Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1251/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olan) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) ) fasiləsiz xidmət illərinə görə əlavənin yenidən hesablanması və müvafiq hesablama vərəqinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-514/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, fasiləsiz xidmət illərinə görə əlavənin vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılarkən xidmət müddəti imtiyazlı hesablama ilə 33 il 02 ay 23 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndində qeyd olunur ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə ərizə ilə müraciət etməsinə baxmayaraq, onun fasiləsiz xidmət illərinin 30 ildən yuxarı olmasını nəzərə alaraq, fasiləsiz xidmət illərinə görə əlavəni 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə göndərməkdən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə 98 nömrəli Qərarının 6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar, daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 nömrəli Qərarının 2-ci bəndinin 1- ci, 4-cü hissələrinin və 6-cı bəndinin təsiri dairəsinə düşən fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər hesablanmalıdır: - xx.xx.1998-xx.xx.2004cü il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks- Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində zabit vəzifələrində həqiqi hərbi xidmət (05 il 05 ay 14 gün); xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə həmin orqanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üzrə şöbəsində keçdiyi və 1 gün 3 gün kimi hesablanan zabit vəzifələrində güzəştli həqiqi hərbi xidmət (10 il 10 ay 28 gün); xx.xx.2004xx.xx.2018-ci il tarixlərdə DİN-in Daxili Qoşunlarında zabit vəzifələrində həqiqi hərbi xidmət (13 il 10 ay 02 gün). Həmin dövr fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün 30 ildən yuxarı təşkil etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən fasiləsiz xidmət illərinə görə Əlavə də müvafiq olaraq 50 faizlə hesablanmalıdır. Cavabdeh mübahisənin məhkəməyədək müraciəti cavablandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1992-ci il tarixli 562 nömrəli Qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxx 2018-ci il tarixli Q21-001-18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”sinə istinad edərək, fasiləsiz xidmət illərinə yalnız təqvim illərini nəzərə almaqla əlavənin 50 faizlə yox, 30 faizlə hesablanmasının düzgünlüyünə israr edir. Presedent halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(102)- 230/2019 saylı iş üzrə Qərarında qeyd olunduğu kimi hazırkı işin mübahisələndirilən yeganə halı iddiaçının təminat xərcliyində xidmət illərinə görə əlavənin faiz dərəcəsi ilə bağlıdır. Ali Məhkəmə adı çəkilən Qərarında Bakı Apellyasiya Məhkəməsinin “xidmət illərinə görə əlavə hesablanarkən təqvim hesabı ilə iddiaçının xidmət etdiyi müddət əsas götürülməlidir mövqeyini əsas götürülməlidir mövqeyini əsassız hesab etmiş, 2-1(103)- 1786/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli Qərarını ləğv etmiş və iddianı təmin etmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli və onu dəqiqləşdirən 98 nömrəli Qərarları cavabdehin cavab məktubunda istinad etdiyi aktdan daha yüksək hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət yaranarsa, birincilər üstün tutulmalı və tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 190 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilsin. Bu da həmin X4 Nazirliyinin tərkibində olan Daxili Qoşunların hərbi qulluqçularına da olunmasını imperativ surətdə tələb edir, DİN-in hər hansı Qərarı və ya Əsasnaməsi ilə dəyişdirilməsini istisna edir. Belə olan halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin istinad etdiyi aktlar fasiləsiz xidmət illərinə görə Əlavənin 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin göndərilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-514/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, İddiaçı fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-514/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx xxxx 2004-cü il tarixdən xx xxxxx 2018-ci il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş və X7 müavini - Daxili Qoşunların komandanının xx xxxxx 2018-ci il tarixli 43 nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Məhkəmənin qərarında qeyd olunmuş “mövcud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır, həmçinin polis əməkdaşları dövlət qulluqçusu hesab edilirlər” ifadəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Lakin, Qanunun 2.3-cü maddəsində Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü olduğu qeyd olunmuşdur. Həmçinin Qanunun 2.3-cü maddəsinin 2-ci abzasında Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla bu orqanların aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər - xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanunun şamil edildiyi qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı Qanunun 14-cü və 15-ci maddələrinə əsasən dövlət qulluğuna qəbul olunan şəxs daxil olarkən Azərbaycan Respublikasına sadiq olacağına and içir. Qanunun 15-ci maddəsində dövlət qulluqçusunun andının mətni göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilir ki, İddiaçı “polkovnik-leytenant” hərbi rütbəsində olması, onun hərbi xidmətə qəbul olunarkən dövlət qulluqçusunun andını deyil, Azərbaycan Respublikasının Ali Sovetinin xx.xx.1991-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi andı” imzalayaraq qəbul etməsi onun hərbi qulluqçu statusunda olmasını təsdiq edir. Bundan başqa, iddiaçı xidmət etdiyi müddət ərzində dövlət qulluqçusu kimi deyil, hərbi qulluqçu kimi Azərbaycan Respublikasının Silahlı X2 tələblərinə əsasən mükafatlandırılmış, hərbi xidmət üzrə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 2073 nömrəli sərəncamı ilə “Hərbi xidmətlərə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illik (1918-2008) yubiley medalı”, “Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli” medalı, “Qüsursuz xidmətlərə görə 2-ci dərəcəli” medalı və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illik (1918-2013) yubiley medalı” dövlət mükafatları ilə təltif olunmuşdur. Qeyd olunan dövlət mükafatları ilə əsasnamələrə uyğun olaraq hərbi qulluqçular təltif olunur. Məhkəmə qərarında “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini əsas götürərək polisin Azərbaycan Respublikasının icra hakimiyyətlərinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanı, polis əməkdaşı-polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusu olduğunu qeyd etmiş, eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 518 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi strukturunda Daxili Qoşunların Baş İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Aparatına daxil olmasını bildirmişdir. Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Aparatına daxil olsada “Polis haqqında" Azərbaycan Respublikası Qanununa əsasən deyil, “Daxili Qoşunların statusu haqqında” xx.xx.1994-cü il tarixli 781 nömrəli Azərbaycan Respublikasının Qanununa və Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının X7 rəhbərliyi ilə fəaliyyət göstərən, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Silahlı Qüvvələrin tərkibinə daxil olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aid olan hərbi qurumdur. “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində Daxili Qoşunların hərbi qulluqçularının “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq bu Qanunda müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçdikləri bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq, o, birinci instansiya məhkəməsinin əsassız olaraq iddianı təmin etdiyini, iddiaçının hərbi qulluqçu olduğunu, lakin iddiaçının iddia tələbində göstərdiklərinin polis əməkdaşlarına aid olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, cavabdehin Nazirlər Kabinetinin qərarını nəzərə almadığını, birinci instansiya məhkəməsinin haqlı və qısa, konkret olaraq “Polis haqqında” Qanuna istinad edərək iddianı təmin etdiyini bildirdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-514/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1994/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək döyüş bölgəsində yerləşən N saylı hərbi hissə üzrə şöbədə xidmət keçdiyi xidmət illərinin 1 günü 3 gün kimi hesablanmayan müddətinin 1 günü 3 gün kimi hesablanmaqla, müvafiq hesablama vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020ci il tarixli, **********8 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx xxx 2018-ci il tarixli 18 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin orqan tərəfindən təqdim olunmuş x xxxx 2019-cu il tarixli 18 nömrəli yeni məlumat vərəqəsinə əsasən 33 il 2 ay 23 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. -cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 13-1/2790- 2677M saylı məktubdan görünür ki, iddiaçının ona pensiya hesablanması üçün verilmiş pul attestatının yenidən tərtib olunması və orada xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavənin təqvim illəri ilə deyil, güzəştli hesablama ilə qeyd edilməsi barədə ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd etdiyi normativ hüquqi sənədlər daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır, daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına aiddir və hərbi qulluqçulara şamil edilmir. Hərbi qulluqçulara xidmət illərinə görə üstəlik məbləğin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” xx xxxxxxx 1992-ci il tarixli 562 nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxx 2018-ci il tarixli Q21-001-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir ki, ona xidməti illərə görə üstəlik məbləğin hesablanması bu normativ hüquqi sənədlərin tələblərinə əsasən həyata keçirilmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavə mövcud normativ hüquqi aktların tələblərinə əsasən təqvim illəri ilə 20 il 5 ay 22 gün olmaqla düzgün hesablanmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı polis əməkdaşı olduğundan və mövcud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, vəzifəsində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablandığından, həmçinin iddiaçının 30 ildən yuxarı fasiləsiz xidmət etməsi iş materialları ilə təsdiq edildiyindən, cavabdehin imtinası əsassız və qanunsuz hesab edilməli və iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” təsdiq edilmişdir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatı dövlət orqanıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi strukturundan görünür ki, Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına daxildir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, daxili qoşunlar, ərazi və ixtisaslaşdırılmış polis orqanları, nizami polis hissələri, tədris, təhsil və tibb müəssisələri, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu, idman cəmiyyəti, habelə digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları» təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir: 1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz; 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz; 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz; 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz; 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz; 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz; 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz; 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 30 ildən yuxarı fasiləsiz qulluq keçməsi, həmçinin Daxili Qoşunların Baş İdarəsinin (Baş İdarədə) Kadr şöbəsinin rəis müavini vəzifəsində qulluq keçməsi halları onun fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin verilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-514/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-514/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1251/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1251/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver