Məhkəmə qərarları › İş №2-1(102)-999/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-999/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-999/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx"MMC-nin cavabdehlər Azərbaycan Respublikası X8 X2nə və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerin təkindən istifadəyə icazənin ləğvi barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (26.*9.2**6-cı il tarixdə qeydiyyata alınıb; VÖEN: 55**2*5811) cavabdehlər Azərbaycan Respublikası X8 X2 və Cavabdeh3nə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərv ətlər Nazirliyi, "xxxx"MMC, "xxxx" ASC) “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2*22-ci il tarixli, 2-1(1*3)343/2*22 nömrəli qərarından Cavabdeh3 və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında *4.*7.2**8-ci il tarixdə bağlanmış “Yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında” müqavilənin 1-ci, 2-ci, 2.1-ci, 2.2-ci və 2.3-cü maddələrinə əsasən, yerin təkindən istifadənin növü istehsal tullantılarından istifadədir, faydalı qazıntıların çıxarılacağı və yaxud işin görüləcəyi y atağın (sahənin) adı “Qaradağ” əhəngdaşı yatağı (İİ geoloji sahə), yerləşdiyi yer və inzibati ərazi vahidi isə Bakı şəhəri, Qaradağ rayonu, sahəsi 253 hektardır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, yerin təki (istehsal tullantısı) ehtiyatı tükənənədək istifadəyə verilir.

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.*5.2*19-cu il tarixli, 19/Ü nömrəli əmri ilə Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı arasında bağlanmış *4.*7.2**8-ci il tarixli müqaviləyə və *8.*7.2**8-ci il tarixli DEİ/936 nömrəli icazə sənədinə xitam verilmişdir.

3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspert iza İdarəsi tərəfindən 2* may 2*19-cu il tarixdə "xxxx"MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən hər il dağ-mədən işlərinin inkişaf planının razılaşdırılmasının təmin olunmadığından, faydalı qazıntı (əhəngdaşı tullantısı) ehtiyatlarının hasilatı haqqında illik hesabat balansının (5G forması) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun təqdim olunmadığından, yerin təkindən (istehsalat tullantılarından) istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının aparılması təmin edilmədiyindən, yerin təkindən (istehsalat tullantılarından) istifadə ilə əlaqədar ətraf mühitin çirkləndirilməsinə görə müəyyən ödənişlərin həyata keçirilməsi təmin olunmadığından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət E kspertiza İdarəsinin 16.*5.2*19-cu il tarixli, 19/Ü nömrəli əmri ilə Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı arasında bağlanmış *4.*7.2**8-ci il tarixli müqaviləyə və *8.*7.2**8-ci il tarixli DEİ/936 nömrəli icazə sənədinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı *2 sentyabr 2*19-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə” dair *4.*7.2**8-ci il tarixli müqaviləyə və *8.*7.2**8-ci il tarixli icazə sənədinə xitam verən cavabdehin 16.*5.2*19-cu il tarixli, 19/ü nömrəli əmrinin ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əgər cavabdeh tərəfin *4.*7.2**8-ci il tarixli müqaviləyə və *8.*7.2**8-ci il tarixli icazə sənədinə xitam verilməsi üçün qüsurlar var idisə, ilk növbədə iddiaçıya həmin qüsurların aradan qaldırılması üçün xəbərdarlıq edilməli idi. Daha sonra qeyd edilən müqavilə və icazə ləğv olunmalı idi. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququnun xitamı və məhdudlaşdırılması zamanı yerin təkinin istifadəçisi əvvəlcədən xəbərdar edilməlidir. Lakin cavabdeh hər hansı xəbərdarlıq etmədən birbaşa * 4.*7.2**8-ci il tarixli müqaviləyə və *8.*7.2**8-ci il tarixli icazə sənədinə 16.*5.2*19-cu il tarixli 19/ü nömrəli Əmri ilə xitam vermişdir. Halbuki, müqavilənin heç bir xəbərdarlıq etmədən birtərəfli qaydada ləğv edilməsi qeyri-qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Eyni zamanda, müəssisənin fəaliyyəti nəticəsində uzun illər ərzində ətraf mühiti çirkləndirən tullantılar yararlı hala salınaraq istifadə edilmiş və bunun nəticəsində dövlət büdcəsinə ödənişlər edilmiş, həmçinin yeni iş yerləri yaradılmaqla xalqa və dövlətə xeyir verilmişdir ki, bu kimi hallar da nəzərə alınmalı idi.

6. Cavabdeh Azərbayca n Respublikası X8 X2 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, X5 İdarəsinin hüquqi varisi deyil, Dövlət Ekspertiza İdarəsinin hüquqi varisi X7 Agentliyidir. Qeyd olunan səbəbdən, X8 X2 cavabdehlər sırasından çıxarılmalı və yaxud iddia ona münasibətdə rədd edilməlidir.

7. Bakı İnzibati Məhkəməsinin *3 avqust 2*21-ci il tarixli, 2-1(112)-5968/2*21 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə "xxxx" MMC (VÖEN: 55**2*5811) arasında bağlanmış *4.*7.2**8-ci il tarixli müqaviləyə və *8.*7.2**8-ci il tarixli icazə sənədinə xitam verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.*5.2*19-cu il tarixli 19/ü nömrəli əmri ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə icraatı zamanı Dövlət Ekspertiza İdarəsi tərəfindən 16.*5.2*19-cu il tarixli, 19/ü nömrəli əmrin (inzibati aktın) qəbul edilməsi zamanı Qanunda nəzərdə tutulan prosedura riayət olunmasını təsdiq edən sənədlər, o cümlədən həmin əmr (inzibati akt) qəbul edilməmişdən öncə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilən şərtlərə uyğun "xxxx" MMC-yə xəbərdarlıq məktubunun göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə, buna dair sübutların məhkəməyə təqdim edilməsi tələb olunmasına baxmayaraq, məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Belə olan halda, mübahisələndirilən əmr “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 5-ci və 6-cı cümləsinin tələblərinə uyğun olmadığından (“Lisenziyalar və i cazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə xəbərdarlıq edildiyi (qeyd edilən halda qanunun mənasına görə yerin təkindən istifadə hüququ dayandırılmalı idi), eləcə də lisenziyanın ləğvi ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin şərtlərinin mövcudluğu müəyyənləşdirilmir), mübahisələndirlən qərar icazənin ləğv edilməsi hissəsində qanunsuzdur. Mübahisələndirilən qərarın müqavilənin ləğvi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, *4.*7.2**8-ci il tarixli müqavilədə onun birtərəfli qaydada ləğvi nəzərdə tutulmadığından onun ləğvi tərəflərin razılaşması ilə və ya digər tərəf müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda məhkəmə qaydasında mümkündür.

9. Cavabdeh3 və üçüncü şəxs "xxxx" MMC həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat 1*. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2*22-ci il tarixli, 2-1(1*3)-343/2*22 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *3 avqust 2*21-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh3 və üçüncü şəxs "xxxx" MMC həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC *4.*7.2**8-ci il tarixli müqavilə ilə icrasına zəmanət verdiyi öhdəliklərini (müqavilənin 5.3.3, 5.3.4, 5.3.6, 5.3.1*, 5.3.11, 11.1,11.2-cı bəndlərinin tələblərini) pozmuşdur.

14. Bundan əlavə, apellyasiya instansiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə zidd olaraq kommersiya maraqları və mülkiyyət hüququnun təmin edilməsi baxımından yanaşılmış, birinci instansiya məhkəməsinin qərarında göstərilən “iddiaçının mülkiyyətinə müdaxilə” fikri əsassız olaraq təkrarlanaraq “mülkiyyət” anlayışının “mövcud mülkiyyətlə” məhdudlaşmadığı və “gözlənti’’ si olan mülkiyyətə şamil edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasında “mülkiyyət” anlayışı Mülki Məcəllə və “Azərbaycan Respublikasında mülkiyyət haqqında” qanunlarla tənzimlənir. Mülkiyyət hüququnu daşınmaz digər hüquqlardan fərqləndirən xüsusiyyəti mülkiyyətdə olan əmlaka dair sərbəst sərəncam vermə və onu özgəninkiləşdirmə imkanın olmasıdır. Mülki Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. İddiaçıya ayrılmış sahə üzərində belə hüquq verilməmiş, onun torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, həmçinin olunan İİ geoloji sahənin gələcək də iddiaçının mülkiyyətinə keçiriləcəyinə dair hər hansı razılaşma və ya qanuni mövcud deyildir. Mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. (“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3* mart 2**6-cı il tarixli, № 5-li qərarının 23cü bəndi). Eyni zamanda Azərbaycan Respublikasının Torpaq Məcəl ləsinin 46.1-ci maddəsinin ikinci abzasına əsasən dağ-mədən sənayesinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46.2.-ci maddəsinə əsasən 46.1-ci maddədə göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Belə olan halda hər hansı “mülkiyyət’ və ya “gözlənti”dən danışmaq olmaz.

15. Həmçinin məhkəmə cavabdehin “Lisenziyalar və icazələr haqqında” qanuna və müqaviləyə zidd davrandığı, iddiaçıya “xəbərdarlıq məktubu” təqdim etmədiyi və inzibati icraatda iştirakının təmin edilmədiyini əsas gətirərək cavabdehin əleyhinə, dövlət və ictimai maraqlara zidd qərar qəbul etmişdir. Halbuki, “Lisenziyalar və icazələr haqqında” qan unda nə də müqavilədə “xəbərdarlıq məktubu”na dair və yaxud da xəbərdarlıq edilməsinin forması və şərtləri barədə hər hansı bənd nəzərdə tutulmamışdır. Qanunvericilikdə tərəf “bildiyi və ya bilməli olduğu andan” məlumatlı hesab edilir. Müqaviləni rəsmi qaydada imza və möhürlə təsdiqləyərək qəbul edən tərəf icra etməli olduğu öhdəlikləri və onları icra etmədiyi barədə artıq kifayət qədər məlumatlıdır. Bu səbəbdən cavabdehdən məhz “xəbərdarlıq məktubu”nun tələb edilməsi qanunsuz və əsassızdır.

16. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 21.3.2-ci maddəsinin tələblərinə əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının “Sağlam ətraf mühitdə yaşamaq hüququ” adlanan 39-cu maddəsi hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu tanıyır. Həmin maddə ətraf mühitə və təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilməsi və ya zərər vurulmasını kimliyindən asılı olmayaraq hər kəsə qadağan edir. Eyni maddə ilə ekoloji tarazlığın saxlanılmasına dövlət tərəfindən təminat verilir. İnsanların ekoloji hüquqları konstitusion hüquqların müstəqil bir növü olub insanın təbii ətraf mühitlə qarşılıqlı əlaqələrini əhatə edir. Təbii sərvətlərin idarə olunması üzrə dövlətin funksiyalarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Təbii sərvətlərin i darə olunması üzrə dövlətin funksiyaları əsas qanun olan Konstitusiyanın 39-cu maddəsi ilə insanın təməl hüquqlarından biri kimi təyin olunmuş hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi üzrə tədbirləri əhatə edir. Nazirlik öz vəzifə və səlahiyyətlərini biribaşa idarə aparatı və ya tabeli qurumları vasitəsi ilə həyata keçirir. Nazirliyin səlahiyyətlərinə təbiətdən istifadəyə nəzarət, icazələrin verilməsi, qadağan olunması, həmçinin verilmiş icazələrin qüvvəsinin dayandırılması və ya ləğv olunması daxildir. Nazirliyin öz vəzifə və səlahiyyətlərini həyata keçirmə vasitəsi olan qurumlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2*19-cu il 16 yanvar tarixli, 476 nömrəli Fərmanına əsasən Dövlət Ekspertiza İdarəsinin əsasında yaradılmış X7 Agentliyidir(bundan sonra DEE A). Agentlik təsərrüfat və digər fəaliyyətlərin X7sından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Öz Nizamnaməsinin 1.7,-cİ maddəsinə əsasən DEEA məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Göründüyü kimi Cavabdeh tərəfindən dövlət və ictimai maraqlarına vurulan ziyanın aradan qaldırılması üçün inzibati aktın dərhal qəbul edilməsi zərurəti ilə əlaqədar 16.*5.2*19-cu İS tarixli, 19/* nömrəli əmrlə iddiaçı ilə bağlanmış müqavilə və verilmiş icazə sənədi ləğv olunmuşdur. Üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi "xxxx" ASC tərəlindən verilmiş a pellyasiya şikayətində göstərdiyi hazırkı mübahisə edilən işin obyekti ilə əlaqədar maraqlarını nəzərə almamış və nəticədə "xxxx" ASC-nin mülkiyyətində olan əmlakla əlaqədar qərar verərək onun mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin 28 fevral 1991-ci il tarixli 27 saylı əmrinə əsasən Qaradağ rayonu ərazisində 2-ci Geoloji sahənin və "Vulkan” əhəng daşı yatağının əsasında "Vulkan” Tikinti Materialları Kombinatı (TMK) yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin sənayedə təhlükəsiz iş aparılmasına və dağ işlərinə nəzarət edən Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 82 nömrəli Yataqayırma aktına əsasən Bakı şəhərinin 35- 4* km cənub-şərqində Qaradağ rayonu ərazisində, Qaradağ əhəng daşı yatağında, 2-ci geoloji sahədə yer səthinin planında 311,6 hektar olmaqla "xxxx" TMK-na verilmişdir. Göstərilən 2-ci geoloji sahədə "xxxx" TMK fəaliyyət göstərmiş və fəaliyyəti nəticəsində yaranmış əhəngdaşı tullantılarını həmin ərazidə yığmışdır. "xxxx" TMK sonradan "xxxx" ATSC-nə, o da "xxxx" ASC-yə çevrilmişdir. "xxxx" ASC mişar daşının istehsalı üçün nəzərdə tutulmuş müvafiq ödənişləri ödəmiş və istehsal nəticəsində yaranan tullantı da mütləq formada onun mülkiyyətini təşkil edir. Yəni hazırkı işdə yerin təki kimi göstərilən əhəngdaşı tullantıları "xxxx" ASC-yə məxsusdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi özü də həmin tullantıların "xxxx" ASC-yə məxsus olduğunu təsdiq etmişdir. Belə ki, həmin idarənin "xxxx" ASC-nin direktoru V.Rəhimova ünvanladığı 15/45 6 saylı 19.*2.2*16-cı il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" ASC. "xxxx" ATSC-nin hüquqi varisi olduğu üçüm "xxxx" ATSC-nin fəaliyyəti zamanı əmələ gəlmiş əhəngdaşı tullantıları da ona məxsusdur.

18. Bundan əlavə, hazırkı iş üzrə mübahisənin hüquqi əsasını təşkil edən sənəd Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 2**8-ci il tarixli müqavilədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nə 2**1-ci il tarixli əsasnaməsində, nə də 2*2*- ci il tarixli əsasnaməsində istehsalat tullantılarından istifadəyə icazə verilməsi İlə əlaqədar səlahiyyətlər müəyyən edilməmişdir. “Lisenziyalar və icazələr haqqında” 15 mart 2*16-cı il tarixli Azərbaycan Respublikasının qanunun 3 nömrəli əlavəsində Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı göstərilmişdir. Göstə rilən siyahıda da əhəng daşının istehsal tullantılarından istifadəyə icazə verilməsi səlahiyyəti qeyd olunmamışdır. Yəni əhəngdaşı tullantılarından istifadə tullantının mülkiyyətçisinə məxsus olduğundan icazə verilən fəaliyyət sahələrinə aid deyil.

19. İş materiallarına əlavə edilmiş Vəkil1 tərəfindən X7 Agentliyinə ünvanlanmış Dövlət Ekspertiza İdarəsinin müqavilə əsasında hər hansı bir müəssisəyə məxsus istehsalat tullantılarının başqa bir müəssisəyə vermə səlahiyyətlərinin olması barədə məlumat verilməsinə dair sorğuya həmin agentlik tərəfindən 12.*8.2*21-ci il tarixli 22/1762 nömrəli məktubla cavab verilmişdir. Məktubda bildirilir ki, Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı dövlət proqramının icrasının təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılmas ı tədbirlərinin həyata keçirilməsi, uzun illər ərzində toplanmış, istifadəsiz qalaraq ətraf mühitə mənfi təsir göstərən, lakin iqtisadi baxımdan səmərə verməsi mümkün olan tullantılardan səmərəli istifadəni təmin etmək məqsədi ilə texniki rekultivasiya işləri aparılmaqla istehsal tullantılarından istifadəyə Dövlət Ekspertiza İdarəsi tərəfindən icazə verilməsi halı mövcud olmuşdur. X6 İdarəsinin əsasında yaradılmış və onun hüquqi varisi olan X7 Agentliyinin belə bir səlahiyyəti yoxdur. Məktubdan göründüyü kimi Dövlət Ekspertiza İdarəsinin "Vulkan“ ASC-yə məxsus istehsalat tullantılarını başqa müəssisəyə vermək səlahiyyəti hər hansı normativ sənəddə açıq ifadə edilməyib, yəni tullantıdan istifadəyə icazə verilməsi hallarının mövcud olması fikrinin heç bir hüquqi əsaslandırması yoxdur. "xxxx" ASC-yə mülkiyyət hüququ ilə məxsus olan istehsalat tullantısı barəsində qeyri-qanuni olaraq müqavilə bağlanmışdır. Hər hansı fəaliyyətə icazə və ya lisenziya verilməsi ilə əlaqədar səlahiyyətlər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun qanunla tənzimlənir. Nəticə olaraq, Dövlət Ekspertiza İdarəsi heç bir hüquqi əsas olmadan "xxxx" ASC-yə məxsus istehsalat tullantılarını "xxxx" MMC-nin istifadəsinə vermişdir. Buna görə də həmin müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13.12.2*21-ci il tarixli 26/13*4 saylı cavab məktubunda qeyd edilmişdir ki, araşdırma ilə əlaqədar “Qaradağ-İİ” əhəndaşı yatağında Nazirliyin Milli Hidrometeorologiya X idmətinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılmış, tullantıların avtonəqliyyat vasitələrinə yüklənməsi zamanı ətraf mühitə yayılan tozun miqdarının yol verilən norma həddindən artıq olduğu müəyyən edilmiş və faktla bağlı təqsirkar barəsində protokol tərtib edilmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin *4.*7.2**8-ci il tarixli müqavilə ilə "xxxx" ASC-nin istehsalat tullantılarından istifadə etməsi artıq bir neçə müddətdir ki, ekoloji normaların pozulması ilə həyata keçirilir, lakin Bakı Apellyasiya Məhkəməsi "xxxx" ASC-yə məxsus istehsalat tullantılarının "xxxx" MMC tərəfindən qeyri-qanuni olaraq istismar edilməsinə yəni mülkiyyət hüququnun pozulmasına heç bir hüquqi qiymət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri 2*. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim e dilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.... Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, y erin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir.... 22. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır:... 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; Maddə 26. 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26. 1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inz ibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qəra rdadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ara şdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 3*. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə qeyd olunan əmrin ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, mübahi sələndirilən qərar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin yuxarıda istinad edilən müddəalarının tələblərinə uyğun olmadığından icazənin ləğv edilməsi hissəsində qanunsuzdur. Buna görə də, şikayətlərin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2*22-ci il tarixli, 2-1(1*3)-343/2*22 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar