Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-868/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı iş üzrə Açar sözlər: iddianın dəyişdirilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunması, iddianın mümkün sayılmaması və iddianın dəyişdirilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunmasının fərqləndirilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil o ğlunun və cavabdehin vəkili Məmmədova Yeganə Bayram qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2804/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə (bundan sonra ixtisarla DSMF-nin Xəzər rayon ş öbəsi və ya cavabdeh yazılacaq) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2018-ci ildə sanatoriya-kurort yollayışı ilə təmin olunmaması səbəbindən ona vurulmuş maddi və mənəvi ziyana görə 2000 manat məbləğdə pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 10.000 manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2211/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim R.Daşdəmirov) İddiaçı cavabdeh DSMF-nin Xəzər rayon şöbəsinə qarşı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 10.000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı əvvəl iddia ərizəsində tələb etdiyi 2000 manatın ödənilməsi barədə iddia verənədək inzibati orqana müraciət etsə də, sonradan tələb etdiyi 10000 manat pulun ödənilməsi üçün ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Halbuki, qanunverici vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında iddialarda iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı i nzibati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqana münasibətdə mübahisənin məhkəmədənkənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv olnmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün ona hüquqi yardım etməmişdir. Apelyasiya məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2804/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə (sədrlik edən və məruz əçi), Ü.A.Mayılov və K.N.Abıyeva) apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2211/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin qərarına uyğun əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib iddia tələbinin mümkün sayılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə xx.xx.2019- cu il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdehin həmin ərizəyə xx.xx.2019-ci il tarixli **********1 nömrəli məktubunda ərizənin mahiyyətinə uyğun cavab verməmiş və dolayısı ilə ərizənin təmin olunmasından imtina edilmişdir. Cavabdeh inzibati orqanla arasında olan mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı yazışmalar yazılı sübut kimi iş materiallarına əlavə edilmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili Məmmədova Yeganə Bayram qızı kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir və formal cəhətdən əsaslandırılmışdır. Kassasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olnmalı və iş yenidən baxılması üçün göndərilməlidir. İlkin olaraq bildirilir ki, işə baxmış məhkəmə verilmiş iddianın mahiyyəti üzrə araşdırılmasınadək iddianın mümkünlük şərtlərini yoxlamaqda haqlı olmuşdur. Çünki iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və məhkəmə iddianın m ümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtlərinin araşdırılması çərçivəsində aparılan dəyərləndirmə, həm də verilmiş iddia növü üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğunun yoxlanılmasını tələb edir («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 9-cu bəndi). Əgər qanunda verilmiş iddia növü üzrə iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana mürac iət etməsi, inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etdiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciəti cavablandırılmadığı halda məhkəməyə müraciət edilməsi müəyyən olunubsa və iddiaçı məhkəməyədək bu qaydaya riayət etməmişdirsə, iddia mümkün sayılmaya bilər. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia müm kün sayılır. İşə baxmış məhkəmələr də hazırki iddianın mümkün sayılmamasını iddiaçının məhkəməyə qədər inzibati orqana - cavabdehə müraciət etməməsi ilə əsaslandırmışlar. Baxılan işdən isə görünür ki, iddiaçı cavabdehin qanunsuzluğu səbəbindən onun hüquqlarının pozulduğunu, maddi və mənəvi zərər çəkdiyini iddia edərək 2019-cu ilin aprel ayında cavabdehə yazılı müraciət etməklə 2000 manat məbləğdə zərərin ödənilməsini tələb etmiş, cavabdeh zərəri ödəmədiyinə görə məhkəmədə hazırki iddianı qaldırmışdır. xx.xx.2019-cu il tarixdə daxil olmuş həmin iddia ərizəsində iddiaçı ona 2000 manat zərərin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi 2000 manat zərərin ödənilməsi barədə iddia verərkən iddiaçı həmin tələblə ilkin olaraq inzibati orqana müraciət etmə qaydasına (iddia nın xüsusi mümkünlük şərtinə) əməl etmişdi və bu əsasla iddianın həmin hissəsi mümkünsüz sayıla bilməzdi. İddiaçının cavabdehdən 10000 manat zərərin tutulması barədə xx.xx.2019-cu il tarixdə verdiyi ərizə isə, ərizənin başlığında göstərildiyi kimi Azərbaycan Respublikası İPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə idi. İddiaçının bu cür prosessual vasitədən istifadə etməsi onun Azərbaycan Respublikası İPM-nin 54.1-ci maddəsindən irəli gələn hüququdur. Həmin normaya görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Bu normanın məzmunundan göründüyü kimi iddianı dəyişmə hüququ mütləq hüquq deyildir və icraatın başqa iştirakçılarının razılığından, habelə iddianı dəyişməni məhkəmənin məqsədəuyğun hesab etməsindən asılıdır. İddianın dəyişdirilməsinin qəbul edilməsi üçün başqa şərt İPM-nin 54.2-ci maddəsində müəyyən olunaraq göstərilir ki, cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. İPM-nin 54.3-cü maddəsi iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilmədiyini müəyyən edir. İddianın dəyişdirlməsinin əs aslarını və qaydalarını müəyyən edən İPM-nin 54-cü maddəsinin müddəaları digər normaları ilə sistemli şəkildə təhlil olunub hazırki prosessual vəziyyətə tətbiq edildikdə o nəticə hasil olur ki, iddianın mümkün sayılmaması və iddianın dəyişdirilməsinin qəbul edilməməsi fərqli prosessual hərəkətlərdir. xx.xx.2019-cu il tarixdə keçirilən iclasda da məhkəmənin vəzifəsi, iddianın dəyişdirilməsi barədə məsələnin həllindən ibarət idi. Məhkəmə həmin iclasda iddianın dəyişdirilməsi barədə verilmiş ərizənin İPM-nin 54.2-ci maddəsinə əsasən yolverilənliyini araşdıraraq, bu ərizəni qəbul etmək və ya onun qəbul edilməsindən imtina barədə qərardad çıxartmalı idi. Bu cür yoxlama, dəyişdirilmiş iddianın mümkünlük şərtlərini də əhatə etməlidir. İPM-nin 54.3-cü maddəsinin «iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina olunması barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilmədiyi» barədə müddəasının təhlili onu deməyə əsas verir ki, iddianın dəyişdirilməsinin qəbul olunmaması, bu əsasla əvvəl verilmiş iddia üzrə də icraatın sonlandırılmasına səbəb olmur. Əks halda iddiaçının məhkəmə müdafiəsi hüququ pozulmuş olardı. Ona görə də məhkəmə İPM-nin 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbulundan imtina olunması barədə gəldiyi nəticə ilə əvvəlki iddianın mümkün sayılmaması barədə qərarını fərqləndirməlidir. İddianın mümkün sayılmaması barədə qərardadda İPM-nin 35.3-cü maddəsinə əsasən yuxarı məhkəməyə şikayət vermə hüququ əksini tapmalı, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya qəbulundan imtina olunması barədə qərardadda isə ondan şikayət verilə bilməməsi qeyd olunmalıdır. Lakin baxılan işdə məhkəmə bütövlükdə iddianı mümkünsüz saymışdır. Halbuki, iddianın dəyişdirilməsinin qəbulundan imtina edildikdə, əvvəlki iddia üzrə icraatın yolverilməz olması, əvvəlki iddianın da mümkün sayılmaması kimi bir prosessual nəticəyə səbəb olması qanunla müəyyən edilməmişdir. İPM-nin 54.3-cü maddəsinin bu cür tətbiqi ilkin iddia üzrə məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb olduğuna görə yolverilməzdir. İPM-nin 54-cü maddəsi iddianın dəyişdirilməsinə yönəlmiş iradə ifadəsinin reallaşmasını, bu barədə verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən asılı etmişdir. Bu qayda onu deməyə əsas verir ki, iddianın dəyişdirilməsi anı, dəyişdirmə haqqında ərizənin məhkəmə tərəfindən qəbul edildiyi an sayılır. Həmçinin nəz ərə alınmalıdır ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 8.6-cı bəndi). Bu qayda, iddianın dəyişdirilməsi barədə məsələ müzakirə olunarkən, məhkəmənin iddianın dəyişdirilməsini qəbul etməməklə yanaşı, əvvəlki iddianın mümkünlük şərtlərini də nəzərdən keçirib həmin hissədə iddianın mümkün sayılmaması barədə nəticəyə gəlməsinə də imkan verir. Lakin bu halda məhkəmə İPM-nin 87.5-ci maddəsinin tələbindən irəli gələn qərarı əsaslandırmaq vəzifəsinə uyğun olaraq, iddiaçının cavabdehdən 2000 manat ziyanın tutulması barədə iddiasının m ümkün sayılmamasının səbəblərini aydın şəkildə göstərməklə, qərardad İPM-nin 35-ci maddəsinin dispozisiya şərtlərinə uyğun əsaslandırmalı idi. Məhkəmənin şikayət verilmiş qərardadından isə görünür ki, məhkəmələr iddiaçının 2000 manat ziyan tələbinə dair iddiasının mümkün sayılmamasını əsaslandırmamışlar. Məhkəmənin istinad etdiyi faktik əsas – iddiaçının ziyanın ödənilməsi barədə əvvəlcədən inzibati orqana müraciət etməməsi – iddianın 2000 manat tələbinə dair hissəsinə aid deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdehə 2000 manat ziyanın ödənilməsi barədə məhkəməyədək müraciəti vardır və bu əsasla onun 2000 manat ziyan tələbinə dair hissəsi mümkünsüz sayıla bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və m əhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici İPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, inzibati məhkəmə icraatında prosessual qaydaları tənzimləyir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış pr osessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbitq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası yuxarıda sadalanan hallara və Azərbaycan Respublikası İPMnin 96.3-cü maddəsinə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2804/201 9 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-868/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-868/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver