Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1189/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildirişlərin, qərarların ləğv edilməsi və iddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 753/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 753/2019 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Departamentin xx.xx.2012-ci ildə 2010-cu il üçün torpaq vergisi ilə bağlı **********798800 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” bildirişin, xx.xx.2012-ci ildə 2011-ci il üçün torpaq vergisi ilə bağlı **********799500 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” bildirişin, xx.xx.2012-ci il tarixdə 2012-ci ilin torpaq vergisi ilə bağlı **********800600 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” bildirişin, xx.xx.2013-cü il tarixdə 2013-cü il üçün torpaq vergisi ilə bağlı **********834400 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” qərarın, xx.xx.2014-cü il tarixdə 2014-cü il üçün torpaq vergisi ilə bağlı **********998600 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” qərarın ləğv edilməsi və iddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əssalandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən, iddia tələbini hərtərəfli və obyektiv araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, İddiaçı xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Lakin iddiaçı fəaliyyətdə olduğu dövr üzrə istifadəsində olan torpaq sahəsinə görə müvafiq dövrlər üzrə vergi bəyannamələrini və ödənilməli olan torpaq vergisini ödəməmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2012-ci il tarixli **********332900 nömrəli və xx.xx.2013-cü il tarixli **********486500 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2009-2014-cü illər üçün Torpaq vergisi üzrə ümumilikdə, 47.798,40 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2010-cu il tarixli **********8600 saylı, xx.xx.2012-ci il tarixli **********798800, **********799500 və **********800600 saylı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" bildirişlər, eləcə də 14.11 2012-ci il tarixli **********332900 saylı və xx.xx.2013-cü il tarixli **********486500 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" qərarlar göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-753/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında MMC-nin xüsusi mülkiyyətində olan 7,966441 ha torpaq sahəsindən 4,216083 ha torpaq sahəsinin xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında və qalan 3,750358 ha torpaq sahəsinin isə xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satıldığı, MMC-nin direktoru X5 xx.xx.2009-cu il tarixdən 8 il müddətində azadlıqdan məhrum edildiyi, xx.xx.2017-ci il tarixdə azad olunduğu qeyd edilmiş və sadalanan faktlara istinad edilməklə iddiaçının 2009-cu ildən artıq həmin torpaq sahəsinin nə mülkiyyətçisi, nə də istifadəçisi olduğu, bu səbəbdən də həmin torpaq sahəsinin MMC-yə nisbətdə vergitutma obyekti sayılmadığı bildirilmişdir. Məhkəmə hüquqi şəxs İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsinin xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli və xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqavilələri əsasında satılması faktına istinad etsə də, həmin müqavilələrin qüvvədə olub-olmamasını araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli 2-1(103)-1738/2019 saylı qərarı ilə cavabdeh Departamentin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3270/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, İddiaçı MMC xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınmış və ona 0107-P356- 50154 №-li şəhadətnamə verilmişdir. MMC-nin qanuni təmsilçisi X3muşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 7,966441 ha torpaq sahəsi və onun üzərində yerləşən uşaq istirahət düşərgəsinin yarımçıq tikilisi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin xüsusi mülkiyyətində olmuşdur (MH seriyalı xx.xx.2008-ci il tarixli ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış). İddiaçı MMC xüsusi mülkiyyətində olan 7,966441 ha torpaq sahəsindən 4,216083 ha torpaq sahəsini və üzərində olan yarımçıq tikilini Ağa-zadə Cahid Nadir oğluna 515.200 manata satmış və 3,750358 ha torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili isə öz mülkiyyətində qalmışdır (xx.xx.2009-cu il tarixli AN-İ ******* №-li notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi). İddiaçı MMC xüsusi mülkiyyətində olan 3,750358 ha torpaq sahəsini və üzərində olan yarımçıq tikilini «xxxxxxxxxx» MMC-yə 500.000 manata satmışdır (xx.xx.2009-cu il tarixli AN-İ ******* №-li notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi). İddiaçı MMC-nin direktoru X6 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2 və 205.2 və 66.3-cü maddələri ilə 8 il müddətində azadlıqdan məhrum edilmiş və xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilə qədər 2 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkmiş və xx.xx.2017ci ildə cəza müddəti qurtardığına görə azad olunmuşdur (xx.xx.2017-ci il tarixli 24№-li arayış). Vergi orqanı tərəfindən iddiaçı MMC-də 2010-2014-cü illər üzrə torpaq vergisi növünə dair kameral qaydada vergi yoxlaması həyata keçirilmiş və ümumilikdə 39.832 manat əlavə verginin hesablanması barədə xx.xx.2012-ci il tarixli **********798800 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, **********799500 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, **********800600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2013-cü il tarixli **********834400 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərar, xx.xx.2014-cü il tarixli **********998600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı MMC cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı idida ərizəsi ilə məhkəməyə müraciət edərək Departamentin xx.xx.2010-cu ildə 2009-cu il üçün torpaq vergisi ilə bağlı 10**********8600 saylı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2012-ci ildə 2010-cu i üçün torpaq vergisi ilə bağlı **********798800 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2012-ci ildə 2011-ci il üçün torpaq vergisi ilə bağlı **********799500 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2012-ci il tarixdə 2012-ci ilin torpaq vergisi ilə **********800600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2013-cü il tarixdə 2013-cü il üçün torpaq vergisi ilə bağlı **********834400 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərar, xx.xx.2014-cü il tarixdə 2014-cü il üçün torpaq vergisi ilə bağlı **********998600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərarın ləğv edilməsi və İddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Departamentin xx.xx.2012-ci ildə 2010-cu il üçün torpaq vergisi ilə bağlı **********798800 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2012-ci ildə 2011-ci il üçün torpaq vergisi ilə bağlı **********799500 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2012-ci il tarixdə 2012-ci ilin torpaq vergisi ilə bağlı **********800600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildiriş, xx.xx.2013-cü il tarixdə 2013-cü il üçün torpaq vergisi ilə bağlı **********834400 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərar, xx.xx.2014cü il tarixdə 2014-cü il üçün torpaq vergisi ilə bağlı **********998600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərarın ləğv edilməsi və İddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq xx.xx.2009-cu ildən etibarən iddiaçı MMC-nin mülkiyyətində heç bir torpaq sahəsi olmamış və onun qanuni təmsilçisi isə xx.xx.2009-cu ildən xx.xx.2017-ci il tarixə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, yəni MMC 2009cu ildən artıq həmin torpaq sahəsinin nə mülkiyətçisi, nə də istifadəçisi olmuşdur. Bu səbəbdən həmin torpaq sahəsi iddiaçı şirkətə nisbətdə vergitutma obyekti sayıla bilməz. Eyni zamanda, cavabdeh vergi orqanı mübahisə predmeti olan torpaq sahələrinin yoxlama ilə müəyyən edilmiş həcmdə iddiaçı şirkətin mülkiyyətində və istifadəsində olması halının mövcud olmasını sübut etməli olduğu halda məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi vergi orqanı kameral qaydada aparılmış yoxlama zamanı iddiaçı şirkətə torpaq vergisi üzrə əlavə vergi hesablamaqda haqlı olmamışdır. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, cavabdeh inzibati orqan iddia müddətinin tətbiqi ilə bağlı apelyasiya instansiya məhkəməsin vəsatət verməsinə baxmayaraq həmin vəsatətə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normanın tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməsinin yoxlanılmasıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı MMC fəaliyyət göstərən hüquqi şəxsdir və onun hazırki iddia ərizəsini təmsilçisi və direktoru olan O.Matveyev imzalamışdır. İddiaçı hazırki iş üzrə 2018-ci ildə mübahisələndirdiyi xx.xx.2013-cü il tarixli **********834400 №-li və xx.xx.2014-cü il tarixli **********998600 №-li xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx qərarların ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. İddiaçının iddia ərizəsində cəmiyyətin qanuni təmsilçisi O.Matveyevin xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilə qədər 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi, həbsdə olduğu müddətdə cəmiyyətin fəaliyyətinin dayandırılması, bu müddətdə heç bir qərar və bildiriş alınmamasına dair qeyd etdiyi dəlillər iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, apelyasiya baxışı zamanı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş məktubda bildirilmişdir ki, vergi orqanlarında olan uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixdə vergi qeydiyyatına alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək dayandırılması, fəaliyyətinin xx.xx.2011ci il tarixdən bərpa olunması, daha sonra fəaliyyətinin xx.xx.2011-ci il tarixdən xx.xx.2016cı il tarixədək yenidən dayandırılması barədə məlumat aşkar edilmişdir. Həmçinin hazırda MMC-nin fəaliyyəti aktiv vəziyyətdədir. Həmin məktuba əlavə edilmiş ərizələrdə cəmiyyətin xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fəaliyyətinin dayandırılması göstərilmiş, ərizələr iddiaçının direktoru tərəfindən imzalanmaqla MMC-yə aid möhürlə təsdiqlənmişdir. Beləliklə, cəmiyyətin direktorunun qeyd edilən müddətdə həbsdə olması, onun təmsil etdiyi MMC-nin fəaliyyətinin dayandırılmasına səbəb olmamışdır, nəticədə isə bu hal MMC-nin hüquqi şəxs olaraq Nizamnaməsində müəyyən edilmiş öhdəliklərinin, o cümlədən vergi öhdəliklərinin icra edilməməsinə haqq qazandıran səbəb ola bilməz. Kollegiya qeyd edir ki, MMC kameral vergilərin hesablanması ilə bağlı qərarların qəbul edilməsindən 4 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Bununla da nəinki iddia müddəti, həmçinin iddia müddətinin bərpa edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 1 illik müddət də ötürülmüşdür. Belə ki, İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Eyni Məcəllənin24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı iddia ərizəsində yalnız xx xxxxxxxx 2018-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qətnaməsini alandan sonra ona vergi borcunun məlum olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, xx xxxxxxxx 2018-ci il iddiaçıya sözügedən vergi qərarlarının məlum olduğu vaxt kimi qəbul edilsə belə, iddiaçı xx.xx.2018-ci il tarixdə həmin qərarları məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Bu əsasdan kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 753/2019 saylı qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bildirişlərin, qərarların ləğv edilməsi və iddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: AnarTanrıverdiyev Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1189/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1189/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver