Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-941/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şikayət üzrə apellyasiyanın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-4198/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və qeyrilərinə qarşı əlilliyin təkrar təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək əlilliyin müddətinin dayandırıldığı tarixdən ikinci dərəcəli əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini, iş ü zrə iddia tələbində qoyulmuş digər cavabdehlərin iddia tələbinə cavab verməli olan cavabdehlər sırasından çıxarılmasını, əsl iddiaçı kimi İddiaçı Calayır qızının müəyyən edilməsini və “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 №-li Tibbi-Sosial Ekspert Komissiyası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-217/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Yardımlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında 5 illik təyin edilmiş ikinci dərəcə əlilliyinin müddətinin bitdiyi tarixdən ikinci dərəcəli əlilliyin bərpa (təyin) edilməsi cav abdehə həvalə edilmişdir.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-4198/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkə mə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və cavabdehə bildiriş ünvanlayaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməsi və icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Şikayətin dəlillərinə görə, poçt qəbzindən də müəyyən olunur ki, Agentlik tərəfindən 2-1(112)-217/2023 nömrəli işin apellyasiya şikayəti xx.xx.2023-cü ildə sürətli poçta təqdim edilmiş dir. Buna baxmayaraq, Agentliyə məlum olmayan səbəblərdən sürətli poçt tərəfindən şikayətin məhkəməyə çatdırılması gecikmişdir. Şikayətin verilməsi barədə prosessual müddət nəzərə alınarkən şikayətin məhkəməyə daxil olduğu tarix deyil, şikayətin Agentlik tərəfindən poçta təqdim olunduğu tarix nəzərə alınmalıdır. Göstərilən hallardan məlum olur ki, Agentlik apellyasiya şikayətini təqdim edərkən İnzibati Prosessual Məcəllənin tələblərini pozmamış, bu şikayəti həmin Məcəllənin 85.1-ci maddəsi nəzərdə tutulmuş müddətdə məhkəməyə təqdim etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, birinci və apellyasiya instansiya məhkəmələrinin qərar və qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 10.İnzibati Prosessual Məcəllə (İPM): Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinc i instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. 11.Mülki Prosessual Məcəllə (MPM): Maddə
129. Prosessual müddətlərin qurtarması... 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Şikayət aşağıdakı səbəblərə görə qismən təmin edilməli, qərardad ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
15. İşin mübahisəsiz hallarına görə, birinci instansiyası məhkəməsinin 2-1(112)217/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı Elektron Məhkəmə İnformasiya Sistemində (EMİS) cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün müddətin axımı həmin tarixdən hesablanmalıdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə qərarını xx.xx.2023-cü il tarixində alsa da, qərardan apellyasiya şikayəti verilmə si üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur.
17. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qənaətini işin hallarına uyğun hesab etmir. Belə ki, iş materiallarında olan poçt qəbzinə görə, cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edilmişdir.
18. MPM-in 129.3-cü maddəsinin tələbindən göründüyü kimi, apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayarkən işin həmin hallarını, habelə MPM-in 129.3-c ü maddəsinin tələbini nəzərə almamışdır.
20. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri şikayətin mümkünlüyünə də aiddir.
21. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 22.2, 58.7-ci maddələrinin və MPM-in 129.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin apellyasiyanın mümkünlüyünə münasibətdə təmin edilməsi üçün təkrar apellyasiya baxışına göndərildiyindən, şikayət apellyasiyanın mümkün sayılması tələbinə aid hissədə təmin oluna bilməz. Həm də nəzə rə alınmalıdır ki, şikayət üzrə apellyasiyanın mümkünlüyü yoxlanılarkən təkcə müddətlərlə bağlı şərtlər deyil, digər ümumi və xüsusi mümkünlük şərtləri də yoxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-4198/2023 saylı qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.