Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-107/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “vergi qərarının ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-1(112)-6648/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, qeyd edilən dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsinin nəzərə alınması üçün əsaslar müəyyən edilməmişdir. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixli **********099300 nömrəli qərar ləğv edilmişdir.
2. İddiaçı qərardan inzibati qaydada yuxarı vergi orqanına şikayət vermiş, iddiaçının şikayəti Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 1 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti” adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X1 (VÖEN: **********-15001) fəaliyyət göstərdiyi, həmçinin İddiaçı MMC-nin də təsisçisinin həmin şəxs olduğu müəyyən edilmişdir. Araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı elektron qaimə-fakturanın təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Cəmiyyətin rəhbəri tərəfindən inzibati araşdırmaya təqdim edilmiş izahatda, elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin ünvan 2 ünvanında yerləşən Amara Hoteldə istifadə edildiyi, təmir-tikinti işləri ilə əlaqədar cəlb olunmuş şəxslərə hər hansı ödənişin aparılmadığı, ödəmə mənbəyində gəlir məbləğlərinin sosial sığorta haqlarının hesablanmadığı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 nömrəli qərarında qeyd edilmişdir ki, uçot-baza məlumatına əsasən, cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Bundan başqa, cəmiyyətin direktoru inzibati araşdırma zamanı izahatında cəmiyyətin faktiki olaraq gəlirlərinin olmadığını, hazırda hər-hansı fəaliyyət növü ilə məşğul olmadığını, həyat yoldaşı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin MMC-nin təmirinə xərcləndiyini, yaxın ətrafında olan şəxslər tərəfindən təmir işlərinin təmənnasız aparıldığını, götürülmüş kredit məbləğinin yalnız 20%-nin təsisçi tərəfindən ödənildiyini, pandemiyadan zərər çəkən sahə olduğu üçün kredit borcunu ödəyə bilmədiyini, hazırda bank tərəfindən məhkəməyə verildiyini bildirmiş, sənəd üzərində hər hansı öhdəlikləri görünməsinə baxmayaraq cəmiyyətin heç bir gəlir əldə etmədiyini, alınan mal təqdimetmə kimi qiymətləndirilsə belə, hər hansı hasilatın olmadığını nəzərə alaraq hesablanmış vergi məbləğinin ləğv olunmasını xahiş etmişdir. Lakin qeyd olunan xüsusatlar şikayətə baxarkən nəzərə alınmamış, əsassız olaraq şikayət təmin edilməmişdir. İddiaçı MMC sadələşdirilmiş vergi ödəyicisi olmuş, bu müddətdə cəmiyyətin heç bir kassa əməliyyatı olmamasına və bank hesablarına satışdan heç bir məbləğ daxil olmamasına baxmayaraq cəmiyyətə hasilatdan vergi hesablanmışdır. Bundan başqa, iddiaçının bank hesablarına daxil olan bütün məbləğlər yalnız götürülmüş kreditlərdir. Bu barədə cəmiyyətin bütün bank hesablarına sorğu verərək ətraflı məlumat əldə etmək mümkündür. Cəmiyyət tərəfindən götürülmüş kredit vəsaitləri hesabına cəmiyyətin təmiri üçün tikinti materialları alınmışdır. Sonra isə həmin materiallar illər üzrə 12 aylıq dövriyyədə 200.000 manatı keçməmək şərti ilə təqdim edilmiş və əvəzində heç bir hasilat olmamışdır. İddiaçı tərəfindən 2018-ci ilin 4cü rübü üzrə boş hesabat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441846,19 manat dövriyyə və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Halbuki, məbləğ heç bir sənəddə öz əksini tapmır. Eyni zamanda, cəmiyyətin 12 aylıq dövriyyəsinin 200.000 manatı keçdiyi göstərilərək ƏDV mükəlləfiyyəti aktiv edilmişdir. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda elektron sənədin istifadəsi dövriyyəsinin Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, inzibati orqanla (cavabdeh) vergi ödəyicisi (iddiaçı) arasında elektron sənəd dövriyyəsi haqqında hər hansı bir müqavilə mövcud deyildir. Belə olan halda, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən prosessual müddəti ötürməmişdir. Belə ki, qərar həm qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron imza ilə imzalanmamış, həm də iddiaçı ilə cavabdeh arasında elektron sənəd dövriyyəsinə dair hər hansı bir müqavilə mövcud deyildir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, uçotbaza məlumatına əsasən, cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2018-ci il ərzində 441846,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2018-ci ilin 4cü rübü üzrə cari sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya xx.xx.2021-ci il tarixli **********504100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə məbləği bəyan edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********099300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin mallar sətrində 428398,08 manat dövr ərzində mədaxil, 170000 manat təqdimetmə bəyan edilmiş, sair debitor borcları sətrində 170000,0 manat mədaxil və ilin sonuna qalıq məbləğinin bəyan edilməsinə baxmayaraq, təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu təqdim olunmadığı üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********761900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 1 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti" adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X1 (VÖEN **********- 15001) fəaliyyət göstərdiyi, həmçinin "xxxx" MMC-nin təsisçisinin də X1 olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti malmateriallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı elektron qaimə-fakturaların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq, araşdırma zamanı müəssisə tərəfindən xx.xx.2021ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2019-cu ilin 1-ci rübü üzrə 66070,0 manat, 2020-ci ilin 2-ci rübü üzrə 197540,0 manat vergiyə cəlb olunan dövriyyə məbləğlərinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilmiş, lakin cəmiyyət tərəfindən hər hansı təsdiqedici sənədlər nə inzibati icraata təqdim edilməmiş, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, cəmiyyət tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti malmateriallarının, iş və xidmətlərin təsisçinin mülkiyyətində olan təsərrüfat subyektində istifadə edildiyini, təmir-tikinti və təchizat işlərinin cəmiyyət tərəfindən aparılmasına baxmayaraq, həmin təsərrüfat subyektində sahibkarlıq fəaliyyətinin həyata keçirildiyini, təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podrat müqavilələrinin bağlanılmadığını, təmir işlərinin görülməsi üçün cəlb edilmiş fiziki şəxslərdən ödəmə mənbəyində vergilərin tutulmadığını, sosial sığorta haqlarının hesablanmadığını, cəmiyyətin təsisçisi ilə əmlakın mülkiyyətçisinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğunu, Mülki Məcəlləyə əsasən hüquqi şəxsin öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olduğunu, bununla da vergi ödəyicisinin iddiasının hüquqi əsaslarının müəyyən olunmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-1(112)-6648/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergitutma obyektlərinin lazımi qaydada uçotu aparılmadığından cavabdeh vergi orqanı iddiaçı tərəfindən digər vergi ödəyicisi olan təsisçisinə təqdim etdiyi mallara görə ümumi hasilat əldə edilmiş hesab etməklə sadələşdirilmiş vergini hesablamaqda haqlı olmuşdur. Sadələşdirilmiş verginin 2021-ci ildə hesablanmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, qeyd edilən uyğunsuzluq kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 17673,85 manat vergi məbləği hesablanmışdır. Müvafiq hesablama vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama əsasında aparıldığından iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-389/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(112)-6648/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı ləğv edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaiməfaktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materialları alınmış, İddiaçı obyektinin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin obyektin təmirinə xərcləndiyini bildirmişdir. Hazırda iş materialları ilə alınan mallardan hər hansı hasilatın əldə olunması müəyyən edilmir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi ilə vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441846,19 manat dövriyyə müəyyən edilmiş və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi təqdimetmədən deyil, hasilatdan hesablandığından və İddiaçı MMC-də heç bir hasilatın olmadığı iş materialları ilə təsdiqləndiyindən iddiaçıya vergi borcunun hesablanması qanunsuz olmuşdur. Cavabdeh iddiaçı barəsində qəbul etdiyi qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-53/2024 saylı, 22. 02. 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-389/2023 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi, Kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
e) Apellyasiya şikayətinin dəlilləri
13. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. AzərbaycanRespublikasınınVergiMəcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri ... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. ... Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; ... Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: ... 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. ... Maddə 219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. ... Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır.
18. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı ilə iddiaçıya 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi hesablanmasının qanuniliyinin yoxlanılması təşkil edir.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, kameral vergi yoxlamasına əsasən müvafiq hesablama 2018-ci il ərzində 441846,19 manat dəyərində malların təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanması ilə bağlıdır (441846,19 manat (təqdim edilmiş malların dəyəri) x 4% (öhdəlik yaranan zaman qüvvədə olan sadələşdirilmiş verginin faiz dərəcəsi) = 17673,85 manat (vergi öhdəliyi).
25. İnzibati və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 441846,19 manat dəyərində mallar (mallar, işlər, xidmətlər) onun təsisçisi olan vergi ödəyicisinə təqdim edilmişdir.
26. Vergitutma obyektlərinin lazımi qaydada uçotunu aparmaq isə vergi ödəyicisinin vəzifəsidir. Bununla əlaqədar hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri hesab olunur və hüquqi şəxsin balansında olan əmlakın, malmaterialların təsisçiyə təqdim edilməsi zamanı vergi tutulan dövriyyə kimi nəzərə alınmasına dair vergi orqanının dəlilini məhkəmə qəbul edir. Vergi orqanı kameral yoxlama nəticəsində həmin malları təsisçi vergi ödəyicisinə təqdim edilmiş hesab etmiş və təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ümumi hasilat əldə edilmiş hesab edilmişdir.
27. Məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Bununla əlaqədar, iddiaçı tərəfindən vergitutma obyektlərinin lazımi qaydada uçotu aparılmadığından cavabdeh vergi orqanı iddiaçı tərəfindən digər vergi ödəyicisi olan təsisçisinə təqdim etdiyi mallara görə ümumi hasilat əldə edilmiş hesab etməklə sadələşdirilmiş vergini hesablamaqda haqlı olmuşdur.
28. Sadələşdirilmiş verginin 2021-ci ildə hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, qeyd edilən uyğunsuzluq kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 17673,85 manat vergi məbləği hesablanmışdır.
29. Vergi Məcəlləsinin 85.4.-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 27. Odur ki, müvafiq hesablama vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama əsasında aparıldığından iddiaçının qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
30. Bundan başqa hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-53/2024 saylı, 22. 02. 2025-ci il qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-389/2023 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır və həmin qərarda məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki,
31. “21. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materialları alınmış, iddiaçı Amara Hotelin (obyektinin) təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət etmiş, götürülmüş kredit məbləği obyektin təmirinə xərclənmişdir. İş materialları ilə alınan mallardan hər hansı hasilatın əldə olunması müəyyən edilmir. Vergi təqdimetmədən deyil, hasilatdan hesablandığından və İddiaçı MMC-də heç bir hasilatın olmadığı iş materialları ilə təsdiqləndiyindən iddiaçıya vergi borcunun hesablanması qanunsuz olmuşdur. 22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq əvvəla onu qeyd edir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti materiallarının alınması və həmin mal-materialların fiziki cəhətdən hazırda iddiaçıda mövcud olmaması istər iddiaçı, istərsə də cavabdeh tərəfindən mübahisələndirilmir və bunlar işin mübahisəsiz hallarıdır. 23. İşin mübahisələndirilən halına, yəni iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaiməfaktura ilə alınmış 441846,19 manat dəyərində müxtəlif tikinti materiallarının hotelin təmirində istifadə edilməsi, yaxud alınan mallardan hasilat əldə edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kredit məbləğinin obyektin təmirinə xərclənməsinə, alınan mallardan hər hansı hasilatın əldə olunmamasına istinad etsə də, məhkəmənin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı cəmiyyət qeyd olunan məbləğdə tikinti materiallarının hotelin təmirində istifadə edildiyini, yəni kredit məbləğinin otelin təmirinə xərcləndiyini iddia etsə də, bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, sübutlar toplamamış, yalnız iddiaçının izahatını sübut qismində qəbul etməklə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. 24. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. 25.Məhkəmə kollegiyası hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən, işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən halların tam, hərtərəfli, obyektiv araşdırılması təmin edilməlidir.”
32. Təkrar apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-53/2024 saylı, 22. 02. 2025-ci il qərarı qərarındakı hüquqi göstərişlər baxımından xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə Kompleks-məhkəmə -tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir və Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçıin təmirində istifadə olunmuş tikinti materialları ilə elektron qaiməfakturada adları qeyd edilmiş 441846,19 manat dəyərində tikinti mal-materiallarının eynilik təşkil edib-etməməsi müəyyən olunsun?.
2. İddiaçıin təmirində istifadə olunmuş tikinti materialları ilə elektron qaiməfakturada adları qeyd edilmiş 441846,19 manat dəyərində tikinti mal-materiallarının eynilik təşkil etməsi müəyyən edilirsə, hotelin təmirində hansı materiallardan (sayı, miqdarı göstərilməklə) istifadə edilməsi müəyyən olunsun?.
3. stifadə edilməmiş materialların adları, sayları göstərilsin?.
33. Məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında isə aşağıdakı sual qoyulmuşdur:
1. İddiaçıin təmirində istifadə olunmuş tikinti materiallarının hazırkı bazar qiyməti müəyyən edilsin?.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli 10/8228 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur.
35. Ekspert Rəyinə əsasən: Birinci və üçüncü suallar üzrə:İddiaçı in təmiri zamanı bəzi işlərin gizli olduğundan həmin təmir zamanı istifadə olunmuş material ilə qaiməfakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı.Qeyd olunur ki, təmir zamanı istifadə olunmuş material ilə qaimə-fakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmadığından qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı.
36. İkinci sual üzrə: İddiaçı in təmirində istifadə olunmuş tikinti materialları (adları, sayları, miqdarı) smetada göstərilmişdir.
37. Qiymətləndirmə fəaliyyəti ekspertiza fəaliyyətinə aid olmadığından İddiaçı in təmirində istifadə olunmuş tikinti materiallarının hazırkı bazar dəyərinin müəyyən edilməsi barədə rəy verilməmişdir.
38. Eyni zamanda İddiaçı in təmiri zamanı bəzi işlərin gizli olduğundan həmin təmir zamanı istifadə olunmuş material ilə qaimə-fakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadığından iddiaçının vəkilinin (nümayəndəsinin) təkrar Kompleks-məhkəmə-tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatəti təmin olunmamışdır.
39. Məhkəmə Kollegiyası həmçinin, göstərilən səbəbdən (İddiaçı in təmiri zamanı bəzi işlərin gizli olduğundan həmin təmir zamanı istifadə olunmuş material ilə qaiməfakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadığından) iddiaçının təqdim etdiyi “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin mütəxəssis rəyini də mötəbər sübut kimi qəbul etmir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Beləliklə, işin mübahisələndirilən halına, yəni iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə alınmış 441846,19 manat dəyərində müxtəlif tikinti materiallarının hotelin təmirində istifadə edilməsi, yaxud alınan mallardan hasilat əldə edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit məbləğinin obyektin təmirinə xərclənməsinə, alınan mallardan hər hansı hasilatın əldə olunmamasına istinad etsə də, iddiaçının istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır.
43. Başqa sözlə, iddiaçı cəmiyyət qeyd olunan məbləğdə tikinti materiallarının hotelin təmirində istifadə edildiyini, yəni kredit məbləğinin otelin təmirinə xərcləndiyini iddia etsə də, bu halı təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilmir.
44. Məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
45. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-1(112)-6648/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-1(112)-6648/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.