Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-926/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı “xxxxxxxxxx” şirkətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hərəkətlərin qanunsuz hesab edilməsi və mənəvi zərərin ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” şirkətinin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dö vlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə (bundan sonra cavabdeh)qarşı“hərəkətlərin qanunsuz hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2716/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: TOO “X1”, Qazaxıstan Respublikasının Kızılorda şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə, 24473738 nömrəli vaqonda, iddiaçı Şirkətin ünvanına, 25 kiloqramlıq 2720 ədəd polietilen kisələrə yığılmaqla, ümumi çəkisi 68 ton, 1 tonunun qiyməti 200 ABŞ dolları olmaqla ümumi dəyəri 13.600 ABŞ dolları olan düyü bölünmüş düy ü adı ilə (Oryza sativa, QOST-ST RK 1020-2000) göndərmişdir. (“xxxxxxxxxx” Şirkəti ilə TOO “X1” arasında bağlanmış 7/12/2017 saylı xx.xx.2017-ci il tarixli Kontrakta və hazırkı Kontrakta əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1 saylı Spesifikasiyaya əsasən). xx.xx.2018-ci il tarixində iddiaçı tərəfindən **********1580 saylı, xx.xx.2018-ci il tarixli GB ilə bəyan olunan 2720 yerdən ibarət, cəmi çəkisi 68.000 kq bölünmüş düyü Oryza sativa, Qost-ST RK 1020-20000, 25 kq-lıq kisələrdə yükünü gömrük orqanına bəyan edilmiş, düyü müvafiq sənədlər olmaqla gömrükdə rəsmiləşdirilmiş, gömrük haqları ödənilmişdir. Cavabdehə görə sonradan idxal olunmuş malın doğranmış düyü yox, qarışıq düyü olması müəyyən edilmişdir. Bu əsasdan həmin hala dair Komitə tərəfindən araşdırma aparılmış və təhqiqat başlanılmı şdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin xx.xx.2018ci il tarixli qərarı ilə iddiaçının törətmiş olduğu əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və İXM-nin 505-ci maddəsinin 2-ci qeydinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduğunun nəzərə alınması, şirkətin Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi, ev 56 ünvanında yerləşən anbarında gömrük təminatı altında saxlanılan düyü yükünün iddiaçının sərəncamına verilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv olunması barəd ə iddiaçının şikayəti təmin edilməmiş, xx.xx.2018-ci il tarixli qərar qanuni hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməyərək Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, gömrük ödənişlərindən yayındırılmış məbləğ kimi 5978.01 manat təşkil etmiş, həmin məbləğdə gömrük ödənişlərindən yayınma CM-nin 209-cu maddəsinin tərkibini yaratmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı x xxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 əyalətinin Barnaul şəhəri, OOO “x2”-dan iddiaçıya 2018-ci il 8 yanvar tarixində gəlmiş 25 kiloqramlıq, 2700 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan, ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67.500 kiloqram qarabaşaq məhsuluna görə gömrük dəyəri 26.394,05 manat olmaqla, 5.022,33 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra qarabaşağın gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 1.894.46 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, Bakı Baş Gömrük İdarəsinin idxal etdikləri qarabaşağı vaqonlarda dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablatdırdıqları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 30 manatın, eyni zamanda qanunazidd əməlləri nəticəsində ona vurmuş olduqları mənəvi zərərə görə 50.000 manatın iddiaçının xeyrinə tutulmasına dair, həmçinin Qazaxıstan Respublikasının Kızılorda şəhəri, TOO “x1”-dən iddiaçıya 2018-ci il 5 yanvar tarixində gəlmiş 25 kiloqramlıq, 2720 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan ümumi qiyməti 13.600 ABŞ dolları təşkil edən 68.000 kiloqram düyü məhsuluna görə gömrük dəyəri 24.416,84 manat olmaqla, 4.666,43 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 6.013,41 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, bunlarla yanaşı qanunazidd əməlləri nəticəsində iddiaçıya vurmuş olduqları mənəvi zərərə görə 50.000 manatın iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla TOO “x1” arasında bağlanmış Kontraktla və Spesifikasiyaya əsasən, TOO “x1” Qazaxıstan Respublikasının Kızılorda şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə, “xxxxxxxxxx” Şirkətinin ünvanına, 25 kiloqramlıq 2720 ədəd polietilen kisələrə yığılmaqla, ümumi çəkisi 68 ton, 1 tonunun qiyməti 200 ABŞ dolları olmaqla ümumi dəyəri 13.600 ABŞ dolları olan bölünmüş düyü göndərmişdir. 2018-ci il 5 yanvar tarixində iddiaçı tərəfindən **********1580 saylı, 2018-ci il 5 yanvar tarixli GB ilə bəyan olunan 2720 yerdən ibarət, cəmi çəkisi 68000 kq bölünmüş düyü gömrük orqanına bəyan edilmiş və gömrük haqları ödənilmişdir. Lakin, gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmişdir ki, həmin düyü tam doğranmış deyil, içərisində bütöv düyülər də olmaqla qarışıq haldadır. Bu barədə gömrük orqanına məlumat verilmiş və cavabdeh tərəfindən araşdırma aparılmışdır. Yekunda Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən 2018-ci il 27 fevral tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən ikinci dəfə yeni bəyannamə tərtib etdirilərək iddiaçıdan daha artıq məbləğdə gömrük rüsumu alınmışdır. Həmçinin, iddiaçı ilə X3 əyalətinin Barnaul şəhəri, OOO “x2” arasında bağlanmış müqaviləyə əsasən, həmin şirkət iddiaçıya 25 kiloqramlıq, 2700 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67500 kiloqram Qarabaşaq məhsulu göndərmişdir. Həmin məhsulun gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmişdir ki, idxal olunan malın dəyəri düzgün şəkildə göstərilməmişdir. Bu barədə cavabdeh tərəfindən araşdırma aparılmışdır. Yekunda cavabdeh tərəfindən ikinci dəfə yeni bəyannamə tərtib etdirilərək iddiaçıdan daha artıq məbləğində gömrük rüsumu alınmışdır. Həmçinin, cavabdehin qanunazidd əməlləri ilə iddiaçıya mənəvi ziyan vurulmuşdur. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209-cu “Gömrük ödənişlərinin ödənilməsindən yayınma” maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqinin 2018-ci il 27 fevral tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan görünür ki, gömrü k ödənişlərindən yayındırılmış 5.978,01 manat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209-cu maddəsinin tərkibini yaratmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, iddiaçı hazırkı şikayətdə gömrük ödənişlərinin hesablanma qaydasından, hesablanmış məbləğdən narazılığını bildirir. Lakin şirkətin direktoru İ.R.Abdıyev Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə rüsumları ödədikləri üçün cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir. Bununla da şirkət hesablanmış rüsumlarla razılaşmış, onları ödəmiş və özü cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(81)-3783/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qərarı iləiddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı əlavə gömrük ödənişlərinin ödənilməsinə əsas olmuş ikinci bəyannamələrin tərtib edilməsini gömrük orqanının təsiri altında icra etdiklərini bildirsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən xaricdən idxal olunmuş malları gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında ödənişsiz olaraq saxlanılmasını həyata keçirmək hüququ olmuş, lakin bu hüquqdan istifadə edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin x xxxxx 2019-cu il tarixli qərardadı ilə iddia - “mənəvi zərərə görə 50.000 manat tutulması” hissəsində mümkün sayılmamışdır. BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8-məruzəçi, X15 və X11, 2-1(103)-665/2019 saylı iş) x xxxxx 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3783/2018 saylı qərarı “mənəvi zərərin tutulması” hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası AliMəhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Hüseynov İlqar Kamil oğlu-məruzəçi, Rəsulbəyova Nigar İmran qızı və X2, 2-1(102)2296/2019 saylı iş) x xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin x xxxxx 2019-cu il tarixli qərarı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Gömrük Məcəlləsinin normalarına istinad etsə də, həmin normaların hər hansı tələbinə iddiaçı tərəfindən əməl olunmadığını və əksinə həmin normaların tələblərinə cavabdeh tərəfindən əməl olunduğunu qərarda əsaslandırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12məruzəçi, X9 və X5, 2-1(103)-2716/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı - 1.894.46 manat əlavə, 2786,03 manat cərimə tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, həmin cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılm ası qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gömrük Məcəlləsinin 221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır Cavabdeh x xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin cərimə hesablamasına və əlavə pulların alınmasına dai r hərəkətlərinin qanunsuz hesab edilməsinə dair və ödənilmiş dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə məbləğlərin iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının pul tələbi, ödənilmiş rüsum və vurulmuş mənəvi zərərə görə məbləğ ilə məhdudlaşsa da (Vurulmuş mənəvi zərərə görə məbləğin tələb edilməsi barədə olan hissədə iddia mümkünsüz sayılmış, iddiaçı bunu mübahisələndirməmişdir), işə baxan məhkəmə iddia tələbindən kənara çıxaraq, cavabdehdən 1894.46 manat əlavə, 2786.03 manat cərimənin iddiaçının xeyrinə tutulmasını qərara almışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Eyni zama nda məhkəmə qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 176.2-ci maddəsinə istinad edərək cavabdehi iddiaçı tərəfindən idxal olunmuş malları gömrük orqanının müvəqqəti saxlanc anbarında ödənişsiz olaraq saxlanmasını həyata keçirməməkdə ittiham etmişdir. Halbuki, həmin Məcəllənin 178.1 -ci maddəsinə əsasən başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 1 sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 2 sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 3 barəsində beynəlxalq tranzit xü susi gömrük proseduru başa çatmış mallar. İş materiallarından göründüyü kimi idxalçı tərəfindən malların saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına heç bir müraciət olunmamış və bəyannamə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”dan göründüyü kimi **********3222 sorğu nömrəli malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən təsdiqlənmiş bəyannamə gömrük orqanına göndərilmiş, həmin tarixdə gömrük orqanının əməkdaşı tərəfindən gömrük dəyərinin dəqiqləşdirilməsi üçün geri qaytarılmış, 17 01.2019-cu il tarixdə iddiaçı tərəfindən eyni bəyannamə təsdiqlənərək gömrük orqanına təkrar göndərilmiş və gömrük orqanı da öz növbəsində bəyannam əni təsdiqləyərək yükü sərbəst dövriyyəyə buraxmışdır. Göründüyü kimi iddiaçı tərəfindən bəyannamənin təsdiqlənməsi və göndərilməsi 9 gün gecikdirilmiş və vurulduğu iddia edilən zərər iddiaçının öz təqsiri ucbatından vurulmuşdur. Bununla da müəyyən olunur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 92.0 6.-cı maddəsinin tələbləri pozularaq əsaslandırılması zəruri olan qərar əsaslandırılmamışdır. Həmçinin, qərarın nəticə hissəsində işə aidiyyəti olmayan fiziki şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edildiyi göstərilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclas ında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddia tələbi iki hissədən ibarətdir 1)X3 vilayətinin Barnaul şəhəri, OOO “x2”-dan iddiaçıya 2018-ci il 8 yanvar tarixində gəlmiş ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67.500 kiloqram qarabaşaq məhsuluna görə gömrük dəyəri 26.394,05 manat olmaqla, 5.022,33 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra onlardan 1.894.46 manat alınan əlavə gömrük haqqı və qarabaşağı vaqonlarda dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablatdırdıqları ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi; 2)Qazaxıstan Respublikasının Kızılorda şəhəri, TOO “x1”-dən iddiaçıya 2018-ci il 5 yanvar tarixində gəlmiş ümumi qiyməti 13.600 ABŞ dolları təşkil edən 68.000 kiloqram düyü məhsuluna görə gömrük dəyəri 24.416,84 manat olmaqla, 4.666,43 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra 6.013,41 manat əlavə gömrük rüsumunun ödənilməsinin qanunsuz sayılması; İkinci tələb üzrə iddia rədd edilmiş və bu hissədə iddiaçı apelyasiya məhkəməsinin qərarını kasasiya qaydasında mübahisələndirməmişdir. İddianın təmin edilən hissəsindən cavabdeh kasasiya şikayəti verdiyindən İPM-in 91-ci maddəsinə əsasən, məhkəmə qərarı da cavabdehin şikayəti həddində yoxlanılacaqdır. X3 vilayətinin Barnaul şəhəri, OOO “x2”-dan iddiaçıya 2018-ci il 8 yanvar tarixdə gəlmiş ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67.500 kiloqram qarabaşaq məhsulu xx xxxxxx 2018-ci ilədək gömrükdə saxlanılmış, nəticədə iddiaçıdan 1.894.46 manat əlavə gömrük haqqı alınmış, yük vaqonlarda dəmir yolunda saxlandığına görə 2.786,03 manat cərimə ödəmişdir. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, iddiaçı x xxxx xx 2018-ci il tarixdə yüklə bağlı sənədləri cavabdehə təqdim etmiş, lakin yük xx xxxxxx 2018-ci ilə qədər gömrükdə saxlanılmış, eyni bəyannamə təqdim edildikdən sonra yük iddiaçıya təhvil verilmişdir. Bununla bağlı iddiaçı əlavə ziyan çəkmişdir. Cavabdeh özü də iddiaçının sonradan eyni bəyannaməni təkrar təqdim etməsindən sonra mallarını təhvil almasını bildirmişdir. Cavabdeh iddiaçının ilk dəfə x xxxxxx 2018-ci il tarixdə təqdim etdiyi sənədlərdə, o cümlədən gömrük bəyannaməsində hansı qüsurların (çatışmazlığın) olması, bu barədə iddiaçını məlumatlandırması, xx xxxxxx 2018-ci il tarixdə isə hansı çatışmayan sənədləri təqdim etməsinə dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Gömrük Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sa hibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir; Həmin Məcəllənin: -121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir; -121.10-cu maddəsinə əsasən malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal və ya gömrük bəyannaməsinə istinad etməlidir; -146. 1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; -221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir; -221.2-ci maddəsinə əsasən bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir; -221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Gömrük Məcəlləsinin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Cavabdeh iddiaçının qanunvericiliyin yuxarıda qeyd edilən tələblərə əməl etməməsi ilə bağlı hər hansı dəlilə istinad etməmişdir. Belə ol duğu halda iddiaçının hansı əlavə gömrük məsuliyyətinə və cərimə olunmasına cəlb edilməsi istisna edilir. Odur ki, mübahisə olunan hissədə apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi qərarın nəticə hissəsində iddiaçının adını səhv göstərsə də, İPM-in 90.3-cü maddəsinin pozuntusu baş vermədiyindən bu qərarın ləğvi üçün əsas sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cav abdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2716/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-926/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-926/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver