Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1119/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh 8 nömrəli şəhər poliklinikasına qarşı “ona 01.07.2020-ci il tarixdən xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsini alması üçün tibbi-sosial komissiyasına göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi (baş həkim) X2 iştirakı ilə, İddiaçı cavabdeh 8 nömrəli şəhər poliklinikasına qarşı “ona 01.07.2020-ci il tarixdən xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsini alması üçün tibbi sosial-ekspert komissiyasına göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5498/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Sağlamlıq Mərkəzinin epikrizinə əsasən İddiaçı üzərində 21.12.2019-cu ildə aorto koronar şuntlama əməliyyatı aparılmışdır. İddiaçı onun ambulator şəraitdə müalicəsinin davamı məqsədilə bülleten müddətinin uzadılması və onun əlillik dərəcəsi alması üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərilməsi məsələsinə baxılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh 8 saylı şəhər Poliklinikası tərəfindən iddiaçıya ünvanlanmış 424 saylı 10 iyul 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, o, 21.12.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək Bakı Sağlamlıq Mərkəzində müayinə və müalicə olunmuş, 21.12.2019-cu ildə aorta-koronar şuntlama əməliyyatı aparılmış, 25.12.2019-cu ildə kafi vəziyyətdə evə buraxılmışdır. Xəstəxanada müayinə nəticəsi: sol mədəçiyin sistola-diastola ölçüləri normaldır. Sistolik funksiya (LVEF-47%) minimal azalmışdır. 29.12.2019-24.03.2020-ci ilədək poliklinikada ambulator olaraq müalicə davam etmiş və bu müddət ərzində ona müvəqqəti əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi verilmişdir. 24.03.2020-ci ildə HKM-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada səhhətindəki yaxşılaşmağa uyğun olaraq xəstəlik vərəqəsinin uzadılmasına əsas olmadığı üçün sağalma ilə bağlanmışdır. Hansısa məqsədlə ona nəzarət edən müalicə həkiminə məlumat vermədən başqa tibb müəssisəsində- X9 yenidən xəstəlik vərəqəsi 3 aya qədər artırılmışdır. Bununla xəstəlik vərəqəsində olma müddəti 6 aya çatdırılmışdır, əgər həmin xəstəxana onda əlillik əlamətlərinin əmələ gəldiyi qənaətinə gəlibsə TSEK müayinəsinə göndərilməsi məsələsinə də o baxmalıdır. O, 25.03.2020-ci ildən sonra 8 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh 8 nömrəli şəhər poliklinikasına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 01.07.2020-ci il tarixdən xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsinin alması üçün tibbi sosial-ekspert komissiyasına göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin dekabr ayının əvvəllərindən etibarən ürəyi ilə bağlı yaranmış narahatlıqlar günbəgün kəskinləşdiyindən həmin ayın 20si tarixində Bakı Sağlamlıq Mərkəzində cərrahi əməliyyat olunmuşdir. Əməliyyatdan sonra əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün üç ay müddətinə cavabdehin verdiyi sənədlə bülletendə olmuşdur. Həmin müddət bitdikdən sonra bülletinin uzadılmasına zərurət olduğundan X11 müraciət etmiş, ambulator müalicə olunması üçün ona şərait yaradılmış və həmin xəstəxananın verdiyi sənəd əsasında yenə də üç ay müddətinə bülletendə olmuşdur. Növbəti bülletenin şəhər poliklinikasında deyil, X9 açdırmağına əsas isə poliklinikadan aldığı rədd cavabı olmuşdur. Belə ki, poliklinikadan ona pandemiya ilə əlaqədar olaraq kardiologiya institutunun fəaliyyətini dayandırdığı və bu səbəbdən də institutda stasionar müalicə olunmağa görə göndəriş verilə bilməyəcəyi bildirilmişdir. Sonuncu üç ay müddəti bitdikdən sonra karantin rejiminin yumşaldılması səbəbi ilə kardiologiya institutuna müalicə olunmaq üçün göndərilməyi mümkün olmuş və iki həftə müddətinə institutda müalicə olunmuşdur. Daha sonra müalicəsinin ambulator şəraitində davam etdirilməsi üçün kardiologiya institutu şəhər poliklinikasina göndəriş vermişdir. Verilmiş göndərişə və həkim rəyinə baxmayaraq poliklinika ambulator şəraitdə müalicəsinin davamı məqsədilə xəstəlik vərəqəsinin müddətinin uzadılmasından və onun əlillik dərəcəsi almağı üçün tibbi-sosial ekspert komissiyasına göndəriş verilməsindən imtina etmişdir. Bununla əlaqədar O, 01.07.2020-ci ildə Cavabdehna müraciət etmiş, lakin cavabdeh onun tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh 8 nömrəli şəhər Poliklinikası iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində tələb edilən TSEK-a göndəriş (F88/u) Azərbaycan Respublikası Nazirlər kabinetinin 140 saylı 30 maryt 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın tələblərinə uyğun hesab olunmalıdır. Onun tələbi bu qərara əksdir. Göndəriş verilməsi üçün əsaslara şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox müalicədə olması, müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyaların bərpa olunmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması aiddir. İddiaçı 21.12.2019-cu il tarixdən 25.12.2019-ci il tarixədək Bakı Sağlamlıq Mərkəzində müayinə və müalicə olunmuşdur. 21.12.2019-cu ildə “aorta-koronar şuntlama” əməliyyatı aparılmış, 25.12.2019-cu ildə kafi vəziyyətdə evə buraxılmışdır. Xəstəxanada aparılmış EXO-KQ nəticəsi: sol mədəciyin sistola-diastola ölçüləri normaldır. Sistolik funksiya (LVEF47%) minimal azalmışdır. 29.12.2019-cu il tarixdən 24.03.2020-ci il tarixədək poliklinikada ambulator olaraq müalicə davam etmiş və bu müddət ərzində ona müvəqqəti əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi verilmişdir. 24.03.2020-ci il tarixində HKM-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada səhhətindəki yaxşılaşmağa uyğun olaraq xəstəlik vərəqəsinin uzaldılmasına əsas olmadığı üçün sağalma ilə bağlanmışdır. İddiaçı 25.03.2020-ci il tarixdən sonra iddiaçı 8 nömrəli şəhər Poliklinikasına müraciət etməmişdir. Naməlum səbəbdən İddiaçı ona nəzarət edən müalicə həkiminə məlumat vermədən, başqa tibb müəssisəsində xəstəlik vərəqəsi açdırmış və həmin vərəqə 3 ay müddətinə X14 tərəfindən artırılmışdır. Bununla da xəstəlik vərəqəsində olan müddətini 6 aya çatdırmış və sağalmaqla işə yazılmışdır. X5 əlillik əlamətləri olsa idi, TSEK-ə F88/u-in göndərilməsi məsələsinə həmin idarənin müalicə həkimi baxmalı idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5498/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iş üzrə araşdırma obyektiv və lazımi qaydada aparılmamış, təqdim edilmiş sübutlara səthi yanaşılmış, işin faktiki hallarına və sübutlara düzgün qiymət verilmədən iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, onun TSEK müayinəsinə göndərilməsi məsələsinə cavabdeh 8 nömrəli şəhər Poliklinikasında baxılmamalıdır. Həmçinin məhkəmə qərarında iddiaçı tərəfindən 25.03.2020-ci il tarixdən sonra onun tərəfindən cavabdehə müraciət edilmədiyi bildirilsə də, o, 01.07.2020-ci il tarixdə kardiologiya institutunun verdiyi göndəriş əsasında ambulator şəraitdə müalicəsinin davam etdirərək xəstəlik vərəqəsinin müddətinin uzadılması və əlillik dərəcəsi alması üçün tibbi-sosial ekspert komissiyasına göndəriş verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Kardiologiya institutunun verdiyi göndərişdə onun həkim nəzarəti altında ambulator şəkildə müalicə almalı olduğu qeyd edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi (baş həkim) X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatinda bildirmişdi ki, İddiaçı 21.12.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək Bakı Sağlamlıq Mərkəzində “əvvəllər keçirilən miokard infarktı, yarım kəskin dövr, sol mədəcik çatmamazlığı İİ-İİİ funk.sinif. Essensial Hipertenziya” dioqnozu ilə stasionar müalicədə olmuş, xəstəyə “Aorta koronar şuntlama” əməliyyatı icra olunmuşdur. İddiaçı 21.12.2019-cu il tarixdən 28.12.2019-cu il tarixədək 648550 nömrəli xəstəlik vərəqəsində olmuş və kafi vəziyyətdə evə yazılmışdır. 29.12.2019-cu il tarixdə Teymur Ağasıyev poliklinikaya çağırış etmiş, sahə həkimi evə gedərək AKŞ əməliyyatından s/v dioqnozu ilə 6 günlük 568740 nömrəli xəstəlik vərəqəsi açılmış, uzadılmsı üçün həkimkardioloqa göndərilmiş, 29.12.2019-cu il tarixdən 24.03.2020-ci il tarixədək onun xəstəlik vərəqəsi uzadılmışdır. Həmin müddətdə iddiaçı 15.01.2020-ci il tarixində laborator müayinələrdən- qanın ümumi, qanın biokimyəvi analizlərindən keçmiş, analizlərinin cavabı normal olmuş, eyni zamanda dar ixtisaslı həkim müayinələrindən də keçmişdir. İddiaçı 15.01.2020-ci il tarixdə həkim nevropotoloq və 18.01.2020-ci il tarixdə həkim kardioloq müayinəsindən keçmiş, 28.01.2020-ci il tarixdə isə onun EKQ lenti çəkilmişdir. 19.02.2020-ci il tarixdə o, kardioloq tərəfindən “D” qeydiyyatına alınmış, 19.03.2020-ci il tarixdə həkim cərrah müayinəsindən keçmiş, 20.03.2020-ci il tarixdə kardiloq tərəfindən xəstəyə təkrar EKQ olunmuşdur. 25.03.2020-ci il tarixdə HMK tərəfindən İddiaçı kardioloq N.Qəhrəmanovanın, şöbə müdiri G.Əfəndiyevanın və N.Babayevanın iştirakı ilə konsilium keçirilmişdir. Xəstənin vəziyyəti stabil normal qiymətləndirilmiş, ETKİ-na göndərilməsinə ehtiyac olmamış, xəstənin 798594 nömrəli xəsətlik vərəqəsi bağlanmış və o, 25.03.2020-ci il tarixdə işə yazılmışdır. İddiaçı üç aydan bir həkim kardioloqun qəbuluna gəlməli, müayinələrdən keçməli, dinamik nəzarətdə qalmalıdır, lakin o, bunlara riayət etmir. İddiaçı sonuncu dəfə 25.11.2020-ci il tarixdə həkim kardioloqun qəbuluna gəlmiş, bütün müayinələrdən keçmişdir. Xəstənin müalicə olunması haqqında epikriz təqdim edilmiş, kafi vəziyyətində sahə həkiminin nəzarətinə göndərilmişdir. Müəyyən edilmişdir ki, göndəriş ETKİ-na Bakı Dəmir yolu Xəstəxanası tərəfindən verilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının iddia ərizəsində qoyduğu tələblərin təmin olunması Poliklinika tərəfindən qeyrimümkündür. Bununla bağlı cavabdehin nümayəndəsi (baş həkim) apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 07.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X1 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 09.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (oğlu) X3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı iş materiallarından müəyyən olunur ki, iddiaçının səhhətindəki problemlərlə əlaqədar Bakı Sağlamlıq Mərkəzində üzərində şuntlama əməliyyatı keçirilmiş, bundan sonra 8 nömrəli şəhər poliklinikasında ambulator müalicə olunmuş, orada 29.12.2019-24.03.2020-ci il dövrü üçün ona xəstəlik vərəqəsi açılmış, 24.03.2020-ci ildə səhhətindəki yaxşılaşma ilə bağlı xəstəlik vərəqəsinin müddəti uzadılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən 29.12.2019-24.03.2020-ci il tarixdə ambulator müalicədə olmuş İddiaçı adına verilən xəstəlik vərəqəsinin 24.03.2020-ci ildən sonra uzadılmasının mümkün olmayıb, onun bağlanması üçün əsas olan halların müəyyən edilməsi məqsədilə cavabdeh orqana sorğu göndərilmişdir. Həmin sorğu məktubu ilə bağlı cavabdehin nümayəndəsi (baş həkim) tərəfindən təqdim edilmiş sənədlərdən, o cümlədən Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olundu ki, İddiaçı 21.12.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək Bakı Sağlamlıq Mərkəzində “əvvəllər keçirilən miokard infarktı, yarım kəskin dövr, sol mədəcik çatmamazlığı İİ-İİİ funk.sinif. Essensial Hipertenziya” dioqnozu ilə stasionar müalicədə olduqdan sonra ona “Aorta koronar şuntlama” əməliyyatı icra olunmuş, 21.12.2019-cu il tarixdən 28.12.2019-cu il tarixədək 648550 nömrəli xəstəlik vərəqəsində olmuş və kafi vəziyyətdə evə yazılmışdır. Lakin 29.12.2019-cu il tarixdə Teymur Ağasıyev poliklinikaya çağırış etdiyi üçün sahə həkimi evə gedərək AKŞ əməliyyatından s/v dioqnozu ilə 6 günlük 568740 nömrəli xəstəlik vərəqəsi açmış, uzadılması üçün həkimkardioloqa göndərmiş, 29.12.2019-cu il tarixdən 24.03.2020-ci il tarixədək onun xəstəlik vərəqəsi uzadılmışdır. Həmin müddətdə iddiaçı 15.01.2020-ci il tarixində laborator müayinələrdən- qanın ümumi, qanın biokimyəvi analizlərindən və həkimlərin müayinələrindən keçmişdir. Belə ki, İddiaçı 15.01.2020-ci il tarixdə həkim nevropotoloq və 18.01.2020-ci il tarixdə həkim kardioloq müayinəsindən keçmiş, 28.01.2020-ci il tarixdə isə onun EKQ lenti çəkilmişdir. 19.02.2020-ci il tarixdə o, kardioloq tərəfindən “D” qeydiyyatına alınmış, 19.03.2020-ci il tarixdə həkim cərrah müayinəsindən keçmiş, 20.03.2020-ci il tarixdə kardioloq tərəfindən xəstəyə təkrar EKQ olunmuşdur. 25.03.2020-ci il tarixdə HMK tərəfindən İddiaçı kardioloq N.Qəhrəmanovanın, şöbə müdiri G.Əfəndiyevanın və N.Babayevanın iştirakı ilə konsilium keçirilmişdir. Xəstənin vəziyyəti stabil normal qiymətləndirilmiş, ETKİ-na göndərilməsinə ehtiyac olmamış, xəstənin 798594 nömrəli xəsətlik vərəqəsi bağlanmış və o, 25.03.2020-ci il tarixdə işə yazılmışdır. 25.03.2020-ci il tarixdən sonra İddiaçı 8 nömrəli şəhər Poliklinikasına müraciəti olmamışdır. Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, İddiaçı 8 nömrəli şəhər Poliklinikasında ona nəzarət edən müalicə həkiminə məlumat vermədən, başqa tibb müəssisəsində, yəni X13 xəstəlik vərəqəsi açdırmış və həmin vərəqə 3 ay müddətinə artırılmışdır. Bundan sonra İddiaçı 25.11.2020-ci il tarixdə 8 nömrəli şəhər Poliklinikasında həkim kardioloqun qəbuluna gəlmiş və bu zaman bütün müayinələrdən keçmiş, daha sonra xəstənin müalicə olunması haqqında epikriz təqdim edilmiş, kafi vəziyyətində sahə həkiminin nəzarətinə göndərilmişdir. Lakin hazırda İddiaçı cavabdeh orqandan ona köhnə tarixdən- 01.07.2020-ci ildən xəstəlik vərəqəsinin açılmasını (halbuki həmin tarixdən 25.11.2020-ci ilə qədər iddiaçı başqa tibb müəssisəsinin nəzarəti altında olmuşdur) və əlillik dərəcəsi almaq üçün tibbi sosial-ekspert komissiyasına göndəriş verilmə öhdəliyinin qoyulmasını tələb edir. İddiaçının müraciətinə əsasən cavabdeh orqan 24.03.2020-ci ildə HKM-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada iddiaçının səhhətində yaxşılaşma olduğundan xəstəlik vərəqəsinin uzadılmasına əsas olmadığı üçün sağalması ilə bağlandığına, onun müalicəsinə nəzarət edən həkimə məlumat vermədən başqa tibb müəssisəsində-X9 yenidən xəstəlik vərəqəsinin 3 aya qədər artırıldığına, xəstəlik vərəqəsində olma müddətinin 6 aya çatdırıldığına, həmçinin onun 25.03.2020-ci il tarixdən sonra 8 nömrəli şəhər poliklinikasına müraciət etmədiyinə istinad edərək onun tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdeh orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasını aşağıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından qanuni sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”ın 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Həmin Təlimatın 6-cı bəndinə əsasən xəstəlik, məişət zədəsi və şikəstlik üzrə məzuniyyətlə əmək qabiliyyəti bərpa olanadək və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilən bütün müddət ərzində verilir. Həmin Təlimatın 7-ci bəndinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Həmin Təlimatın 8-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. Həmin Təlimatın 9-cu bəndinə əsasən xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. Həkim-məsləhət komissiyası (HMK) və ya müalicə idarəsində belə komissiyalar olmadıqda, müalicə həkimi, baş həkimin təsdiqindən sonra vərəm xəstəliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirmiş şəxsə 2 aydan artıq olmamaq şərti ilə xəstəlik vərəqəsi verib, onu müvəqqəti olaraq başqa işə keçirməyə icazə verə bilər. Bu cür keçirmə, xəstə öz adi iş yerində əmək qabiliyyətinə malik olmayıb, işə ziyan vurulmadığı, müalicənin gedişinə maneçilik törədilmədiyi halda təyin oluna bilər. Xəstəlik vərəqəsində təyin olunmuş keçirilmə haqda müalicə idarəsinin baş həkiminin imzası ilə qeydlər edilir. İşçinin (bu bənddə göstərilməmiş) sair xəstəliklərlə əlaqədar olaraq sağlamlıq cəhətcə başqa işə keçirmək lazım gəldikdə, xəstəlik vərəqəsi deyil, HMK-nın rəyi verilir. Hazırki işdən görünür ki, iddiaçı üçün cavabdeh orqanda açılmış xəstəlik vərəqəsi 29.12.2019-cu il tarixdən 24.03.2020-ci il tarixədək uzadılmış, bundan sonra iddiaçı müayinələrdən keçmək üçün həmin poliklinikaya müraciət etməmiş, poliklinikada ona nəzarət edən müalicə həkiminə məlumat vermədən, başqa tibb müəssisəsində, yəni X13 xəstəlik vərəqəsi açdırmış, bundan sonra yalnız 25.11.2020-ci il tarixdə poliklinikada həkim kardioloqun qəbuluna gəlmiş, bütün müayinələrdən keçib, kafi vəziyyətdə sahə həkiminin nəzarətinə göndərilməsinə baxmayaraq ona köhnə tarixdən- 01.07.2020-ci ildən xəstəlik vərəqəsinin açılmasını (halbuki həmin müddətdən 25.11.2020-ci ilə qədər iddiaçı başqa tibb müəssisəsinin nəzarəti altında olmuşdur) və əlillik dərəcəsi almaq üçün tibbi sosialekspert komissiyasına göndəriş verilmə öhdəliyinin qoyulmasını tələb edir. Halbuki iş üzrə cavabdeh orqanın 24.03.2020-ci ildə HKM-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada iddiaçının səhhətindəki yaxşılaşma olmasına istinad edilərək xəstəlik vərəqəsinin uzadılmasına heç bir əsasın olmadığı və onun xəstənin sağalması əsası ilə bağlandığı, onun müalicəsinə nəzarət edən həkimə məlumat vermədən başqa tibb müəssisəsində xəstəlik vərəqəsinin 3 aya qədər artırıldığı, xəstəlik vərəqəsində olma müddətinin 6 aya çatdırılması öz təsdiqini tapdığı üçün iddiaçıya 01.07.2020-ci il tarixdən xəstəlik vərəqəsinin açılması yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsassızdır. İddiaçının “əlillik dərəcəsi almaq üçün tibbi sosial-ekspert komissiyasına göndəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi;1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş üzrə cavabdehin göndəriş vermək hüququ olan tibb müəssisəsi olsa da (bu faktı cavabdeh özü də inkar etmir), onun iddiaçı barəsində tibbi-sosial ekpert komissiyasına göndəriş verməsi üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcud olmaması səbəbindən, müvafiq göndərişin verilməsi barədə öhdəlik daşıdığı müəyyən olunmur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Beləliklə, iddiaçı ona köhnə tarixdən, yəni 01.07.2020-ci il tarixdən xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsi alması üçün tibbi-sosial ekpert komissiyasına göndərişin verilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudlğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5498/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5498/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüsynov
Məhkəmə qərarları › İş №2-1(103)-1119/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1119/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver