Məhkəmə qərarları › İş №2-1(102)-974/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-974/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-974/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: icraatın iştirakçısı olmayan şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********700000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-754/2023 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********700000 nömrəli qərarı ilə iddiaçıya 2022-ci il üzrə 388,29 manat mənfəət vergisi hesablamışdır.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********700000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Elektron iddia ərizəsi ilə yanaşı iddiaçı “iddia verilməsi üçün nəzərdə tutulan müddəti üzrlü hesab edilərək bərpa olunması barədə” ərizə ilə də məhkəməyə müraciət etmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3031/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı isə xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə ona təqdim edilən qərarı xx.xx.2023-cü il tarixdə, yəni 1 ay 28 gün sonra məhkəmədə mübahisələndirmişdir.

6. İddiaçının qanuni təmsilçisi Nümayəndə xx.xx.2023-cü il tarix də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-754/23 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3031/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Nümayəndə adından onun vəkili və nümayəndəsi apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

27. Proses iştirakçıları 27.1. İnzibati məhkəmə icraatının iş tirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlə r. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Şikayət üzrə kassasiya mümkünsüzdür. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 27.2-ci maddəsinə görə, tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar.

12. İPM-in 90.2-ci maddəsinin tələbindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları şikayət vermək hüququna malikdirlər.

13. Hazırkı işdə inzibati məhkəmə icraatının iştirakçıları (tərəfləri) qismində İddiaçı MMC və cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi çıxış edirlər.

14. Kassasiya şikayəti isə iş üzrə tərəf və ya icraata cəlb edilmiş üçüncü şəxs olmayan fiziki şəxs Nümayəndə adından onun vəkili və notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilib.

15. Beləliklə, kassasiya şikayəti icraatın iştirakçısı (iş üzrə tərəf və ya üçüncü şəxs) olmayan şəxs tərəfindən verildiyindən, həmin şikayət İPM-in 90.2-ci maddəsinin dispozisiya şərtlərini ödəmir.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-754/2023 nömrəli qərardadından Nümayəndə adından onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar