Məhkəmə qərarları › İş №2-1(103)-1236/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1236/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1236/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1167/2022 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1167/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubunda göstərilmiş tikinti obyektinin sifarişçisi qismində "Kənan Həsənovun" adının qeyd edilməsi daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsas kimi qəbul edilə bilməz. Çünki həmin şəxs tikinti obyektinin inşası ilə bağlı iddiaçıların nümayəndəsi qismində çıxış edən şəxs olmuş, sifarişçi qismində isə iddiaçılar iştirak etmişlər. Eyni zamanda iddiaçılara məxsus sökülmüş köhnə tikililərin qeydiyyatının dövlət reyestrində ləğv edilməsi üçün müraciət olunmaması, qeydiyyatın bu günə kimi reyestrdə saxlanılması qeyri-yaşayış olmasına iddiaçıların hüquqlarının qeydə alınmaması üçün əsas ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı zamanı qeyd olunan ünvanda inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Beləliklə, mübahisə predmeti olan super market qeyri-yaşayış binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aid olmaqla həmin binaya dair hüquqların qeydə alınması üçün səlahiyyətli qurum tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. İşdə olan: - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsi 26A ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m. olan qeyri-yaşayış binası və altındakı mülkiyyətdə olan 0,04698 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X7 tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissədə satılmışdır. - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsi 26A ünvanında yerləşən ümumi sahəsi 789,6 kv.m. olan qeyri-yaşayış binası (çörək sexi) xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X7 tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissədə satılmışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsi 26A ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m. olan qeyri-yaşayış binası üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissələrlə paylı mülkiyyət hüquqları (altındakı torpaq sahəsinin ölçüsü 0,04698 ha olmaqla mülkiyyətdə) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 789,6 kv.m. olan qeyri-yaşayış binası (çörək sexi) üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissələrlə paylı mülkiyyət hüquqları (altındakı torpaq sahəsinin ölçüsü 0,09306 ha olmaqla istifadədə) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqlan qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında iddiaçılar və Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2646 nömrəli müqaviləyə əsasən, ünvan 3 ünvanındakı Çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi icarəyə verilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2013-cü il tarixli 18/03-8/2059 nömrəli məktubda bildirilmişdir ki, vət. İddiaçı3, İddiaçı1 və İddiaçı2 məxsus (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrtindən xx.xx.2013-cü il tarixli, ******* saylı və xx.xx.2013-cü il tarixli, ******* saylı saylı çıxarışları) ünvan 5 ünvanlarda yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində super-market binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi (Ayan-A Yaradıcılıq İstehsalat» MMC-nin işi, memar R.Quliyev) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıqplanlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. - ünvan 5 ünvanlarda tikiləcək super market binasının eskiz layihəsi xx.xx.2013-cü il tarixdə 18/03-8/2059 nömrə ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. - Super-market binasının tikintisinə icazə verilməsi barədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamına əsasən, vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 müraciətlərini və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2059 saylı razılıq məktubunu nəzərə alaraq Vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* saylı və xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışı) ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində supermarket binasının tikintisinə icazə verilmiş, obyektin tikintisinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş (xx.xx.2013-cü il tarixli №18/03-8/2059) layihə əsasında aparılmasına sərəncam verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ünvan 7 ünvanında inşa olunmuş bir və iki mərtəbəli supermarket binasının «Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt» iddiaçılardan İddiaçı2 təqdim edilmişdir. ünvan 7 ünvanında inşa olunmuş İddiaçı2 məxsus bir və iki mərtəbəli supermarket binasının yanğın təhlükəsizliyi cavab verməsi haqqında xx.xx.2016-cı cı il tarixli akta əsasən, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın texniki müayinədən qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» AzDTN-nın, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 «Su təchizatı. Xarici xətlər və qurğular» AzDTN-nın 2.04.09-84 «Bina və qurğuların yanğın avtomatikası» TNvəQ-nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» TNvəQ-nın, «Elektrik qurğularının quraşdırılması Qaydaları»nın Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər sakini İddiaçı1 tərəfindən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tikintisi nəzərdə tutulmuş ticarət obyekti binasının Dövlət ekoloji ekspertizasına təqdim olunmuş layihə sənədlərini nəzərdən keçirərək bildirmişdir ki, tikinti işləri ünvan 8 ünvanlarda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışları əsasında qeyriyaşayış binalarının yerləşdiyi, Əmlak Məsələləri Dövlət Komitəsindən icarəyə götürülmüş və 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2inz (81)- 1316/2013 nömrəli Qərarı ilə rəsmiləşdirilmiş, ümumi sahəsi 0,38 ha olan ərazinin bir hissəsində həyata keçiriləcəkdir. Ərazi əvvəllər qeyri-yaşayış məqsədlər üçün istifadə olunmuş, sahədə sökülməsi nəzərdə tutulmuş tikililər mövcuddur. Ərazinin qeyd olunan məqsədlə istifadə olunması Bakı şəhərinin adiyyəti icra orqanları ilə razılaşdırılmışdır. Ərazidə nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri İddiaçı1 layihə tapşırığı əsasında "xxxx" MMC tərəfindən hazırlanmış və Bakı şəhər İcra Llakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2059 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə planda kənar oxlarının ölçüləri 66,2m x 59,2m olan 1-2 mərtəbəli super market binası inşa olunacaq, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. Ərazidə təsdiq edilmiş layihə əsasında tikinti işlərinin aparılmasına Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamı ilə icazə verilmişdir. Tikinti işləri yerli inşaat materiallarından istifadə olunmaqla monolit dəmir- beton və quraşdırma konstruksiya əsasında yerinə yetiriləcəkdir. Obyektin fasadı hissəsi müasir tikinti materialları ilə xüsusi qaydada üzlənəcəkdir. İnşaat işləri zamanı ətraf mühitə olan təsirlər mövcud tikililərin sökülməsi, bünövrə qazıntısı və tikintinin davametmə müddətində baş verməklə, qısa müddətli və lokal xarakterli olacaqdır. İnşaat işləri müddətində atmosferin əsasən qeyri-üzvi tozlarla və nəqliyyat vasitələri tullantıları ilə çirkləndirilməsi baş verəcəkdir. Ərazidə mühəndisi-geoloji axtarış işləri "xxxx" MMC tərəfindən aparılmışdır. Sahənin geoloji şəraiti öyrənilmək məqsədilə ərazidə sütun qazma üsulu ilə dərinlikləri 6,Om olan 8 ədəd geoloji quyular qazılmışdır. Sahənin əsas MGE mexaniki-fiziki xassələrinə görə İİ sinfə aiddir. Hesabat “Azərdövlətlayihə” İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin xx.xx.2013-cü il tarixli 06-6066 nömrəli rəyi əsasında məqbul hesab olunmuşdur. Zəlzələ təhlükəsizliyinə görə sahənin hesabı seysmikliyi 8 bal qəbul edilmişdir. Obyektin su təchizatı və əmələ gələcək məişət-təsərrüfat çirkab sularının axıdılması müqavilə əsasında ərazi üzrə mövcud şəbəkələrə birləşdirməklə yerinə yetiriləcəkdir. Obyektin gələcəkdə super market məqsədilə istifadə olunması nəzərdə tutulmuş, təyinatı üzrə istismarı müddətində ətraf mühitə ciddi təsirləri gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlərə ekoloji baxımdan müəyyən şərtlər daxilində etirazının olmadığını bildirmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X3 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26A və 26D ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək yerində super-market binasının tikintisi “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26A və 26D ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək yerində super-market binasının tikintisi” üzrə işçi layihəsi, bu rəyin 4-cü bölməsinin tələbini yerinə yetirməklə bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. - Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi təhlil qrupu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəyə əsasən fiziki şəxslər İddiaçı2, İddiaçı3 Sadıq oğlu və İddiaçı1 məxsus ünvan 9 ünvanlarında yerləşən 1-2 mərtəbəli super-market binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. - Ümumi sahəsi 4072,69 kv.m., tikinti sahəsi 3489,3 kv.m. olan ünvan 9 ünvanlarında inşa edilmiş super market binasına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agenliyinin, eləcə də sifarişçinin, podratçının, layihəçinin nümayəndələri tərəfindən xx.xx.2016-cı il tarixli ö/000850 nömrəli istismara hazırlıq aktı təsdiq edilmişdir. - Tikinti obyektinin istismarına xx.xx.2016-cı il tarixli 8 nömrəli icazəyə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısı tərəfindən ümumi sahəsi 4072,69 kv.m., tikinti sahəsi 3489,3 kv.m. olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində super market binasının istismarına icazə verilmişdir. - xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, ünvan 10 ünvanda yerləşən qeyri- yaşayış obyektinin (tikintinin) istismara icazə sənədinə münasibət bildirməklə həmin sənədin etibarlı olub-olmaması barədə” məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1316/2013 saylı xx.xx.2013-cü il tarixli Qərarına əsasən eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı Şəhər icra Hakimiyyətinə həvalə edilmişdir, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi arasında obyektin yerləşdiyi torpaq sahəsinə dair 2646 nömrəli xx.xx.2013-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2059 nömrəli xx.xx.2013-cü il tarixli Razılaşdırma sənədinə əsasən eskiz layihə razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2059 nömrəli xx.xx.2013-cü ıl tarixli sənədi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamına əsasən tikintiyə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Ö/000850 nömrəli 31,10.2016-cı il tarixli İstismara hazırlıq aktına istinad edilməklə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 8 nömrəli xx.xx.2016-cı il tarixli Tikinti obyektinin istismarına icazə sənədi hazırlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən **********64 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatından imtina onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binası sökülmüş, yerində 1 və 2 mərtəbəli tikili inşa edilmiş, 28 May küçəsi “26d” ünvanda olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin elektron kadastr məlumatına əsasən qeyd edilən ərazidə inşa edilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla yanaşı, təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində sifarişçi fərqli şəxsdir, həmçinin tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Əlavə olaraq, qeyri-yaşayış binası paylı mülkiyyət olduğundan məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi və yeni inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5. və 4.11.12.ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətərinə aiddir. Kollegiya hesab edir ki, cavabdeh orqanın imtinası məhkəmə araşdırması zamanı təsdiqini tapmayan əsaslara söykənməklə, qanunsuz və əsassız olmuşdur. Belə ki, imtinanın əsaslarından biri kimi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması göstərilsə də, məhkəmə araşdırması zamanı belə bir halın mövcudluğu faktiki təsdiqini tapmamış, bununla bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, mövcud vəziyyətdə koordinatları verilmiş 0,3689 ha ərazinin şimal tərəfdən 0.470 ha hissəsi və üzərindəki qeyri-yaşayış binası xx.xx.2013-cü ildə, **********08-06301 reyestr nömrəsi ilə X8 (3/1 hissə), İddiaçı2 (3/1 hissə), İddiaçı1 (3/1 hissə) olmaqla paylı şəkildə xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatına alınmışdır. Ərazinin bir hissəsi isə 0,1243 ha dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən **********06-6301 reyestr nömrəli qeyri-yaşayış binası eynilə yuxarıda qeyd olunan şəxslərin adına 3/1 hissəli olmaqla paylı şəkildə dövlət qeydiyyatına alınmışdır. Ümumi ərazidən qalan hissə ilə bağlı digər şəxsin (X2) 58,0 kv.m hissəyə dair müraciəti olsa da, dövlət qeydiyyatı aparılmamışdır. İmtinanın “tikinti obyektinin istismarına icazə sənədində sifarişçinin fərqli şəxs olması” əsasına münasibətdə kollegiya bildirir ki, cavabdehin imtina məktubunda göstərilmiş tikinti obyektinin sifarişçisi qismində "Kənan Həsənovun" adının qeyd edilməsi daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsas kimi qəbul edilə bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından və tərəflərin izahatlarından məlum olmuşdur ki, həmin şəxs tikinti obyektinin inşası ilə bağlı iddiaçıların nümayəndəsi qismində çıxış edən şəxs olmuş, sifarişçi qismində isə iddiaçılar iştirak etmişlər. İnzibati orqanın digər bir əsası isə tikintiyə icazə və tikinti obyektinin istismara icazə sənədinin Bakı ŞİH tərəfindən verilməməsi olmuş, həmçinin qeyd edilmişdir ki, rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətərinə aiddir. İş materiallarında iddianın predmeti olan daşınmaz əmlakla bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-1316/2013 nömrəli, 19 mart 2013-cü il tarixli qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarı vardır. Belə ki, həmin qərara əsasən ünvan 11 ünvanda X4 (əvvəlki mülkiyyətçi) məxsus ümumilikdə 38 sot torpaq sahəsində yerləşən yöndəmsiz tikililərin sökülərək eskiz layihəyə uyğun olaraq şəxsi vəsaitinin hesabına ticarət və iş mərkəzi inşa olunması üçün eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq Bakı şəhəri, ünvan 12 ünvanda tikiləcək super market binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 18/03-8/2059, 04 sentyabr 2013-cü il tarixdə təsdiq edilmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, ünvan 10 ünvanda yerləşən qeyri- yaşayış obyektinin (tikintinin) istismara icazə sənədinə münasibət bildirməklə həmin sənədin etibarlı olub-olmaması barədə” məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 7-3320/17 saylı məktubda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1316/2013 saylı xx.xx.2013-cü il tarixli Qərarına əsasən eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı Şəhər icra Hakimiyyətinə həvalə edilmiş, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi arasında obyektin yerləşdiyi torpaq sahəsinə dair 2646 nömrəli xx.xx.2013-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2059 nömrəli xx.xx.2013-cü il tarixli Razılaşdırma sənədinə əsasən eskiz layihə razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/2059 nömrəli xx.xx.2013-cü ıl tarixli sənədi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamına əsasän tikintiyə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Ö/000850 nömrəli xx.xx.2016-cı il tarixli İstismara hazırlıq aktına istinad edilməklə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 8 nömrəli xx.xx.2016-cı il tarixli Tikinti obyektinin istismarına icazə sənədi hazırlanmışdır. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsinə dair yekun nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Təqdim edilən sənədlərə əsasən ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yalnız eskiz layihəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsi iş materalları ilə müəyyən olunmur. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" səlahiyyətli qurum tərəfindən təsdiq edikdə etibarlıdır, səlahiyyəti olmayan qurum tərəfindən tərtib olunmuş inzibati akta münasbətdə maraqlı şəxs etimadının qorunması hüququna istinad edə bilməz. ...” Məhkəmənin mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (birlikdə) bu əsaslardan biri kimi nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf tikintiyə icazə və istismara icazə sənədi qismində müvafiq olaraq Qaradağ RİH-in xx.xx.2013-cü il tarixli, 124 saylı Sərəncamını və xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədini təqdim etmişdir. Həmin icazə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən sərəncam və icazə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Eyni zamanda, yuxarıda qeyd edilən Bakı ŞİH-nin 7-3320/17 saylı məktubundan da aydın olur ki, Bakı ŞİH Qaradağ RİH tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Tikinti obyektinin istismarına icazə sənədi barədə məlumatlı olmuş, inzibati akta hər hansı etiraz etməməklə onun etibarlılığını tanımışdır. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğundan müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətini əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1167/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı ləğv edilsin. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüsyenov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar