Məhkəmə qərarları › İş №2-1(102)-995/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-995/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-995/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə müdaxilədən çəkinmə; işin hallarının hərtərəfli araşdırlmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Bakı İnzibati Məhkəməsinə Cavabdehnə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 21(103)-2063/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 08.06.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 B ünvanında yerləşən 0,0242 ha torpaq sahəsini 8500 manat məbləğinə X1 almışdır. 2. xx.xx.20 22-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 B ünvanında yerləşən 0,0242 ha torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir.

3. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-B ünvanda inşa edilən fərdi yaşayış evinin eskiz layihəsinə əsasən yaşayış evinin 3 mərtəbəli, ümumi hündürlüyünün 11,860 metr olması nəzərdə tutulmuşdur.

4. İddiaçı tikinti işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında tərtib olunmuş memarlıq-planlaşdırma həllinin təsdiq olunması barədə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli i mtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməmişdr. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş e tmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınaraq iddiaçıya xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğunu qeyd etməklə təsdiq etmişdir. İddiaçı cavabdehə müraciət edərək AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədləri təqdim edib xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması barədə məlumat vermişdir. L akin cavabdeh 10-N-52/3-151 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən, hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının təqdim etdiyi sənədin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi əsası ilə qaldırdığı məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, dövlət orqanının verdiyi rəsmi sənədlərə əsasən əldə edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin inşa edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və reyestr xidməti həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb iddiaçının adına çıxarış vermişdir. Torpaq sahəsində fərdi yaşayış evinin ara məsafəsi saxlanılmaqla inşa edilməsi nəzərdə tutulmuşdur, lakin cavabdeh əsassız olaraq həmin əsasla imtina edərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı onu da qeyd etmişdir ki, cavabdehin qanunsuz müda xiləsi nəticəsində tikinti işlərinin başlanmasının qarşısı alınmış, torpaq sahəsinin hasarı məcburi qaydada sökülmüş və iddiaçıya maddi və mənəvi zərər dəymişdir.

8. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədlərin təqdim edildiyi qeyd olunsa da həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi, tikinti əmsalı, tikinti sıxlığı əmsalı və sair tərtib olunmamışdır. İddiaçının qeyd etdiyi kimi Cavabdeh xx.xx.2022-ci il tarixli, 10-N 52/3-151 saylı məktubu ilə bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”a əsasən hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxil ində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242 x 0.4 = 96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242 x 0.6 = 145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə icra hakimiyyətinə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxl ığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. Təqdim olunmuş memarlıq planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11 metrdən artıqdır, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Mülkiyyətçi tərəfindən təqdim olunmuş memarlıq planlaşdırma həllində baş plan bölməsi olmadığından ara məsafəsi ölçülərini dəqiqləşdirmək mümkün deyildir, lakin 0.0242 ha torpaq sahəsində 3 metrdən çox ara məsafəsi saxlanılmaqla 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi mümkünsüzdür. Bu səbəbdən də təqdim edilən sənəd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (ara məsafəsi, tikinti sıxlığı, tikinti sıxlığı əmsalı və s.) tələblərinə uyğun tərtib edilm ədiyindən qaldırılmış məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(112)-3842/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında tikiləcək fərdi yaşayış evinin eskiz layihəsi Dövlət tikinti normaları nəzərə alınmaqla tərtib edilib-edilməməsi sualı qoyulmuşdur.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) mad dəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-3842/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə Cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edilərək İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməsi məsələsini araşdırmadan, həmin haldan etirazın əsası kimi istinad edilməsi üçün istifadə etdiyi üçün cavabdehin hərəkətləri “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2-1(103)-2063/2024 nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən), C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ləğ v edilmiş, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a müvafiq olaraq həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikintisi zamanı torpağın ümumi sahəsinin 0,4 hissəsi (ərazinin tikinti əmsalı), 0,6 hissəsi (ərazinin tikinti sıxlığı əmsalı) nəzərdə tutulmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242x0.4=96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242x 0.6=145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı q aydasında fərdi yaşayış evinin tikintisi məqsədilə RİHə təqdim olunmuş memarlıq-planlaşdırma həllində ərazinin tikinti əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Təqdim olunmuş memarlıq-planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həl li Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərarın çıxarılması xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, İB ünvanda yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Reyestr Xidməti həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb Çıxarış vermişdir. Torpaq sahəsində fərdi yaşayış evi ara məsafəsi saxlanılmaqla inşa edilməsi nəzərdə tutulmuş dur, lakin cavabdeh İcra Hakimiyyəti əsassız bəhanə gətirərək iddiaçının mülkiyyət hüquqlarını pozaraq, həmin ərazidə tikinti aparan digər şəxslərlə qeyri-bərabər vəziyyətə salmışdır. Məhkəmə isə bunlara əhəmiyyət verməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin hasarı sökülkdüyünə görə ora kənar şəxslər daxil olaraq məişət tullantıları atdıqları üçün yeni hasar çəkilməsinə cavabdeh Bakı şəhəri Cavabdeh qanunsuz və əsassız maneələr yaratdığından, məhkəmənin qərardadı ilə həmin torpaq sahəsinin hasara alınmasına dair maneələrin aradan qaldırılmasını cavabdehə qadağan edilmişdir. Odur ki, torpaq sahəsində yalnız hasar çəkilmişdir və orada heç bir digər tikinti işləri aparılmamışdır. Apellyasiya məhkəməsi isə torpaq sahəsində heç bir tikinti olmadığı halda və inşa ediləcək yaşayış sahəsinin hər tərəfdən nəzərdə tutulmuş ara məsafələrinin nəzərə alınmasına baxmayaraq, əraziyə baxış keçirmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir.

18. Kassasiya şikayətinin hüquqi əsasını Torpaq Məcəlləsinin 84.1-ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsi təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....

21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

1. Azərbaycan R espublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə

75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları... 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir.... Maddə

80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.... 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiy yəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların po zulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.... Maddə

92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işləri nin dayandırılması 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. Tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə;... 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər b ir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Mə cəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı Bənd 4.7. Həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 4.7-1. Həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə - həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasın ın Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.... 4.10. Həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

23. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydala rı

4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən son ra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

52. Məhkəmə iddia əri zəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kas sasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarına görə, xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin təqdim edilən memarlıqplanlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi səbəbindən cavabdeh tərəfində n layihə təsdiq edilməmişdir.

30. Həmçinin işin hallarından, o cümlədən iddiaçının apellyasiya məhkəməsinin iclasında verdiyi izahatdan müəyyən olunur ki, iddiaçı cavabdehin onun tikinti işlərində müdaxilələrini, o cümlədən onun tərəfindən inşa olunmuş hasarın sökülməsinin qanunsuz hesab edərək, müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

31. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən iddiaçı tərəfindən təqdim edilmiş layihənin qanuniliyinə qiymət verərək qeyd etmişdir ki, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Təqdim olunmuş memarlıq-planlaşdırma h əllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır.

32. Halbuki tikinti layihəsinin qanuniliyinin təsdiqi barədə iddiaçı tərəfindən tələb irəli sürülməmişdir.

33. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Halbuki İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilməli olan hal - cavabdeh tərə findən tikintiyə edilən müdaxilənin nədən ibarət olması və həmin müdaxilənin qanuni olub-olmamasıdır.

35. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hal lar Nazirliyi) səlahiyyətindədir.

36. Belə olan halda, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər məhz həmin qurum tərəfindən görülə bilər.

37. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4.3-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanları barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, aşkar olunmuş pozunt ular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

38. Göründüyü kimi, cavabdehin səlahiyyəti hazırkı halda qanunsuz tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyinə məlumat vermək ilə məhdudlaşır. Lakin iş materiallarında belə bir məlumatın cavabdeh tərəfindən verilməsi müəyyən olunmur, iddiaçının dəlillərinə görə cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına müdaxilə edilir, apellyasiya məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamışdır.

39. İş üzrə dolğun araşdırılma tələb olundu halda bunun etmədən iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.

40. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxıl ması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

41. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iş üzrə ziddiyyətli hallara qiymət verməli iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində İPM-in 13cü maddəsinin tələbləri baxımından iddiaçıya yardım etməli və Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyini nəzərə alaraq qanuni və əsaslı qərar qəbul etməlidir

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 21(103)-2063/2024 n ömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar