Məhkəmə qərarları › İş №2-1(103)-1152/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1152/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1152/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1183/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili, həmçinin cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********558400 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarının ləğv olunaraq, 321.493,21 manat dəyərində sementə görə hesablanılmış 57.868,77 manat məbləğin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7215/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321.493,21 manat dəyərində sementə görə hesablanılmış 57.868,77 manat məbləğin azaldılması barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2017-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır və əsas fəaliyyət növünün “meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqların topdan satışı”dır. İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilən X1 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən, e-qaimə üzrə xx.xx.2020-ci il tarixədək (OVN keçirilən tarixədək) ümumi dəyəri 5.392,45 min manat (ƏDV-siz) olan 68.048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sement alındığı, ümumi dəyəri 4.707,33 min manat (ƏDV-siz) olan 53.260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sement satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14.788,1 ton (68.048,86 ton (alınmış sement) – 53.260,76 ton (satılmış sement)) sementin əskik gəldiyi müəyyən edildiyindən, sement qalığı üzrə (sement satışında ticarət əlavəsinin 6,00% olduğu nəzərə alınmaqla) 235,26 min manat (14 788,1 ton x 88,38 manat x 18%) ƏDV-nin yayındırıldığı aşkar edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********767900 saylı, 06 yanvar 2021-ci il tarixli qərarına əsasən İddiaçınə 14.788,1 ton sementin əskik gəlməsinə görə 235.255,01 manat ƏDV üzrə vergi hesablanmışdır. Lakin dəfələrlə iddiaçı tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə kameral yoxlama ilə 235.255,01 manat ƏDV üzrə hesablamaların düzgün aparılmaması barədə müraciətləri nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının 16 iyul 2013-cü il tarixli, Q-17 saylı Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq maddi-məsul şəxsdən kənarda malların saxlanıb-saxlanmaması barədə iltizamnamə alınmamış və Cəmiyyətin vəzifəli şəxslərinə hər-hansı formada tərtib olunmuş inventarizasiya aktı təqdim olunmamışdır. Eqaimə üzrə xx.xx.2020-ci il tarixədək sement satışları 57.490,61 ton, 5.114.605,28 manat, X1 nəticələri ilə müqayisədə 4229,85 ton, 407.275,28 manat çox olmuşdur. Eyni zamanda, müştəri ambarlarında olan 4.001,16 ton, satış qiyməti ilə 321.493,21 manatlıq sement qalığı X3 zamanı nəzərə alınmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumi dəyəri 314.787,72 manat (ƏDV-siz) olan 4.449,36 ton (1 tonun orta qiyməti 70,75 manat) sement alınmış, ümumi dəyəri 678.969,23 manat (ƏDV-siz) olan 8.450,52 ton (1 tonun orta qiyməti 80,35 manat) sement satılmışdır. Qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə **********767900 saylı, 06 yanvar 2021-ci il tarixli qərarına əsasən kameral yoxlama ilə (407.275,28 + 321.493,21 x 18%) 728.768,49 manatlıq sement satış dövriyyəsindən 18% dərəcə ilə iki qat, yəni 131.178,33 manat ƏDV-si artıq tutulmuşdur. X4 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən X3 aktının nəticələrinə əsasən səhv hesablanılmış 4229,85 ton sement (satış dəyəri 407.275,28 manat) məbləğə görə hesablanılmış 71.957,35 manat məbləğ azaldılmış və bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********558400 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərarı ilə təsdiq edilmişdir. Lakin həmin qərar ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək elektron qaimə fakturaları təqdim edilmiş 4001.16 ton, 321.493,21 manat dəyərində sementə görə hesablanılmış 57.868,77 manat məbləğ azaldılmamışdır. Belə ki, həmin qaimə fakturalara əsasən dövriyyələr 2020-ci ilin noyabr və dekabr aylarında bəyan edilmişdir, X3 tədbirinin nəticələrinə əsasən isə həmin dövriyyə oktyabr ayına kameral vergi yoxlaması ilə hesablanılmışdır. Bunula da faktiki olaraq eyni vergi tutma predmetinə münasibətdə 2 dəfə vergitutma halı baş vermişdir. Eyni zamanda, 2020-ci il ərzində təqdim olunmuş 1606.2 ton sementə görə ödənilməli olan 106.749,84 manat məbləğ qarşı təşkilatlar tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********558400 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci ıl tarixli, **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321.493,21 manat dəyərində sementə görə hesablanmış 57.868,77 manat məbləğin azaldılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, vergi ödəyicisində xx.xx.2020-ci il tarixli “X1 həyata keçirilməsi haqqında” qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən nəzarət tədbirləri keçirilmiş və X1 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda xx.xx.2020-ci il tarixə Cəmiyyətin sahibliyində 177.535,48 manat məbləğində mal qalığının (sürtgü yağları) müəyyən edilməsinə baxmayaraq, sement üzrə qalıq barədə hər hansı bir qeyd aparılmamışdır. Araşdırma zamanı elektron qaimə-faktura üzrə xx.xx.2020-ci il tarixədək (OVN keçirilən tarixədək) ümumi dəyəri 5.392.450,00 manat (ƏDV-siz) olan 68.048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sementin alındığı, ümumi dəyəri 4.707.330,00 manat (ƏDV-siz) olan 53.260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sementin satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14.788,10 ton (68.048,86 ton (alınmış sement) – 53.260,76 ton (satılmış sement)) sementin əskik gəldiyindən, sement qalığı üzrə 235.255,00 manat (14.788,10 ton x 88,38 manat x 18%) ƏDV-nin yayındırıldığı aşkar edilmişdir. Vergi ödəyicisinə yuxarıda qeyd olunan kənarlaşma barədə xx.xx.2020-ci il tarixli, **********499600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, cəmiyyət tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2020-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 235.255,00 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli, **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisinin müraciəti əsasında müvafiq hesabat dövrü üzrə yenidən kameral vergi yoxlaması aparılmış və araşdırma zamanı uçot-baza məlumatlarından əldə edilmiş elektron qaimə-fakturalara əsasən X3 tədbirinin keçirildiyi vaxtadək vergi ödəyicisi tərəfindən 57.783,99 ton sementin satıldığı, əskik gəlmiş sementin miqdarının 4.523,22 ton çox müəyyən edildiyi məlum olmuşdur. Odur ki, qeyd olunan hal nəzərə alınmaqla kameral qaydada hesablanılmış vergi məbləği 71.957,35 manat azaldılmaqla, vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********066900 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə - iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, xx.xx.2021-ci il tarixli, **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1183/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən- -“vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 182.648,49 manat vergi məbləğinin 16.887,76 manat hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspert tədqiqatının dəyəri olan 50 manat xərcin İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək Bakı İnzibatı Məhkəməsinin 2- 1(112)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılmasını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321.493,21 manat dəyərində sementə görə hesablanılmış 57.868.77 manat məbləğin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2017-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır və əsas fəaliyyət növü meşə materiallarının, tikinti materiallarının və sanitartexniki avadanlıqların topdan satışıdır. İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilən X1 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən, e-qaimə üzrə xx.xx.2020-ci il tarixədək (OVN keçirilən tarixədək) ümumi dəyəri 5392,45 min manat (ƏDV-siz) olan 68.048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sement alındığı, ümumi dəyəri 4707,33 min manat (ƏDV-siz) olan 53.260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sement satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14.788,1 ton (68.048,86 ton (alınmış sement) – 53.260,76 ton (satılmış sement)) sementin əskik gəldiyi müəyyən edildiyindən, sement qalığı üzrə (sement satışında ticarət əlavəsinin 6,00% olduğu nəzərə alınmaqla) 235,26 min manat (14788,1 ton x 88,38 manat x 18%) ƏDV-nin yayındırıldığı aşkar edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********767900 saylı, 06 yanvar 2021-ci il tarixli qərarına əsasən İddiaçınə 14.788,1 ton sementin əskik gəlməsinə görə 235.255,01 manat ƏDV üzrə vergi hesablanmışdır. Lakin dəfələrlə tərəflərindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə kameral yoxlama ilə 235.255,01 manat ƏDV üzrə hesablamaların düzgün aparılmaması barədə müraciətləri nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının 16 iyul 2013-cü il tarixli, Q-17 saylı Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq maddi-məsul şəxsdən kənarda malların saxlanıb-saxlanmaması barədə iltizamnamə alınmamış və Cəmiyyətin vəzifəli şəxslərinə hər-hansı formada tərtib olunmuş inventarizasiya aktı təqdim olunmamışdır. Eqaimə üzrə xx.xx.2020-ci il tarixədək sement satışları 57.490,61 ton, 5.114.605,28 manat, X1 nəticələri ilə müqayisədə 4229,85 ton, 407.275,28 manat çox olmuşdur. Eyni zamanda, müştəri anbarlarında olan 4001,16 ton, satış qiyməti ilə 321.493,21 manatlıq sement qalığı X3 zamanı nəzərə alınmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumi dəyəri 314.787,72 manat (ƏDV-siz) olan 4449,36 ton (1 tonun orta qiyməti 70,75 manat) sement alınmış, ümumi dəyəri 678.969,23 manat manat (ƏDV-siz) olan 8450,52 ton (1 tonun orta qiyməti 80,35 manat) sement satılmışdır. Qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə **********767900 saylı, 06 yanvar 2021-ci il tarixli Qərarına əsasən kameral yoxlama ilə (407.275,28 + 321.493,21 x 18%) 728.768,49 manatlıq sement satış dövriyyəsindən 18% dərəcə olə iki qat, yəni 131.178,33 manat ƏDV-si artıq tutulmuşdur. X4 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən X3 aktının nəticələrinə əsasən səhv hesablanılmış 4229,85 ton sement (satış dəyəri 407.275,28 manat) məbləğə görə hesablanılmış 71.957.35 manat məbləğ azaldılmış və bu hal Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********558400 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərarı ilə təsdiq edilmişdir. Lakin həmin qərar ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək elektron qaimə fakturaları təqdim edilmiş 4001.16 ton, 321.493,21 manat dəyərində sementə görə hesablanılmış 57.868.77 manat məbləğ azaldılmamışdır. Belə ki, həmin qaimə fakturalara əsasən dövriyyələr 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında bəyan edilmişdir, X3 tədbirinin nəticələrinə əsasən isə həmin dövriyyə oktyabr ayına kameral vergi yoxlaması ilə hesablanmışdır. Bununla da faktiki olaraq eyni vergi tutma predmetinə münasibətdə 2 dəfə vergitutma halı baş vermişdir. Eyni zamanda, 2020-ci il ərzində təqdim olunmuş 1606.2 ton sementə görə ödənilməli olan 106.749.84 manat məbləğ qarşı təşkilatlar tərəfindən onlara ödənilməmişdir. Müəssisə tərəfindən müxtəlif vergi ödəyicilərinə 19 iyul 2020-ci il tarixli, 20/01 nömrəli, 19 iyul 2020ci il tarixli, 20/07 nömrəli, 27 iyul 2020-ci il tarixli, 20/02 nömrəli, 28 iyul 2020-ci il tarixli, 20/01 nömrəli, 10 avqust 2020-ci il tarixli, 20/07 nömrəli, 11 avqust 2020-ci il tarixli, 20/25 nömrəli, 13 avqust 2020-ci il tarixli, 20/7 nömrəli, 15 avqust 2020-ci il tarixli, 20/04 nömrəli, 15 avqust 2020-ci il tarixli, 20/08 nömrəli, 18 avqust 2020-ci il tarixli, 20/03 nömrəli, 21 avqust 2020-ci il tarixli, 20/08 nömrəli, 21 avqust 2020-ci il tarixli, 20/11 nömrəli, 21 avqust 2020-ci il tarixli, 20/133 nömrəli, 22 avqust 2020-ci il tarixli, 20/12 nömrəli, 22 avqust 2020ci il tarixli, 20/26 nömrəli, 24 avqust 2020-ci il tarixli, 20/27 nömrəli, 27 avqust 2020-ci il tarixli, 20/28 nömrəli, 28 avqust 2020-ci il tarixli, 20/29 nömrəli, 30 avqust 2020-ci il tarixli, 20/04 nömrəli, 31 avqust 2020-ci il tarixli, 20/01 nömrəli, 31 avqust 2020-ci il tarixli, 20/09 nömrəli, 31 avqust 2020-ci il tarixli, 20/13 nömrəli, 01 sentyabr 2020-ci il tarixli, 20/134 nömrəli, 02 sentyabr 2020-ci il tarixli, 20/08 nömrəli, 02 sentyabr 2020-ci il tarixli, 20/14 nömrəli, 02 sentyabr 2020-ci il tarixli, 20/30 nömrəli, 08 sentyabr 2020-ci il tarixli, 20/136 nömrəli, 12 sentyabr 2020-ci il tarixli, 20/09 nömrəli, 16 sentyabr 2020-ci il tarixli, 20/137 nömrəli, 17 sentyabr 2020-ci il tarixli, 20/138 nömrəli, 21 sentyabr 2020-ci il tarixli, 20/139 nömrəli, 23 sentyabr 2020-ci il tarixli, 20/09 nömrəli, 23 sentyabr 2020-ci il tarixli, 20/10 nömrəli, 24 sentyabr 2020-ci il tarixli, 20/03 nömrəli, 24 sentyabr 2020-ci il tarixli, 20/05 nömrəli, 25 sentyabr 2020-ci il tarixli, 20/02 nömrəli, 25 sentyabr 2020-ci il tarixli, 20/140 nömrəli, 26 sentyabr 2020-ci il tarixli, 20/8 nömrəli, 01 oktyabr 2020-ci il tarixli, 20/10 nömrəli, 01 oktyabr 2020-ci il tarixli, 20/141 nömrəli, 04 oktyabr 2020-ci il tarixli, 20/142 nömrəli, 08 oktyabr 2020-ci il tarixli, 20/143 nömrəli, 12 oktyabr 2020-ci il tarixli, 20/144 nömrəli təhvil-təslim aktlarına əsasən sement məhsulları təqdim etmişdir. Həmin mallara görə satılmasından sonra 2020-ci ilin oktyabr-dekabr ayları ərzində elektron qaimə fakturalar təqdim edilmiş və satış məbləği də buna uyğun olaraq həmin aylar üzrə ƏDV bəyənnamələrində əks etdirilmişdir. Ümumilikdə təhvil-təslim aktları ilə qarşı tərəfə verilmiş və elektron qaimə fakturası sonrakı aylarda yazılmış 4001,16 ton, satış qiyməti ilə 321.493,21 manatlıq sementə görə 2020-ci ilin oktyabr-dekabr ayları üzrə təkrar vergi məbləği hesablanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321.493,21 manat dəyərində sementə görə hesablanılmış 57.868,77 manat məbləğin azaldılması tələbi üzrə iddia qaldırılmışdır. Bakı İnzibatı Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1183/2022 saylı qərarına əsasən iddia qismən təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral yoxlama əsasında hesablanılmış 182.648,49 manat vergi məbləği 16.887,76 manat hissəsində ləğv edilmişdir. Məhkəmə prosesi gedişində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən birinci sual üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş sənədlərə əsasən yəni müəssisənin təqdim etdiyi e-qaimələrə əsasən büdcəyə ödənilməli olan ƏDV məbləği 2020-ci ilin oktyabr ayı üzrə 18.290,07 manat, noyabr ayı üzrə 23.142,72 manat, dekabr ayı üzrə 12.402,82 manat, cəmi 53.835,602 manat təşkil edir. İkinci və üçüncü sual üzrə: tədqiqi hissədə qeyd olunanlardan göründüyü kimi, iş materiallarında olan təhvil-təslim aktlarında göstərilən sement satışı ilə sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı kənarlaşma müəyyən edilməmişdir. Həmçinin qeyd edilir ki, təhvil-təslim aktlarında göstərilən və sonradan təqdim edilmiş eqaimələrlə bəyan edilmiş sement satışı üzrə ödənilməli olan əlavə dəyər vergisinin məbləği 53.835,60 manat müəyyən olunur. Qeyd olunmalıdır ki, ekspert rəyinə əsasən müəyyən olunmuş 2020-ci ilin oktyabr ayı üzrə 18.290,07 manat, noyabr ayı üzrə 23.142,72 manat, dekabr ayı üzrə 12.402,82 manat olmaqla, cəmi 53.835,60 manat ƏDV bəyənnamə təqdim edilərək dövlət büdcəsinə ödənilmişdir. Mövcud halda eyni predmet üzrə ikiqat vergiyə cəlb olunma halı baş vermişdir. Belə ki, vergi ödəyicisi tərəfindən satılmış və 2020-ci ilin oktyabr-dekabr ayları üzrə bəyan edilmiş 4001,16 ton, satış qiyməti ilə 321.493,21 manatlıq sementə görə 2020-ci ilin oktyabr ayı üzrə yenidən vergi məbləği hesablanılmışdır. Məhkəmə qanunveciliyin normasını düzgün tətbiq etməyərək təqdim olunmuş elektron qaimə fakturaları malların təqdim edilməsi sənədi kimi qəbul etməyərək, VM-nin qeyd olunan normasının tələbini kobud şəkildə pozmuşdur. Göründüyü kimi məhkəmə qərarında elektron qaimə-faktura barədə formal və texniki tələblərə (eqaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsinin qeyd edilməməsi) istinad edərək əsassız qərar qəbul etmişdir. Lakin iş materiallarında olan təhvil-təslim aktları və elektron qaimə-fakturaların müqayisəsi nəticəsində müəyyən olunur ki, həm təhvil-təslim aktinda, həm də elektron qaimə fakturalarda alıcı və satıcı, həmçinin satılmış malların tərkibi və qiyməti eynilik təşkil edir. Bu isə göstərir ki, məhkəmə mahiyyəti üzrə olan hallara deyil, formal texniki məsələlərə istinad edərək qərar çıxarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən birinci sual üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş sənədlərə əsasən yəni müəssisənin təqdim etdiyi e-qaimələrə əsasən büdcəyə ödənilməli olan ƏDV məbləği 2020-ci ilin oktyabr ayı üzrə 18.290,07 manat, noyabr ayı üzrə 23.142,72 manat, dekabr ayı üzrə 12.402,82 manat, cəmi 53.835,61 manat təşkil edir. İkinci və üçüncü sual üzrə: tədqiqi hissədə qeyd olunanlardan göründüyü kimi, iş materiallarında olan təhvil-təslim aktlarında göstərilən sement satışı ilə sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı kənarlaşma müəyyən edilmədi. Həmçinin qeyd edilir ki, təhvil-təslim aktlarında göstərilən və sonradan təqdim edilmiş e-qaimələrlə bəyan edilmiş sement satışı üzrə ödənilməli olan əlavə dəyər vergisinin məbləği 53.835,60 manat müəyyən olunur. Lakin sonradan məhkəmə özü-özünü təkzib edərək ekspert rəyini sübüt kimi qəbul etməmişdir. Qərarda qeyd olunmuşdur ki, “Məhkəmə təhvil-təslim aktları və e-qaimələri sementin təqdim edilmə sənədi kimi qəbul etmədiyindən həmin sənədləri mötəbər hesab edərək vergi məbləğinin hesablanılması ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyini hazırkı işin həlli üzrə sübut qismində qəbul etmir və bu əsasdan həmin rəyə mahiyyəti üzrə hüquqi qiymət verilməsini zəruri hesab etmir”. Halbuki, ekspertiza rəyi kifayət qədər əsaslı və işin mahiyyəti üzrə verilmişdir və məhkəmə tərəfindən qoyulmuş sualları tam şəkildə əhatə etmişdir. Sonradan məhkəmə özü öz mövqeyini təkzib edərək ekspert qarışısında qoyduğu suallar üzrə işə baxmamışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1183/2022 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin qərarı ilə razılaşsa da, hesablanan əlavə vergi məbləğini əsaslı hesab etməmişdir. Məhkəmə qərarında bildirmişdir ki, VM-in 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı alınan haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutursa, 161.3-cü maddə malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanmasını müəyyən edir. Vergi Məcəlləsinin 161.3-cü maddəsinə əsasən bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Məhkəmə tərəfindən Vergi Məcəlləsinin 161.3-cü maddəsi təhrif olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin qeyd edilən maddəsində “öz” ifadəsi istifadə edilməyib. Digər tərəfdən, həmin maddəyə əsasən vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların ƏDV nəzərə alınmadan formalaşan dəyərindən ibarət olur. Göründüyü kimi, Vergi Məcəlləsinin müvafiq maddəsi malların əskik gəlməsini ƏDV məqsədləri üçün malların təqdim edilməsi kimi qəbul edir. Belə olan halda isə malların alış qiymətinin əsas götürülməsi qanunauyğun deyil. Məhkəmə tərəfindən isə, Vergi Məcəlləsinin 161.3-cü maddəsi səhv təfsir olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin nəzərə alınmamışdır ki, malın əskik gəlməsi zamanı malın alış qiyməti əsas götürülərsə, vergidən yayınma halına şərait yaradılmış olar. Çünki alış qiyməti əsas götürülərsə faktiki olaraq hər hansı vergi öhdəliyi yaranmayacaq, çünki vergi ödəyicisi artıq malları aldığı zaman ƏDV-ni ödəmiş olur, malları rəsmiləşdirmədən təqdim etdikdə alış qiyməti əsas götürülərsə həmin ƏDV əvəzləşdirilmiş olur və vergi ödəyicisinin ticarət əlavəsinə vergi hesablanmır, faktiki olaraq hər hansı vergi öhdəliyi yaranmır. Malların əskik gəlməsinin vergitutma obyekti kimi qəbul edilməsinin məqsədi isə məhz vergidən yayınma hallarının qarşısını almaq, hətta malların təqdim edilməsi rəsmiləşdirilmədikdə belə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi nəzərdən qaçırdığı daha bir məqam ondan ibarət olmuşdur ki, vergi ödəyicisi özü də malların təqdim edildiyini inkar etmir. İddiaçı tərəfindən qərarın qismən mübahisələndirməsi də təsadüfi deyil. İş materiallarında, o cümlədən iddia ərizəsində də vergi ödəyicisi tərəfindən müvafiq malların 2020-ci ilin oktyabr ayından öncə elektron qaimə-faktura tərtib edilmədən təqdim edildiyi bildirilmişdir. Başqa sözlə, iddiaçı tərəfindən malların təqdim edilməsi işin mübahisə edilməyən faktıdır. Belə olan halda, təqdim edilmiş malları alış qiyməti ilə nəzərə almaq işin hallarına uyğun deyil və ədalətsizdir. Məhkəmə tərəfindən qeyd edilən hal nəzərə alınmamışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Qeyd edilən normadan da göründüyü kimi, malların vergi ödəyicisinin sahibliyində olmadığı aşkar edildikdə mallar təqdim edilmiş hesab edilir və buna müvafiq olaraq vergi hesablanması malın təqdimetmə, yəni satış qiymətinə əsasən həyata keçirilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaçının verdiyi apellyasiya şikayətinə dair etirazın məzmununa uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Vergi Cinayətlərin İbtidai Araşdırması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********8782 nömrəli vergi nəzarətinin keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-də keçirilən X1 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli Seriya DVX 000904 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixə digər mallar üzrə ümumi dəyəri 177.535,48 manat olan mal qalığı aşkar edilsə də, sement üzrə mal qalığı aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 yanvar 2021-ci il tarixli, **********767900 nömrəli qərarı ilə müəssisədə X1 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən 14.788,1 ton sementin əskik gəldiyi müəyyən edildiyindən, sement qalığı üzrə ƏDV-nin yayındırıldığı aşkar edilmiş, Cəmiyyətə oktyabr 2020-ci il hesabat tarixi üzrə 19.350,83 manat iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi, əlavə hesablanmış vergi 235.255,01 manat, ümumilikdə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi 254.605,84 manat əlavə dəyər vergisi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 mart 2021-ci il tarixli, **********066900 nömrəli qərarına əsasən ləğv edilmiş əvvəlki qərar **********767900 nömrəli, xx.xx.2020-ci il tarixli qərardır. Təqdim edilmiş bəyannamə üzə hesablanmış vergi 254.605,84 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi 254.605,84 manat, vergi orqanı tərəfindən aparılmış kamerla yoxlama nəticəsində müəyyən edilmiş vergi 182.648,49 manat, azaldılmış vergi məbləği 71.957,35 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 07 may 2021-ci il tarixli, **********558400 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********767900 nömrəli qərarının 2-ci hissəsi 182.648,49 manat hissədə dəyişdirilmədən saxlanılmış, 71.957,35 manat hissədə ləğv edilmiş, İddiaçındə real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsinin təmin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən birinci sual üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş sənədlərə əsasən, yəni müəssisənin təqdim etdiyi e-qaimələrə əsasən büdcəyə ödənilməli olan ƏDV məbləği 2020-ci ilin oktyabr ayı üzrə 18.290,07 manat, noyabr ayı üzrə 23.142,72 manat, dekabr ayı üzrə 12.402,82 manat, cəmi 53.835,602 manat təşkil edir. İkinci və üçüncü sual üzrə: tədqiqi hissədə qeyd olunanlardan göründüyü kimi, iş materiallarında olan təhvil-təslim aktlarında göstərilən sement satışı ilə sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı kənarlaşma müəyyən edilmədi. Həmçinin qeyd edilir ki, təhvil-təslim aktlarında göstərilən və sonradan təqdim edilmiş e-qaimələrlə bəyan edilmiş sement satışı üzrə ödənilməli olan əlavə dəyər vergisinin məbləği 53.835,60 manat müəyyən olunur. İşin hallarından müəyyən olunur ki, Vergi orqanın araşdırmasına əsasən iddiaçı şirkətdə xx.xx.2020-ci il tarixli “X1 həyata keçirilməsi haqqında” qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən nəzarət tədbirləri keçirilmiş və X1 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda xx.xx.2020-ci il tarixə Cəmiyyətin sahibliyində 177.535,48 manat məbləğində mal qalığının (sürtgü yağları) müəyyən edilməsinə baxmayaraq, sement üzrə qalıq barədə hər hansı bir qeyd aparılmamışdır. Araşdırma zamanı elektron qaimə-faktura üzrə operativ vergi yoxlaması keçirilən xx.xx.2020-ci il tarixədək ümumi dəyəri 5.392.450,00 manat (ƏDV-siz) olan 68.048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sementin alındığı, ümumi dəyəri 4.707.330,00 manat (ƏDV-siz) olan 53.260,76 ton (1 tonun orta satış qiyməti 88,38 manat) sementin satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14.788,1 ton (68.048,86 ton (alınmış sement) – 53.260,76 ton (satılmış sement)) sementin əskik gəldiyindən, sement qalığı üzrə 235.255,00 manat (14.788,1 ton x 88,38 manat x 18%) ƏDV hesablanmış, bu barədə xx.xx.2021-ci il tarixli, **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçının bəyan etdiyi 19.350,83 manat vergi + vergi orqanı tərəfindən əlavə 235.255,00 manat vergi ilə birlikdə ümumilikdə 254.605,84 manat vergi hesablanmışdır. Vergi ödəyicisinin müraciəti əsasında müvafiq hesabat dövrü üzrə kameral vergi yoxlaması aparılmış və təqdim edilmiş elektron qaimə-fakturalara əsasən X3 tədbirinin keçirildiyi xx.xx.2020-ci il tarixədək vergi ödəyicisi tərəfindən 57.783,99 ton sementin satıldığı, əskik gəlmiş sementin miqdarının 4523,22 ton çox müəyyən edilmiş, kameral qaydada hesablanılmış vergi məbləği 71.957,35 manat azaldılmış, bu barədə xx.xx.2021ci il tarixli, **********066900 nömrəli qərarla xx.xx.2021-ci il tarixli, **********767900 nömrəli qərar ləğv edilmiş, həmin qərarla hesablanmış ümumi 254.605,84 manat vergidən 71.957,35 manat azaldılaraq yekun olaraq iddiaçıya 182.648,49 manat vergi hesablanmışdır. Vergi orqanı tərəfindən iddiaçının operativ vergidən sonra inzibati orqana təqdim etdiyi elektron qaimə fakturalara əsasən iddiaçının 2020-ci ilin oktyabr ayının sonunadək 2143,88 ton sementi satdığı, 2020-ci ilin noyabr və dekabr ayları ərzində isə 2755,86 ton sementin alındığı, 6318,26 ton sementin satıldığı müəyyən edilmiş, bununla da 57.783,99+2143,88+6318,26-2755,86)=63.490,27 ton sementin satıldığı, ümumilikdə alınmış 68.048,86 ton sementdən- 63.490,27 ton sement satıldığı, bununla da 4558,59 ton sement üzrə kənarlaşma müəyyən edilmişdir. İddiaçı X3 zamanı malların anbarda olmamasının səbəbi kimi malların satıldığı, lakin qaimə-fakturaların sonradan təqdim etdiyini, vergi orqanının isə bunu nəzərə almadığını iddia edir. Bununla əlaqədar vergi ödəyicisi məhkəməyə iddia ərizəsinə qoşma olaraq müxtəlif vergi ödəyicilərinə satdığı sementlə bağlı 19 iyul 2020-ci il tarixli 20/01 nömrəli, 19 iyul 2020-ci il tarixli 20/07 nömrəli, 27 iyul 2020-ci il tarixli 20/02 nömrəli, 28 iyul 2020-ci il tarixli 20/01 nömrəli, 10 avqust 2020-ci il tarixli 20/07 nömrəli, 11 avqust 2020-ci il tarixli 20/25 nömrəli, 13 avqust 2020-ci il tarixli 20/7 nömrəli, 15 avqust 2020-ci il tarixli 20/04 nömrəli, 15 avqust 2020-ci il tarixli 20/08 nömrəli, 18 avqust 2020-ci il tarixli 20/03 nömrəli, 21 avqust 2020-ci il tarixli 20/08 nömrəli, 21 avqust 2020-ci il tarixli 20/11 nömrəli, 21 avqust 2020-ci il tarixli 20/133 nömrəli, 22 avqust 2020-ci il tarixli 20/12 nömrəli, 22 avqust 2020ci il tarixli 20/26 nömrəli, 24 avqust 2020-ci il tarixli 20/27 nömrəli, 27 avqust 2020-ci il tarixli 20/28 nömrəli, 28 avqust 2020-ci il tarixli 20/29 nömrəli, 30 avqust 2020-ci il tarixli 20/04 nömrəli, 31 avqust 2020-ci il tarixli 20/01 nömrəli, 31 avqust 2020-ci il tarixli 20/09 nömrəli, 31 avqust 2020-ci il tarixli 20/13 nömrəli, 01 sentyabr 2020-ci il tarixli 20/134 nömrəli, 02 sentyabr 2020-ci il tarixli 20/08 nömrəli, 02 sentyabr 2020-ci il tarixli 20/14 nömrəli, 02 sentyabr 2020-ci il tarixli 20/30 nömrəli, 08 sentyabr 2020-ci il tarixli 20/136 nömrəli, 12 sentyabr 2020-ci il tarixli 20/09 nömrəli, 16 sentyabr 2020-ci il tarixli 20/137 nömrəli, 17 sentyabr 2020-ci il tarixli 20/138 nömrəli, 21 sentyabr 2020-ci il tarixli 20/139 nömrəli, 23 sentyabr 2020-ci il tarixli 20/09 nömrəli, 23 sentyabr 2020-ci il tarixli 20/10 nömrəli, 24 sentyabr 2020-ci il tarixli 20/03 nömrəli, 24 sentyabr 2020-ci il tarixli 20/05 nömrəli, 25 sentyabr 2020-ci il tarixli 20/02 nömrəli, 25 sentyabr 2020-ci il tarixli 20/140 nömrəli, 26 sentyabr 2020-ci il tarixli 20/8 nömrəli, 01 oktyabr 2020-ci il tarixli 20/10 nömrəli, 01 oktyabr 2020-ci il tarixli 20/141 nömrəli, 04 oktyabr 2020-ci il tarixli 20/142 nömrəli, 08 oktyabr 2020-ci il tarixli 20/143 nömrəli, 12 oktyabr 2020-ci il tarixli 20/144 nömrəli təhvil-təslim aktları təqdim etmişdir. İddiaçının iddia tələbinə əsasən qeyd edilən təhvil-təslim aktları əsasında malların satılmasından sonra ödənişlər edilmiş, buna uyğun olaraq elektron qaimə-fakturalar tərtib edilmişdir. İddiaçı vergi orqanının 4001,16 ton, satış qiyməti ilə 321.493,21 manatlıq sement qalığının X3 zamanı nəzərə almadığını bildirərək həmin sementə görə 57.868,77 manat məbləğinin azaldılmasını, bununla da xx.xx.2021-ci il tarixli qərarı qismən mübahisələndirmiş, birinci instansiya məhkəməsi aşağıda qeyd olunanlara əsasən iddiaçının sahibliyində olan təhvil-təslim aktları əsasında satılmış sementə görə sonrakı dövrlərdə təqdim edilmiş e-qaimələri sementin təqdim edilməsi sənədi kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: -1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. -1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. -1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. -2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir. 2.3. Elektron qaimə-fakturada (bu Qaydaların 2.2.3-cü və 2.2.9-cu yarımbəndlərində göstərilmiş elektron qaimə-fakturalar üzrə bu Qaydaların 2.3.30-cu yarımbəndi, bu Qaydaların 2.2.7-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.8ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.10-cu yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.3-cü, 2.3.4-cü, 2.3.13-cü, 2.3.17-2.3.24-cü və 2.3.26-cı yarımbəndlərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir: 2.3.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi; 2.3.2. elektron qaimə-fakturanın növü; 2.3.3. göndərən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı; 2.3.4. qəbul edən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı; 2.3.5. əsas; 2.3.6. əlavə qeydlər və (.....). 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur: -2.5.3. Elektron qaiməfaktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.4. malların qaytarılması üzrə malların qaytarıldığı vaxtdan 3 (üç) gün müddətində; 3.7.5. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 (üç) gün müddətində; (.....). Mallar göndərildiyi vaxt və yaxud əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi zamanı malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində e-qaimələr tərtib edilməlidir. İddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının ən tez tarixlisi iyul, avqust 2020-ci olduğu halda iddiaçı həmin dəyərdə sementə görə yalnız 3 ay sonra, məhz X3ndən sonra 2020-ci il oktyabr ayının sonu, noyabr və dekabr ayları üzrə tərtib edərək təqdim etmişdir. Sadalanan normalardan müəyyən olunur ki, malların təqdim edilməsi barədə elektron qaimə fakturalar “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilməlidir. Həmin Qaydalara uyğun tərtib edilməyən e-qaimələr isə malın təqdim edilməsinin əsası kimi çıxış edə bilməz. Qaydaların tələblərinə görə elektron qaimə-fakturalarda “Əsas” sətrində malın təqdim edilməsi ilə bağlı sənədlər, xüsusən də müqavilələr, təhvil-təslim aktları və s. sənədlər bilavasitə göstərilməlidir. Hazırkı iş üzrə təqdim edilmiş təhvil-təslim aktlarında göstərilən sement satışı ilə bağlı sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı müəyyən olunmuşdur ki, e-qaimələrdə konkret olaraq təhvil-təslim aktlarına istinad edilməmiş, e-qaimələrin nəyin əsasında tərtib olunduğu, e-qaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsi qeyd edilməmişdir. Belə olan halda iddiaçının X3ndən sonra təqdim etdiyi e-qaimələr yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun tərtib edilmiş sayıla bilməz. Bu halda həmin e-qaimələr də Qaydaların birbaşa imperativ göstərişinə əsasən malın təqdim edilməsinin əsası kimi qiymətləndirilmir və sementin satışını təsdiq edən sənəd qismində dəyərləndirilə bilməz. Qeyd olunanlarla bağlı iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin elektron qaimə fakturaları malların təqdim edilməsi sənədi kimi qəbul etməyərək, VM-nin qeyd olunan normasının tələbini kobud şəkildə pozması, məhkəmənin qərarında elektron qaimə-faktura barədə formal və texniki tələblərə (e-qaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsinin qeyd edilməməsi) istinad etməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyinin kifayət qədər əsaslı və işin mahiyyəti üzrə verilməsinə baxmayaraq, sübut kimi qəbul edilməməsindən ibarətdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin qeyd olunan dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq hesab etmişdir ki, təhvil-təslim aktları və e-qaimələr sementin təqdim edilmə sənədi kimi qəbul edilməməli, həmin e-qaimələr əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyini hazırkı işin həlli üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarında elektron qaimə-faktura barədə formal və texniki tələblərə (e-qaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsinin qeyd edilməməsi) istinad etməsini qeyd etsə də, birinci instansiya məhkəməsi formal tələblərə deyil, qanunvericliyin imperativ tələblərinə (xüsusilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7.3-cü bəndinə əsasən işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində (iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının ən tez tarixlisi iyul, avqust 2020-ci il olduğu halda iddiaçı həmin dəyərdə sementə görə yalnız 3 ay sonra, məhz X3ndən sonra 2020-ci il oktyabr ayının sonu, noyabr və dekabr ayları üzrə tərtib edərək təqdim edilmişdir)) istinad edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili isə birinci instansiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 161.3-cü maddəsi təhrif olunmasından, Vergi Məcəlləsinin qeyd edilən maddəsində “öz” ifadəsi istifadə edilməməsindən ibarətdir. Qeyd olunan hissədə birinci instansiya məhkəməsi 161-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, əgər VM-in 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı alınan haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutursa, 161.3-cü maddə malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanmasını müəyyən edir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən əksik gələn sementin dəyərini sementin 1 tonunun satış dəyərindən (88,38 manat) deyil, alış dəyərindən (79,24 manat) hesablamalı idi. VM-nin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. VM-in 161.3-cü maddəsinə görə bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini, qanunvericiliyin tələblərini və birinci instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin 161.3-cü maddəsinin tətbiq edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə Vergi Məcəlləsinin 161.3-cü maddəsinin tələblərini olduğu kimi öz qərarında göstərmiş, sonradan 161.1 və 161.3-cü maddələrinə istinad edərək “Göründüyü kimi, əgər VM-in 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı alınan haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutursa, 161.3-cü maddə malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanmasını müəyyən edir” qeyd etməklə gəldiyi nəticəni əsaslandırmışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçının nümayəndəsi və vəkili, həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayətlər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1183/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar