Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1051/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7688/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında (İPM m.33.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ,dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi qoyulmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır. «…İddiaçıya Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən 22 fevral 2011-ci il tarixindən ərizəçiyə sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilib. 2019-cu ildən həmin pensiyanın ödənişi dayandırılıb. Müvəqqəti olaraq ABŞ-da yaşayan ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ABŞ-dan müraciət etməsi mümkün olmadığından, Vəkil müvafiq etibarnamə verib. 14 sentyabr 2021-ci il tarixində Vəkil müvəkkilinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə təqdim edib. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 09 oktyabr 2021- ci il tarixli **********0 №-li cavab məktubunda göstərilib ki, Ərizəçiyə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qərar müəllifləri öz mövqelərini belə əsaslandırmağa çalışıblar ki, guya Ərizəçi dövlət qulluğunda 15 ildən az - 11 il 6 ay fəaliyyət göstərdiyindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması mümkün deyil. Ərizəçi bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət verib. Lakin ona yenə də cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktorunun imzası ilə eyni “Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” 25 fevral 2022-ci il tarixli **********32 №-li cavab məktubu göndərimişdir. Həmin məktubda Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-də bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda X5 Gənclər İttifaqı və İttifaqda mövcud olmuş vəzifələr, Azərbaycan SSR Ali Sovetinin üzvü nəzərdə tutulmamışdır. Bununla əlaqədar İddiaçı müraciətinizdə qeyd etdiyiniz vəzifələrdə işlədiyi müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə ataraq, Mərkəzi Filialda İddiaçı dair mövcud olan sənədlərdə dövlət qulluğu stajı 15 ildən az (11 il 6 ay 25 gün) təşkil edir. Bu səbəbdən adıçəkilən şəxsə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin yanaşmasını tamamilə qüsurlu, qanunsuz və ədalətsizdir. Əvvəla, iddiaçıya hələ 2011-ci ilin fevralından əlilliyə görə dövlət qulluqçusu pensiyası təyin edilib və o, bu pensiyanı on ilə yaxın alıb. Bu qədər müddətdən sonra onun birdənbirə dövlət qulluqçusu kimi pensiya alması hüququnu itirmiş hesab edilməsi ən azı məntiqsizlikdir. İkincisi, cavabdehin dövlət qulluğu kimi etiraf etdiyi 11 il 6 aydan başqa, Ərizəçi 05 oktyabr 1975-ci il tarixindən 12 oktyabr 1979-cu il tarixinə qədər Azərbaycan Xarici Dillər Pedaqoji İnstitunun komsomol gənclər təşkilatının katibi vəzifəsində işləyib. 1979 - 1981-ci illərdə hərbi xidmətdə olub. 03 iyun 1992-ci il tarixindən 04 avqust 1995-ci il tarixinə kimi Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi fəaliyyət göstərib. Beləliklə, Ərizəçinin dövlət qulluqçusu kimi fəaliyyəti 20 ildən çox dövrü əhatə edir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7688/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Ərizəçi 2011 -ci ilin əvvəlindən artıq dövlət qulluqçusu kimi əlilliyə görə pensiya alırdı və həmin pensiya ona 2019-cu ilə ortalarına kimi ödənilib. Həm cavabdeh, həm məhkəmə etiraf ediblər ki, iddiaçıya əlilliyinin qüvvədə olduğu xx.xx.2021-ci il tarixinədək ona sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası ödənilməli idi. Pensiya aldığı dövrdə o, heç cür proqnozlaşdıra bilməzdi ki, birdən-birə dövlət qulluğuna görə pensiyadan məhrum edilə bilər. Hüququn müəyyənliyi prinsipi baxımından fiziki şəxs hansı məntiqə əsasən düşünməli və proqnozlaşdırmalı idi ki, birdən-birə dövlət qulluğuna görə pensiya almaq üçün qulluğun minimum müddəti düz 3 dəfə - 5 ildən 15 ilə qədər artırılacaq və ona münasibətdə qanun geriyə şamil olunacaq. Onu da əlavə etsək ki, cavabdehin bu mövqeyi ərizəçinin dövlət qulluğu müddətinin süni şəkildə “qısaldılması” ilə müşayiət olunub, çox şey bəlli olar. Ərizəçinin özüdəki əlillik səbəbindən əmək fəaliyyətini, o cümlədən, dövlət qulluğunu davam etdirməsi də göstərilən müddətdə demək olar ki, mümkünsüz idi. Ümumiyyətlə, pensiya ödənişinin kəsilməsi, dövlət qulluqçusu pensiyasının 10 ilə yaxın verilməsi, sonra ona dövlət qulluğuna görə pensiyaçı statusunun tanınmaması, ərizəçinin şəxsi və ailə həyatına yolverilməz müdaxilədir Məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarının pozub və ya düzgün tətbiq etməyib. O cümlədən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 2017-ci ildə edilmiş dəyişikliklərin Ərizəçi barəsində tətbiq edilməsinin, qanunun retroaktivliyinin yolverilməzliyi ilə bağlı müddəalar kobud şəkildə pozulub. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb, qətnamədə onlara qiymət verilməyib. O cümlədən, cavabdehin dövlət qulluğundakı staj kimi nəzərə almadığı dövr, xüsusilə də, Ərizəçinin Azərbaycan Respublikası Milli Məclisinin üzvü olduğu dövr ilə bağlı hallar araşdırılmayıb, hakim bu məsələyə elə yanaşıb ki, sanki Ərizəçi deputat pensiyası istəyir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməyib. Ərizəçinin Azərbaycan Respublikası Milli Məclisinin üzvü və b. dövrlərin dövlət qulluğuna aid olmaması məsələsi ilə bağlı da məhkəmə prosessual hüquq normalarını pozub. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməyir - O cümlədən, Ərizəçi dövlət qulluqçusu pensiyası üçün birinci dəfə müraciət etməyib, o, 2011 -ci ildən İİ qrup əlilliyə görə belə pensiya alıb. Faktiki olaraq o bu statusundan qanunsuz şəkildə məhrum edilib…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi G.Məmmədova iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması üçün 15 il dövlət qulluğu stajı mövcud olmadığını qeyd edərək birinci instansiaya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının ərizəsi əsasında DSMF-nin Səbail rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə - 11 il 6 ay 12 gün dövlət qulluğu stajı nəzərə alınmaqla,2011-ci il tarixdən 2-ci qrup əlillyinə görə dövlət qulluqçusu kimi əlillik pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixədək əlilliyi təsdiq edilməklə həmin pensiya ödənişi davam etmiş, əlilliyin qüvvədə olduğu müddət başa çatdıqdan sonra isə ümumi əsaslarla ona yaşa görə pensiya təyin edilmişdir. Konkret halda, cavabdehə qarşı məcburetmə haqqında iddia tələbində dövlət qulluqçusu kimi ona pensiya təyin edilməsini cavabdehdən tələb etmiş, lakin sonuncunun ona ünvanladığı imtina müktubunda və iddia ərizəsinə etirazında “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 20.11.1-ci və 20.11.2-ci maddələrinə istinadən, imtina edərək bildirmişdir ki, Mərkəzi Filialda mövcud olan sənədlərdə dövlət qulluğu stajı 15 ildən az (11 il 6 ay 25 gün: (xx.xx.1981-xx.xx.1991-cı il, xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi səbəbindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması mümkün deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, «iddiaçı hazırda yaşa görə pensiya alır, əmək pensiyasından hər hansı məbləğdə tutulma həyata keçirilməmişdir və sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə (hazırda qüvvədə olan meyarlara görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyasının yenidən təyin edilməsi üçün aidiyyəti üzrə müraciət etmək hüququndan məhrum edilməyib. Belə ki, sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya təyinat müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Odur ki, məhkəmə iddiaçının əlverişsiz vəziyyətdə olduğu qənaətində deyil.» İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “Dövlət qulluğu haqqında, Azərbaycan Respublikası Qanunun 32-1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 7-ci maddəsi və onun qeydi baxımından, 2020-ci ilin iyul ayının 1-dən 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyasüçün əmək pensiyası hüquq vardır. Həmin Qanunun 20.1.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksıyası nəzərədə tutur ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.11, 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyaları isə aşağıdakıları nəzərdə tutur: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; https://www.e-qanun.az/framework/11566 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. «Dövlət qulluğu haqqında», habelə, “Əmək pensiyaları haqqında” qanununvericiliyin qeyd olunan normalarının tələblərindən göründüyü kimi, dövlət qulluqçusunun 15 ildən yuxarı qulluq stajı mövcud olmalıdır ki, ona dövlət qulluqçusu kimi, ələavələr nəzərə alınmaqla, 65 yaşından əmək pensiyası təyin edilməsi mümkün olsun. Konkret halda isə xx.xx.1955-ci il təvəllüdlü iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə 15 il dövlət qulluğu stajına malik olması müəyyən olunmur. Belə ki, iş materiallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçının dövlət qulluqçusu kimi işlədiyi mübahisələndirilməyən dövrlər xx.xx.1981-xx.xx.1991-ci illərdə (9 il 7 ay 8 gün ) onun Azərbaycan SSR KP Bakı şəhər Nəsimi rayon və X3 şöbə müdiri, xx.xx.1995xx.xx.1997-ci illərdə (1 il 10 ay 20 gün) AR X9 nazirinin birinci müavini vəzifələri - cəmi, 11 il 5 ay 28 gün onun dövlət qulluğu satıjına aid edilmişdir. Belə ki, həmin vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılan vəzifələrdir. Lakin iddiaçı hesab edir ki, əmək fəaliyyəti üzrə dövlət qulluğu kimi nəzərə alınmayan - 1975-1979-cu illərdə Azərbaycan Xarici Dillər X1 X11 İttifaqında büro katibi vəzifəsində işlədiyi müddətin, eləcə də, xx.xx.1992 - xx.xx.1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisin üzvü kimi fəaliyyət göstərdiyi müddətlər də onun dövlət qulluğu stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həmin illərin cavabdeh tərəfindən iddiaçının dövlət qulluğu stajına daxil edilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı" tədqiq olunduqda, həmin Siyahıda, vaxtilə, Azərbaycan X11 İttifaqında mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanmalıdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində, habelə, həmin Mərkəzin xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında dindirilmiş mütəxəssisi X8 məhkəməyə verdiyi izahatında bildirilmişdir ki, adıçıkilən Siyahıda - X5 Gənclər İttifaqında büro katibi vəzifəsinin belə bir vəzifənin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması nəzərdə tutlmamış, adıçəkilən «İttifaq»ın Nizamnamsinəndə də həmin qürumun yaranması, dövlətin məqsəd və funksiyalarınını həyata keçirib-keçirməməsi və maliyyələşməsi baxımından, 1975-1979-cu illərdə iddiaçının həmin İttifaqın büro katibi vəzifəsində işlədiyi dövrün, onun dövlət qulluğu stajına daxil edilməsinə əsas vermir (Nizamnamənin surəti işə əlavə olunmuşdur). Beləliklə də, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, iddia olunan dövrün iddiaçının dövlət qulluğu stajı kimi nəzərə alına bilməz. Yəni, iddiaçının xx.xx.1992 - xx.xx.1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin üzvü kimi fəaliyyət göstərdiyi dövrlə əlaqədar isə qeyd olunmalıdır ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının Milli Məclisi təşkil edilmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu - 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutulması istisna olunur. Belə ki, xx.xx.1995-ci il tarixdə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Konkret halda, iddiaçı, Konstitusiyanın qeyd olunan normasına uyğun qaydada Milli Məclisə üzv seçilməmiş, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Qanuna əsasən təyin edilmişdir. Həmin Qanunun da 1-ci maddəsi məhz, onu nəzərədə tutur ki, Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X4 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilir. Qeyd olunmalıdır ki, xx.xx.1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri -Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişlər. Qeyd edilən xx.xx.1995-ci il tarixində qəbul edilmiş, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikasının ilk Qanununa əsasən fəaliyyət göstərən Milli Məcləsin üzvləri, məhz, keçid dövürü üçün yaradılmış müvəqqəti bir qurumun üzvləri olmuş və məhz keçid müddətinin bitməsi ilə də həmin qürumun funksiyalarına xitam verilmişdir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda da Milli Məclisin üzvünün dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması də nəzərdə tutulmamışdır. Beləliklə də qeyd olunanlar baxımından, iddiaçının Milli Məclisin üzvü kimi fəaliyyət dövr (3 il 2 aa 2 gün) onun dövlət qulluğuna daxil edələ bilməz, edilsə belə, həmin dövr onun dövlət qulluğu kimi nəzərə alınan 11 il 7 ay 12 gün quluq müddəti ilə toplandıqda, 15 il dövlət qulluğu stajı toplanmadığından ona dövlət qulluqçusu kimi, əmək peensiyası təyin edilməsi mümkünsüzdür. Konkret halda, iddiaçıya münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11-ci maddəsinin müddəalarının tətbiq edilməsi də istisna olunur. Ən azından, həmin Qanunun 9.8-ci maddəsi nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunmasından imtina olunması qanunvericiliyin tələblərinə uyğundur. Qanuni imtina isə iddiaçınn hüquqlarını pozulması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozduğununu ehtiva edən qanunzidd hərəkətlərinin mövcudluğu müəyyən edilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığını və onlara qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7688/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7688/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1051/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1051/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver