Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1181/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yerli vergi ödəyicisi uçotunun ləğvinə dair hərəkətlərin qanunsuz hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), X10 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7899/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Zirə Bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı (YVÖK: 12081xxxxxxx) yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
2. . Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 12-96 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 və İddiaçı Zirə bələdiyyəsi tərəfindən hər hansı bir məqsədlə torpaq sahəsinin ayrılması barədə heç bir qərar qəbul olunmamışdır. X2 xx.xx.2014-cü il tarixdə əmlakının qiymətləndirmə rəyi ilə bələdiyyə büdcəsinə 36 manat əmlak vergisi və 21 manat 60 qəpik torpaq vergisi ödəmişdir. Həmin tarixdən sonra heç bir ödəniş etməmişdir. Vətəndaş İddiaçı X6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə əsasında bələdiyyəyə müraciət etmiş, 15 manat əmlak vergisi və 90 manat torpaq vergisi ödəmişdir. X1 ilə İddiaçı arasında mübahisə yarandtğmdan bələdiyyə büdcəsinə ödəniş edilməsinin dayandırılması məqsədilə İddiaçı qızma verilmiş X12 Kodu (YVÖK) ləğv edilmişdir. X1 ilə İddiaçı arasında yaranmış mübahisə aradan qalxdıqdan sonra Zira bələdiyyəsində bu məsələyə baxılacaqdır.
3. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 12-99 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə görə öz müraciəti əsasında könüllü olaraq xx.xx.2022-ci il tarixdə Zirə bələdiyyəsində vergi uçotuna alınmışdır. İddiaçı və Pərvin İskəndərov arasında torpaq mübahisəsi yarandığından İddiaçı xx.xx.2022-ci il tarixdə vergi uçotundan çıxarılmış və ona verilmiş YVÖK ləğv edilmişdir. Həmçinin qeyd olunur ki, müraciətdə göstərilən torpaq sahəsi Zirə qəsəbəsi, Qoşaqışlaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aid deyil, eləcə də İddiaçı, Pərvin İskəndərova, ilkin Məmmədova, Şəfaqət Məmmədovaya və Sevinc Abdullayevaya torpaq sahəsinin ayrılması ilə bağlı Zirə bələdiyyəsi tərəfindən hər hansı qərar qəbul edilməmiş və həmin şəxslər yerli büdcənin vergi ödəyicisi kimi bələdiyyədə uçotda deyil.
4. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 15-L-33 nömrəli xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə görə fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi ödəyirlər. Müraciətdə göstərilən torpaq sahəsinin onun mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadədə olduğunu və fərdi yaşayış evinin mülkiyyətində olduğunu təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığına görə vergi uçotuna alınması vergi qanunvericiliyinə uyğun deyildir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci abzasına əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmçinin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyrirezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edənsənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılmaqla, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsinə, o cümlədən xüsusi mülkiyyətində olan əmlaka görə əmlak və torpaq vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Məsələ ilə bağlı Zirə bələdiyyəsinin məlumatında adları qeyd olunan Elvin Məmmədov və İlkin Məmmədov mülkiyyətlərində və istifadələrində olan torpaq sahələri ilə bağlı bələdiyyəyə müraciət etmədikləri üçün bələdiyyə tərəfindən vergi uçotuna alınmadıqları, onlara vergi ödəyicisi kodunun verilmədiyi bildirilmişdir. Qeyd olunur ki, xx.xx.2024-cü il tarixli, 2-1 (112J7899/2024 nömrəli məktub Bələdiyyələrlə iş baş idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zirə Bələdiyyəsində vergi kodunu aktiv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “yerli vergi ödəyicisi uçotunun ləğvinə dair hərəkətlərin qanunsuz hesab edilməsi” kimi dəyişdirilmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, 2017-ci ildən torpağ və əmlak vergisi Zirə Bələdiyyəsində vergi kodu ilə ödəniş etmişdir. Yaşadığı ərazidə hər kəs sənədsiz fərdi evlərdə yaşayır. Zirə Bələdiyyəsi iddiaçıya xəbər vermədən iddiçının vergi kodunu dondurub.
9. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Zirə bələdiyyəsində vergi kodunun aktiv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi 2017-ci ildən torpaq və əmlak vergisini Zirə bələdiyyəsində vergi kodu ilə ödəniş etməsinə, yaşadığı ərazidə hər kəsin sənədsiz fərdi evlərdə yaşamasına və bələdiyyənin ona xəbər vermədən vergi kodunu dondurmasına istinad etmişdir. Hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası İnzibati prosessual Məcəlllənin 2.2-ci maddəsində nəzərədə tutulan iddia növlərindən heç birinə uyğun gəlmədiyinə görə mümkün sayılmamalıdır. İddia tələbinin mahiyyəti üzrə bildirilmişdir ki, İddiaçı dəfələrlə Zirə Bələdiyyəsinə və Zirə bələdiyyəsinə inziabti nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə nazirliyininBələdiyyələrlə İş Mərkəzinə ərizə və şikayətlərlə müraciət edərək, əmlak və vergi ödəyicisi kimi eydiyyata alınmasını xahiş etmişdir. Ona ünvanlanmış cavab məktubları ilə torpaq sahəsi və yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri təqqdim etdikdən sonra, məsələyə mahiyyəti üzrə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1,1-ci maddəsinə görə fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.m-dən artıq olan hissəsinin) hər kv.m-nə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə). -203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Qanunverciliyin tələbindən də göründüyü kimi, şəxsin mülkiyyətində və ya icarəsində torpaq sahəsi və ya daşınmaz əmlak mövcud olduğu halda, vergi ödəyicisi kimi qeydiyyata alına bilərlər. Hazırki iş üzrə İddiaçı isə Zirə bələdiyyəsinin inzibati ərazisi hüdudları daxilində mülkiyyətində və ya icarəsində torpaq sahəsinin olması və ya bələdiyyə tərəfindən on atorpaq sahəsi ayrılması barədə hər hansı sübutunu bələdiyyəyə təqdim etməmişdir. Bundan başqa, Xəzər rayon Məhkəməsinin icraatında İddiaçı ilə digər vətəndaş X7 arasında torpaq sahəsindən çıxarılma və “Zirə qəsəbəsi Qoşaqışlaq sahəsində yerləşən evdə yaşama hüququnun tanınması və s” tələbinə dair iddia və qarşılıqlı iddia ərizələri olmuş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(003)-1324/2023 saylı qətnaməsi ilə hər iki iddia tələbləri əsassız olduğuna görə rədd edilmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özününxidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1- ci bəndləri). İddiaçının vergi məsələləri üzrə tələbinə dair iddiasını mümkün sayılmaması, iddia tələbi sonradan dəyişdirldiyi təqdirdə isə Zirə bələdiyyəsi tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquq pozuntusuna yol verilmədiynə görə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 7899/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, qışlıq sahə ərazisini istifadə edir (iş materiallarına əlavə edilmiş qəbzlərlə bunu təsdiq edir) və iddiaçı faktiki olaraq Bakı şəhəri Cavabdeh ərazisində yerləşən torpaq sahəsindən mülkiyyət hüquqlarını qeydiyyata alınmadan istifadə etdiyinə görə torpaq vergisini ödəmək öhdəliyi təmin etmək arzusundadır. Yerli vergi ödəyicisi uçotunun ləğv edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməsinə cavabdehin faktiki xarakterli hərəkətləri ilə mane olması kimi qiymətləndirilməlidir. Yerli vergi ödəyicisi kimi iddiaçının vergi öhdəliklərini təmin etməsi torpaq sahəsindən faktiki istifadəyə əsaslanır. Odur ki, iddia təmin edilməlidir və cavabdeh Bakı şəhəri Cavabdeh yerli vergi ödəyicisi uçotun ləğvinə dair hərəkətlərin qanunsuz hesab edilməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7899/2024 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətlərinin dəlilləri
13. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.. Maddə 203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
18.“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
19. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə
3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Zirə Bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı (YVÖK: 12081xxxxxxx) yerli vergi ödəyicisi kimi qeydiyyata alınmış və uçotun ləğvi üçün hüquqi və faktiki vəziyyət hər hansı şəkildə dəyişməmiş, uçotun ləğvi ilə bağlı iddiaçıya hər hansı məlumat verilməmiş və iddiaçının dinlənilmə hüququ təmin edilməmişdir.
30. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, şəxsin mülkiyyətində və ya icarəsində torpaq sahəsi və ya daşınmaz əmlak mövcud olduğu halda, vergi ödəyicisi kimi qeydiyyata alına bilərlər. Hazırki iş üzrə İddiaçı isə Zirə bələdiyyəsinin inzibati ərazisi hüdudları daxilində mülkiyyətində və ya icarəsində torpaq sahəsinin olması və ya bələdiyyə tərəfindən ona torpaq sahəsi ayrılması barədə hər hansı sübutunu bələdiyyəyə və ya məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin müəyyən etdiyi hallara əsasən torpaq vergisi sadəcə torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin deyil, həm də mülkiyyət hüquqlarını qeydiyyata alınmamış torpaq sahəsindən istifadəyə görə hər il sabit tədiyə şəklində hesablanmalıdır.
32. Kollegiya qeyd edir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir.
33. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 12-99 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə görə öz müraciəti əsasında könüllü olaraq xx.xx.2022-ci il tarixdə Zirə bələdiyyəsində vergi uçotuna alınmışdır.
34. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.3-cü maddəsinə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya yerli vergi ödəyicisi kodu təqdim edilmiş və iş materialına əlavə edilmiş qəbzlər əsasında iddiaçının həmin torpaq sahəsindən faktiki olaraq istifadə etməsi və yerli vergi ödəyici kimi öhdəliklərini icra etməsi müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 12-99 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı və Pərvin İskəndərov arasında torpaq mübahisəsi yarandığından İddiaçı xx.xx.2022-ci il tarixdə vergi uçotundan çıxarılmış və ona verilmiş YVÖK ləğv edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, uçotun ləğvi əsaslarına dair cavabdeh tərəfindən sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, müvafiq qanunvericilikdə iki fiziki şəxs arasında hər hansı mübahisənin mövcudluğu fiziki şəxsin uçotunun ləğvinin əsası kimi təsbit edilməmişdir.
38. Kollegiya qeyd edir ki, cavabdehin müvafiq kodun ləğv etməsi iddiaçının yerli vergi ödəyici kimi öhdəliklərini icra etməsinə əsassız və qanunsuz maneədir.
39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin və iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 7899/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7899/2024 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.