Məhkəmə qərarları › İş №2-1(103)-1213/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1213/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1213/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi barədə inzibati iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə(hazırda - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də Səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə əsasən onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan dövr üzrə səyyar vergi yoxlanılması keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan yoxlama nəticəsində cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh təşkilat tərəfindən aparılan səyyar vergi yoxlaması il yarımadək davam etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara əsasən yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər tam olaraq tərəflərindən vergi orqanı əməkdaşlarına təqdim edilmişdir. Uzun sürən yoxlamalardan sonra yəni xx.xx.2019-cu il tarixdə Səyyar vergi yoxlaması barədə **********148279 nömrəli Akt tərtib edilərək onlara təqdim edilmişdir. Qeyd olunan yoxlamanın nəticəsi olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********186998 nömrəli Qərarı qəbul edilmiş, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********435400 nömrəli tələbnamə təqdim edilmişdir. Həmin qərara və tələbnaməyə əsasən əlavə hesablanmış vergilər üzrə 182110.87 manatın, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 73843.27 manatın ümumilikdə büdcəyə ödənilməli olan məbləğ 255954.14 manat təşkil etmişdir. Həmin yoxlamanın nəticəsinə görə büdcəyə ödənilməli olan 255954.14 manat məbləğ tərəflərindən ödənilmişdir. Lakin Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-də yoxlanılmış dövr üçün yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yoxlama ilə əhatə olunan vergi dövrü İddiaçı MMC-də əvvəl yoxlanılmış, yəni yanvar 2017-ci il tarixdən fevral 2018-ci il tarixədək olan dövrü və yanvar 2017-ci il tarixdən iyun 2019-cu il tarixə olan dövrü əhatə edir. Onlar bu yoxlamanı qanunsuz hesab edirlər. Qeyd olunan qərar qanunvericiliyin tələblərinə zidd olduğundan həmin qərarın ləğv edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Vergi məcəlləsinin qeyd olunan normasının tələbindən də göründüyü kimi vergi orqanı növbəti yoxlama barədə qərarı bir il sonra qəbul etməli idi, çünki müəssisənin yoxlanılması xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akt əsasında başa çatmışdır. Göründüyü kimi İddiaçı MMC-də yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixidə qəbul edilmiş qərar qanunvericiliyin tələbi pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, qərar qanunsuz olduğundan həmin qərarın ləğv edilməsi barədəki iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də Səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsi cavabdeh təşkilata qadağan edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh ərizəyə qarşı yazılı «Etiraz»ını məhkəməyə ünvanlayaraq, ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» xx.xx.2018-ci il tarixli **********148081 saylı qərarı ilə İddiaçı MMC-də (yanvar 2017-fevral 2018) növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2019-ci il tarixli **********148279 saylı aktla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsi üzrə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-ci il tarixli **********148279 saylı qərar çıxarılaraq, yoxlama ilə vergi ödəyicisinə 182110,87 manat əlavə vəsait hesablanmış və 73843,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama materiallarının təhlili zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin cari bəyannaməsinin 221.15 sətrində 448,71 min manat sair xərc göstərildiyi halda yoxlama ilə həmin xərc silinmiş, lakin aktda sair xərclərin azaldılması səbəbləri qeyd edilməmişdir. Bundan başqa cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş cari mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində ezamiyyə xərcləri göstərilmədiyi halda səyyar vergi yoxlaması ilə 44,48 min manat ezamiyyə xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmiş, lakin aktda bu barədə müvafiq qeydlər aparılmamış, habelə həmin xərcləri təsdiq edən sənədlər yoxlama materiallarına əlavə edilməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Odur ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli **********188906 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin nəinki iddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar, hətta səyyar vergi yoxlaması aktı hüquqi və ya fiziki şəxs üçün hər hansı hüquqi nəticələr yaratmır. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri qanunvericilikdə göstərilən qərarlardan birini çıxarır. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Odur ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın mübahisələndirilməsi özlüyündə inzibati akt sayılmadığından mümkün sayılmırsa, həmin qərarın icrasının dayandırılmasına yönəlmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə mümkünlük şərtləri mövcud deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə inzibati mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və mübahisələndirilən qərarın icrası ilə bağlı hər hansı digər hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti məzmuncamüvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyəqarşı verilmiş «Etiraz»a uyğunolmaqlaonunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə ərizəçi ona hüquqi nəticə yaradan aktın-inzibati aktın icrasının dayandırılması məqsədilə məhkəməyə müraciət edə bilər. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və məhkəmə mümkün olmayan iddianın uğurlulug ehtimalını araşdıraraq düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə həmin qərarın dayandırılması nəticəsində onun inzibati orqan üçün yaradacağı nəticələri araşdırmamışdır. Hazırda mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarla təkrar yoxlama ilə əhatə edilən dövr yanvar 2017-fevral 2018-ci illəri təşkil edir. Səyyar vergi yoxlamasının aparılmasının dayandırılması nəticəsində VM-in 36.3-cü maddəsi baxımından əvvəlcə əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və s., inzibati iş davam etdikcə isə mənfəət, torpaq və əmlak vergisi üzrə yoxlama müddəti keçəcəkdir və nəticədə inzibati mübahisə vergi orqanının xeyrinə nəticələnsə belə səyyar vergi yoxlamasının keçirilməsi mümkünsüz olacaqdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2532/2019 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)208/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2532/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işi təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «...müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi qanunvericiliklə birbaşa olaraq iddianın böyük ehtimalla uğurlu olması ilə şərtləndirilmişdir. Başqa sözlə, işin ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlindiyi hallarda belə tədbirlər tətbiq oluna bilər. Ali Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddianın uğurlu olması ehtimalının olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Yuxarıda qeyd olunan normanın tələbindən isə məlum olur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması ilə bağlı işə baxarkən məhkəmələr mütləq şəkildə ilkin olaraq işin faktiki və hüquqi hallarının araşdırmalı və yalnız iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda iddiaçının vəsatəti əsasında qərardad qəbul etməli və gəldiyi nəticəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68.1 və 69.4-cü maddələrinin tələbləri baxımından da əsaslandırmalı idi». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşəyeniapellyasiyaqaydasındabaxılarkən, məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X4 və X5 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyəqarşı verilmiş «Etiraz»a və apellyasiya şğkayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilərək, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinə və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə uyğun izahat verərək, şikayətin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin nümayəndələrininizahatlarını nəzərə alaraq, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləkiişin hallarından müəyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********148279 saylı akt əsasında İddiaçı MMC vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilərək, buna dair xx.xx.2019-cu il tarixdə **********186998 saylı qərar qəbul edilmişdir. Həmin qərar üzrə əlavə hesablanmış 182110,87 manat vergi borcu və 73843,27 manat maliyyə sanksiyası vergi ödəyicisinin şəxsi hesabından silinmişdir. İş materiallarında olan, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019cu il tarixli aktdan görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. İş materiallarından görünür ki, bundan sonra vergi orqanı tərəfindən İddiaçı MMCdə yenidən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. İddiaçı MMC hazırkı iddia ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarı mübahisələndirərək, həmin qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş qanuni əsasların olmadığını iddia edir. Məhkəmə kollegiyası ilk növbədə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında vergi orqanı tərəfindən qəbul edilmiş qərarın hüquqi nəticəsi olmadığına və bu qərarın inzibati akt olmadığına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onlara münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.6-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsasları konkret olaraq göstərildiyindən və bu əsaslar olmadan həmin yoxlamanın keçirilməsi qanunsuz olduğundan, vergi ödəyicilərinin həm vergi yoxlamalarının təyin olunması ilə bağlı əsasları, həm də yoxlamanın nəticələrini mübahisələndirmək hüquqları vardır. Bundan öaşqa, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Vergi orqanının səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş qərarları publik hüquq sahəsinə (vergitutma və vergi nəzarəti) aid olan yazılı inzibati aktlardır və bu aktların hüquqi nəticəsi vergi ödəyicisi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasından ibarətdir. Həmin qərarlar yazılı inzibati aktın bütün rekvizitlərinə malikdir və qərarların məzmununda bütün yazılı inzibati aktlarda olduğu kimi həmin qərarlardan şikayət vermə müddəti və qaydası qeyd edilir. Qeyd olunmalıdır ki, hazırkı iddia ilə mübahisələndirilən, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın özündə də qeyd olunmuşdur ki, «Qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə şikayət verilə bilər». Bundan başqa iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında vergi orqanının nümayəndəsi hazırda mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas kimi tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlamasının aktında dürüst olmayan və təhrif olunmuş məlumatların aşkar edildiyi, buna görə də tərəflərindən yenidən yoxlama aparılmasına zərurət yarandığını bildirilmişdir. Belə ki, nümayəndə qeyd etmişdir ki, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilən gün şirkət tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsi təqdim edilmiş, həmin bəyənnamədə ezamiyyət xərcləri şişirdilərək təxminən 448.000 manat göstərilmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında dəqiqləşdirilmiş mənfəət vergi bəyənnaməsinin şirkət tərəfindən qərar qəbul edilən gün deyil, yoxlama dövründən əvvəl təqdim edildiyini, buna dair bütün sənədlərin vergi yoxlayıcısına tərəflərindən vaxtında göndərildiyini və vergi orqanının nümayəndəsinin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsinin vergi yoxlaması aparıldığı dövrdən sonra təqdim edilməsi barədə fikrinin əsassız olduğunu bildirmişdir. İş materiallarından eyni zamanda görünür ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən sübutların təqdim edilməsi üçün tərəflərə vaxt veriərək məhkəmə iclası təxirə salınmış və növbəti məhkəmə iclasında vergi orqanının nümayəndəsi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsi təqdim edilmiş, həmin bəyənnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixində, səyyar vergi yoxlaması başlayan xx.xx.2018-ci il tarixdən əvvəl, yəni yoxlama dövrü başlanmamışdan əvvəl təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə ilə müəyyən olunmuşdur ki, dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsi iddiaçı tərəfindən səyyar vergi yoxlaması başlandığı günədək vergi orqanına təqdim edilmiş və yoxlama dövründə həmin bəyənnamələr nəzərə alınmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən İddiaçı MMCdə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələri əsas kimi göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; - 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması dövründə növbədənkənar vergi yoxlamasının keçirilməsinə əsas olaraq vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edilməsi, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi barədə vergi orqanının nümayəndəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, ilkin səyyar vergi yoxlaması zamanı yoxlama 2017-ci ilin yanvar ayından 2018-ci ilin fevral ayındadək dövrü əhatə etdiyi halda, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla yoxlamanın 2017-ci ilin yanvar ayından 2019-ci ilin iyun ayındadək dövr dövr üzrə aparılması qeyd olunmuşdur ki, bu da Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra- müvəqqəti xarakterli müdafiə) barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin araşdırılma zamanı vergi orqanı tərəfindən qəbul edilmiş İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas ola bilən halların mövcud olması ilə bağlı vergi orqanı tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmə düzgün olaraq bu qənaətə gəlmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə təmin edilməklə, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də Səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrası dayandırılmalı və mübahisələndirilən qərarın icrası ilə bağlı hər hansı digər hərəkətlərin edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalana hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, hazırkı halda mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisələndirilən inzibati aktın icrası dayandırılmadığı təqdirdə hazırkı iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin əhəmiyyəti və zərurəti, o cümlədən vergi ödəyicisinin əsassız vergi yoxlamasına cəlb olunmasından müdafiə olunmaq imkanı aradan qalxdığından, eyni zamanda iş üzrə aparılmış ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalı nəzərə alınaraq iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri görülməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikasıİnzibati ProsessualMəcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi barədə düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40-43, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar