Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1145/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müharibə Veteranı adının və vəsiqənin verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibari binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, İddiaçı Müharibə Veteranı adının və vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 avqust 2012-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış, hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş Klinik Hospitalının Anesteziologiya və Reanimatologiya bölməsində tibb bacısı-anestezoloq vəzifə ilə baş çavuş rütbəsi ilə xidmətini davam etdirir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər İİ Vətən Müharibəsində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara tibbi xidmət göstərilməsi məqsədi ilə Füzuli rayonuna, Əhmədbəyli kəndinə, həmçinin Hadrut qəsəbəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsində görünür ki, baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hisssəyə ezam olunmuşdur. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 279 nömrəli əmri ilə baş çavuş İddiaçı hərbi hissənin ezamiyyətə gəlmişlər siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 284 nömrəli əmri ilə baş çavuş İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyуətdə onlar siyahısından yə qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş N oktyabr 2020-ci il tarixli 231 nömrəli əmrdən görünür ki, baş çavuş İddiaçı N nömrəli hərbi hissədən N oktyabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışından görünür ki, baş çavuş İddiaçı N günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını verinə yetirmək üçün ezamiyyətdə olmuşdur. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasına xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edilmiş, müraciətə cavab verilməmiş, inzibati orqan tərəfindən müvafiq hərəkətlər edilməmişdir. Buna görə də inzibati orqanın hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi “İddiaçı müharibə Veteranı adının və vəsiqənin verilməsi üçün razılaşırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” kimi göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbinin təmin edilməsi, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərarı ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6365/2024 saylı işi üzrə icraat təzələnmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmin mərhələdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, şəxsə Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi - hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi - Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçı barəsində təqdim olunmuş arayış-məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazi) meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün (razılaşdırılması məqsədi ilə) sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Müharibə Veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsaslan baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan Müharibə Veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının xx.xx.2020-ci il tarixli 4581 nömrəli ezamiyyə vərəqinə əsasən İddiaçı N nömrəli hərbi hissəyə N gün müddətinə ezam olunmuş həmin müddətdə ezamiyyə vərəqinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının və N nömrəli hərbi hissənin möhürləri vurulmuşdur. Bununla yanaşı, iddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə (Bərdə rayonu), N nömrəli hərbi hissəyə (Füzuli rayonu) və N nömrəli hərbi hissələrdə (Füzuli rayonu) ezamiyyə olunmuş, hərbi hissələrdə tibbi yardım, yəni tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. İddiaçının isə bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu və 11-ci abzaslarına istinad etməyi zəruri hesab edir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - 10-cu abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; -11ci abzas. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında... Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hava hücumundan müdafiə bölmələrinin tərkibində. 2) Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı döyüş əməliyyatları aparılan zamanı hərbi hissələrdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Qeyd hissəsində müharibə veteranı adının verilmə qaydası göstərilir. İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə, yəni Füzuli rayonunun Əhmədbəyli kəndində tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. İddiaçı işğal altında olmuş ərazilərdə tibbi xidmət göstərməmişdir. Hadrutda da qeyd etdiyi tarixlərdə ola bilməzdi. Belə ki, Hadrut azad olunmayan tarixədək iddiaçının həmin ərazidə fəaliyyət göstərməsi mümkün deyil.Yəni qanunvericiliyə uyğun olaraq, ərazi meyarları iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsas vermir. Həmçinin, hazırkı iş üzrə cavabdeh düzgün müəyyən edilməyib. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hospitalında xidmət edir. Şəxsin son iş yeri nəzərə alınmaqla müvafiq cavabdeh icraata cəlb edilməlidir. İddiaçının sonuncu iş yeri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hospitaldır. Bu səbəbdən də həmin orqan cavabdeh qismində icraata cəlb edilməlidir. İlkin olaraq işə bu şəkildə baxılıb, lakin sonradan cavabdeh əvəz edilib. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1980-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus xx.xx.2020-ci il tarixli şəxsi vəsiqədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı qadın hərbi qulluqçu, milliyyəti azərbaycanlıdır. Oğuz rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. xx.xx.2011-ci il tarixli, 75 nömrəli Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı rəisinin əmri ilə ona “kiçik çavuş” hərbi rütbəsi verilib. xx.xx.2011-ci il tarixli, 140 nömrəli Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı rəisinin əmri ilə “çavuş” hərbi rütbəsi verilib. xx.xx.2012-ci il tarixli, 058 əç nömrəli Müdafiə Naziri müavinin əmri ilə “baş çavuş” rütbəsi verilib. Mərkəzi Hərbi Klinik Hospitalı rəisi t/x polkovnikinin əmri ilə Anestziologiya və Reanimasiya bölməsinin t/b anestezisti təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri rəisi İlqar Əliyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 89 nömrəli arayışına əsasən, baş çavuş İddiaçı N günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətdə olmuşdur. - xx.xx.2023-cü il tarixli, 4509 nömrəli çıxarışa əsasən, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi quluqçusu baş çavuş İddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər (arayış, əmrdən çıxarış, ezamiyyət vəsiqəsinin kserosurəti) Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri t/x polkovniki Elçin Abdullayevin və N nömrəli hərbi hissəsin tibb hissə rəisi t/x polkovnikleytenantı Zəfər İsmayılovun xx.xx.2020-ci il tarixli, 284 nömrəli Əmrindən çıxarışa əsasən, döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçuların ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyyətdə olanlar siyahısından və qazan təminatından çıxarılsınlar - baş çavuş İddiaçı. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 4581 nömrəli ezamiyyət vəsiqələri. - Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Vüqar Mürsəlov və Hospital rəisinin Tibb hissəsi üzrə müavini-Tibb hissəsinin rəisi vəzifəsini icra edən Ceyhun Əkbərovun xx.xx.2020-ci il tarixli, 225 nömrəli Əmrindən çıxarışa əsasən, xidməti zərurətlə əlaqədar adları göstərilən hərbi qulluqçular müvafiq hərbi hissələrə ezamiyyətə getmiş hesab olunsunlar: N nömrəli hərbi hissəyə N (on) təqvim günü 1. Baş çavuş İddiaçı, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı-anestezist. Əsas: MN-nin Tibb Baş İdarə rəisinin xx.xx.2020-ci il tarixli 489 nömrəli telefonoqraması və tibb xidməti polkovnik-leytenantı C.Əkbərovun raportu (d.o № 11305, 11303). - Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti mayoru Famil Orucəliyevin xx.xx.2024-cü il tarixli, 67 nömrəli arayışına əsasən, baş çavuş İddiaçı N günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının xx.xx.2020-ci il tarixli 4581 №-li ezamiyyə vərəqinə əsasən, İddiaçı N nömrəli hərbi hissəyə xidməti zərurətlə əlaqədar ezam olunmuşdur. Getmə tarixləri xx.xx.2020xx.xx.2020-ci ilədək göstərilmişdir. Ezamiyyə vərəqinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının və N № li hərbi hissənin möhürləri vurulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti mayoru Famil Orucəliyevin xx.xx.2024-cü il tarixli, 111 nömrəli arayışına əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N günlük “Vətən müharibəsi” zamanı döyüşən hərbi hissə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin birinci müavini-qərargah rəisi Ruslan Ağasıyevin xx.xx.2024-cü il tarixli, 1047 nömrəli arayışına əsasən: N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. X2 hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Əsasnaməyə görə, Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsinə əsasən baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hisssəyə ezam edilmişdir. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 279 nömrəli əmri ilə baş çavuş İddiaçı hərbi hissənin ezamiyyətə gəlmişlər siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 284 nömrəli əmri ilə baş çavuş İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyуətdə onlar siyahısından yə qazan təminatından çıxarılmışdır. İddiaçının döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin müvafiq əmrlərinin olması, iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasını təsdiq edir. Bundan başqa məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti mayoru Famil Orucəliyevin arayışına əsasən Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N günlük “Vətən müharibəsi” zamanı döyüşən hərbi hissə olmuşdur. İddiaçının döyüş bölgəsinə ezam edilməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş bölgəsində hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. İş materiallarında olan sənədlərlə (*əmrdən çıxarış və arayışlar) təsdiq olunur ki, baş çavuş İddiaçı N günlük Vətən müharibəsi dövründə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsinin məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də görünür ki, döyüş əməliyyatlarının bütün təminat növlərinə tibbi təminat da daxildir. İş üzrə cavabdeh qurum verdiyi apellyasiya şikayətində ona istinad edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu abzasında göstərilmişdir ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, habelə Füzuli və Ağdam rayonlarının işğal altında olmuş ərazilərində (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. İddiaçı Füzuli rayonunun Əhmədbəyli kəndinə ezam olunub və həmin ərazidə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bilavasitə döyüş əməliyyatları aparılmadığından o, tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazidə yerinə yetirmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə münasibətdə bildirir ki, iddiaçının ezam olunduğu Füzuli rayonunun Əhmədbəyli kəndinin adı sözügedən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilər sırasında əksini tapmasa da, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün döyüş əməliyyatları zamanı yaralıların çeşidlənməsində, ilkin tibbi yardımın göstərilməsində və Əhmədbəyli hərbi hospitalında əməliyyatlarda tibb bacısı – anestezist kimi iştirak etməsi faktı təkzibolunmazdır. İddiaçının döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəsinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi həmin hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxsə müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz-üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinəsi və müalicəsində iştirak etməsi və nəticədə yuxarıda qeyd edilən təhlükələrlə üz-üzə olması zəruridir. Hazırkı işin çərçivəsində isə sadalanan faktorların ödənilməsi mübahisəsizdir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin tələb üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin deyil, Daxili İşlər Nazirliyinin cavab verməli olması barədə məhkəmə iclasında səsləndirdiyi dəlillərin iddiaçının AD ******* nömrəli şəxsi vəsiqəsində olan mübahisələndirilməyən məlumatlarla təkzib olunmasını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6365/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1145/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1145/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver