Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1079/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Nizami qızının cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ödənilmiş rüsumun qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirlməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-1389/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi V.Ağayev, hakimlər İ.Şirinov və A.Hüseyn). Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 17.11.2020-ci il tarixli 2-1(102)- 2105/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-1389/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Hüseynov, hakimlər R.Nəbizadə və K.Bədəlov). İşin halları: İddiaçı Nizami qızı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirlməsi, habelə avtomobilin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, JTJHYOOW104040870 identifıkasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009cu il buraxılışlı Lexus LX 570 markalı avtomobili iddiaçı 2017-ci ildə X2 vasitəsilə X7 29 000 manata almışdır. Lakin, avtomobilin sənədlərində nöqsanlar olduğu üçün onu adına rəsmiləşdirə bilməmişdir: belə ki avtomobilin faktiki sahibi X15 olduğu halda, avtomobil mülkiyyət hüququ ilə Rusiya Federasiyasının vətəndaşı X3 adına dövlət qeydiyyatında olmuşdur. Ona görə də o, Rusiya Federasiyasına gedib orada alqı-satqı müqaviləsini rəsmiləşdirib avtomobili adına keçirmişdir. Bundan sonra avtomobilin Rusiya Federasiyasının ərazisindən kənara çıxarmaq üçün Rusiya Federasiyasinin DİN-nin X4 Dövlət İnspeksiyası İdarəsi (QİBDD) tərəfindən ona icazə arayışı verilmişdir. Alqı-satqı sonradan rəsmilləşdirilmiş olsa belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Avtomobili əldə edib, gömrükdən keçirib adına rəsmiləşdirmək istərkən müəyyən edilmişdir ki həmin avtomobilin “İNTERPOL” bazasında axtarışdadır və bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X22 və Təhqiqat Şöbəsində cinayət araşdırılmasına başlanmış, avtomobil cavabdeh AR DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin cərimə meydaçasına yerləşdirilmiş və bu günə kimi həmin meydançada saxlanılır. Aparılmış araşdırma nəticəsində cinayət faktı təstiq edilməmiş və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X22 və Təhqiqat şöbəsinin rəis müavi Arzu Babayevin 09 sentyabr 2019-cu il tarixliqərarı ilə cinayət işinin başlanması rədd edilmiş və avtomilin iddiaçıya qaytarılması barədə qərar verilmişdir.İddiaçı avtomobilin dövlət gömrük rüsumunu ödəyib onu X24 İdarəsində adına qeydiyyata salmaq istərkən, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gömrük rüsumları hazırda qüvvədə olan yeni tariflər üzrə hesablanmış və həmin tariflər üzrə ödənilməsini iddiaçıdan tələb etmişdir. Bununla bağlı bildirir ki istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, avtomobilin faktiki sahibi olan X16 onu satmaq məqsədilə Azərbaycan Respublikası 2011-ci il tarixdə idxal etmişdir. Lakin, həmin zaman güvvədə olan dövlət gömrük rüsumları üzrə Ülvin Tagıyev avtomobilin gömrük ödənişlərini ödəmək imkanına malik olmamış və bu səbəbdən həmin avtomobil ona mövcüd vəziyyətdə bu şərtlə satmışdır ki, həmin gömrük rüsumları iddiaçı ödəsin. Mən avtomobili əldə edəndən sonra yaranmış problemlər ilə bağlı gömrük rüsumlarını vaxtında ödəyə bilməmişdir, problemləri həll etmək üçün zaman tələb edilmiş və müddət ərizində gömrük rüsumları tarifləri bir neçə dəfə artmış və hazırda güvvədə olan gömrük rüsumları ilə həmin avtomobili əldə etmək ümimiyyətlə sərfəli deyil. Belə ki, göstərilən tariflər üzrə gömrük rüsumlarının ödənildiyi halda avtomobil ona ifrat dərəcədə bahalı qiymətə düşür, halbuki oxşar vəziyyətdə olan avtomobillər ölkənin maşın bazarında qatqat aşağı qiymətə satılır. Yəni şəraitin dəyişməsi, avtomobilin köhnəlməsi və gömrük rüsumların dərəcələrinin artması göstərilən avtomobili cavabdehin hesabladığı gömrük qiymətləri üzrə əldə etmək ziyanlıdır. Lakin, nəzərə alınmalıdr ki o, avtomobil dəyərini ( 29 000 manat) artıq ödəmişdir, avtomobili faktiki mülkiyyətinə keçirmişdir və hazırda bu faktlar qarşısında qalmışdır. Sözügedən avtomobilin Azərbaycan Respuiblikasına 2011-ci il tarixdə idxal olduğu üçün mən gömrük rüsumlarını həmin zaman mövcüd olan gömrük tarifləri üzrə hesablanmasını və ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh bundan imtina etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı: İddiaçı Nizami qızı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarında mübahisə predmeti olan avtomobilin 2011-ci ildə Azərbaycan Respublikasına daxil olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının avtonəqliyyat vasitəsini 2018-ci ildə gömrük rüsumları ödənilməklə rəsmiləşdirilməli olduğunun hüquqi əsasını qeyd etməmişdir. Mübahisə predmeti olan avtomobil 2011-ci ildə Azərbaycan Respublikasına daxil olmuş bir daha ölkə hüdudlarından kənara çıxarılmamışdır. Belə ki, bu hal Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2019-cu il tarixli (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Həmin qərarda izahatı alınmış X16 izahatında 2011-ci ildə Rusiya federasiyasında yaşayan qardaşı Eİvin Tağıyev özünə aldığı Lexus 570 markalı İ779MX59 rus qeydiyyat nişanlı avtomobili Azərbaycanda yaşadığı ünvana gətirmiş, avtomobili gömrük rəsmiləşdirməsi edərkən rüsum üçün pulu olmadığına görə gömrük sənədləşməsi edə bilməmiş və avtomobili yaşadığı evin həyətində saxlayıb Rusiya Federasiyasına getdiyini göstərmişdir. İstintaq orqanı tərəfindən alman həmin izahatdan da müəyyən edilmidir ki, mübahisə predmeti olan avtomobil 2011-ci ildən bu günə kimi ölkə ərazisini tərk etməmişdir. Lakin məhkəmə istintaq orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilmiş izahatı mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə qəbul etdiyi qərarını cavabdeh inzibati orqanın irəli sürdüyü və məhkəmə iclasında təqdim etdiyi iddiaya etirazında qeyd etdiyi arqumentlərə istinad edərək qəbul elmişdir. Məhkəmə qərarında əks edilmiş hüquqi mövqe və işin faktiki hallarına uyğun olmayan yekun nəticə əsassız olduğundan qəbul edilmiş qərar iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İddiaçı Nizami qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Agentlik Müqaviləsinə əsasən agent “xxxx” MMC eynişəldirmə nömrəsi JTJHYOOW104040870 olan Lexus LX 570 markalı NVP ** UE ***414 olan avtonəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş 38 nömrəli Alqı-satqı Müqviləsinə əsasən JTJHYOOW104040870 identifıkasiya (şassi) nömrəli, T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobili İddiaçı Nizami qızı X1 almışdır. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Perm Diyarı üzrə Baş İdarəsi Dövlət X8 Müfəttişliyi İdarəsinin Arayışına əsasən Lexus LX 570 markalı nəqliyyat vasitəsi İddiaçı Nizami qızına məxsus olub Rusiya Federasiyası hüdudlarından çıxması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İş materiallarından görünür ki, Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarına əsasən VİN:JTJHY00W 104040870, 2009-cu il buraxılışlı olan «Lexus LX 570» markalı avtonəqliyyat vasitəsinin oğurlanması faktı öz təsdiqini tapmadığından X9 və qeyriləri vicdanlı alıcı hesab edilməklə onun əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi iddiaçının müraciətinə 26.11.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Lexus LX 570” markalı (şassiJTJHY00W1********) dövlət nömrə nişanı T779MX59 və X870MP59 olan nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sonuncu dəfə 04.10.2013- cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş kimi göründüyü üçün həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən avtomobilə dair Alqı-satqı Müqaviləsi sonradan rəsmilləşdirilmiş olsada belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Odur ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri nəzərə alınmalıdır. İş materiallarından və tərəflərin izahatından müəyyən edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi faktiki olaraq 2011-ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, İddiaçı Nizami qızı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. (106.1) Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (106.2) Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər. (106.3) Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər. (106.4) Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir. (106.5) Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici X14 Nomenklaturası, İdxal X5 Və İxrac X5”nə əsasən mübahisə predmeti olan nəqliyyat vasitəsi (Yüksərnişin avtomobilfurqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobillər və digər mühərrikli nəqliyyat vasitələri (8702 mal mövqeyinin mühərrikli nəqliyyat vasitələrindən başqa)) XİF MN üzrə “8703 24 909 0” (digərləri) koda aid edilərək tarif dərəcəsi hesablanmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, faktiki olaraq 2011-ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, İddiaçı Nizami qızı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etdiyi üçün iddia tələbi “JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirlməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. İddiaçının avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsümları üzrə hesablanması tələbini birinci instansiya məhkəməsi təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsümları üzrə hesablanması hissəsini təmin etməyərək haqlı olmuşdur. AR Gömrük Məcəlləsinin 126.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir: 126.2.1. ixrac gömrük rüsumlarının tutulması. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin ... gömrük ödənişlərini ödəmək gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələblərindən kənara çıxaraq, avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İPM-nin 52-ci maddəsinin tələblərinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsinin qərarın iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə qiymət verərək yekunda belə nəticəyə gəlir ki, apelyasiya təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı - avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması hissəsində ləğv edilməlidir, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması hissəsində ləğv edilsin. Qərar iddianın təmin edilmiş - JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin gömrük rüsumu hesablanmaqla rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində və qalan təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-1079/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1079/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver