Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1042/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası daxilində) qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 577 saylı qərarına əsasən xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 8.611,51 rublun 4 qat məbləği 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Göyüşov izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Məmmədova izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin materiallarında olan 19 yanvar 2007-ci ildə verilmiş 53 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı 22.02.-xx.xx.1988-ci il tarixdə Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etmişdir (əsas: hərbi komissarlığın təqdim etdiyi 52 saylı 25.12.06-cı il tarixli arayış). Qəza zonasının 30 km-də işləyərkən şüalanma dozası almışdır. Bundan sonra baş ağrıları, baş gicəllənmə, əsəbilik, ümumi zəiflik şikayətləri əmələ gəlmişdir. xx.xx.1991-ci il tarixdə xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən «Radiasion toksiki ensefalopatiya . NSD hipertenziv tip.Asteno-nevrotik vəziyyət. Xroniki xolesistit» diaqnozu qoyulmuş və «Xəstəlik Çernobıl AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanma ilə əlaqəlidir» rəyi verilmişdir. 09.07.-xx.xx.1993-cü ildə Bakı şəhər 5 saylı klinik xəstəxanada «Qabarıq asteno-nevrotik vəziyyət. Serebral araxnodit, hipertonik sindromla» diaqnozu ilə stasionar müalicə alıb. Diaqnozun və ekspert rəyinin dəqiqləşdirilməsi üçün MN ştatdankənar baş nevropatoloqu, baş psixiatrı və baş kardioloqu ilə konsultasiya aparılmışdır. Diaqnoz və xəsarətin (travmanın, yararlanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Postradiasion mənşəli İ (birinci) mərhələ xroniki toksiki dissirkulyator ensefalopatiya. Hipertoniya xəstəliyi İ (birinci) mərhələ. Ürəyin işemik xəstəliyi. Aorta və tac damarların aterosklerozu. Aterosklerotik Kardioskleroz. QDÇ-0 Baş beynin üzvü zədələnməsindən sonrakı asteno – nevrotik təzahürlər. Presbiopiya 2,0 D. Xroniki kalkulyoz xolesistit, remissiya mərhələsində. İşdə olan İddiaçı pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, o, 1993-cü il tarixdən ÇAES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı aldığı xəsarətlərlə əlaqədar əlilliyə görə əmək pensiyası alır. İşdə olan İddiaçı pensiya işində olan Xətai rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 1/144 №-li arayışında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək ÇAES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı 8611,51 rubl 51 qəpik əmək haqqı almışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 125/24 nömrəli əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1988-1991-ci illərdə cəmi 47.773,75 (qırx yeddi min yeddi yüz yetmiş üç rubl, yetmiş beş qəpik) rubl əmək haqqı hesablanmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı ünvanlanmış 27 yanvar 2021-ci il tarixli **********3 nömrəli məktubdan görünür ki, “X1 Haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim etdiyi sənədlərlə orta aylıq əmək haqqı əsasında iddiaçıya xx.xx.1991-ci il tarixdə İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.Həmçinin Qanunun 26.1-ci maddəsinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublkası Qanununa xx.xx.2008-ci ildə edilmiş dəyişikliyə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.Qeyd olunan maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.Eyni zamanda Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.Qeyd olunanlara əsasən əlilliyə görə əmək pensiyasının təqdim etdiyi əmək haqqı və digər sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verilmiş 04 iyun 2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunan zaman 4 qat məbləğ nəzərə alınmamışdır. Həmçinin İddiaçı əlilliyə görə təyin olunmuş əmək pensiyası yenidən hesablanmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, kimi iddiaçının iddia etdiyi məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi əsassız oluğundan təmin edilməməlidir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 22 fevral 1986-cı il tarixdən 08 avqust 1986-cı il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və bununla əlaqədar ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və xx.xx.1993-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun düzgün hesablandığını bildirərək, tələbinin təmin edilməsindən imtina etmişdir. "X1 haqqında” Azerbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin kateqoriyadan olan şəxslərə pensiyalar səhhətə zərər vurulandan əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, minimum əmək haqqının beş qat məbləğindən Çernobil AES-da və Slavutic şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobil AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından hesablanır. Bu kateqoriyadan olan vətəndaşlara pensiya digər növ pensiyalardan fərqli olaraq hadisə baş verənden əvvəlki 12 ayın gəlirindən hesablanır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Çernobil AES qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışanlara Azerbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli 577 saylı qərarına əsasən əmək haqqının 4 qat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması qaydası qeyd olunan Qanunun 83cü maddəsində nəzərdə tutulmuşdur.Bu halda ödənilmiş dörd qat məbləğ Çernobil AESdə olduğu günlərin sayına bölünüb 25,4 vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, X3 pensiya hüququ xx.xx.1991 -ci ildən yarandığına göre keçmiş SSRİ qanunvericiliyinə əsasən ona Çernobil AES-də işə görə aldığı maaşla əsas iş yerində saxlanan orta aylıq əmək haqqı birləşdirilməlidir. İş materiallarında olan arayışdan görünür ki, X3 Çernobil AES-də aldığı əmək haqqı 1988-ci ilin mart ayı- 1300 rubl, aprel ayı- 1500 rubl, may ayı1400 rubl, iyun ayı-1650 rubl, iyul ayı — 1800 rubl əmək haqqı almışdır.Yarımçıq aylar nazara alınmadığı üçün - 7650 rubl : 5 aya 1530 rubl oda aylıq emek haqqı və həmin aylarla əsas iş yerindən saxlanan əmək haqqı — mart ayı 592.70 rubl, aprel ayı - 352.82 rubl, may ayı — 387.48 rubl, iyun ayı - 368.16 rubl, iyul ayı - 352.82 rubl olmaqla 2053.98 rubl: 5 ay üzra - 410.79 rubl orta aylıq əmək haqqı təşkil edir. Kollegiya qeyd etməyi zəruri hesab edərək bildirir ki, hər iki iş yeri nəzərə alınmaqla X3 orta aylıq əmək haqqı (1530+410.79=1940.79 rubl) 1940.79 rubl təşkil edir.. “Əmak pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununa xx.xx.2008-ci ildə edilmiş dəyişikliklərə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının 3 qat məbləğində) təsdiq edilməklə hesablanmış əmək pensiyası həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikde nəzərdə tutulduğu kimi iddiaçı X3 Çernobil AES-in 30km-lik zonasında 166 gün çalışaraq aldığı (8611.51 rubl) maaş həmin günlərə görə əsas iş yerində saxlanılan (2474.80 rubl) maaşla birləşdirilməsindən alınan (1696 rubl) orta aylıq əmək haqqının üzərinə Azərbaycan SSR Nazirlər Sovetinin 577 saylı Qərarınə əsasən, həm də əsas iş yerində Rafail Abbasova verilən bir ayın 4 qat məbləğində (3396.99 rubl) olan mükafat da əlavə edilməklə onun pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik olaraq ödənilməsi öhdəilyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1042/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1042/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver