Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1178/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 26 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçınə əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan 20656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə - 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun müəssisənin “xxxx” ASC-də olan bank hesabından dövlət büdcəsinə alınması haqqında Banka icra sənədi olan 15.08.2018-ci il tarixli, 188/********** saylı sərəncam verilmişdir. Sonradan isə cavabdeh tərəfindən 29.10.2019-cu il tarixli, **********7AZ saylı yeni sərəncam qəbul edilmiş və həmin sərəncam hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin Şirkətin bank hesabından dövlət büdcəsinə alınması üçün “xxxx” ASC-yə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. Şirkətin 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun hesabından həmin pul vəsaitinin tutulması əsassızdır, həmin məbləğin Şirkətdən tutulması Şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır. Daha sonra iddiaçı əlavə olaraq yenidən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Şirkətin 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun əmlakı hesabına ondan həmin pul vəsatinin tutulması əsassızdır, həmin məbləğin şirkətdən tutulması, yəni şirkətin əmlakının siyahıya alınaraq hərraca çıxarılması şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır. Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2-1(112)-1333/2020 saylı qərardadı ilə ərizələrin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının dayandırılması, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinin təmin edilməsi üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə müvəqqəti olaraq qadağan edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.08.2020-ci il tarixli 2-1(103)-1216/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadının ləğv edilməsi, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar İddiaçı firmasının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qadağan edilməsi, iddiaçının digər - məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.10.2020-ci il tarixli 2-1(102)-2018/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 avqust tarixli 2-1(103)- 1216/2020 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbindən də aydın olduğu kimi iddia tələbi 2 hissədən - əsassız hesablanmış 57928,39 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsindən və 20656,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun 5 il ərzində hissə-hissə ödənilməsinə şərait yaradılmasından ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Lakin iddiaçının mübahisələndirdiyi münasibətlər 01.01.2019-cu il tarixdən əvvəlki dövrlərə yəni, vergi ödəyicisinə hesablanmış borc müvafiq səlahiyyətlərin Vergilər Nazirliyinə verilməmişdən öncəki dövrlərə təsadüf edir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqları üzrə 01.10.2018-ci il tarixdən saldo keçən 72694,78 manat əsas və 1973,25 manat faiz, cəmi 74668,03 manat borcu vardır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqları üzrə 01.10.2018-ci il tarixdən saldo keçən 72694,78 manat əsas və 1973,25 manat faiz, cəmi 74668,03 manat borcu vardır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 15.08.2019-cu il tarixli **********9 nömrəli məktubunda Fondun elektron məlumat bazasında olan məlumatlara əsasən İddiaçı FKM-in 2018-ci ilin 1 oktyabr tarixinə işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilarlar istisna olmala) üzrə 74668,03 manat borcu yarandığı bildirilmiş və həmin borcun açıqlaması barədə cədvəl əlavə olunmuşdur. İddiaçının 57928,39 manat hissəsinin əsassız hesablandığı barədə iddia tələbi heç bir sübuta və fakta əsaslanmır və bu hal vergi ödəyicisinin şəxsi hesab vərəqəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət soaial Müdafiə Fondunun 15.08.2019-cu il tarixli **********9 nömrəli məktubu ilə tam sübut edilməkdədir. İddiaçı mövcud olan məcburi dövlət sosial sığorta haqları üzrə borcunun 20656,65 manat hissəsini mübahisələndirməmiş, həmin hissədə öhdəliyin 5 il ərzində hissə-hissə ödənilməsinə şəraitin yaradılmasını xahiş etmişdir. Lakin Bakı inzibati Məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, iddiaçı tərəfindən mübahisələndirilməmiş məbləğ barədə də borcun alınması istiqamətində sərəncamın icrası dayandırılmışdır. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmış və vergi orqanlarının birbaşa səlahiyyərlərinə müdaxilə edilmişdir. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən hesablanmış, vergi ödəyicisi tərəfindən ödənilməmiş və ya mübahisələndirilən vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin əsas təmin üsullarından biri əmlakın siyahıya alınması və Vergi Məcəlləsi ilə vergi orqanı üçün nəzərdə tutulmuş sair hüquqlardır. Məhkəmə mübahisəli qərardadı ilə vergi orqanının əsas vəzifəsi olan vergilərin vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinin icrası ilə bağlı çətinlik yaradır ki, bu da arzuolunmazdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, artıq o sərəncamı ləğv ediblərsə, apellyasiya şikayətini geri götürsünlər. 01.01.2017-ci il tarixə onların 9000 sosial sığorta haqları üzrə borcu var idi. Lakin onlar qeyd edirlər ki, 70000 borc olub. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə “cavabdeh tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının dayandırılması” hissəsində mümkünsüz hesab edilməli, “məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində isə rədd edilməlidir. İş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin 23.04.2019-cu il tarixli, **********0 №-li “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” Bildirişi ilə İddiaçınə 23.04.2019-cu il tarixinə ümumilikdə 78 584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc və faiz hesablanmışdır. Həmin borcun müəssisənin “xxxx” ASC-də olan bank hesabından dövlət büdcəsinə alınması haqqında Banka icra sənədi olan 15.08.2018-ci il tarixli, 188/********** saylı sərəncam verilmişdir. Sonradan isə cavabdeh tərəfindən 29.10.2019-cu il tarixli, **********7AZ saylı yeni sərəncam qəbul edilmiş və həmin sərəncam hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin Şirkətin bank hesabından dövlət büdcəsinə alınması üçün “xxxx” ASC-yə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı işdə iddiaçı onun bank hesabından pul vəsaitlərinin dövlət büdcəsinə alınması haqqında sərəncamın icrasının dayandırılmasını tələb edir. Məhkəmə də məhz həmin məzmunda tələbi həll etməli olduğu halda, tələbdən kənara çıxaraq tərəflərin mübahisələndirmədiyi “pul vəsaitlərinin dondurulması ilə bağlı” məsələni həll etmişdir. İddiaçı haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi “sərəncamın icrasının müvəqqəti dayandırılması” barədə ərizədə göstərilmiş tələbdən kənara çıxmışdır. Nəticədə “sərəncamın icrasının müvəqqəti dayandırılması” barədə tələb həll olunmadan, açıq qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin “ərizənin qismən təmin edilməsi” barədə qərarı isə iddiaçının, əslində həmin ərizə ilə arzuladığı nəticəni hər hansı hissədə təmin etməmişdir. İddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və İPM-in 40.3-cü maddəsinin məqsədlərinə uyğun deyil. Həmin normaya görə, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən borcun iddiaçının əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlığı iddiaçıya gözlənilən müdaxilədən qorunmaq üçün İPM-in 40.3-cü maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə üsulundan yararlanmağa əsas verir. Cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulmasının qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə mane törədə biləcəyi ilə bağlı qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə, ilk növbədə iddianın uğurluluq ehtimalının yoxlanılmasından, iddianın uğurluluq ehtimalının aydın olmadığı halda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra gələ bilərdi (İPM-in 41.2 maddəsi). Bu zaman nəzərə alınmalıdır ki, iddianın uğurluluq ehtimalı ilə bağlı tələb təkcə inzibati aktın icrasının dayandırılması ilə bağlı deyil, həm də müdafiə xarakterli digər tədbirlərin tətbiqində də qüvvədədir (İPM-in 43.1.2-ci maddəsi). Hazırkı halda, bu cür yoxlamanın və qiymətləndirmənin aparıldığı qərardadda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Bu normadan göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqlarının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi tətbiq oluna bilər. Prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə barədə ərizənin verilməsi qaydaları və ərizənin təmin olunması üçün məhkəmənin istinad etməli əsasları da nəzərdə tutmuşdur. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin hər iki normada işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) tələb edilmişdir. Həmin normaların tələbinə, əsasən müvəqqəti xarakterli müdafiə tədbiri barədə məsələ həll olunarkən ilk növbədə iddiaçının hansı növ və hansı mahiyyətli iddia qaldırdığı müəyyən olunmalıdır. Çünki bu, hansı qaydaları rəhbər tutmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunacağını müəyyən edir. Müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizə üzrə qərar işin konkret (faktiki) və hüquqi hallarının qiymətləndirilməsi əsasında qəbul edilir. Müvəqqəti xarakterli müdafiə barədə ərizənin birinci hissəsi “29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının dayandırılması” barədədir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının “xxxx” ASC-də olan ******************** hesablaşma hesabına sərəncam qoyulmasına dair icra ödəniş sənədi olan 09.12.2020-ci il tarixli **********6 saylı sərəncam təqdim etmişdir. Həmin sərəncamda qeyd edilir ki, bu sərəncam qəbul edildikdən sonra, əvvəlki bütün alınmalı sərəncamların icrası dayandırılmalıdır. Yəni iddiaçının icrasının dayandırılmağını istədiyi 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncam artıq mövcud deyil. Belə olan halda mövcud olmayan sərəncamın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi üçün də heç bir əsas yoxdur. Həmçinin kollegiya qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli MXMT(112)-3/2021 saylı qərardadı ilə ərizəçi İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiəyə dair ərizəsinin qismən təmin edilməsi, ərizəçi İddiaçı hesablanmış muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 105 faiz həcmində pul vəsaitinin “xxxx” ASC-də olan ******************** hesablaşma hesabında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisələndirilən borc ilə bağlı ərizəçi İddiaçı mövcud bank hesabında olan pul vəsaitlərinin tutulması və ya alınması ilə bağlı sərəncamların qoyulmasının vergi orqanlarına qadağan edilməsi və qoyulduğu təqdirdə icra edilməməsi qərara alınmışdır. Ərizənin ikinci hissəsi olan “iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi”nə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavədə 57928,39 manat borcun silinməsini tələb etdiyi kimi, özünün etiraf etdiyi 20656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə - 5 il müddətinə dəyişdirilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İnzibati prosessual qanunvericiliyə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Lakin belə olduğu halda belə müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətinə zidd olmayan qərarın qəbul edilməsi zəruridir. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən ödənilməsinin gecikdirilməsi xahiş edilən borcun mövcud olmasının mübahisələndirilməməsi, iddianın uğurluluq ehtimalının müəyyən edilməsinin qeyri-mümkünlüyü ərizənin “iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə “cavabdeh tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının dayandırılması” hissəsində mümkünsüz hesab edilməli, “məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində isə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı ləğv edilsin. İddiaçının ərizəsi “cavabdeh tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının dayandırılması” hissəsində mümkünsüz hesab edilsin, “məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində isə rədd edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1178/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1178/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver