Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1137/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğa qarşı xidmət illərinin yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğa qarşı onun xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək olan dövr üçün hərbi xidmət illərinin güzəştli şərtlərlə bir ay xidmətin üç ay hesabı ilə yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. Həmin vaxtdan Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə - prokuror köməkçisi, böyük müstəntiq, 2008-ci ildən isə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmələrində təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. 2018-ci ilin aprel ayından tibbi yoxlamadan keçərkən sağ böyrəyində törəmə aşkar olunmuş, aldığı müalicələrdən sonra xx.xx.2019-cu ildə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və həmin tarixdə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona “Sağ böyrəyin şəffaf hüceyrəli kasinomasına görə aparılmış laparoskopik sağ tərəfli nefrektomiya əməliyyatından (xx.xx.2018) sonrakı vəziyyət, T3N0M0. Sol aşağı ətrafın səthi venalarının seqmentar varikoz genişlənmsəi, ağrı sendromu ilə müşaiət olunan sol diz oynağının deformasiyaedici osteoartrozu. Hipertoniya xəstəliyi 1-ci mərhələ, Xora xəstəliyi, remissiya mərhələsində, on iki barmaq bağırsağın soğanağının çapığı. Sağ əng cibinin retansion kistası. Xroniki hipertrofik rinit remissiya mərhələsində. Vertebrogen servikalgiya”. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. “Sağ diz oynağının qapalı küt travması (xx.xx.2017) nəticəsində medial menskin yırtığı, ön çarpaz bağın hissəvi qopması və ağrı sindromu ilə müşaiət olunan postravmatik deformasiyaedici osteartozu”. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır diaqnozu qoyulmaqla “xəstəliklər cədvəli”nin 8 a, 65 b maddəsinin 3-cü qrafasına və ƏTCyə əsasən həm dinc dövründə həm də müharibə dövründə hərbi xidmətə yararsız bilinmişdir. Elə bu səbəbdən xx xxxxxx 2018-ci ildə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İstefaya buraxılarkən onun hərbi xidmət illəri Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinim xx xxxxxx 1992-ci il tarixli 631 saylı Qərarına əsasən Naxçıvan Muxtar Respublikası ərazisində bir ay hərbi xidmət güzəştlə üç ay hərbi xidmət kimi, Azəbraycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 728 –İİQD nömrəli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklilər və əlavə edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən bir xidmət ili güzəştlə iki xidmət ili kimi hesablanır. 1992-ci ildən bu günədək Naxçıvan qarnizonunda xidmət edən hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada hsablanır. Lakin, Azərbaycan Respublikası Hərbi Prokurorluğu sabiq Baş Prokuror Əli Ömərov tərəfindən imzalanmış “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215 k saylı əmrini əsas götürərək onun hərbi xidmət illərini güzəştli qaydada hesablamır. Belə ki, həmin əmrdə Fizuli, Qubadlı, Qarabağ, Qazax, Tərtər qarnizonu hərbi prokurorluqları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə yerləşən prokurorluqlar hesab edilmiş, 1990-cı ildən bu günədək Naxçıvan MR-nın blokada şəraitində olması, buradakı bütün hərbi hissələrin əksəriyyətinin düşmənlə təmas xəttində yerləşməklə döyüş tapşırığını yerinə yetirərəkən döyüş əməliyyatları aparmasına baxmayaraq kiminsə şəxsi marağı ucbatından Naxçıvan qarnizonu hərbi prokurorluğunun adı həmin əmrə daxil edilməmişdir. Bununla da, o, həmin güzəşt və imtiyazlardan məhrum olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığı müraciətinə verilmiş xx.xx.2019-cu il tarixli, HP-10/454 nörməli cavab məktubu ilə onun xahişindən imtina edilmişdir. İmtina məktubunu xx.xx.2019-cu ildə etmişdir. Hesab edir ki, həmin qərar düzgün və qanuni deyildir. Bu gün də Naxçıvan Qarnizonunda dislokasiya olunmuş hərbi hissələrin əksəriyyəti döyüş şəraitində yerləşməklə döyüş əməliyyatları aparır. Həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçular iki qat əmək haqqı almaqla xidmət illəri güzəştlər bir ay iki ay kimi hesablanır. Eyni zamanda bildirir ki, həmin müddətdə yəni 1998-ci ilin yanvar ayından 2002-ci ilin oktyabr ayınadək olan dövrdə Naxçıvan hərbi prokurorluğunun əməkdaşlarına Baş Prokurorun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215 K-li əmri əsas götürülərək ikiqat əmək haqqı verilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh həmin sərəncama əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) bildirərək qeyd etmişdir ki, xx xxxxxxx 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx xxxxx 1992-ci il tarixli, 109 nömrəli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilmləsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndinin “a” yarımbəndində xx xxxx 2005-ci il tarixli, 125 nömrəli qərarla dəyişiklik edilənə qədər qeyd olunmuşdur ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətinin bir ayı üç ay hesab olunurdu. Bundan əlavə, həmin dövrdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” Azərbaycan Respublikası Baş Prokurorunun 1.03.1994-cü il tarilxi, 215-L saylı əmrinə əsasən Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişlər. Baş prokurorun sözügedən əmrindən göründüyü kimi, həmin dövrdə Naxçıvan qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan ərazilərdə olan hesab edilməmişdir. Bundan başqa, həmin qərara xx xxx 1997-ci il tarixli, 33 nömrəli qərarla dəyişiklik edilərək 2-ci bəndin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birəşmələrində xidmət müddəti” abzası çıxarılmışdır. Həmçinin, qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx xxxxx 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa xx xxxxxxxx 2004-cü il tarixli, 728-İİQD nömrəli Qanunla edilmiş dəyişikliklərdən sonra 16-cı maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə olunmuşdur. “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidməti ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.” Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2004-cü il tarixli, 122 nömrəli Fərmanının 2.2-ci bəndində qeyd olunmuşdur ki, adıçəkilən Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azəbraycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Qanuna edilmiş sözügedən dəyişikliyə müvafiq olaraq, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizilərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxil işlər, ədliyyə, gömrük, miqrasiya, fövqladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx xxxxxx 1992-ci il tarixli, 631 saylı qərarında xx xxxx 2005-ci il tarilxi, 125 nömrəli qərarla dəyişiklik edilərək, adıçəkilən qərarın “b” yarımbəndinin 11-ci abzasından sonra bu məzmunda 12-ci abzas əlavə olunmuşdur: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar”. Adıçəkilən qərardan görünür ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili kimi hesablanılır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili kimi hesablanması Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir. Döyüş şəraiti dedikdə isə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Prokurorluq orqanlarının əməkdaşları birbaşa düşmənə qarşı dayanmamaqla döyüş əməliyyatlarında iştirak etmirlər. Ona görə də, İddiaçı xx xxxx 1993-cü il tarixdən xx xxxxxxx 2002-ci il tarixədək olan xidmət illərinin güzəştli şərtlərlə bir ayının üç ay kimi hesablanmasına dair iddia tələbi əsassızdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak də bilmədiyini, inzibati işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunda köməkçi işləmiş, 34 il 03 ay iş stajı ilə o, polkovnik leytenant hərbi rütbəsindən, xəstəliyə görə xx.xx.2018-ci il tarixdə ehtiyyata buraxılmışdır. Onun ehtiyata buraxıldığı günə təminat xərcliyi 2400.30 manat təşkil etmiş, o xidmət illərinin yenidən hesablanması, o cümlədən, 1992-ci ildən 2002-ci ilədək olan dövr ərzində Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda hərbi qulluqçu kimi xidmət illərinin güzəştli şərtlərlə bir ay xidmətin üç ay hesabı ilə yenidən hesablanması tələbinə dair Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Naxçıvan MR Həbri Prokurorluğunun (əvvəllər Naxçıvan qarnizonu hərbi prokurorluğunun) döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olan kimi hesab edilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Respublika Hərbi prokurorunun, eləcə də Müdafizə nazirinin hər hansı əmri müəyyən edilməmişdir. Odur ki, onun Naxçıvan MR Hərbi Prokurorluğunda xx.xx.1992-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan xidmət illərinin xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrü bir ay hərbi xidmət müddəti iki ay hərbi xidmət müddət kimi, digər xidmət illərinin isə bir ilinin bir il kimi düzgün hesablandığından, ərizəsində qeyd etdiyi həmin tarixlərdə xidmət illərinin yenidən hesablanmasına heç bir zərurət görülməmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Azərbaycan Respublikası Naxçıvan qarnizonu hərbi prokurorluğunun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215-L saylı əmrə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrinin siyahısında aşkar olunmadığı əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə “hərbi prokurorluğun sabiq əməkdaşı İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək olan xidmət dövrü üçün ödənilməsi müəyyən edilmiş əmək haqqı məbləği ilə faktiki olaraq ödənilmiş əmək haqqı məbləği arasında fərqin olub-olmaması barədə ətraflı məlumatın və bu barədə sənədlərin məhkəməyə təqdim edilməsi barədə” Azərbaycan Respublikası Hərbi Prokurorluğuna sorğu vermiş və sorğuya cavab olaraq məhkəməyə xx.xx.2019-cu il tarixli, HP-10/827 nömrəli məktub və ona əlavə edilmiş sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki, Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan sənədlərdə 1992-ci ildən 2002-ci ilədək Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda əmək haqqının güzəştli şərtlərlə verilməsinə dair hər hansı normativ aktın mövcudluğu müəyyən edilməmiş, pul təminatı paylama cədvəlində isə güzəştli şərtlərlə əmək haqqı verilməsinə dair hər-hansı bir qeyd aşkar edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublkası Baş Prokurorluğu tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, xx/xx-1383 nömrəli məktubla təqdim edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215-L saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxxx 1991-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanunun 31-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə yerləşən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının əmək haqlarının ödənilməsində vahid qayda yaratmaq məsqəsilə Füzuli qarnizonu hərbi prokurorluğu, Qubadlı qarnizonu hərbi prokurorluğu, Qarabağ qarnizonu hərbi prokurorluğu, Qazax qarnizonu hərbi prokurorluğu, Tər-tər qarnizonu hərbi prokurorluğu Azəbraycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həqiqətən qeyd etdiyi dövrlərdə Naxçıvan qarnizonu hərbi prokurorluğunda işləmiş, lakin, Azərbaycan Respublikası Naxçıvan qarnizonu hərbi prokurorluğu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215-L saylı əmrə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrinin siyahısında aşkar edilməmiş, iddiaçıya xx.xx.1993-cü il ildən xx.xx.2002-ci ilədək olan xidmət dövrü üçün əlavə güzəştli şərtlərlə əmək haqqı ödənilməsi məhkəmə araşdırması zamanı iş materialları ilə öz əksini tapmamış, bundan əlavə Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan sənədlərdə 1992-ci ildən 2002-ci ilədək Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda əmək haqqının güzəştli şərtlərlə verilməsinə dair hər hansı normativ aktın mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istefaya buraxılandan sonra onun hərbi xidmət illəri cavabdeh tərəfindən düzgün hesablandığından apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olduğu üçün, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə tam düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1137/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1137/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver