Məhkəmə qərarları › İş №2-1(102)-857/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-857/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-857/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlavə dəyər vergisinin düzgün hesablanması, ticarət əlavəsinin hesablanması şərtləri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, X1, vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Bayramo v Adil Nəzir oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli 21(103)-503/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 20.10.2017-ci il tarixli qərarı ilə iddiaçıya 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85.700 manat məbləğində ƏDV hesablanmış və ƏDV-nin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsinin tətbiq olunması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 20 oktyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” 20 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət dövrü ərzində daim öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtında vergi orqanına bəyan etmişdir. Lakin cavabdehin vergilərin hesablanması barədə 3 oktyabr 2017-ci il tarixli (daha sonra 20 oktyabr 2017-ci il) qərarına əsasən, aparılmış kameral vergi yoxlaması nəticəsində 85.700 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilər gəlirə u yğun olaraq bəyan edildiyi və ödənildiyi halda formal əsaslarla əsassız olaraq əlavə vergi hesablanmışdır. Cavabdehin vergilərin hesablanmasına dair qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

4. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya hesablanmış vergi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,00 manat qalığınının olduğu, 01.01.2016-cı il tarixdən 31.08.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir. Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879, 25 manat dövriyyə müəyyənləşdirilmişdir. Müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat göstərilməsi vergidən ya yınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 26.09.2017-ci il tarixli **********438400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat məktubu, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə, Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 85.700,00 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 03.10.2017-ci il tarixli **********625600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilən qərarın qəbul edilməsindən sonra iddiaçı tərəfindən 05.10.2017-ci il tarixdə həmin dövrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, lakin dəqiqləşdirilmiş bəyannamənin qəbul edilməsi üçün əsaslar müəyyən olunmadığından iddiaçıya münasibətdə əvvəlki qərardakı hesablamanı təsdiq edən 20.10.2017-ci il tarixli **********620200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)-53/2019 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Cavabde h 20.10.2017-ci il tarixli vergilərin hesablanması barədə **********620200 saylı qərarının ləğv edilmiş, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat xərc iddiaçya aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlərlə Cavabdeh tərəfindən 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarda İddiaçı MMC-yə 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85.700,0 manat məbləğində ƏDV hesablandığı müəyyən edilmiş və həmin ƏDV-nin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsi tətbiq olunması göstərilmişdir. 7.Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2-1(103)-1001/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-53/2019 saylı, 23.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3216/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, X.Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1001/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. ç. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli 2-1(103)-503/2020 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Məmmədov) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(81)-53/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın lə ğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində iddia ərizəsində göstərilən dəlillər təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 31 oktyabr 2018-ci il tarixli, 32690 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, 20.10.2017-ci il tarixli **********620200 saylı vergi orqanının qərarında 2017-ci ilin avqust ayına görə hesablanmış ƏDV-nin hansı qaydada hesablanmasının aparılması göstərilmişdir. Həmin qərarda əlavə hesablanmış 85.700 manat məbləğində ƏDV-nin yaranmasına səbəb satılmı ş mallara görə ticarət əlavəsi tətbiq olunması göstərilmişdir. Ekspert belə nəticəyə gəlmişdir ki, vergi orqanının 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarı ilə 2017-ci ilin avqust ayı üzrə İddiaçı MMC-yə hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd olunmuşdur ki, kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesablar qəbul olunmalıdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh tərəfindən 20.10.2017-ci il tarixli **********620200 saylı qərarda İddiaçı MMC-yə 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85700 manat məbləğində ƏDV hesablandığı və həmin ƏDVnin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsi tətbiq olunma sı göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavə və vergi tutulan idxal vergitutma obyektidir. Apelyasiya Məhkəməsi hazırki qərarında qeyd etmişdir ki, «iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 31 oktyabr 2018-ci il tarixli, 32690 saylı ekspert rəyinə əsaslanması düzgün olmamışdır. Həmçinin qeyd etmişdir ki, birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertin əsas vəzifəsi mübahisələndirilən qərarlardakı hesablamaların düzgünlüyü ilə bağlı rəy ve rməkdən ibarətdir. Halbuki ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış və əsassız olaraq prosessual normaların pozulmasına istinad etmişdir. Maddi və prosessual normaların düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz.»

14. Apelyasiya instansiyası məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, «Vergi Məcəlləsinin ƏDV ilə bağlı maddələrinin də tələbindən aydın olduğu kimi ƏDV malın dəyəri üzərinə gəlinən əlavə məbləğdən büdcəyə ödənilən vergidir. Yəni tətbiq edilən ticarət əlavəsinə ƏDV-nin hesablanması məhz ƏDV-nin mahiyyətindən irəli gəlir. Odur ki, məhkəmə qərarında ticarət əlavəsinə ƏDV-nin hesablanmasının yalnız Azərbaycan Respublikası ərazisində is tehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışına münasibətdə tətbiq oluna bilməsinin qeyd edilməsi müvafiq maddənin düzgün təfsir edilməməsini təsdiq edir.»

15. Məhkəmənin gəldiyi bu qənaətlə razılaşmır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərini düzgün təfsir etməmiş, işin mahiyyətinə varmadan, MMC-yə əlavə vergi məbləğinin yaranmasına səbəb olan halı araşdırmadan cavabdehin şikayətini əsaslı hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onlar tərəfindən araşdırma zamanı vergi ödəyicisinin 2015- ci ilin sonuna 0.0 manat mal qalığının olduğu 01.01.2016-cı il tarixdən 31.08.2017- ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir. Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879,25 manat (1.085.485,18x40%) dövriyyə müəyyənləşdirilmişdir. Müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçı tərəfindən satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə dövriyyənin müəyyənləşməsi və həmin dövriyyəyə uyğun olaraq ƏDV bəyannaməsi üzrə 85.700 manat əlavə vergi məbləğinin hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavə və vergi tutulan idxal vergitutma obyektidir. Yəni qanunun tələbindən də göründüyü kimi ƏDV-nin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. Müəssisə tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. Hətta apelyasiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyini səlahiyyətindən kənara çıxdığı və hüquqi məsələyə toxunduğu qənaətinə gəlsə də, qanunun göstərilən normasını və işin faktiki halını düzgün şərh etməmişdir. Hesab edir ki, apellyasiya məhkəməsi ilk növbədə ƏDV-nin düzgün tətbiq edilib edilməməsini deyil, ƏDV-nin yaranmasına səbəb olmuş halın qanuna uyğun olduğunu müəyyən etməli idi. MMC-yə əlavə vergi məbləğinin hesablanması səbəb onun tərəfindən idxal edilmiş mallara ticarət əlavəsinin tətbiq edilməsi olmuşdur. Məhkəmə isə işə bu prizmadan deyil ƏDV-nin hesablanması ilə bağlı qanunun tələblərini şərh etməklə yanaşmışdır. b. Kassasiya şikayətinə qarşı etiraz

16. Cavabdehin kassasiya şikayətinə qarşı etirazı, iddia tələbinə etirazın dəlillərinə uyğundur. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı MMC-nin nümayəndəsi X2, X3, vəkili Vəkil2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

18. Cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Bayramov Adil Nəzir oğlu kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə

12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir Maddə

13. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar a rasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə

153. Əlavə dəyər vergisi anlayışı.

153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlər ə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddə

174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.3. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyət i ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır. Maddə

72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər ü sulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqi ndən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır.

25. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 31 oktyabr 2018 ci il tarixli, 32690 saylı ekspert rəyinə əsaslanması düzgün olmamışdır.

26. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə ekspertiza rəyində kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığı və bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalı olduğu qeyd edilmiş, dolayısıyla, rəydə xüsusi bilik tələb edilən suallara deyil, Vergi Məcəlləsinin müddəalarının düzgün tətbiq edilibedilməməsinə dair rəy verilmişdir. İşin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertin əsas vəzifəsi mübahisələndirilən qərarlardakı hesablamaların düzgünlüyü ilə bağlı rəy verməkdən ibarətdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ü mumiyyətlə toxunmamış və əsassız olaraq prosessual normaların pozulmasına istinad etmişdir. Maddi və prosessual normaların düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. Odur ki, birinci instansiya məhkəməsi mötəbər sübut qismində qəbul edilməsi mümkün olmayan ekspert rəyinin qərarında əsas kimi qeyd etməklə, yanlış nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası, ekspert rəyinə apelyasiya instansiyası məhkəməsinin bu qiymətləndirməsi ilə razılaşır. Çünki ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və obyektiv, qərəzsiz, hərtərəfli və tam təhlil olunmaqla qiymətləndirilməlidir. Ekspert rəyi sırf xüsusi bilik tələb edən hallarla bağlı olmalıdır. Hüquq tətbiqi məsələləri ekspert rəyi nin tədqiqat obyekti ola bilməz. Lakin nəzərə alınmalıdır ki, məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadışına görə əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, təkrar ekspertiza təyin edə bilər.

28. Apelyasiya instansiyası məhkəməsi eksperin rəyi ilə razılaşmadığına baxmayaraq, əlavə və ya təkrar ekspertiza təyin olunması məsələsini həll etməmişdir.

29. Doğrudur ki, təkrar və ya əlavə ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Lakin baxılan işdə mübahisəli hal cavabdeh tərəfindən ticarət əlavəsinin düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə şpü də qeyd etmişdir ki, “ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamışdır”. Bu halda məhkəmə tic arət əlavəsinin hesablanmasını təkcə hüquqi əsasları deyil, həm də məbləğin düzgün hesablanması üzrə araşdırma aparılmalı idi.

30. Çünki Vergi Məcəlləsinin 13.2.64-cü maddəsində ticarət əlavəsinin anlayışı müəyyən edilərək göstərilir ki, ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

31. Göründüyü kimi ticarət əlavəsinin müəyyən edilməsi üçün ƏDV tətbiq edilmədən malın pərakəndə satış qiyməti, mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti, malgöndərənə ödənilən alış qiyməti kəmiyyət olaraq müəyyən edilməlidir.

32. İş üzrə Ali Məhkəmənin əvəlki 10 dekabr 2019-cu il tarixli qərarında da göstərilmişdi ki, malları n əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halında bazar qiymətinə əsasən ticarət əlavəsinin hesablanması nəzərdə tutulmuş, iddiaçıya təqdim edilən malların əvəzsiz təqdim edilməsi və ya barter olunması, malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti, malgöndərənə ödənilən alış qiyməti müəyyən edilməmiş, ticarət əlavəsinin məhz 40% hesablanması cavabdeh tərəfindən əsaslandırılmamış, məhkəmə tərəfindən də faktiki və hüquqi qiymətləndirmə aparılmamışdır.

33. İşə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi bu mövqeyə uyğun ətraflı araşdırma aparmamış, yalnız cavabdehin təqdim etdiyi sübutlara istinad edərək verginin düzgün hesablanması barədə nəticəyə gəlmişdir. Lakin ticarət əlavəsinin məhz nəyə görə 40% hesablanması nə cavabdeh tərəfindən, nə də məhkəmə tərəfindən əsaslandırıl mamışdır.

34. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir.

35. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

36. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayət i qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli 21(103)-503/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar