Məhkəmə qərarları › İş №2-1(102)-956/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-956/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-956/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-956/19 Bakı şəhəri 10 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2883/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının olduğu tarixdən, yəni 20 fevral 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzə rinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, onun işlədiyi vəzifələr xüsusilə ağır olduğundan güzəştli iş stajına daxil edilməli və qanunvericiliyin həmin dövrdə qüvvədə olmuş tələblərinə əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2-1(81)3817/2018 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin iddiaçının 57 yaşının tamam olduğu 20 fevral 2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və hazırkı dövrə qədər yaranmış fərq ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2883/2018 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddiaçının həftədə 36 saat iş işləməsi onu deməyə əsas verir ki, onun işlədiyi elektrik qatarının maşinisti pe şəsi iş şəraiti zərərli və ağır olan peşələr sırasına daxildir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.8, 32.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına dair “xxxx” QSC-nin 16 iyun 2017-ci il tarixli arayışında göstərilmiş iddiaçının çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXİ “Nəqliyyat” bölməsinin 21.5-ci bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun 57 yaşının tamam olduğu 20 fevral 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçının xxxxndə həftədə 36 saat ağır əmək şəraitində işləməsi səbəbindən onun çalışdığı vəzifənin müvafiq siyahıya daxil edilməsinə dair gəldiyi nəticə əsassız olmuşdur. Həmin qurumda işləyənlərin əksəriyyətinin həmin şəraitdə işləməsinə baxmayaraq, həmin vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isteh salatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edilməsi məqsədə müvafiq hesab olunmur. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi m üəyyən edilmişdir. İddiaçının əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki o, xxxxndə 25 iyun 1984-cü il tarixdən 09 dekabr 1988-ci il tarixədək elektrik qatarının maşinist köməkçisi, 09 dekabr 1988-ci il tarixdən 16 iyul 2014-cü il tarixədək isə elektrik qatarının maşinisti işləmişdir və hal-hazıradək həmin metropolitendə çalışır. İddiaçının 57 yaşının tamam olduğu 20 fevral 2017-ci il tarixinə onun 25 ildən çox ümumi və 12 il 6 aydan çox ağır iş şəraitində sosial siğorta stajı mövcuddur.İddiaçı həftədə 36 saat işlədiyindən onun çalışdığı “elektrik qatarının maşinisti” peşəsi iş şəraiti zərərli və ağır olan peşələr sırasına daxildir və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin xüsusi norması olan 21.4-cü bəndinin 7-ci yarımbəndində öz əksini tapmış “elektrik qatarlarının maşinistləri” peşəsi növünə uyğun gələn peşə hesab edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüqu q normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarının tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş stajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Məhkəmə ko llegiyası dəlili qismən əsaslı hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 20 fevral 2017-ci il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tar ixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 20 fevral 2017-ci il tarixinə iddiaçının 57 yaşı tamam olmuş, həmin müddətə onun 25 il sığorta stajı və onun daxilində 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajı toplanılmışdır. İddiaçının xüsusi iş stajına onun metropolitendə 25 iyun 1984-cü il tarixdən 09 dekabr 1988-ci il tarixədək elektrik qatarının maşinist köməkçisi, 09 dekabr 1988-ci il tarixdən 16 iyul 2014-cü il tarixədək isə elektrik qatarının maşinisti peşəsində işlədiyi müddət daxil edilmişdir. Apellyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensya hüququnun yaranmasını Azərbaycan Republikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə təqdiq edilmiş «Güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.4-cü bəndinin 7-ci yarımbəndində öz əksini tapmış “elektrik qatarlarının maşinistləri”peşəsinə uyğun olduğu nəticəsinə gəlmişdir. Halbuki, işin hallarına görə, iddiaçı 25 iyun 1984-cü il tarixdən işlədiyindən zamana görə qüvvədə olmuş normativ-hüquqi aktların tətbiqi zəruri olmuşdur ki, bu hissədə apellyasiya məhkəməsi müvafiq qiymətləndirməni aparmamaqla, maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. İddiaçının Azərbaycan Republikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının qəbul edilməsindən sonra işlədiyi peşənin isə apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid olması ilə bağl ı məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən Siyahıda müəyyən edilmiş peşələr “21.4.“ bəndlə dəmiryol nəqliyyatına aiddir. Bilavasitə mepropolitenə aid olan “21.5”-ci bənddə isə iddiaçının işlədiyi peşə nəzərdə tutulmamış və bu hissədə cavabdehin dəlilini məhkəmə kollegiyası əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sübut kimi qiymətləndirdiyi “xxxx” QSC-nin 16 iyun 2017-ci il tarixli arayışına və onunla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinə istinadla bağlı apardığı hüquqi qiymətləndirməyə münasibətdə aşağıdakıları qeyd edir. Həmin maddəyə görə, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə ç alışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli, 175 saylı qərarı ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” təsdiq edilmişdir. İstinad edilən müddəalardan göründüyü kimi, onlar pensiya təyinatı ilə bağlı şəxsin pensiya hüququnun güzəştli şərtlərlə qazanması ilə bağlı deyil, əmək fəaliyyətinin hə yata keçirilməsi zamanı qısaldılmış iş vaxtının müəyyən edilməsi ilə bağlıdır. Bu halda istinad edilən arayışda hansı hüquqi əsaslardan çıxış etməklə iddiaçının “güzəştli stajının” müəyyən edildiyi tam aydın deyildir və məsələyə qiymətin verilməsi üçün “xxxx” QSC-dən əlavə olaraq məlumatlar əldə edilməlidir. Həmçinin, əgər iddiaçı ilə eyni peşədə işləmiş şəxslərə münasibətdə eyni hüquqi əsaslara görə “güzəştıi stajın” müəyyən edilməsi ilə bağlı eyni məzmunlu arayışlar verilməklə, həmin şəxslər güzəştli şərtlərlə pensiya hüququnu əldə etmişdirlərsə, bu halda inzibati orqanın eyni faktiki və hüquqi əsaslara söykənən müxtəlif qərarların qəbul edilməsinə də müvafiq qiymət verilməlidir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfində n Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələ ilə bağlı faktiki hallara dair cavabdehdən və iddiaçının işlədiyi müəssisədən digər müvafiq sübutları tələb etməli və həmin sübutlarla bağlı araşdırma aparmaqla, t ələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2883/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar