Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-967/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məharət dərəcəsinin aşağı salınması barədə qərarın ləğvi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkilləri Vəkil, X8, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN, X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “14.1N.N019-cu il tarixli Silahlı Qüvvələrin B aş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, malik olduğu 1-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 13.01.N0N0-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(105)-147/N0N1 saylı, 10 mart N0N1-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sabiq hərbi qulluqçu polkovnik-leytenant iddiaçı 1993-cü ildən 13 dekabr N019-cu il tarixədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son xidmət yeri N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsi olmuşdur. N019-cu ilin iyul ayında N nömrəli hərbi hissədə xidmət edərkən X7 keçirilən məharət dərəcəsində iştirak edərək 1-ci məharət dərəcəsinə layiq görülmüşdür. 2. 18 oktyabr N019-cu ildə Mərkəzi Hərbi Həkim komissiyasının rəyinə əsasən “Hissi, hərəkəti pozulmalarla və davamlı ağrı sindromu ilə müşayiət olunan, tez-tez residiv verən xroniki diskog en mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-31,6. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 66b, N6b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. 19.11.N019-cu il tarixdə tərxis olunması ilə əlaqədar N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinə təqdimat göndərilmişdir.
3. İddiaçı faktiki olaraq 09.1N.N019-cu il tarixdən 11.1N.N019-cu il tarixədək X7 keçirilən yuxarı komandir heyətinin toplantısında, habelə həmin toplantıda keçirilən imtahan və sınaqlarda iştirak etmişdir. 4. 09-11 dekabr N019-cu il tarixlərdə keçirilmiş toplanışın ümumi qiymətləndirmə cədvəlinə əsasən iddiaçı fiziki hazırlıqdan - N, atəş hazırlığından - 5, sıra hazırlığından - 4 və test imtahandan - N qiymət almışdır.
5. Müdafiə nazirinin birinci müavininin 14 dekabr N019-cu il tarixli əmri ilə iddiaçının rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət aldığına görə onun 1-ci məharət dərəcəsi iki pillə aşağı-3-cü məharət dərəcəsinə endirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı N1 aprel N0N0-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.1N.N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, malik olduğu 1-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 13.01.N0N0-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onun la əsaslandırılmışdır ki, iddiaçı 09.1N.N019-cu il tarixdən 11.1N.N019-cu il tarixədək X7 keçirilən yuxarı komandir heyətinin toplantısında iştirak etmişdir. Toplantıya cəlb olunmamışdan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən, həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, həmin toplantıya cəlb olunmuş və toplantıda da Mərkəzi Hərbi Həkim komissiyasının rəyini rəhbər şəxslərə təqdim etmişdir. 13.1N.N019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunduğundan, N8.1N.N019-cu il tarixdə 45 gün müddətinə məzuniyyətə buraxı lmışdır. Məzuniyyətə gec buraxılmasının səbəbi həmin müddətdə hərbi hissədə keçirilən təlimlər olmuşdur. 10.0N.N0N0-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, 14.1N.N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmişdir. Bu səbəbdən də 13.01.N0N0-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqı 100%-dən 0%-ə endirilmişdir. Beləliklə, o, 18.10.N019-cu il tarixdə Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsinə baxmayaraq, qanunsuz olaraq 09.1N.N019-cu ildə toplantıya cəlb olunmuşdur. Bundan əlavə, N019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almasına və qanunla müəyyən edil miş qaydada bir ildən sonra məharət dərəcəsi verilməli və ya təsdiq olunmalı olduğu halda, eləcədə 13.1N.N019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmasına baxmayaraq, 14.1N.N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmiş və həmçinin bu səbəbdən də 13.01.N0N0-ci il tarixli Müdafiə Nazirinin müaviniHərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqından məhrum olunmuşdur. Azərbaycan Respublikasının “Hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin N8-ci maddəsinə əsasən məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlarda üzrlü səbəbdən iştirak edə bilməyən hərbi qulluqçuların mövcüd məharət dərəcələri növbəti sınaqların keçi rilməsinə qədər saxlanılır, bu barədə komissiyanın aktında qeyd edilir və müvafiq komandirin (rəisin) əmrinə salınır. Həmin əsasnamənin 3N-ci bəndinə əsasən sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcələri növbəti sınaqlara qədər saxlanılır. Əsasnamənin 33-cü bəndinə əsasən sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçular bu barədə komissiya sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibbi taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışlar təqdim etməlidirlər. Göründüyü kimi, o, xəstəliyi ilə bağlı arayışı müvafiq komissiyaya təqdim etsə də sınaq imtahanlarının nəticəsi olaraq guya iki fəndən qeyri-kafi qiymətləndirilərək m əharət dərəcəsi iki pillə aşağı endirilərək əsasnamənin N8, 3N və 33- cü bəndinin tələbləri cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da göründüyü kimi, 14.1N.N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri onun 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində qanunsuz olduğundan ləğv edilməli və onun 1-ci məharət dərəcəsi bərpa edilərək pensiyasının yenidən hesablanması cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qa yda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin qanunun 73.N-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 14.1N.N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilməsi ilə bağlı inzibati akt və 13.01.N0N0-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqının 100%- dən 0%-ə endirilməsi ilə bağlı inzibati aktlarda, həmin qanunsuz inzibati aktlardan ona qarşı mümkün hüquqi müdafiə vasitələri, istifadə qaydası və müddəti barədə məlumatlar qeyd edilməmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. 14.1N.N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum olduğuna görə həmin əmrin qüvvədə olduğu müddətd ə onun pensiya almaq hüququ qismən məhdudlaşır. Bundan başqa, 13.01.N0N0-ci il tarixli Müdafiə Nazirinin müaviniHərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə isə xidməti dövründə N019-cu il ərzində hər hansı nöqsanı olmadığı halda, inzibati və cinayət məsuliyyətinə cəlb olunmadığı halda, döyüş tapşırığının yerinə yetirilməsində daimi müsbət cəhətdən fərqləndiyi halda, digər hərbi qulluqçulara ödənən lakin ona ödənməyən 13-cü əmək haqqından məhrum edilmişdir. 13.01.N0N0-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə Azərbaycan Respublikasının Konstitusiyasının N5-ci maddəsinə əsasən bərabərlik prinsipi pozulmuşdur. Qeyd edilən konstitusion hüquqları pozulmaqla verilməli olan mükafatdan, yəni 13-cü əmək haqqından məhrum edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, N-1(118)-947/N0N0 saylı iş) 11 noyabr N0N0-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xəstəliyi ilə bağlı üzrlü səbəblərdən həmin tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və ya digər səlahiyyətli şəxsə müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar fiziki hazırlıqdan aşağı qiymət aldığını bildirsə də, bununla bağlı məsul şəxsləri qaydalara uyğun olaraq məlumatlandırmamışdır. İddiaçı müraciətin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək və rəhbər heyəti ilə toplanışdan azad olunması üçün özündən asılı olan zəruri tədbirlər görməmişdir. Toplantı zamanı keçirilmiş imtahan və sınaqlarda iştirak etmi ş və onun göstərilən tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və Vİİ qrupun (hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə) rəhbərinə müraciət etməsi faktı hər hansı şifahi və yazılı sübutla təsdiq olunmur. Bundan əlavə, iddiaçının yalnız fiziki hazırlıqdan deyil, test imtahanından da qiyməti qeyri-kafi olmuşdur.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X9-məruzəçi, X6 və X3, N-1(105)-147/N0N1 saylı iş) 10 mart N0N1-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 11 noyabr N0N0-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı 13 aprel N0N1-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçı 1993-cü ildən 13 dekabr N019-cu il tarixədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son xidmət yeri N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvipsixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsi olmuşdur. N019-cu ilin iyul ayında N nömrəli hərbi hissədə xidmət edərkən X7 keçirilən məharət dərəcəsində iştirak edərək 1-ci məharət dərəcəsinə layiq görülmüşdür. 18 oktyabr N019-cu ildə Mərkəzi Hərbi Həkim komissiyasının rəyinə əsasən “Hissi, hərəkəti pozulmalarla və davamlı ağrı sindromu ilə müşayiət olunan, tez-tez residiv verən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ31,6. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 66b, N6b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. 19.11.N019-cu il tarixdə tərxis olunması ilə əlaqədar N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinə təqdimat göndərilmişdir. Həmçinin, 09.1N.N019-cu il tarixdən 11.1N.N019-cu il tarixədək X7 keçirilən yuxarı komandir heyətinin toplantısında iştirak etmişdir. Toplantıya cəlb olunmamışdan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən, həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir.
14. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş 0N.1N.N019-cu il tarixli, 779/16 №-li telefonoqramdan görünür ki, 09-11 dekabr N019-cu il tarixlərində Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanış keçiriləcək və həmin toplanışa Müdafiə Nazirinin müavinlər i, qoşun komandanları və onların müavinləri, Müdafiə Nazirliyinin Baş İdarə, Xidmət rəisləri və hərbi birlik, birləşmə komandirləri və onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və onların müavinləri cəlb edilirlər. Toplanışda yalnız ştat üzrə bu vəzifələri tutan zabit iştirak edir. Lakin, o, hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edirdi və bu telefonoqramda göstərilən vəzifələrin heç birini tutmurdu. Həmçinin, öz səhhətinə görə bu toplanışlarda iştirak edə və fiziki hazırlıq üzrə imtahana cəlb edilə bilməzdi. Belə ki, o, artıq 18.10.N019-cu il tarixdə-imtahanlardan xeyli əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının 18.10.N019-cu il tarixli müvafiq qərarı ilə hərbi xidmətə yarasız hesab edilmişdir. Həmin qərarda xəstəliyin diaqnozu ağrı sindromu ilə müşayiət olunan fəqərənin İ dərəcəli spondilolistezi, L5 fəqərəaltı diskin protruziyası, hissi, hərəki pozulmalarla və davamlı ağrı sindromu ilə müşayiət olunan, tez-tez residef verən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində ifadəsi ilə göstərilmişdir. 13.0N.N019-cu il tarixdə isə xəstəliyinə, yəni səhhəti xidmətini davam etdirməyə imkan vermədiyinə görə Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Belə olan halda, onun imtahanlara, o cümlədən fiziki hazırlıq üzrə imtahana cəlb olunmağı əsassız və qanunsuz olmuşdur. Məharət dərəcəsi Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 14.1N.N019-cu il tarixli, 0319 №-li müvafiq əmri ilə N pillə aşağı endirilmişdir. Baxmayaraq ki, onun bundan 1 gün əvvəl Müdafiə Nazirinin 13.1N.N019-cu il tarixli, 0977 №-li müvafiq əmri ilə xəstəliyə görə ordu sıralarından tərxis olunmuşdur. Bu səbəbdən də Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 14.1N.N019-cu il tarixli, 0319 №-li müvafiq əmri hüquqi əhəmiyyət kəsb edə bilməzdi. Səhhətinə görə hərbi xidmətə yararsız olmağı isə məharət dərəcəsinin verilməsi üçün tələb olunan imtahanlara cəlb olunmadan ona malik olduğu 1-ci məharət dərəcəsinin saxlanılması hüququnu verirdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasın da kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə
37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu (-). 37.N. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
19. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə N0. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gü n; hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün.
20. Azərbaycan Respublikası Müdafiə nazirinin N1.05.N016-cı il tarixli 0N nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”: 14-cü bənd. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi N il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. 33-cü bənd. Sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən h ərbi qulluqçular bu barədə komissiya sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibbi taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışlar təqdim etməlidirlər. 37.N.4-cü bənd. Yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məharət dərəcəli mütəxəssislər isə “kafi” qiymət aldıqda müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi iki pillə aşağı endirilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 1N. İşin hallarının araşdırılması prinsipi 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası 58.1 Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.N. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hal larda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.N. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İddiaçının ehtiyata buraxılmazdan əvvəl xidmət yeri hərbi hissə komandirinin müavini vəzifəsi olmuşdur. İddiaçı xidməti vəzifəsinə görə 09.1N.N019-cu il tarixdən 11.1N.N019-cu il tarixədək X7 keçirilən yuxarı komandir heyətinin toplantısında, habelə həmin toplantıda keçirilən imtahan və sınaqlarda iştirak etmişdir. 09-11 dekabr N019-cu il tarixlərdə keçirilmiş toplanışın ümumi qiymətləndirmə cədvəlinə əsasən iddiaçı fiziki hazırlıqdan - N, atəş hazırlığından - 5, sıra hazı rlığından - 4 və test imtahandan - N qiymət almışdır.
26. Cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirinin N1.05.N016-cı il tarixli 0N nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.N.4-cü bəndinə əsaslanaraq 14 dekabr N019-cu il tarixli əmri ilə iddiaçının rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət aldığına görə onun 1ci məharət dərəcəsi iki pillə aşağı-3-cü məharət dərəcəsinə endirilmişdir.
27. İddiaçı hesab edir ki, əslində 13 dekabr N019-cu il tarixli əmrlə xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunduğundan, buna qədər xəstəliyi ilə bağlı həkim komissiyası tərəfindən şəhadətləndirildiyindən və sonuncu dəfə 1-ci məharət dərə cəsini N019-cu ilin iyul ayında aldığına görə yalnız iki ildən sonra məharət dərəcəsi ilə bağlı imtahan verməli olduğundan cavabdehin hərəkəti qanuna zidd olmuşdur.
28. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Hərbi xidmətlə bağlı qanunvericiliyin tələbinə görə hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
30. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, hərbi hissə komandirinin N7 dekabr N019-cu il tarixli əmri ilə iddiaçı 10 fevral N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
31. İddiaçının hərbi biletindən çıxarışda 10 fevral N0N0-ci il tarixdə hərbi xidm ətdən ehtiyata buraxılması göstərilmişdir.
32. Apelyasiya məhkəməsi iddiaçının həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrini işə əlavə etməmiş, iddiaçının şəxsi heyətin siyahısından çıxarıldığı günü müəyyən etməmişdir.
33. İddiaçı barəsində tərtib edilmiş 18 oktyabr N019-cu il tarixli xəstəlik haqqında şəhadətnaməyə görə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir.
34. İddiaçı bildirmişdir ki, xəstəliyi ilə bağlı 19.11.N019-cu il tarixdə tərxis olunması ilə əlaqədar N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinə təqdimat göndərilmişdir. Həmçinin, 09.1N.N019-cu il tarixdən 11.1N.N019-cu il tarixədək X7 keçirilən yuxarı komandir heyətinin toplantısında iştirak etmişdir. Toplantıya cəlb olunmamışdan əvvə l hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən, həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, həmin toplantıya cəlb olunmuş və toplantıda da Mərkəzi Hərbi Həkim komissiyasının rəyini rəhbər şəxslərə təqdim etmişdir.
35. Apelyasiya məhkəməsi iddiaçının bu dəlilini araşdırmamış, iddiaçının xəstəliyi ilə bağlı Mərkəzi Hərbi Həkim komissiyası və xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən cavabdehə, o cümlədən imtahan və sınaq keçirən komissiyaya məlumat verilməsini yoxlamamış, hərbi həkim komissiyasına, cavabdehə, hərbi hissəyə sorğular etməmiş, iddiaçının şəxsi işinə baxış k eçirməmiş, imtahan və sınaq keçirilən zaman belə məlumatın cavabdehin xəbəri olub-olmamasını yoxlamamışdır.
36. Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamənin 14-cü bəndinə əsasən hərbi qulluqçulara 1-ci məharət dərəcəsi N il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır.
37. İddiaçı iddia ərizəsində bildirmişdir ki, N019-cu ilin iyul ayında N saylı hərbi hissədə xidmət edərkən X7 keçirilən tədbirdə iştirak edərək 1-ci məharət dərəcəsinə layiq görülmüşdür.
38. Apelyasiya məhkəməsi iddiaçının həqiqətən N019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almasını yoxlamamış, bununla bağlı cavabdehin münasibətini öyrənməmiş, 1-ci məha rət dərəcəsi aldıqdan sonra N il müddət keçməmiş məharət dərəcəsi ilə bağlı cavabdeh tərəfindən imtahan və sınaq keçirilməsinin səbəbi və məharət dərəcəsinin aşağı salınmasının mümkünlüyü araşdırılmamışdır
39. Apelyasiya instansiyası İPM-in 1N.1 və 58-ci maddələrinin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır.
40. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
41. İddiaçı kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş dir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının N-1(105)-147/N0N1 saylı, 10 mart N0N1-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.