yardım göstərilmiş və müvafiq müalicə yazılmışdır. Xəstənin 17.10.2017-ci il tarixdən 19.10.2017-ci il tarixədək yataq rejimində olması məsləhət görülmüşdür. Sosial sığorta haqları ödəyən, yəni işləyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a uyğun həll edilir. “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 1-ci bəndinə əsasən, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Təlimatın 12-ci bəndinə əsasən, axşam və yaxud gecə vaxtı, poliklinikada və ya ambulatoriyada qəbul olmadıqda, səhiyyə məntəqəsinə müraciət edilərsə, məntəqədə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə onlar əmək qabiliyyətini itirmiş şəxsə ilk tibbi yardım göstərib, ertəsi günü poliklinika və ya ambulatoriyaya getməyi, lazım gəldiyi halda isə evə həkim çağırmağı təklif edirlər. Bu halda onlar öz imzası və möhürü ilə arayış verirlər. Arayışda işdən azad olma vaxtı, xəstələnmə və şikəstliyin xarakteri haqqında qısa məlumatlar göstərilir. Poliklinikanın və ya ambulatoriyanın həkimi sığorta edilmiş şəxsin əmək qabiliyyətini itirməsini təsdiq edərək, ona arayışda göstərilmiş vaxtdan etibarən xəstəlik vərəqəsi verir. Həkim onun əmək qabiliyyəti olduğunu etiraf edərsə, bu zaman arayışda göstərildiyi vaxtdan başlayaraq yalnız h əmin növbə qurtaranadək xəstəlik vərəqəsi verir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi əsasları Təlimatın 36-cı bəndində əksini tapmışdır. Təlimatın 36-cı bəndində qeyd edilir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışlar aşağıdakı hallarda verilir: müəssisədə, idarədə işləyən zaman axşam və ya gecə vaxtı xəstənin xəstəliyi və zədəsi ağırlaşdıqda, səhiyyə məntəqəsində isə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə; zərərli və əlverişsiz iş şəraitində çalışan zəhmətkeşlər mövcud qaydada dövri tibbi müayinələri keçdikdə; ambulatoriya və stasionar şəraitdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişilə tibbi müayinədən keçən hərbi qulluqçu lar və hərbi xidmətə çağırılmış şəxslərə, eləcə də müayinə olunduğu yerə getdiyi və qayıtdığı müddətdə; tibbi-məhkəmə ekspertizasının (məhkəmə psixiatriyasının) eyni zamanda stasionar şəraitində ekspertizanın keçirildiyi hallarda; xalq məhkəməsinin qərarı ilə məcburi müalicə keçdikdə; sağlam uşaqlara xidmət üçün, məs., ana xəstələndiyi halda, məktəbəqədər təhsil müəssisələrinə və ya həmin uşağa karantin qoyulduqda (körpələr evi, uşaq bağçası). Ana xəstə olduğu halda, ataya və ya ailənin digər üzvünə sağlam uşağa xidmət üçün arayış, ananın müalicə həkimi tərəfindən, karantinlə əlaqədar xidmət üçün isə həkimepidemioloqun rəyi əsasında verilir. Müalicə həkimi özü arayışı 6 təqvim günü müddətinə verir, bu müddətdən sonra şöbə ilə (o olmadıqda baş həkimlə) birlikdə verir. işdən azad olmuş şəxsl ər əgər fasiləsiz iş stajının saxlanılması şərti ilə təzə iş yerinə daxil olduğu müddət üçün xəstə ailə üzvünə qulluqla əlaqədar əmək qabiliyyətini itirdikdə (xəstəlik vərəqəsinin verildiyi müddətdən çox olmayaraq). Bu bənddə o da qeyd edilmişdir ki, göstərilən arayışlar müalicə həkimi və müalicə idarəsinin baş həkimi tərəfindən verilərək dəyirmi möhürlə təsdiq edilir. İddiaçıya aid ayrı-ayrı günlərə dair əmək qabiliyyətinin olmaması vərəqələri müalicə həkimi A.Paşayeva tərəfindən imzalanmışdır. 17 oktyabr 2017-ci il tarixli ambulator kartdan çıxarış da həkim A.Paşayeva tərəfindən imzalanaraq onun möhürü vurulmuşdur. Tərtib edilən çıxarış Təlimatda nəzərdə tutulmamışdır. İddiaçıya Təlimatın 36-cı bəndində nəzərdə tutulmuş qaydada da müalicə həkimi və müalicə idarəsinin baş həkimi tərəfində n verilərək dəyirmi möhürlə təsdiq edilən arayış tərtib edilməmiş və 36-cı bənddə sadalanan halların hər hansı birinin mövcudluğu təsdiq edilməmişdir. Təlimatın tələbinə görə işin hazırkı vəziyyətində iddiaçının 17-19 oktyabr 2017-ci il tarixlərdə müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq edilə bilər və həmin günlər üçün belə sənəd tərtib edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının işdə olmadığı 17, 18 və 19 oktyabr 2017-ci il tarixlərinə (3 iş gününə) aid ambulator müayinə haqqında arayışın əmək qabiliyyətinin itirməsini təsdiq edən mötəbər sübut kimi qəbul etməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaəti əsaslı sayır. Cavabdeh 06.11.2017-ci il tarixli əmrini “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin46-cı bəndinin 5-ci hissəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əsaslandırmışdır. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin46-cı maddəsinin 5-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona vergi orqanlarında xidmətinə xitam verilmə kimi intizam tənbehi tətbiq edilə bilər. Həmçinin Əsasnamənin 50-ci maddəsinə əsasən, intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində qeyd edilir ki, işçinin xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, işçinin əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri onun üzrlü səbəb olmadan işə çıxmamasıdır. İddiaçı üzrlü səbəb kimi xəstə olmasını yataq rejimli xəstəliyi barədə ambulator kartından çıxarı şa əsaslanmışdır. İddiaçı 17, 18 və 19 oktyabr 2017-ci il tarixlərdə üzrlü səbəb olmadan işə çıxmadığından, həmin günlərə aid ambulator müayinə haqqında verilmiş arayış əmək qabiliyyətinin itirməsini təsdiq edən xəstəlik vərəqinə bərabər tutulmadığından, iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kol legiyasının 2-1(103)-2354/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-843/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-843/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver