Məhkəmə qərarları › İş №2-1(103)-1234/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1234/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1234/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-8841/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 28 yanvar 2023-cü il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədilə keçirdiyi şifahi müsahibənin ona dair hissədə öz diskresion səlahiyyətlərini qanunsuz həyata keçirməsi səbəbindən şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vəkillər Kollegiyasına üzv olmaq məqsədi ilə 28 yanvar 2018-ci il tarixdən başlayaraq İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi üçün mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 yanvar 2018-ci il tarixində 67 bal, 31 oktyabr 2019-cu il tarixində 74 bal və 05 mart 2022-ci il tarixlərində iştirak etdiyi yazılı test imtahanından 71 bal toplayaraq növbəti mərhələyə keçmişdir. Lakin bundan sonra Vəkillər Kollegiyasında keçirilən 04 may 2018-ci il, 15 oktyabr 2020-ci il və 28 yanvar 2023-cü il tarixində şifahi müsahibədən qərəzli olaraq keçirilməmişdir. Hər dəfə ona qarşı Vəkillər Kollegiyası qərəzli mövqe sərgiləyərək, qeyri-məqbul qiymətləndirilir. 28 yanvar 2023-cü il tarixində iştirak etdiyi şifahi müsahibədə İxtisas Kommissiyasının sədri rəsmi olaraq bildirmişdir ki, müsabiqə video çəkiliş ilə aparılır və əlavə etmişdir ki, yeni ixtisas komissiyası təşkil edildikdən sonra şifahi imtahan mərhələsində iki sual qanunvericilikdən və bir sual dünya görüşündən olacaqdır. İmtahan təqribən 35-40 dəqiqə davam etmiş və 24 sual verilmişdir. 24 sualın 23-ə düzgün cavab vermişdir. Həmçinin İxtisas Komissiyasının sədrinin bildirildiyi kimi üç sual deyil, 4 sual və həmin sualların ətrafında yaranan 24 sual verilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun qərar qəbul etmək səlahiyyəti yoxdur. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin İxtisas Komissiyasının müstəsna diskresion səlahiyyətini təşkil edir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-8841/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olubolmaması, düzgün icraat qaydasında qəbul edilib-edilməməsi baxımından həyata keçirilməsi mövqeyinə əsaslanmışdır. Həmçinin, məhkəmə icraatı gedişində cavabdeh orqan tərəfindən iddiaçı ilə aparılmış şifahi müsabiqənin video çəkilişi təqdim edilmiş və video görüntüdən belə nəticəyə gəlinmişdir ki, video görüntüdə ona qarşı Komissiya üzvlərindən hər hansı təzyiq və qərəzli mövqe müşahidə edilməmişdir. Belə ki, mübahisələndirilən qərarda iddia tələbinin əsası ondan ibarət olmuşdur ki, imtahan gedişatı qanuna uyğun keçirilməmiş, komissiya üzvlərindən iki nəfər ona qarşı qərəzli mövqe nümayiş etdirmiş və bu arqumentlərin hamısı video görüntüdə öz təsdiqini tapmışdır. Lakin, məhkəmə tərəfindən cavabdehin həmin video görüntüyə qapalı məhkəmə iclasında baxılmaması və video görüntünün iddiaçıya verilməməsi barədə vəsatəti əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Cavabdeh Vəkillər Kollegiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsinə dair qaydaları və peşə qaydalarına dair meyarları müəyyən etməkdə sərbəstdir. Lakin diskresion səlahiyyətlər Vəkillər Kollegiyasını həmin qaydalar və meyarlara uyğun davranmaq öhdəliyindən azad etmir. Göründüyü kimi şifahi imtahanın diskresion səlahiyyətlərini aşmaqla cavabdeh tərəfindən keçirilməsi məlum faktlarla, video görüntü ilə təsdiqini tapmış, məhkəmə bu səbəbdən video görüntünü qapalı məhkəmə iclasında araşdırmaqdan yayınmış və iddiaçıya qarşı mövqeyi qərəzli və ədalətsiz olmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Babayev apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı Vəkillər Kollegiyasına üzv olmaq məqsədi ilə 28 yanvar 2018-ci il tarixdən başlayaraq İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi üçün mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 yanvar 2018-ci il tarixində 67 bal, 31 oktyabr 2019-cu il tarixində 74 bal və 05 mart 2022-ci il tarixlərində iştirak etdiyi yazılı test imtahanından 71 bal toplayaraq növbəti mərhələyə keçmişdir. Lakin 28 yanvar 2023-cü il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, şifahi müsahibənin nəticəsi üzrə iddiaçının verdiyi cavablar Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul hesab edilmişdir. Hazırkı iddiasında iddiaçı inzibati orqan tərəfindən aparılmış şifahi müsahibənin nəticəsinin qanunsuz hesab edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİİ hissəsinə görə vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 9-cu maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. - 11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır. - 13-cü maddəsinə görə: İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vəkillər X1 07 iyul 2008-ci il tarixli Qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın: - 2.1-ci bəndinə görə ixtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra Komissiya) tərəfindən keçirilir. - 2.3-cü bəndinə görə Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. - 2.4-cü bəndinə əsasən Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. - 5.1-ci bəndinə görə yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. - 5.2-ci bəndinə görə müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. - 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. - 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. - 6.1-ci bəndinə görə şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. - 6.3-cü bəndinə görə Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədriselm müəssisəsində icbari təlimə buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Məhkəmə kollegiyası həmin normaların tələblərini nəzərə alaraq qeyd edir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. İddiaçıya müsahibə zamanı 3 sual verilməli olduğu halda 24 sual verilməsi dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də şifahi müsahibənin keçirilmə qaydalarının pozulması ilə keçirildiyi qənaətinə gəlməyə əsas deyildir. Həmçinin, iddiaçı müsahibə zamanı ona 24 sual verildiyini qeyd etsə də bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi müsahibə mərhələsində Komissiya üçün sual sayı məhdudiyyəti qoyulmamışdır. Eyni zamanda müsahibə zamanı həmin gün üçün müəyyən edilmiş 4 sualın hər biri üzrə bilik səviyyəsinin yoxlanılması zamanı daha dolğun və ya ətraflı cavab üçün həmin suallardan doğan əlavə sualların verilməsi də mümkündür və bu hal hər hansı normativ əsasla məhdudlaşdırılmamışdır. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın özündə ixtisas imtahanın yazılı test mərhələsində namizədlərə veriləcək sualların sayı konkret olaraq 100 sualdan ibarət olduğu qeyd edilmiş, şifahi müsahibə zamanı namizədə veriləcək sualların sayı ilə bağlı hər hansı norma qeyd edilməmişdir. Yalnız müsahibənin hər namizədlə 30 dəqiqəyədək fərdi qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu müddət çərçivəsində namizədin bilik səviyyəsini müəyyən edən hansı sayda sualların verilməsi Komissiya üzvlərinin səlahiyyətinə aid edilmişdir. Başqa sözlə, Qaydalarda şifahi müsahibə mərhələsi üçün Komissiya üzvlərinin verəcəyi suallara say məhdudiyyəti qoyulmamışdır. Həmçinin, iddiaçının peşə yaralılığının müəyyən edilməsi ilə bağlı imtahan nəticələrinin qiymətləndirilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aid olduğu kimi həmin imtahan gedişində sualların dairəsinin də müəyyən edilməsi onun qiymətləndirmə azadlığına xidmət edən diskresion səlahiyyətinə aiddir. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu; 2.0.7) Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Hazırki halda, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirməməsinə dair məhkəmə araşdırmasına hər hansı sübut təqdim olunmamışdır. İddiaçının vəkil statusu almaq üçün vacib olan ixtisas imtahanının şifahi mərhələsində müvəffəqiyyət əldə edə bilməməsi hər hansı bir formada onun hüquqlarına müdaxilə hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının iddiaçıya münasibətdə qərəzli olması barədə dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətinin bu dəlili ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının dəlilinin əsasları mülahizə və ehtimal xarakterli olduğundan, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil. Əksinə iddiaçının namizəd qismində Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməsi işin materiallarından müəyyən edilmir. Bundan əlavə məhkəməyə təqdim olunmuş videogörüntüdə Komissiya üzvlərindən iddiaçıya qarşı hər hansı təzyiq, qərəzli mövqenin göstərildiyi, eləcə də iddiaçının ona qarşı “təzyiq”dən dolayı psixoloji gərgin vəziyyətində olması müşahidə edilməmişdir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-8841/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Günya Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar