Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1196/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv olunması, əlavə hesablanmış məbləğlərin iddiaçıya qaytarılması və hüquqi yardıma görə ödəniləcək məsrəflərin tutulması ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində, həmçinin, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır.
2. Vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından iddiaçı barəsində kameral qaydada Qərarlar qəbul olunmuş və iddiaçı həmin qərarlara əsasən hesablanmış 408.212,55 manat vergi məbləğini ödəmişdir.
3. Hazırda iddiaçı Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarların İəğv edilməsini və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyinin Apellyasiya Şurasının 29 iyul 2022-ci il tarixli qərarının və muvafiq olaraq, Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarlarının İəğv edilməsi və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması və prosesdə iştiraka görə "xxxx" MMC huquq şirkətinə ödəniləcək 4.000 manat üstəgəl ƏDV məbləğində işə baxılması ilə əlaqədar məsrəflərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022- ci ildə 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə kameral vergi yoxlamaları nəticəsində hesablanmış ƏDV məbləğlərinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin şikayət təmin edilməmişdir.İddiaçı MMC xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edərək iddiaçıya kameral qaydada ƏDV məbləği hesablanmış “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli, xx.xx.2019cu il tarixli, **********185900 nömrəli, xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********004000 nömrəli, xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərarların ləğv edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarı ilə şikayəti təmin etməmişdir, qərar iddiaçıya xx.xx.2022-ci ildə çatdırılmışdır.Sadalanan qərarlar aşağıdakı əsaslarla ləğv edilərək artıq ödənilmiş ƏDV məbləği iddiaçıya qaytarılmalıdır.Cavabdehin 12 nömrəli Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli, **********0845 nömrəli, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019cu il tarixli, **********00888 nömrəli xronometraj metodu ilə müşahidənin aparılması haqqında qərarları ilə iddiaçının müvafiq olaraq ünvan 1 və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2073-cü məhəllə, m77k ünvanlarda yerləşən “ANBAR” adlı obyektlərində xronometraj metodu ilə müşahidələr aparılmışdır.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində xronometraj metodu ilə müşahidələrin aparıldığı hallar müəyyən edilmişdir.Lakin həmin halların heç biri mövcud olmamışdır.Bundan əlavə xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərara əsasən ƏDV iyul 2019-cu il dövrü üçün, 18 may 2020ci il tarixli, **********004000 nömrəli qərara əsasən ƏDV 2019-cu il dövrü üçün, 09 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərara əsasən ƏDV fevral 2020- ci il dövrü üçün hesablanmışdır.Göründüyü kimi kameral vergi yoxlamasının keçirilmə və onun nəticəsinə dair qərar qəbuletmə müddətləri ötürülmüşdür.İddiaçı ƏDV-nin hesablanmasına dair etirazını 3 illik müddət ərzində vermişdir, hal-hazırda artıq hesablanmış məbləğlərin qaytarılmasını tələb edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinə еtirаzını təqdim edərək göstərmişdir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır.”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli Qərara münasibətdə bildirilir ki (ƏDV aprel 2019, hesablanmış ƏDV 77911.94 manat) kameral vergi yoxlaması nəticəsində ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar" sətrinin cəmi olan (ƏDV daxil) 2676064.62 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyənin (3119332.3 manat) məbləğindən 443267.68 manat az olması müəyyən edilmişdir. ƏDV bəyannaməsi 308-ci sətirinin C2,B2 sütunlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 10.294,84 manat məbləğ, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (əldə edilmiş vergi hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumat) göstərilmiş 308 sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0,00 manat ƏDV məbləğinə bərabər olmamışdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli, **********966000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 77911.94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli, **********674700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli qərara (2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat) münasibətdə bildirilir ki, iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətirinin cəmi olan (ƏDV daxil) 2675210.77 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (2977544.47 manat) məbləğindən 302333 70 manat azdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********379700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019- cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli **********477900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərara (2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat) münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 2296566.42 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş ( 3261120.14 manat) məbləğdən 964553.72 manat azdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********593600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********019200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli (ƏDV 2019 oktyabr ayı üzrə 43254,18 manat) qərara münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətirinin cəmi olan ******* manat məbləğ rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (3261120.14 manat) məbləğindən 283520,14 manat azdır. Əlavə olaraq bildirilir ki, (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İF seriyalı, 945270 nömrəli, VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 43254.18 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli qərara (2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat) münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İJ seriyalı 089276 nömrəli elektron vergi-hesab fakturası üzrə (**********)-a 459.54 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********193200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir.”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərara münasibətdə bildiririlir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin ƏDV 18%-ə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1042235,23 manat, ötən dövr üzrə təqdim еdilmiş bəyannamənin ƏDV-nə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 0,00 məbləğə bərabər olmamışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc 0,00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 1042235,23 manat məbləğə bərabər olmamışdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdıqedıci sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarları İəğv edilməsi və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən İddiaçı MMC-nin xeyrinə iddiaçıya göstərdiyi hüququ yardıma görə "xxxx" MMC huquq şirkətinə ödənilmiş 4.000 manat məbləğin tutulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV bəyannamələrində göstərilən dövriyyənin 2019-cu il mart-aprel aylarında aparılmış xronometraj müşahidə zamanı müəyyən edilmiş dövriyyədən az göstərilməsini kameral vergi yoxlaması üçün əsas hesab edərək məhz elə həmin xromonetraj müşahidənin məlumatlarından iddiaçıya əlavə ƏDV hesablanması üsulu kimi istifadə etmişdir, halbuki iddiaçının 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi xronometraj müşahidə aparılmış dövrdən fərqli olması ağlabatandır, iddiaçının nümayəndəsi fərqin xromonetraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığl milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi ilə izah etmişdir ki, məhkəmə həmin izahı ağlabatan hesab edir, eyni zamanda cavabdeh inzibati orqan 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin məhz xromonetraj müşahidə zamanı müəyyən edilmiş dövriyyə ilə eyni olmasını heç bir əlaqəli məlumatlarla sübuta yetirməmişdir.İddia qərarların ləğv edilməsi hissəsində əsaslı sayıldığından digər tələblər də təmin olunmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsininxx.xx.2023-cü il tarixli e-2-1(112)- 3113/2023 nömrəli qərarı ilə aşağıda qeyd olunan səbəblərə görə razı deyillər. İşin mahiyyəti ilə əlaqədar bildirirlər ki, əvvəla, məlum olduğu kimi Vergi Məcəlləsinin 23.1.3-cü maddəsində vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq hüququ vardır. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 saylı “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində (dövr: xx.xx.2019- xx.xx.2019), xx.xx.2019-cu il tarixli **********0888 saylı “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində (dövr: xx.xx.2019xx.xx.2019) 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 50-1.6-cı maddəsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmçinin, Vergi Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Qeyd olunan maddi hüquq normasının tətbiqi ilə bağlı bildirməyi zəruri hesab edirik ki, cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Bildirirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********674700 nömrəli Qərara münasibətdə bildirirlər ki (ƏDV aprel 2019, hesablanmış ƏDV 77911.94 manat), kameral vergi yoxlaması nəticəsində ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 2676064.62 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (3119332.3 manat) məbləğindən 443267.68 manat az olması müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, ƏDV bəyannaməsi 308-ci sətirinin C2,B2 sütunlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 10.294,84 manat məbləğ, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (Əldə edilmiş vergi hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumat) göstərilmiş 308 sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0,00 manat ƏDV məbləğinə bərabər olmamışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli **********966000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə77911.94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli **********674700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-ci il tarixli **********477900 nömrəli qərara (2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat) münasibətdə bildirirlər ki, iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 2675210.77 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (2977544.47 manat) məbləğindən 302333.70 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli **********379700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli **********477900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********019200 nömrəli qərara (2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat) münasibətdə bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 2296566.42 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (3261120.14 manat) məbləğdən 964553.72 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********593600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manatəlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********019200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********185900 nömrəli (ƏDV 2019 oktyabr ayı üzrə 43254.18 manat) qərara münasibətdə bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinin 301ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 2977600.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (3261120.14 manat) məbləğindən 283520.14 manat azdır. Əlavə olaraq bildirirlər ki, (VÖEN: ********** ) tərəfindən təqdim olunmuşİF seriyalı 945270 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 43254.18 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********185900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********193200 nömrəli qərara (2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat) münasibətdə bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İJ seriyalı 089276 nömrəli elektron vergi-hesab fakturası üzrə (********** )-a 459.54 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********193200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********836100 nömrəli qərara münasibətdə bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin ƏDV 18%-ə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1042235,23 manat, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 0,00 məbləğə bərabər olmamışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc 0,00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 1042235,23 manat məbləğə bərabər olmamışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixli **********836100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV bəyannamələrində göstərilən dövriyyənin 2019-cu il mart-aprel aylarında aparılmış xronometraj müşahidə zamanı müəyyən edilmiş dövriyyədən az göstərilməsini kameral vergi yoxlaması üçün əsas hesab edərək məhz elə həmin xromonetraj müşahidənin məlumatlarından iddiaçıya əlavə ƏDV hesablanması üsulu kimi istifadə etmişdir, halbuki iddiaçının 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi xronometraj müşahidə aparılmış dövrdən fərqli olması ağlabatandır, iddiaçının nümayəndəsi fərqin xromonetraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığı milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi ilə izah etmişdir ki, məhkəmə həmin izahı ağlabatan hesab edir, eyni zamanda cavabdeh inzibati orqan 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin məhz xronometraj müşahidə zamanı müəyyən edilmiş dövriyyə ilə eyni olmasını heç bir əlaqəli məlumatlarla sübuta yetirməmişdir. Məhkəmə qərarının bu dəlilinə münasibətdə bildiririk ki, məhkəmə iddiaçının vergilərin yayındırılmasına yönələn hərəkətlərini araşdırmamış, cavabdehin 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin məhz xromonetraj müşahidə zamanı müəyyən edilmiş dövriyyə ilə eyni olmasını heç bir əlaqəli məlumatlarla sübuta yetirmədiyi qənaətinə gəlmişdir. Əvvəla, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar, fiskal hesabatlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə iddiaçının xronometraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığı milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi barədə izahını ağlabatan hesab etməklə subyektiv yanaşma tərzi ifadə etmişdir, lakin bu fikirlərin əsasında dayanan hər hansı sübut, statistik göstərici, əlaqəli məlumat tədqiq edilməmiş, qərarda bu fikir əsaslandırılmamışdır. Onu da əlavə edirlər ki, İddiaçı MMC tərəfindən cavabdehə təqdim edilmiş arayışa əsasən 2019-cu ilin mart ayının 20-si və 21-i tarixləri bayram günləri hesab edildiyindən, həmin günlər iddiaçı müəssisə üçün də qeyri-iş günləri hesab edilmişdir. Həmçinin 2019-cu ilin istehsalat təqviminə əsasən 20,21,22,23,24, beşgünlük iş həftəsində 25, 26 mart tarixləri də qeyri-iş günləri hesab edilmişdir. Yəni, bütöv bayram hesab edilən günlərdə xronometraj metodu ilə ümumiyyətlə müşahidə aparılmamışdır. Vergi Məcəlləsin 15.1.13-cü maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarından biridir. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Bundan əlavə bildirir ki, oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Belə ki, Ali Məhkəmənin 2- 1(102)-1313/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir. Cavabdeh də Vergi Məcəlləsinin 37.5-ci maddəsinə uyğun olaraq qərarlar qəbul etmişdir (qərarın surəti əlavə olunur). Bakı İnzibati Məhkəməsi qərarında iddiaçının “iddiaçıya göstərdiyi hüququ yardıma görə "xxxx" MMC hüquq şirkətinə ödənilmiş 4.000 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçı cavabdeh inzibati orqanın təqsirindən məhkəmə mübahisəsinə cəlb edildiyindən iddiaçının hüquqi yardımla bağlı məruz qaldığı məsrəflər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu dəlilə münasibətdə bildiririk ki, əvvəla, cavabdehin, ümumilikdə 408.212,55 manat ƏDV məbləğinin hesablanmasına əsas olan qərarları qanuni və əsaslıdır, iddiaçı isə müvafiq qərarları məhkəmədə mübahisələndirmək hüququna malikdir. Həmçinin bildiririk ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Yuxarıda qeyd edilən maddələrdən də göründüyü kimi iddiaçının peşəkar hüquqi yardım almaq məqsədi üçün sərbəst vəkil seçmək hüququ ilə yanaşı, dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ da vardır. Bu səbəbdən hesab edirlər ki, iddiaçı hüquqi yardım almaq üçün öz seçimi əsasında hüquq şirkətinə müraciət etmişdir, bu səbəbdən iddiaçının məruz qaldığı məsrəflərin dəyəri cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Vergi Məcəlləsinin: 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Əlavə olaraq bildirirlər ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6- cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görəəsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirirlər ki, “xx.xx.2022-ci il tarixli **********679400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
12. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, kameral qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğini iddiaçı maliyyə sanksiyası hesablanmasın deyə özü ödəmişdir.
Tətbiq edilən hüquq
14. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.
19. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərarların mövcud olması barədə iddiaçının məlumatlı olmasını, lakin iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməsini bildirsə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilmiş qərarlar məhkəməyə müraciət edilməsindən əvvəl də mübahisələndirildiyi üçün iddia müddətinin axımı kəsilmiş və yenidən başlanmışdır, belə ki, İddiaçı MMC xx.xx.2022-ci ildə 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və noyabr ayları və 2020-ci il fevral ayı üzrə kameral vergi yoxlamaları nəticəsində hesablanmış ƏDV məbləğlərinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin həmin inzibati orqan xx.xx.2022-ci il tarixli, **********377300 nömrəli qərarı ilə şikayəti baxılmamış saxlamışdır, bundan sonra iddiaçı sonuncu qərardan xx.xx.2022-ci il tarixdə şikayət ərizəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli, xx.xx.2019-cu il tarixli **********185900 nömrəli, xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli və xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli,xx.xx.2020ci il tarixli, **********004000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir.Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir, sonuncu qərar iddiaçıya xx.xx.2022-ci ildə göndərilmiş və xx.xx.2022-ci ildə çatdırılmışdır.İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir, bu iddia ərizəsinin üzərinə vurulmuş məhkəmə ştampı ilə təsdiq edilir. Beləliklə, mübahisələndirilən qərarlardan iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verməsi iddia müddətinin axımını kəsmiş və həmin şikayətlərin təmin edilməməsi barədə qərarlar qəbul edildikdən sonra iddia müddəti yenidən başlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və iddia müddətinə əməl edilmişdir.
20. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın 14-cü bəndi) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
21. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, mübahisə xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə bağlıdır.
22. Vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində, həmçinin, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır.
23. Vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından iddiaçı barəsində kameral qaydada Qərarlar qəbul olunmuş və iddiaçı həmin qərarlara əsasən hesablanmış 408.212,55 manat vergi məbləğini ödəmişdir.
24. Hazırda iddiaçı Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarlarının İəğv edilməsini və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
25. İddiaçının dəlilləri ilə razılaşan birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV bəyannamələrində göstərilən dövriyyənin 2019-cu il mart-aprel aylarında aparılmış xronometraj müşahidə zamanı müəyyən edilmiş dövriyyədən az göstərilməsini kameral vergi yoxlaması üçün əsas hesab edərək məhz elə həmin xromonetraj müşahidənin məlumatlarından iddiaçıya əlavə ƏDV hesablanması üsulu kimi istifadə etmişdir, halbuki iddiaçının 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi xronometraj müşahidə aparılmış dövrdən fərqli olması ağlabatandır, iddiaçının nümayəndəsi fərqin xromonetraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığl milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi ilə izah etmişdir ki, məhkəmə həmin izahı ağlabatan hesab edir, eyni zamanda cavabdeh inzibati orqan 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin məhz xromonetraj müşahidə zamanı müəyyən edilmiş dövriyyə ilə eyni olmasını heç bir əlaqəli məlumatlarla sübuta yetirməmişdir.
26. Bununla bağlı əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar, fiskal hesabatlar iş materiallarına əlavə edilmişdir.
27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xronometraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığı milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi barədə izahını ağlabatan hesab etməklə subyektiv yanaşma tərzi ifadə etmişdir, lakin bu fikirlərin əsasında dayanan hər hansı sübut, statistik göstərici, əlaqəli məlumat tədqiq edilməmiş, qərarda bu fikir əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, İddiaçı MMC tərəfindən cavabdehə təqdim edilmiş arayışa əsasən 2019-cu ilin mart ayının 20-si və 21-i tarixləri bayram günləri hesab edildiyindən, həmin günlər iddiaçı müəssisə üçün də qeyri-iş günləri hesab edilmişdir. Həmçinin 2019-cu ilin istehsalat təqviminə əsasən 20,21,22,23,24, beşgünlük iş həftəsində 25, 26 mart tarixləri də qeyri-iş günləri hesab edilmişdir.Yəni, bütöv bayram hesab edilən günlərdə xronometraj metodu ilə ümumiyyətlə müşahidə aparılmamışdır.
28. Məhkəmə Kollegiyası nəzərə alır ki, xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanın prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır.
29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
30. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən: Bənd 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
31. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş qərarı barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış (yoxlama dövrü: xx.xx.2019- xx.xx.2019-cu il), yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir.
32. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
33. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə Kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, kameral qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğini maliyyə sanksiyası hesablanmasın deyə iddiaçı özü ödəmişdir.
34. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir, həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir, həmçinin hazırda mübahisələndirdiyi kameral qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğini iddiaçı özü dövlət büdcəsinə ödəmişdir.
36. Halbuki, Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir.
37. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
38. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
39. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
40. Beləliklə, cavabdehin, ümumilikdə 408.212,55 manat ƏDV məbləğinin hesablanmasına əsas olan qərarlarının qanuni və əsaslı olması sübut edildiyindən məhkəmə Kollegiyası hesab edir ki, həmin kameral qərarlar üzrə əlavə hesablanmış və iddiaçının özünün dövlət büdcəsinə ödədiyi ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin qaytarılması tələbi də əsaslı deyildir.
41. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hüquqi yardım almaq üçün öz seçimi əsasında hüquq şirkətinə müraciət etmişdir.İddiaçının iddia tələbləri isə yuxarıda qeyd olunduğu kimi əsaslı hesab olunmur.Bu səbəbdən iddiaçının məruz qaldığı məsrəflərin dəyəri də cavabdehdən tutula bilməz.
42. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.