Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-854/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-476/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 2 saylı ƏVBİ tərəfindən İddiaçı sənədlərin təqdim edilməsi tələb olunmuşdur. 2. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarından görünür ki, İddiaçı barəsində kameral qaydada yoxlama keçirilmiş və 2019-cu il dövrü üzrə 33288,05 manat məbləğində gəlir vergisi hesablanmışdır. 3. 15 yanvar 2021-ci il tarixli **********104200 saylı inz ibati şikayətin təmin edilməməsi haqqında qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********396500 nömrəli qərarı qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 19 fevral 2021-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaç ı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq VÖEN almış, üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 33617,89 manat gəlir vergisi hesablanaraq barəsində xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Həmin qərarla bağlı 2018-ci ilin 4-cü rübü və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün dəqiqləşmiş vergi bəyannamələri təqdim etmişdir. Bəyannamələrə əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə 33288.05 manat gəlir vergisi hesablanaraq barəsində xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinə etdiyi inzibati şikayət xx.xx.2021 -ci il tarixli qərarla rədd edilmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi xx.xx.2020-ci il tarixli müraciətində beton istehsalı zamanı istifadə olunan 121.111 manat dəyərində qum və qırma daş xammalının, istehsal sexinin yerləşdiyi ərazidə su xəttinin olmaması ilə əlaqədar olaraq beton qarışığında istifadə edilən 1095.0 manat dəyərində suyun, istehsal olunan betonun daşınması və nasosla pompalanması ilə bağlı 42511,40 manat dəyərində xidmətin alınması üçün ödənilmiş vəsaitin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid etmiş və alış aktları araşdırmaya təqdim etmişdir. Bundan başqa vergi ödəyicisi "malların alış aktları”ndakı məlumatlara əsasən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən "Malların alış aktları” ilə rəsmiləşdirməklə alınan 121.111,0 manat d əyərində qum və daş xammal materiallarının həm də fərdi sahibkar tərəfindən eyni qiymətə elektron qaimə- faktura əldə etməklə vergi ödəyicisindən aldığı müəyyən edilmişdir ki, bununla da həmin malları elektron qaiməfaktura ilə əldə etmək mümkün olduğu halda "malların alış aktı” ilə alındığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş malların alış aktlarındakı məlumatlara əsasən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslər tərəfindən göstərilən daşıma və pompa xidmətlərinin bir günlük faktiki iş həcminin reallığa uyğun olmadığı müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 11 mart 2022-ci il tarixli, 21(118)-69/2022 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Biri nci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qayda”sına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirin və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanılmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Qaydanın 3.-ci bəndinə əs asən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, "İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. "İstehsal ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir”.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-476/2022 nömrəli (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 mar t 2022-ci il tarixli, 2-1(118)-69/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Məhkəmə tərəfindən əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə istinad edilmişdir. 37-ci maddə Vergi orqanı tərəfində kameral vergi yoxlamasının aparılmasının əhatə edən ümumi müddəalardır. Belə ki, kameral vergi yoxlamasının hansı formada aparılmasını, hansı müddətdə aparılmasını və qaydalarını əhatə edir. 67-ci maddə isə Vergi orqanı tərəfindən ayrı-ayrı hallarda əlaqəli məlumatlar əsasın da vergilərin hesablanması prinsipləridir. Burada da əsasən vergi ödəyicisinin əvvəlki hesabat dövrlərinə, həmçinin mənbəyi bəlli olan digər rəsmi məlumatlara əsaslanmaqla hesablamalar aparılır. Eyni zamanda məhkəmə həmçinin Vergi Məcəlləsinin maddələrindən kənar və vergi hesablamalarının təqdimi ilində elektron alış aktı anlayışının olmamasına baxmayaraq bu hissədə də obyektiv araşdırma aparmamışdır. Belə ki, məhkəmə özü 67 -ci maddənin müddəalarını düzgün araşdırıb qiymət versə idi, vergi orqanının qərarının səhv olduğu nəticəsinə gələcək idi.
14. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şərait i təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2020-ci il tarixli qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışd ır. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
15. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, kameral vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından yanlış hesablamalara yol verilmişdir.
16. Məhkəmə tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
17. Kameral vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüq uqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
18. İddia tələbində göstərildiyi kimi bütün hesablamalar üzrə vergi orqanının tətbiq etdiyi məbləğlər obyektivlikdən tam uzaq olduğundan qəbul edilməzdir, Vergi Məcəlləsinin baza prinsipləri pozulmaqla aparılmışdır. Bu əsaslardan vergi orqanının verdiyi etirazı əsassız sayaraq Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicis i vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
19. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022- ci il tarixli iş № 2-1(105)476/2022 saylı qərarının ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gö rə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayd a olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi İddiaçı ca vabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq VÖEN almış, üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 33617,89 manat gəlir vergisi hesablanaraq barəsində xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Həmin qərarla bağlı 2018-ci ilin 4-cü rübü və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün dəqiqləşmiş vergi bəyannamələri təqdim etmişdir. Bəyannamələrə əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə 33288.05 manat gəlir vergisi hesa blanaraq barəsində xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinə etdiyi inzibati şikayət xx.xx.2021-ci il tarixli qərarla rədd edilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
26. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-69/2022 saylı qərarı ilə iddia rədd edilmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-476/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-69/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən öz qərarının “Birinci instansiya məhkəməsinin gəldiyi nəticə” adlana n hissəsində göstərmişdir ki, “Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-69/2022 saylı qərarı ilə iddia təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qayda”sına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirin və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatla rın başlanılmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Qaydanın 3.-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, "İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. "İstehsal ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir”.
29. Eyni zamanda apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “hazırkı işdə iddiaçı cavabdeh vergi orqanının qərarını mübahisələndirməklə iddia ərizəsində "qərarı əsassız hesab edirəm və qərar ləğv edilməlidir” kimi ümumi sözlər qeyd etmiş, "qərarın əsassı zlığı ilə bağlı sənədlər və iddia ərizəsinə əlavə” təqdim edəcəyini göstərmişdir. Lakin iddiaçı istər sonradan təqdim edilmiş yuxarıda istinad edilən 73 vərəqdə sənədlərlə, istərsə də digər sübutlarla cavabdeh vergi orqanının hesablamalarının səhv olduğunu, bununla da qəbul edilmiş qərarın ləğv edilməli olmasını sübuta yetirə bilməmişdir. Əksinə, vergi orqanının etirazı, təqdim edilmiş sübutlar və ekspert rəyi ilə iddiaçıya müvafiq dövr üzrə verginin düzgün hesablandığı birinci instansiya məhkəməsinin xidməti vəzifəsinə görə apardığı araşdırma nəticəsinə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş alış aktlarındakı məlumatlardan görünür ki, vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən malların alınması alış aktı ilə rəsmiləşdirilməklə alınan 121111,0 manat d əyərində qum və daş xammal materiallarının həm də fərdi sahibkar tərəfindən eyni qiymətə elektron qaimə faktura əldə etməklə vergi ödəyicilərindən aldığı müəyyən edilmişdir ki, bununla da həmin malları elektron qaimə- faktura ilə əldə etmək mümkün olduğu halda “malların alış aktı” ilə alındığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı kassa metodu ilə uçot aparan vergi ödəyicisi olduğu halda 66060,40 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlərin hesabat dövrü ərzində aparılmadığı müəyyən edilmişdir. Ümumilikdə iddiaçının dəqiqləşdirilmiş bəyannamə ilə xərclərə aid edilən 137808,90 (195000,00-57191,10) manat dəyərində xərc məbləğinin uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur”.
30. Beləliklə yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsin in qənaətinə görə, iddiaçı tərəfindən sözügedən malların elektron-faktura ilə əldə etmək mümkün olduğu halda, onun vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən “malların alış aktı” ilə alınması düzgün olmamaqla yanaşı, nəzərə alınmalı deyildir.
31. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi yanlışdır. Buna görə məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, “malların alış aktı” ilə vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən almasını qadağan edən və ya məhdudlaşdıran hər hansı hüquq norması mövcud deyildir.
32. Əksinə apellyasiya instansiya məhkəməsi, yuxarıda artıq göstərildiyi kimi, öz qərarının “Birinci instansiya məhkəməsinin gəldiyi nəticə” adlanan hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyini doğru hesab edərək, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərcinin uçotunun aparılması Qaydası”nın 3-cü bəndinə istinad etməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini doğru hesab edir.
33. Bir daha xatırlatmaq lazımdır ki, həmin Qaydanın 3-cü bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “istehsalat ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsalat ehtiyatlarının alış aktı” nda satıcını şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “istehsalat eht iyatlarının təhvil aktı” sənədləşdirilir.
34. İşdə olan (səhifələr 103-121) mötəbər sənədlərdən görünür ki, sözügedən malların alış aktları mövcuddur, həmin sənədlərdə onların seriyaları və konkret nömrələri, möhürləri var, sənədlər Maliyyə Nazirliyinin möhürü ilə də təsdiq edilmişdir. Yəni alış aktlarının rekvizitləri tamdır və heç bir şübhə doğurmur.
35. Belə olan halda cavabdeh tərəfindən iddiaçının vergi gəlirləri hesablanarkən, sözügedən alış aktlarında olan məbləğlərinin nəzərə alınmaması yanlışdır. Halbuki iddiaçı öz bəyannaməsində bunu göstərmişdir (iş səh.83).
36. Xüsusi olaraq qeyd edilməlidir ki, alış aktları həmdə ödənişlərin həyata keçirilməsini təsdiq edən sənəddir. Bu baxımdan da apellyasiya məhkəməsinin, cavabdehin həmin yanlış mövqeyini haqlı hesab etməsi qanuna ziddir və əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, işin 28-ci səhifəsində olan mübahisə predmetinə çevrilmiş 06 oktyabr 2020-ci il tarixli, **********396500 saylı kameral qərarı ümumiyyətlə əsaslandırılmamış, yəni həmin aktda öz əksini tapmış rəqəmlərin yaranmasının əsasları və səbəbləri göstərilməmişdir.
37. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş yeni qərar qəbul edilməli, iddia təmin edilməli, cavabdehin xx.xx.2020-ci il tarixli, **********396500 saylı qərarı ləğv edilməlidir.
38. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-476/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdehin iddiaçı barədə tərtib etdiyi 6 oktyabr 2020-ci il tarixli, **********396500 saylı qərarı ləğv edilsin. Qərar qətidir.